Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
1   2   3   4   5   6   7   8   9   ...   26

_____________Milli Kitabxana_____________ 

 

12



yiyələnlər – Dadaş Rzayev, Məmmədrəfi Məmmədov və Səfər Əbiyev 

hərbi sahədə informasiya verilməsinin məhdudlaşdırılması siyasətinə 

üztünlük verdikləri müşahidə edildi. Əgər Qazıyev dövründə  mətbuat 

xidmətinə müraciət edən hər bir jurnalistə hərbi hissələrə, cəbhə xəttinə 

baş çəkməyə razılıq verilirdisə, sonrakı nazirlər dövründə bu məsələ bir 

qədər qəlizləşdi. 

1993-cü ilin aprelində  Kəlbəcər rayonu ermənilər tərəfindən işğal 

edildikdən sonra MN-in mətbuatla  əlaqələri hissediləcək dərəcədə 

məhdudlaşdırıldı. Bu, Dadaş Rzayevin dövründə baş verdi. Hadisədən 

bir neçə gün sonra MN mətbuat xidmətini nazirliyin binasından Salyan 

kazarmasına köçürdülər. Xidmət  əməkdaşları burada kompütersiz və 

telefonsuz şəraitdə bir müddət işləməyə məcbur olublar.  

Yeni müdafiə naziri general-leytenant Məmmədrəfi Məmmədov 

mətbuat xidməti  əməkdaşlarını nazirliyin binasına qaytarsa da onların 

qarşısına böyük məhdudiyyətlər qoymuşdu. 1994-cü ilin mayında - 

atəşkəs müqaviləsi imzalanandan sonra mətbuat xidməti yeni iş rejiminə 

keçirildi. Nazirliyin mətbuatla normal münasibətləri  ənənəsinə son 

qoyuldu, məlumatın ötürülməsinə  məhdudiyyətlər qoyuldu. Yeni 

rejimdə həftəlik brifinqlər əvvəl-əvvəl ayda bir dəfə keçirildi, sonra isə 

qeyri-müəyyən vaxta təxirə salındı. Mətbuat xidmətinin gündəlik 

məlumatları isə formal xarakter daşımağa başladı. Mətbuat xidməti artıq 

orduda baş verən hadisələrdən tam xəbər ala bilmirdi. Nazirliyin 

məlumatlı idarələri mətbuat xidmətini məlumatsız qoydular. Yeni 

dövrdə mətbuat xidmətinin işi yalnız şablon məlumatları verməkdən və 

dünya hadisələri barədə icmal hazırlayıb nazir və onun müavinlərinə 

təqdim etməkdən ibarət idi. 

 

1995-ci ilin mart ayında polkovnik Ramiz Məlikov yenidən 



nazirliyin mətbuat xidmətinin rəisi vəzifəsinə qaytarıldı. R.Məlikov 

ordunun mətbuatla əlaqələrində atəşkəsdən sonra yaranmış durğunluğu 

davam etdirməyə başladı. Müdafiə Nazirliyində mətbuat konfranslarının 

keçirilməsi  ənənəsinə son qoyuldu, jurnalistlərin hərbi hissələrə baş 

çəkməsi məhdudlaşdırıldı. Əgər 1992-95-ci illərdə ordu cəmiyyət üçün 

əsas maraq obyekti hesab edilirdisə, 1995-ci ildən başlayaraq Silahlı 

Qüvvələr diqqət baxımından arxa plana keçdi. Bu dövr 1999-cu ilədək 

davam etdi. Əslində 1994-1998-ci illər Azərbaycan Silahlı Qüvvələri 

üçün "itmiş dövr" hesab edilir. Çünki bu dövrdə orduda hansı 



_____________Milli Kitabxana_____________ 

 

13



irəliləyişin baş verməsi ilə bağlı ciddi məlumatlar yoxdur. Əksinə, bu 

dövrdə orduda neqativ halların çoxalması sonradan cəmiyyətin 

müzakirə edəcəyi əsas məqamlardan biri idi. 

Beləliklə, 1998-ci ildən başlayaraq ordudakı problemlər cəmiyyətin 

diqqət mərkəzində oldu. Bu dövrdən etibarən ayrı-ayrı  hərbçilər, 

ehtiyatda olan zabitlər ordudakı neqativ halları - xəstəliklərdən və 

aclıqdan dünyasını  dəyişən  əsgərləri, korrupsiya və rüşvətxorluğu, 

qeyri-nizamnamə hallarının çoxalması  və digər hadisələri cəmiyyətin 

diqqətinə çatdırmağa başladılar. Bütün bunları cavablandırmaq isə ilk 

növbədə Müdafiə Nazirliyi mətbuat xidmətinin öhdəsinə düşürdü. Lakin 

nazirliyin mətbuat xidməti bu istiqamətdə əsaslı fəallıq göstərə bilmədi. 

Nəticədə  cəmiyyətdə ordunun nüfuzu hissediləcək dərəcədə  aşağı 

düşdü. Ordunun informasiya siyasətindəki böhranlı  vəziyyət artıq ölkə 

rəhbərliyinə də bəlli idi. Bir çoxları 2007-ci ilin aprelində R.Məlikovun 

istefaya göndərilməsini həm də bununla izah edirlər. 

2007-ci ilin əvvəlində  mətbuat xidmətinə  rəis təyin olunan Eldar 

Sabiroğlu Müdafiə Nazirliyi ilə  KİV arasında münasibətlərin 

normallaşması istiqamətində diqqətçəkən addımlar atmağa başladı. 

Onun dövründə  mətbuat xidmətinin mətbuat konfranslarının keçirmək 

ənənəsi bərpa olundu. Eyni zamanda müəyyən məsələlərlə bağlı 

məlumatın  əldə edilməsi istiqamətində media nümayəndələrinin işi 

asanlaşdı. Lakin əvvəllər rübdə bir dəfə keçiriləcəyi bəyan olunan 

mətbuat konfranslar artıq ildə iki dəfə keçirilir. Eyni zamanda ordudakı 

problemlərlə bağlı jurnalistləri maraqlandıran  əsas suallara cavab 

verilmir. Mətbuat xidməti jurnalistlərin hərbi hissələrə səfərlərini təşkil 

etsə də, bu səfərlərdə əsasən tənqidçi jurnalistlər iştirak etmir. Ən əsası, 

Müdafiə Nazirliyi hərbi sahədə problemləri qabardan jurnalistlərə qarşı 

dözümsüz münasibəti davam etdirir. 



Beləliklə baş verənləri ümumiləşdirərək 1991-ci ildə  əldə edilən 

müstəqillikdən bəri Azərbaycanın müdafiə  və  təhlükəsizlik 

sahəsinin KİV-lə əlaqələrini 4 şərti dövrə bölmək olar: 

1. VƏTƏNPƏRVƏR MEDİA (1991-1994). Bu dövr Azərbaycanın 

Ermənistanla qızğın hərbi  əməliyyatlar dövrünə  təsadüf edir. O zaman 

cəbhə  xəttində baş verən döyüşlər, Azərbaycan cəmiyyətinin bütün 

diqqətinin hərbi  əməliyyatlara yönəlməsi ölkə  mətbuatını  vətənpərvər 

mövqedən çıxış edərək problemlərə göz yummaq, daha çox Azərbaycan 

silahlı qüvvələrinin gücünü təbliğ etmək məqsədi güdməyə vadar edirdi. 




_____________Milli Kitabxana_____________ 

 

14



O zaman silahlı qüvvələrdə problemlər çoxsaylı idi, ordunun 

təminatında, təşkilatlanmada ciddi problemlər gözə dəyirdi. Lakin KİV 

birmənalı olaraq problem mövzusunu qabartmır, bu istiqamətdə hansısa 

informasiya  əldə etməyə  cəhd göstərmirdi və bu istiqamətdə ona güc 

strukturlarının rəsmiləri tərəfindən təzyiq, demək olar, yox idi. 

Problemlər hansısa  ərazinin itirilməsi, döyüş  uğursuzluğu zamanı 

qabardılırdı, lakin bu, o qədər də diqqət çəkmirdi. 

2. ORDU İLƏ  KİV ARASINDA "ATƏŞKƏS" (1994-1998). Bu 

dövr Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalandığı 1994-cü 

ildən sonraya təsadüf edir. 1998-ci ilə qədər davam edən bu dövrdə ordu 

ilə KİV arasında münasibətlərdə bir süstlük nəzərə çarpırdı. Bu dövrün 

ən böyük problemi ordunun və  KİV-in qarşılıqlı münasibələrin 

qurulmasına təsir edəcək fəaliyyət mexanizmlərinin olmaması idi. Yəni 

güc strukturları hansı  məlumatın cəmiyyətə çatdırılmasının zəruri 

olduğunu müəyyən etməkdə çətinlik çəkirdi. Hesab edilirdi ki, hər hansı 

informasiya və ya yanlış yozum cəbhə  xəttində döyüş  əməliyyatlarını 

yenidən alovlandıra bilər. KİV də bu dövrdə hansı hərbi informasiyaları 

əldə etmək, ordu problemlərini necə qabartmaq və onu necə təhlil etmək 

istiqamətində "baş sındırırdı". Artıq köhnə sovet dövrünə xas olan hərbi 

yanaşmalar cəmiyyətdə  qəbul olunmurdu, müasir qaydalara uyğun 

yazılar isə güc strukturları tərəfindən hiddətlə qarşılana bilərdi. Odur ki, 

1994-1998-ci illəri Azərbaycanda ordu ilə  KİV arasında bir "atəşkəs 

dövrü" kimi qiymətləndirmək olar. Bu dövrdə  hərbi  əməliyyatların 

yenidən bərpa olunacağı, Azərbaycan ordusunun işğal altında olan 

torpaqları tam geri qaytaracağına inam çox güclü idi. Odur ki, hamı 

gözləyirdi - bu dövrdə  də  KİV ordudakı problemləri qabartmamağa 

üstünlük verdi. 



3. PROBLEM BUMU (1998-2005).  Hərbi  əməliyyatların bərpa 

ediləcəyi təhlükəsi geridə qaldıqdan sonra, 1998-ci ildə ilk dəfə olaraq 

Silahlı Qüvvələrdə xidmət etmiş bir neçə  əsgər və zabit tərəfindən 

ordudakı problemlər, müxtəlif xəstəliklərdən dünyasını  dəyişən hərbi 

qulluqçuların siyahısı  KİV vasitəsilə  cəmiyyətə çatdırıldı. Bu dövrdə 

ordudakı problemlər, təminat sahəsində çatışmazlıqlar, hərbi 

vəzifəlilərin tutduqları vəzifələrdən sui-istifadə etməsi ilə bağlı çoxsaylı 

faktlar müxtəlif qəzet və telekanallarda öz əksini tapdı. Bu dövrdə 

hərbyönlü qeyri-hökumət təşkilatları xeyli fəallaşdılar, çoxsaylı mətbuat 

konfransları  təşkil olundu. Məhz 1998-2005-ci ildə Azərbaycanın güc 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə