Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
1   ...   18   19   20   21   22   23   24   25   26

_____________Milli Kitabxana_____________ 

 

62



olaraq problem aradan qaldırılır və sonda döyüş qabiliyyətli, nizam-

intizamlı ordu formalaşır.  

 

Bəli, beynəlxalq normalara uyğun olaraq yayılmağı yenə  də etik 



baxımdan məqbul sayılmayan məlumatlar da var. Bura regionçuluq, 

etnik, irqi ayrı seçkilik, dini dözümsüzlük və sairə ilə bağlı 

məlumatları daxil etmək olar. Məsələn bakılı  əsgər  şəkili  əsgəri 

“gözuo yiyim” ifadəsini işlətdiyi üçün döyüb və ya bu qəbildən 

başqa bir məlumatı yaymaqla jurnalist ciddi münaqişələrin 

başlamasına səbəb ola bilər. Sözsüz ki, bu qəbildən baş verən 

hadisələrin üstündən də keçmək olmaz, çünki gündüz saatlarında 

kimsənin gözünü yumması ilə gecə olmur. Gecənin olması üçün 

günün batması lazımdır. Bu kimi hallarda daha diplomatik ifadələr 

və kimsəni qıcıqlandırmayacaq yanaşma ilə  məlumatı ünvanına 

çatdırmaq lazımdır.  

 

Hərbi mövzuları işıqlandıran Azərbaycan jurnalistlərinin başqa bir 



problemi də  hərbi sirri yaymaqda ittiham olunmaları riskinin 

mövcudluğu ilə bağlıdır. Qanunla da jurnalistdən hərbi və dövlət 

sirlərinin yaymamaq tələb edilir. Amma beynəlxalq normalara görə 

jurnalisti hərbi və ya dövlət sirrini yaymağa görə kimsə ittiham edə 

və ya onu üstünə belə bir öhdəçilik qoya bilməz. Bəli, müvafiq ordu 

birləşmələrinin KİV-lərinin  əməkdaşları  həm hərbi, həm də dövlət 

sirrinin daşıyıcıları ola bilər, onlar bu məsələyə görə qanuni şəkildə 

üstlərinə öhdəçilik götürüblər. Jurnalistin isə heç bir öhdəçiliyi 

olmadığı üçün o qanuni yolla əldə etdiyi məlumatın hərbi və ya 

dövlət sirrinə aid olub-olmadığını aydınlaşdırmaq üçün baş 

sındırmamalı  və  məlumatı  dərhal yaymalıdır.  Əlbəttə ki yayılmış 

sirrə görə kimsə  cəzalandırıla bilər və sözsüz ki, bu həmin sirrin 

qorunmasına məsul olan şəxs və ya şəxslər olmalıdır. Sözsüz ki, əgər 

jurnalist qanunsuz şəkildə  hərbi və ya dövlət sirri təşkil edən 

məlumatı əldə edibsə və yayıbsa o da məsuliyyətdən kənar qalmır.  

 

Hərbi məlumatların yayılmasında senzura müharibə gedəndə 



qanunla tətbiq oluna bilər. Bu hal isə adətən müharibədə iştirak edən 

ölkələrin mətbuata aid olunur, əcnəbi jurnalistlər isə döyüş 




_____________Milli Kitabxana_____________ 

 

63



meydanından təmsil olunduqları əcnəbi KİV-lərə məlumat ötürürlər. 

Beynəlxalq normalara uyğun olaraq bu halda jurnalistlər döyüş 

taktikası, silah-sursatların dislokasiyası, döyüş texnikasının sayı, bir 

sözlə döyüş meydanında görüb, çəkdikləri hər  şey barədə  məlumat 

verə bilərlər. Amma burada da məhdudiyyətlər var. Məsələn mülki 

şəxslərin güllələnməsi, mərmidən və ya başqa fiziki təsirdən eybəcər 

hala düşmüş meyitlər, qan və s. göstərmək habelə  təsvir etmək etik 

baxımdan məqbul deyil. Döyüş zamanı jurnalistlər üçün qızıl 

qaydalar da var - jurnalist heç bir halda hansısa ölkənin, hətta 

müharibədə heç bir tərəf olmayan öz ölkəsinin də xüsusi xidmət 

orqanına bu məlumatları ötürə bilməz, jurnalist hərbi geyimdə və ya 

hərbi geyimə bənzər libasda ola bilməz, jurnalist heç bir halda əlinə 

silah götürə bilməz. Bunları etdiyi halda o avtomatik olaraq jurnalist 

statusunu itirir və müharibənin sərt qayda-qanunu ona qarşı  işə 

düşür.  

 

Bəli bu da sirr deyil ki, bu gün Azərbaycanda normal jurnalistika 



ilə  məşğul olar şəxslər ilk öncə azərbaycanlıdırlar, hər birimiz həm 

də Azərbaycanla-Ermənistan arasında davam edən informasiya 

müharibəsinin  əsgərləriyik. Biz Ermənistanın da KİV-lərini 

oxuyuruq və erməni jurnalistlərinin də bu savaşda necə 

döyüşdüklərinin  şahidi oluruq. Bütün bunlara baxmayaraq biz 

Azərbaycanda demokratik bir cəmiyyətin qurulması, döyüş 

qabiliyyətli, nizam-intizamlı ordumuzun olmağını istəyiriksə 

problemləri qabartmalı və müvafiq orqanlar enerjilərini jurnalistlərin 

üstünə hücum çəkməyə deyil, həmin problemləri həllinə  sərf 

etməlidirlər.  

 

Qeyd: bu məqalə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar 



Mərkəzinın Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun dəstəyi ilə 

keçirdiyi "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin 

inkişafı" layihəsi çərçivəsində keçirilən "Hərbi məlumatların 

yayılmasında məhdudiyyətlər olmalıdırmı?" adlı debat çərçivəsində 

dərc olunur.   

 

 




_____________Milli Kitabxana_____________ 

 

64



 

VIII HİSSƏ 

 

İNFORMASİYALI CƏMİYYƏT: AZƏRBAYCAN KEÇİD 

MƏRHƏLƏSİNDƏ 

 

 “Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin 



inkişafı” layihəsi “Şənbə gecəsi Sevil Nuriyeva ilə” verilişində (6 

mart 2010) - STENOQRAM  

 

Martın 6-da “Şənbə gecəsi Sevil Nuriyeva ilə” adlı verilişdə 

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin və “Hərbi 

Jurnalistlər” İctimai Birliyi tərəfindən həyata keçirilən “Hərbi sahədə 

indormasiya  əldə etmək mədəniyyətinin inkişafı” layihəsi 

çərçivəsində sonuncu müzakirə-debat keçirilib. Açıq Cəmiyyət 

İnstitutu – Yardım Fondunun maliyyə  dəstəyi ilə gerçəkləşdirilmiş 

tok-şouda “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin 

və “MilAz” İnformasiya Agentliyinin baş direktoru Cəsur Sümərinli, 

“Hərbi Jurnalistlər”  İctimai Birliyinin sədri və 

www.milaz.info

 

saytının baş redaktoru Üzeyir Cəfərov, “Ehtiyatda və  İstefada olan 



Zabitlər”  İctimai Birliyinin sədri, “Müdafiə  və  Təhlükəsizlik 

Sektoruna  İctimai Nəzarət” Koalisiyasının koordinatoru Yaşar 

Cəfərli iştirak ediblər. Çox cüzi ixtisarlarla verilişin stenoqramı 

oxuculara təqdim edilir. 



 

Sevil Nuriyeva: Bu gün Azərbaycanda  ən çox dilə  gələn 

mövzulardan biri də  hərbi sahədəki informasiyaları necə  əldə 

etmə mövzusudur. Çox vax hərbi sahədə jurnalistlər tərəfindən 

əldə edilən cavabların, bəyanatların qənaətbəxş olmadığı dilə 

gətirilir və  hərbi sahədə  də ciddi problemlərin olduğu təqdirdə 

bunu cəmiyyətə çatdıra bilməməyinin acısını da dilə  gətirir 

jurnalistlər. Amma digər tərəfdən baxıldıqda dünyanın hər 

yerində olan kifayət qədər ciddi praktikalar var. Biz bu 

mədəniyyətin inkişafı sahəsində bir şey edə bilirikmi? Yəni 

peşəkar olaraq, yəni yazı mediyası, görsəl mediya, jurnalist 

təşkilatları  və bütövlükdə jurnalistlərin bu mədəniyyəti 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə