Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
1   ...   18   19   20   21   22   23   24   25   26

_____________Milli Kitabxana_____________ 

 

68



edirik? Gürcüstan Azərbaycan üçün də bir nümunə ola bilər. Nəyə 

görə? Bu ölkədə iki münaqişə  ərazisi var. Gürcüstan bütün bunlara 

baxmayaraq, Azərbaycanda gətirilən arqumentləri dəf edərək, - necə 

ki, bizdə deyirlər ki, müharibə şəraitinə görə hər hansı məlumatların 

verilməsi düzgün deyil, düşmən tərəf oxuyur və s.-  güc 

strukturlarının, xüsusən Silahlı Qüvvələrinin cəmiyyət üçün şəffaflığı 

məsələsini yüksək səviyyədə  təmin edib. Biz bir neçə il öncə 

Gürcüstanda olmuşduq, Müdafiə Nazirliyində görüşlər keçirmişdik. 

Gürcüstan Müdafiə Nazirliyinin ictimaiyyətlə  əlaqələr üzrə xüsusi 

şöbəsi var. Onların prinsipi nədir? Ordu ilə bağlı ictimaiyyətə daha 

çox məlumat vermək. Bunun məqsədi isə insanlarda vətənpərvərliyi 

yüksəltməkdir. Yəni nə  qədər çox məlumat verirsənsə o qədər 

vətənpərvərliyi yüksəltməyə nail ola bilərsən, nə  qədər çox qapalı 

saxlayırsansa,  əksinə  vətənpərvərlik azalacaq. Gürcüstan təcrübəsi 

belədir. Onlar QHT-lərlə, KİV orqanları ilə daimi görüşlər keçirirlər. 

Postsovet məkanında ilk dəfə olaraq Gürcüstanın Müdafiə Nazirliyi 

QHT-lərdən biri ilə bir müqavilə imzalamışdı. Bu müqavilə əsasında 

həmion QHT Silahlı Qüvvələrin müxtəlif hərbi hissələrində 

monitorinqlər keçirmək hüququ əldə etmişdilər. Bu ilk dəfə idi və 

gərəkli nümunə hesab edilə bilər.     

Biz NATO ölkələrinin təcrübəsinə baxaq, burada Türkiyəni istisna 

hal kimi göztərə bilərik. Türkiyədə ordu ilə bağlı  həm qanuni 

səviyyədə, həm də ictimai rəydə müəyyən qadağalar var. Digər 

ölkələrdə, məsələn  İngiltərədə ictimai məlumatlandırmada daha çox 

ordunun imicinin qaldırılmasına üstünlük verilir. ABŞ-da isə  hər 

hansı informasiyanı əldə etmiş jurnalist həmin informasiya hərbi sirr 

olsa belə heç bir vaxt məsuliyyətə  cəlb olunmur və  məhkəmə 

qaydasında o məlumatın kim tərəfindən ona ötürülməsi sübut olunur 

və  məlumatı ötürən  şəxs məsuliyyətə  cəlb olunur, jurnalist 

toxunulmaz qalır. Bu ABŞ  təcrübəsində xüsusi maraq kəsb edən 

məqamdır. 

 

Sevil Nuriyeva: Bir məqamı dediniz. Buna mütləq aydınlıq 



gətirməyinizi istəyirəm. Istisna hal kimi Türkiyədə ordu ilə bağlı 

qapalılığı misal çəkdiniz. Yəni müqayisədə onu anlaya bilmədim. 

Bu gün Türkiyədə yetərincə ordu ilə bağlı  məlumatlar 


_____________Milli Kitabxana_____________ 

 

69



mətbuatda var. Buna rəğmən NATO standartlarına görə, 

Türkiyə təcrübəsi qapalımı saxlanılır? 

 

Yaşar Cəfərli:  İcazə verin mən cavab verim. Cəsur bəy o 

məlumatı verdi, haradan qaynaqlanır o məsələyə aydınlıq gətirmək 

istəyirəm. Mən Türkiyədə bir neçə  dəfə olmuşam və ordu ilə bağlı 

informasiyaların əldə olunması formaları ilə tanış olmuşam. Orda da 

özəllik var, yəni PKK, terrorla bağlı problemlər həm ictimai şuurda, 

həm də Silahlı Qüvvələrin rəhbərliyi tərəfindən müəyyən 

məhdudiyyətlərin qoyulmasına gətirib çıxardır. Amma Türkiyə 

ordusu maksimum dərəcədə, mümkün olan səviyyədə cəmiyyət üçün 

açıqdır. 

 

Sevil Nuriyeva: Zatən ona görə  də, bütün sorğularda  ən 

güvənilir qurum olaraq Türkiyə Silahlı Qüvvələri reytinqdə çox 

irəlidə gedən qurumdur. Bu, sizin dediyiniz Gürcüstan 

məsələsinə çox bənzəyir. Yəni nə  qədər açıq olarsansa, o qədər 

vətənpərvərlik artar, nə  qədər qapalı olarsansa, o qədər səndən 

soyuyar və vətənpərvərlik səviyyəsini də aşağı salar. 

 

Yaşar Cəfərli: Türkiyə ordusunun özəllikləri var. Özəlliklər bir 

daha təkrar edirəm ki yalnız və yalnız antiterror əməliyyatları ilə 

bağlıdır. Fövqəladə  şərait onları  məcbur edir ki, hansısa formada 

məhdudiyyətlər qoyulsun. 

 

Sevil Nuriyeva: Biz informasiyanı  əldə edə bilmirik. Bütün 



hallarda bu gün ən sadə, bəsit bir hadisə baş verəndə onunla 

bağlı çeşidli məlumatlar gəlir. Ya yalanlanır, ya əksinə  və s. 

Bununla da qarşılıqlı etibarsızlıq yaranır. Əsgər valideynlərində 

orduya güvənsizlik yaranır. Nəticə etibarilə ordunun üzərinə 

istəmədiyimiz o kölgə salına bilir. Hərbi sahədə  təmsil olunan 

sözçülər sizcə bu gün həmin mədəniyyət aspekti içərisində NATO 

standartlarına uyğun olaraq bizimlə, jurnalistlərlə, işləyirlər? Siz 

onu necə dəyərləndirirsiniz? 

 



_____________Milli Kitabxana_____________ 

 

70



Cəsur Sümərinli: Azərbaycanın NATO ilə  Fərdi Tərəfdaşlığa 

dair  Əməliyyat Plannına – ingiliscə  qısaca  İPAP-a toxunmaq 

istəyərdim. Orada bir çox istiqamətlər üzrə islahatlar öz əksini tapıb. 

Həmçinin güc strukturlarının ictimai məlumatlandırma stretegiyası 

ilə bağlı da aspektlər orada yer alıb. Burada nələr nəzərdə tutlur? Güc 

strukturlarının informasiya siyasəti təkmilləşdirilməlidir, güc 

strukturları arası bir mexanizm yaradılmalı, xüsusi konsepsiya qəbul 

edilməlidir. Belə  məqamlar var. Məqsəd nədir? Məqsəd ondan 

ibarətdir ki, hökümətin, hakimiyyətin həyata keçirdiyi hərbi 

islahatlara ictimai dəstək qazanmaq. 

 

Sevil Nuriyeva: Təşəkkür edirəm. Reklama ayrılaq. Mənə elə 

gəlir ki, bu cəmiyyətimiz üçün çox önəmli bir mövzudur. Hərbi 

sahədə  nələri  əldə edə bilərik, hara qədər  əldə edə bilərik, 

qanunlarımız bizə  nə deyir. Biz bir cəmiyyət olaraq çox arzu 

edirik ki, hərbi sahədə baş verən hər  şeyi  əldə edək, öyrənək. 

Amma əlbəttə onu da anlayırıq ki, müharibə şəraitində elə şeylər 

var ki, onu danışmaq olmaz, əksinə susmaqla orduya dəstək 

durmaq məcburiyyətindəyik. O bir vətəndaşlıq görəvidir. 

 

Cəsur Sümərinli: NATO təcrübəsinə görə, əgər islahatlar barədə 

məlumatlar verilmirsə, insanlar islahatlar barədə məlumatsızdırsa, bu 

qeyri-səhih, başqa fikirlərin ortaya çıxmasına səbəb olacaq və 

nəticədə insanlar islahatlara dəstək verməyəcəklər və islahatlara 

ayrılan vaxt, maliyyə və s. hamısı boşa gedəcək. Əsas məsələ bundan 

ibarətdir.  

Biz Gürcüstanın, Ermənistanın təcrübəsindən bunu görmüşük. 

Gürcüstanda bu istiqamətdə xeyli məlumat verilir. Azərbaycana 

gəldikdə isə, Gürcüstan və Ermənistandan fərqli olaraq 

Azərbaycanda İPAP sənədi ilə bağlı rəsmi açıqlama verilmir. Bu özü 

də maraqlı bir məqamdır. NATO tərəfi ilə bu barədə müzakirələr 

olub, onlar demişdilər ki, İPAP sənədinin ictimaiyyət üçün 

açıqlanması Azərbaycan rəsmilərinin öhdəsinə düşən bir məsələdir. 

Azərbaycan tərəfi isə bəyan edir ki, müharibə şəraitində olduğumuza 

görə, bu sənəd açıqlanmır. Halbuki bu sənəd NATO-ya üzv olan 

bütün ölkələrə, onların hərbi attaşelərinə bəllidir. Belə olan təqdirdə 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə