Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
1   ...   18   19   20   21   22   23   24   25   26

_____________Milli Kitabxana_____________ 

 

71



bu məlumat kimdən gizlədilir və necə gozlədilir? Bu özü sual 

doğuran bir məsələdir. 

Mənim fikrimcə, Azərbaycanda güc strukturlarının ictimai 

məlumatlandırma mexanizminə yenidən baxılmalıdır. Son vaxtlar 

Müdafiə Nazirliyi hər rübdə bir dəfə mətbuat konfransları keçirməyə 

üstünlük verir və bunu təqdirəlayiq hal kimi qiymətləndirmək 

lazımdır. 

 

Üzeyir Cəfərov:  Cəsur bəy də qeyd etdi, Güc strukturları 

məlumatı jurnalistlərlə xəsisliklə bölüşürlər... 

 

Sevil Nuriyeva: Mən o ziddiyyəti başa düşmürəm. Axı niyə, bu 



bizim onlara köməyimizdən başqa bir şey deyil... 

 

Üzeyir Cəfərov:  Əksinə qalsa tam əksinə olmalıdır, yəni güc 

strukturlarının rəhbərləri o məlumatların vaxtında cəmiyyətə 

çatdırılmamasından narahat olmalıdırlar.  Hörmətli güc 

strukturlarının rəhbərləri özləri onun marağında olmalıdır. Tez-tez 

mətbuatla görüşməlidirlər, mətbuatdan çəkinmək lazım deyil. 

 

Sevil Nuriyeva: Qapalı saxlamağın nə  əhəmiyyəti var? Sanki 

Sovet  İttifaqı yadıma düşür. Ordu bizim ordumuzdur, ordakı 

əsgər bizim əsgərimizdir, ordakı zabir bizim zabitimizdir, elə 

deyilmi? 

 

Üzeyir Cəfərov: Bazar günləri ANS-in efirindən hamının daha 

çox sevdiyi “Marş” verilişi cəmiyyətə çatdırılır və hamı ona böyük 

həvəslə, maraqla baxır. Bayaq Türkiyə misalı  gətirildi. Yaşar bəy 

qeyd etdi ki, antiterror əməliyyatları zamanı kameraman türk əsgəri 

ilə  bərabər  əməliyyatlarda iştirak edir. Bu gün hərbi sahədə güc 

strukturları çoxlu təlimlər keçiriir. Dövlət Sərhəd Xidmətinin 

keçirdiyi tədbir hamımızın yaxşı yadındadır. Çox böyük qürurverici 

səhnələri biz müşahidə etdik... 

 

Sevil Nuriyeva: Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları ilə 



bağlı danışdınız. Orada Silahlı Qüvvələrin içinə bağlı müxtəlif 


_____________Milli Kitabxana_____________ 

 

72



qurumlar mövcuddur . O insanlar lentə alıb insanlara çatdırır. 

Və yaxud bəlli televiziyaların bəlli jurnalistləri oraya dəvət 

olunur.  Bu maraqlı bir məqamdır. Yuqoslaviya hadisəsini misal 

gətirmək istəyirəm, CNN-in məşhur jurnalisti Kristiana Vampur 

Yuqoslaviyaya ABŞ ordusu ilə birgə tankın üzərində girən 

jurnalistlərdən idi. ABŞ-ın milli, hərbi maraqları baxımından 

orada belə jurnalistin olması önəmli faktor demək idi. Bu 

örnəkləri gətirə - gətirə bir şeyi öyrənmək istəyirəm: niyə 

qorxurlar? Ona cavab ala bilmirəm. 

 

Üzeyir Cəfərov: Bizim söhbətimiz Sovet qoşunlarının 

Əfqanıstana daxil olmasının ildönümünə  təsadüf edir. Çox yaxşı 

xatərlayırıq: Mixail Leşinski adlı bir jurnalist var idi, onun 

Əfqanıstanla bağlı verdiyi reportajlar indi də bizim hafizəmizdədir. 

Qarabağ savaşlarının  ən ağır dönəmlərində bizim jurnalistlərin 

çəkdiyi, eləcə də ANS-in kameraları ilə çəkilmiş çoxlu kadrlara indi 

də baxırıq. Bu gün orduda çox işlər görülüb. Lakin o işlərin təqdim 

olunmasında müəyyən pöroblemlər var. Yəqin ki, Yaşar bəy bununla 

bağlı danışacaq. 

 

Yaşar Cəfərli: Siz bilmək istəyirsiniz ziddiyyət haradan yaranır? 

 

Sevil Nuriyeva: Bəli. Biz NATO-ya inteqrasiyanı istəyirik və 



model olaraq bu yolu seçmişik, amma mahiyyət olaraq 

“Varşava”yıq... 

 

Yaşar Cəfərli: Milli Təhlükəsizlik Kopnsepsiyasında açıq-aşkar 

göstərilib ki, Azərbaycan Avroatlantik məkana inteqrasiyanı strateji 

hədəf kimi qəbul edib və artıq hər  şey yerinə düşüb. Bizim 

informasiya  əldə etmək haqqında qanunumuz, dövlət sirri haqqında 

qanunumuz və digər qanunlarımız var. Belə başa düşürəm ki, biz bu 

gün ziddiyyətin aradan gəlməsini araşdırmalıyıq və çalışmalıyıq ki, 

buradan bir müsbət nəticə ilə  çıxaq. Ziddiyyət qanunlarda, 

qanunvericilikdə deyil. Qanunlarda kifayət qədər normal müdədalar 

var və sadəcə qanunları icra etmək lazımdır.  İnsan haqları var. 

İnsanlar, vətəndaşlar informasiyanı əldə etmək hüququna malikdirlər, 



_____________Milli Kitabxana_____________ 

 

73



onlar vergi ödəyicisidirlər. Adi sadə  məlumatları  cəmiyyətə 

ötürməməklə ziddiyyət yaranır. Düzdür, jurnalistlər bəzən müəyyən 

hədləri aşmağa cəhd göstərirlər, amma daha çox məlumatları 

ötürmək səlahiyyətlərinə, hüquqlarına malik qarşı 

tərəfi 

günahlandırardım. Onların qanunlara hörmətsizliyi, vətəndaşların, 



jurnalistlərin, qeyri-hökumət təşkilatlarının hüquqularını 

tanımamalarından ziddiyyət yaranır. Bunları aradan  qaldırmaq üçün 

birgə brifinqlər, birgə  dəyirmi masalar, birgə layihələr həyata 

keçirilməlidir. 

 

Sevil Nuriyeva: Çox önəmlidir, qeyri-hökumət sektorunun 

üzərinə  də çox böyük iş düşür. Bəli, hərbi sahə ilə  məşğul olan 

jurnalistlər bir çox qaydaları-qanunları çox gözəl bilir... 

 

Yaşar Cəfərli: Sevil xanım, mənə elə  gəlir ki, məsələnin başqa 

bir tərəfi də var. Qanunvericilik öz yerində, amma məsələnin təcrübi 

tərəfinə  də aydınlıq gətirmək lazımdır ki, bu ziddiyyətlər haradan 

yaranır, necə yaranır və onu necə aradan qaldırmaq lazımdır. Biz bu 

gün ölkədə yaranmış  həyatı, keçid dövrümüzdə yaşadığımızı, 

müharibə  şəraitində olmağımızı  nəzərə almalıyıq və informasiya 

ötürmək və ya vermək səlahiyyəti olan şəxsləri də başa düşmək 

lazımdır. Onlar da çalışırlar ki, hərbi və dövlət sirləri düşmən  əlinə 

keçməsin. Bu baxımdan mənə elə  gəlir ki, cəmiyyət də bu vəzifəli 

şəxsləri başa düşməlidir. Burada bir-birinə qarşı qarşılıqlı güzəştlər, 

anlaşmalar olmalıdır. Tez-tez görüşmək lazımdır, bu mövzuda 

müzakirələr aparmağa dəyər. 

 

Sevil Nuriyeva: Mən sizə təşəkkür edirəm. Çox gözəl məqama 



toxundunuz. Bizim örnək götürdüyümüz dövlətlərdə çox gözəl 

nümunələr var. Bəzən biz Türkiyə  və ABŞ  təcrübəsindən 

danışanda məmurlarımızın bir az xoşuna gəlmir. Biz 

cəmiyyətimizə daha gözəl  şeylər arzu etdiyimizə görə, öz 

dövlətimizi sevdiyimizə görə, bütün bunların mükəmməl 

olmasını arzu edirik. O səbəbdən bu sayaq layihələri, örnəkləri 

gətirə-gətirə öz cəmiyyətimizə  təqdim edirik ki, cəmiyyətimiz 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə