Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
1   2   3   4   5   6   7   8   9   ...   26

_____________Milli Kitabxana_____________ 

 

18



çıxmaması üçün xüsusilə Müdafiə  Sənayesi Nazirliyi və onun nəzarət 

etdiyi hərbi sənaye kompleksi barədə intensiv məlumatlandırmanın 

həyata keçirilməsi zəruridir.  

Ümumiyyətlə, bu gün Azərbaycanın kütləvi informasiya 

vasitələrinin güc strukturları ilə münasibətlərində çoxsaylı 

problemlər qalmaqda davam edir: 

Hərbi sahədə  məlumat  əldə etmək mədəniyyətinin inkişafına, 



informasiya azadlığının təmin olunmasına dəlalət edəcək mövcud 

qanunvericilk akları qənaətbəxş hesab edilmir; 

Azərbaycanda müdafiə  və  təhlükəsizlik sahəsinin quruculuq 



perspektivi hələ  də  cəmiyyət üçün qaranlıqdır, bu istiqamətdə  KİV-ə 

konkret məlumatlar verilmir. Mətbuat müdafiə  və  təhlükəsizlik sahəsi 

ilə bağlı  nəzəri araşdırmalarda hələ  də  çətinlik çəkir, çünki ordu 

quruculuğunun hədəfləri bəlli deyil. 

KİV-in ordudakı vəziyyəti "öz gözü ilə görmək" problemi qalır. 



Güc strukturlarının bəzilərində, xüsusilə Müdafiə Nazirliyində bununla 

bağlı müəyyən ayrı-seçkilik mövcuddur. Hiss edilir ki, Müdafiə 

Nazirliyi daha çox “tərifləyən” qəzetlərin əməkdaşlarının hərbi hissələrə 

buraxılmasında maraqlıdır. Müstəqil və müxalifət qəzetlərinin 

nümayəndələrinin hərbi hissələrə düşməsi o qədər də asan məsələ deyil. 

Güc strukturlarında cəmiyyətlə, xüsusilə  KİV-lə  əlaqələr üzrə 



xüsusi mexanizmlər hələ də işlənilməyib. Ötən illərdə daha çox Daxili 

Qoşunlar və Dövlət Sərhəd Xidməti jurnalistlərin üzünə açıq olub və bu 

qurumlarda mütəmadi olaraq mətbuat konfransları keçirilib. Müdafiə 

Nazirliyi isə 2007-ci ilin noyabrından etibarən mətbuat konfransları 

keçirməyə başladı, amma müşahidəçilərin fikrincə, bu tədbirlər 

gözlənilən səmərəni vermir. Jurnalistlər bu tədbirlərdə istədikləri 

suallara cavab tapa bilmirlər.   

Güc strukturlarının bir çoxunun, xüsusilə Müdafiə Nazirliyinin, 



Dövlət Sərhəd Xidmətinin rəsmi internet səhifələri hələ  də 

yaradılmayıb. KİV bu qurumların internet səhifələrindən yararlanmaq 

hüququndan məhrum olub.  

Güc strukturlarının, xüsusilə Müdafiə Nazirliyinin yüksək 



rəhbər vəzifəlilərinin mətbuatla təmasa girməkdən çəkinməsi problem 

xarakteri daşıyır. Müdafiə Nazirliyi KİV-lə əlaqələrində yalnız bir rəsmi 

mənbəni - mətbuat xidmətini təqdim edir ki, bu da əksər hallarda bir çox 

jurnalistlərin spesifik sahələrdə məlumatsız qalmasına səbəb olur. 




_____________Milli Kitabxana_____________ 

 

19



Azərbaycanın güc strukturlarının rəsmi mətbuat orqanlarının 

təkmilləşdirilməsi istiqamətində problemlər qalmaqdadır.  

Azərbaycanın beynəlxalq təşkilatlarla, xüsusilə orduda həyata 



keçirilən islahatları diqqət mərkəzində saxlayan NATO ilə əməkdaşlığı 

çərçivəsində imzalanmış sənədlər KİV-dən qapalı saxlanılır.  

Hələ  də bir çox hərbi məmurlar "dövlət sirri" ilə "informasiya 



əldə etmək hüququ" anlayışlarının mahiyyətini anlamır, yaxud anlamaq 

istəmirlər. Bu sahədə mövcud qanunlar çox "dişsiz"dir. 

Lakin Azərbaycan Respublikası müstəqillik  əldə etdiyi dövrdən bu 

yana ölkədə  hərbi sahədə müstəqil  şəkildə informasiya əldə etmək 

istiqamətində  vətəndaş  cəmiyyətinin aktivliyi hiss edilib. 2007-ci ildə 

Azərbaycanın bir qrup Qeyri-Hökumət Təşkilatı  tərəfindən yaradılmış 

www.milaz.info

 saytı və “MilAz” İnformasiya Agentliyi bu gün nəinki 

Azərbaycanda, o cümlədən Cənubi Qafqazda hərbi sahədə ilk müstəqil 

sayt və  hərbi informasiya agentliyi hesab edilir. Bu gün bu iki 

informasiya qurumu müdafiə  və  təhlükəsizlik sektorunda baş verən 

proseslərlə bağlı ictimai maarifləndirməyə xidmət edirlər. 

 

IV HİSSƏ 

 

HƏRBİ SAHƏDƏ MƏLUMATLAR NİYƏ AÇIQ 

OLMALIDIR? DÜNYA TƏCRÜBƏSİ 

 

Azərbaycanın müdafiə  və  təhlükəsizlik sahəsinin mövcud vəziyyətinin 



öyrənilməsi və  tədqiq olunması  işində kütləvi və elektron informasiya 

vasitələrinin (KİV və  EİV) rolu çox əhəmiyyətlidir. Azərbaycanın 

müstəqillik  əldə etdiyi 1991-ci ilədək  - keçmiş SSRİ dövründə ölkənin 

müdafiə  və  təhlükəsizlik sahəsinin ictimai öyrənilməsi işi demək olar ki, 

mövcud deyildi. Ümumiyyətlə SSRİ dövründə silahlı qüvvələrin hamı üçün 

açıq olması mümkün deyildi. Dünyanın  ən iri sosialist dövləti olan SSRİ 

rəhbərliyi hesab edirdi ki, müdafiə  və  təhlükəsizlik sahəsinin  ən adi 

aşkarlığl birbaşa imperiyanın hərbi qüdrətinə zərbə olacaq. 

Lakin zaman göstərdi ki, ordunun qapalı saxlanılması  əksinə müdafiə 

təsisatlarının özünə  zərbə vurur. Doktrinal sənədlərin hazırlanması ilə 

məşğul olan qərb ekspertlərinin fikrincə, XXI əsrdə ortaya çıxan  əsas 

diqqətçəkən məqamlardan biri müdafiə  və  təhlükəsizlik sahəsində baş 

verən proseslərin maksimum şəffaflığı ilə bağlı olacaq. Analitiklər belə 



_____________Milli Kitabxana_____________ 

 

20



hesab edirlər ki, əvvəlki illərin "qapalılığı" artıq işə yaramır: təcrübə sübut 

edir ki, müdafiə və təhlükəsizlik sahəsində islahatların səmərəliliyini təmin 

etmək üçün güc strukturlarında baş verən proseslərin tam açıq  şəkildə 

ictimaiyyətə təqdim olunması qaçılmazdır. Bunu üç məqam zəruri edir: 



1.

 

XXI əsrdə dövlətlərarası münasibətlər getdikcə strateji müttəfiqlik 

halına keçir və imzalanmış bu və digər sənədlərdə əksini tapan məqamlar

dünya dövlətlərinin bir-birinə  nəzarətinin artması, kosmik tədqiqatlar 

(xüsusilə kosmosdan dünya ölkələrinin müdafiə komplekslərinin müşahidə 

imkanlarının artması) və sairə proseslər müdafiə  və  təhlükəsizlik 

sektorunda gizli nəsə qalmasına imkan vermir. Ümumiyyətlə yaşadığımız 

dövrün xüsusliyyətləri göstərir ki, bütün dünyada müdafiə və təhlükəsizlik 

sektoruna aid strateji sənədlərin öyrənilməsi və onların bir-birinə 

uzlaşdırılması prosesi gedir. Misal olaraq, Gürcüstsanın və Azərbaycanın 

Milli Təhlükəsizlik Konsepsiyalarının, Hərbi Doktrinalarının və Strateji 

Müdafiə  İcmallarının hazırlanmasında NATO mütəxəssisləri, xüsuslilə 

ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və sair ölkələrdən olan ekspertlər 

yaxından iştirak ediblər və hazırda onlar sözugedən prosesə daha yaxından 

müdaxilə edirlər. Həmçinin Avropada Adi Silahlı Qüvvələrə dair Cinah 

sazişinin müddəalarını xatırladaq.  İki hərbi-siyasi ittifaq - NATO və 

Varşava Müqaviləsi Təşkilatı arasında imzalanmış  bu saziş köhnə dünyada 

adi silahlanmanın sabit və  təhlükəsiz balansını  təyin etməyi nəzərdə 

tuturdu. Sənəd sabitliyə  və  təhlükəsizliyə  xələl gətirən silahların, qəfil 

hücum və genişmiqyaslı hücum hərəkətlərinin başlanması potensialının 

ləğvini tələb edirdi. Sözügedən məqsədlərə çatmaq üçün saziş tankların, 

döyüş zirehli maşınlarının, 100 mm-dən yuxarı olan artilleriya silahlarının, 

eləcə də zərbə təyyarələrinin və vertolyotlarının sayını, demək olar, iki dəfə 

azaldırdı. 5 növ ağır hərbi texnika üzrə limitləri müəyyən edən sənədə 

əsasən, Cənubi Qafqaz ölkələrinə ayrı-ayrılıqda 220 tank, eyni sayda zirehli 

döyüş maşını, 285 artilleriya qurğusu, habelə 100 döyüş  təyyarəsi və 50 

zərbə vertolyotu saxlamaq kvotası verilib.Həmçinin ATƏT-in hərbi 

missiyasının tez-tez postsovet ölkələrinə  səfərlərini, bu ölkələrin Silahlı 

Qüvvələrində baş verən proseslərin öyrənilməsi və beynəlxalq səviyyədə 

öyrənilməsi fonunda ölkə  cəmiyyətindən ordu islahatinin qapalı 

saxlanılması o qədər də ciddi və əhəmiyyətli hüsab edilə bilməz. 

2.

 

Müdafiə  və  təhlükəsizlik sektorunda xidmət edənlərin hüquqları 

daim diqqət mərkəzindədir. Cəmiyyətin hər bir üzvünün yaxını silahlı 

birləşmələrdə xidmət edir. Ekspertlərin təxmini hesablamalarına görə orta 

hərbiləşdirilmiş (silahlı qüvvələrində xidmət edənlərin sayının ölkə 

əhalisinin ümumi sayının  ən azı 1,5-3 faizini təşkil etməsi – Azərbaycan, 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə