Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

_____________Milli Kitabxana_____________ 

 

26



Qərbdə müdafiə strukturları  həmişə jurnalistlərin  əməyindən 

faydalanmaq yolunu seçib və bunun səmərəsi həmişə göz önündədir. 



Lakin dünyanın bir sıra ölkələri KİV-i mümkün qədər ordudan 

kənarda tutmaq yolunu seçib. Bu əsasən postsovet ölkələrin bir 

çoxuna, eyni zamanda Asiya, Afrika, Cənubi Amerika ölkələrinə 

aiddir. Bu ölkələrin müdafiə strukturları hesab edirlər ki, KİV-in 

orduya "müdaxiləsi" bir neçə səbəb üzündən "zərərlidir": 

- birincisi, bu "müdaxilə" silahlı qüvvələrin gücünün ifşa olunmasına 

səbəb ola bilər. Bir sıra dövlətlərin güc strukturlarının jurnalistlərlə 

təmasında  əsas ifadə "yazdıqlarınızı düşmənlərimiz də oxuyur" 

kəlməsidir. Həmin rəsmilər hesab edirlər ki, ordu ilə bağlı bir çox 

məlumatlar və  şərhlər ziyanlıdır, bu məlumatlar son nəticədə 

düşmənlərlə gözlənilən müharibədə həmin dövləti məğlub duruma sala 

bilər; 

- ikincisi,  KİV-in orduda problemləri aşkarlayaraq cəmiyyətə 

çatdırması insanlarda orduda xidmətə  həvəsi minimuma endirəcək. Bu 

isə orduda çağırışçı probleminin yaranmasına səbəb ola bilər; 

- üçüncüsü, KİV-in ordu ilə  sıx təması  hərbi sistemdə qeyri-

nizamnamə hallarının artmasına səbəb ola bilər. Çünki mətbuat orduya 

nə  qədər çox müdaxilə etsə, hərbi qulluqçuların cəmiyyətə daha sıx 

inteqrasiya olunması problemi ortaya çıxa bilər ki, bu da nəticədə 

orduda xidmət edən hərbçilərin öz problemlərini tez-tez səsləndirməsinə 

gətirib çıxaracaq. Bu isə sonda hərbi sistemdə tabeçilik qaydalarının 

pozulmasına, nizamnamədənkənar halların artmasına səbəb ola bilər. 

Bu rəsmən deyilən arqumentlərin bir hissəsidir. Lakin aydındır 

ki, bir sıra hallarda hərbi sahədə informasiyaların şəffaflığını təmin 

etməmək bir sıra hədəflər güdür:  

 

-



 

hərbi sektorda şəxsi maraqların qorunması; 

-

 

korrupsiya və rüşvət hallarının gizlədilməməsi; 



-

 

bir sıra generalların vəzifə maraqlarının qorunması; 



-

 

Silahlı Qüvvələrin hərbi qulluqçularının basqı altında 



saxlanılması; 

-

 



ordunun seçki prosesində azad və demokratik səs verməsinə 

imkan verməmək; 

-

 

Silahlı Qüvvələrin daxili sabitliyin qorunmasında rolunu 



möhkəmləndirmək və s. 


_____________Milli Kitabxana_____________ 

 

27



Ordu islahatlarını qapalı saxlayan ölkələrin güc strukturları  hərbi 

xidmətə "vətəndaş borcu" kimi baxırlar. Bu ölkələrdə  hərbi xidmətin 

mükəlləfiyyətli olması da bu yanaşmaya dəstək verir. Aydındır ki, 

orduda demokratik dəyərləri dəstəkləyən ölkələr daha çox müqaviləli 

sistemə əsaslanan orduya üstünlük verirlər 

Məlumatlandırma taktikası: 6 "qızıl yol" NATO ölkələrinin güc 

strukturları müstəqil KİV-i üstün tutur  

Bu gün dünya təcrübəsində güc strukturlarının məlumatlandırma 

siyasəti bir neçə yolla həyata keçirilir və praktika göstərir ki, onların heç 

də hamısı səmərəli deyil. 

-

 

birincisi, qurumların mətbuat xidmətləri və ictimaiyyətlə  əlaqə 



mərkəzləri tərəfindən tez-tez operativ və dolğun məlumatlar 

ictimaiyyətə 

təqdim olunur. Təcrübə göstərir ki, ictimai 

məlumatlandırmada ən səmərəli üsullardan biri də məhz budur. Bu, həm 

mətbuat konfransları, həm müsahibələr, həm də digər vasitələrlə həyata 

keçirilə bilər; 

-

 

ikincisi, qurumlar tərəfindən ayrılmış rəsmi sözçülər tərəfindən 



xüsusi mövzular üzrə informasiyalar təqdim olunur. NATO 

təcrübəsində buna tez-tez rast gəlinir. Praktika göstərir ki, bir sıra 

mühüm məlumatların xüsusi ayrılmış  şəxslər tərəfindən cəmiyyətə 

çatdırılması ictimai məlumatlandırmada ən vacib üsullardan biri sayılır. 

Bu gün Birləşmiş  Ştatlar, o cümlədən NATO rəhbərliyi xüsusi 

missiyalar - Əfqanıstan və  İraq  əməliyyatları ilə bağlı ictimai 

məlumatlandırmanı xüsusi ayrılmış  şəxslərə  həvalə edirlər. Rusiya 

təcrübəsində  də son vaxtlar bu üsula isnad edilir: Çeçen kampaniyası 

zamanı verilən açıqlamaların müəlliflərini yada salmaq kifayətdir; 

-

 



üçüncüsü, cəmiyyət rəhbər vəzifəlilər tərəfindən tez-tez 

keçirilən mətbuat konfransları ilə məlumatlandırılır. Güc strukturlarının 

parlament və ümumilikdə  cəmiyyət qarşısında hesabatlı olduğu 

hökumətlərdə yüksək vəzifə tutan hərbi məmurların tez-tez 

ictimaiyyətlə  təmasa çıxması ordu quruculuğu strategiyasının uğurla 

yerinə yetirilməsi, islahatlar prosesinə 

cəmiyyətdən (vergi 

ödəyicilərindən) dəstək alınması baxımından mühüm əhəmiyyət kəsb 

edir. Bu, NATO-nun bir sıra ölkələrində - ABŞ, Böyük Britaniya, 

Baltikyanı ölkələr, Türkiyə, Almaniya, Fransada xüsusilə qabarıqdır. 

Son vaxtlar Rusiya da bu taktikadan istifadə etməyə başlayıb. Amma 

müşahidələr göstərir ki, bu heç də ictimai dəstək almaq məqsədi 




_____________Milli Kitabxana_____________ 

 

28



güdmür, daha çox müəyyən hərbi-siyasi məsələlərdə  Qərbə mesaj 

göndərmə zərurəti daşıyır; 

-

 

dördüncüsü, güc strukturlarının rəsmi orqanları olan KİV və 



agentliklər vasitəsilə ictimai məlumatlandırma siyasətini həyata 

keçirməsi. Dünya təcrübəsi göstərir ki, rəsmi orqanlarda dərc edilmiş 

məlumatlar əksər hallarda ictimai marağa səbəb olmur, bu səbəbdən bir 

çox NATO ölkələrində güc strukturlarının nəzarətində olan KİV və 

informasiya agentliklərinin "tabeçilikdən çıxarılma", müstəqilləşmə 

siyasəti həyata keçirilir

-

 

beşincisi, birgə  əməkdaşlığın qurulduğu qeyri-hökumət 



təşkilatları  və  KİV orqanları vasitəsilə ictimai məlumatlandırma. Bu 

taktika müasir dünyanın güc maşınlarının 

əsas təbliğat 

mexanizmlərindən sayılır. NATO ölkələri güc strukturları, ölkənin 

xarici hərbi strategiyası ilə bağlı mühüm məlumatların məhz müstəqil 

KİV orqanlarında işıqlandırılmasına, zəruri mövzuların QHT-lər 

tərəfindən müzakirə olunaraq ortaya real nəticələr çıxmasının 

tərəfdarıdırlar. Son illərdə Rusiyanın hərbi-siyasi elitası da məhz bu 

yolu seçib. Təsadüfi deyil ki, son zamanlar ölkə üçün mühüm əhəmiyyət 

kəsb edən yazılar Müdafiə Nazirliyinin rəsmi orqanı olan "Krasnaya 

zvezda" qəzetindən daha çox müstəqil hərbi nəşrlər - "Voyenno-

promışlennıy kuryer", "Nezavisimoye voyennoye obozreniye"də  dərc 

olunur; 

-

 



altıncısı, əlaqədar qurumlar vasitəsilə ictimai məlumatlandırma. 

Burada söhbət müdafiə  və  təhlükəsizlik sektoru ilə bağlı prosesləri 

tənzimləyən mülki rəsmi strukturlar - Nazirlər Kabineti və parlamentdən 

(xüsusilə  təhlükəsizlik və  təhlükəsizlik komitəsi) gedir. NATO 

ölkələrində güc strukturlarının qanunverici hakimiyyət qarşısında 

maksimum hesabatlılığı mövcuddur və bu səbəbdən parlamentin 

müvafiq komitəsi Silahlı Qüvvələr barədə əksər məlumatlara malik olur 

və onlar birbaşa olaraq ictimai məlumatlandırma prosesinin tərkib 

hissəsinə çevrilirlər. 

Dünya ölkələrində güc strukturlarının ictimai 

məlumatlandırması: bəzi pozitiv faktlar 

Dünyada güc strukturlarının ictimai məlumatlandırması necə 

qurulur? Bəzi faktları nəzərinizə çatdıraq: 

Rusiyada bu problemin müəyyən həlli yolunu tapmağa müvəffəq 

olublar.  Bildirək ki, Rusiya Silahlı Qüvvələrinin tabeliyində bir neçə 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə