Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə157/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   153   154   155   156   157   158   159   160   ...   168

 

526


baycan musiqisi tariхində mühüm rol oynamışdır. Əslində onun 

bu sahədə apardığı  fəaliyyət böyük tədqiqat işi olub, Azərbay-

canda еtnomusiqişünaslığın inkişafında böyük əhəmiyyətə malik 

olmuşdur.  

 

 

*** 



 

Səid Rüstəmov Azərbaycan musiqi tarixinə müəllimi Üzeyir 

Hacıbəylinin musiqi ənənələrini davam etdirən böyük ustad sənət-

kar kimi daxil olmuşdur. Elə Üzeyir bəyin digər sevimli tələbəsi 

olan ilk qadın bəstəkarımız Ağabacı Rzayevanı da xalq çalğı alət-

ləri orkestrinin tar qrupuna işə qəbul edən Səid Rüstəmov olmuş-

dur. Tariximizin növbəti hissəsi, Azərbaycanın ilk qadın bəstəkarı 

Ağabacı Rzayevanın həyat və yaradıcılığına həsr edilir. 

 

 

 



 

 



 

527 


 

 

XIII HİSSƏ 

 

AĞABACI RZAYEVA 

 

(1913-1975) 

 

 

 

 

Azərbaycan musiqisində ilk qadın bəstəkarı, Əməkdar incə-

sənət xadimi, Ağabacı Rzayevanın xüsusi özəl yeri vardır.  İlha-

mını, kökünü xalq yaradıcılığından, muğamlardan, təsnif, mahnı 

və rəqslərdən alan bəstəkar, bu musiqiləri özünün yaradıcılıq la-

boratoriyasına çevirərək, onlardan bəhrələnmişdir. Elə buna görə 

də, onun əsərləri müxtəlif səpkili, müxtəlif əhval-ruhiyyəlidirlər. 

Onun musiqisində  həzinlik də var, şıltaqlıq da var, lirika da, 

qəhrəmanlıq da var. Əsərlərinin sevilməsinin, böyük auditoriya 

toplamasının  əsasını melodiyalarının səmimiliyi, harmoniyala-

rının sadələyi, təbiiliyi, melodika-ritmik dönmələrinin müxtəlif-



 

528


liyi təşkil edir. Bir sözlə, bəstəkarın yaradıcılığı xalq mən-

bələrinin dərin köklərindən şirə çəkib qidalanmış yaradıcılıqdır. 

Ağabacı Rzayeva qələmini musiqinin müxtəlif janrlarında sı-

namasına baxmayaraq, onun yaradıcılığında əsas yeri vokal mu-

siqisi tutur. Bəstəkar 300-dən artıq mahnı, romans, xor əsərləri-

nin, instrumental janrda yazılan musiqilərin müəllifi olmuşdur.  

Poeziyanı gözəl bilən Ağabacı Rzayeva, yazdığı mahnı  və 

romanslarında sözlərə böyük əhəmiyyət verir, klassik şairlərə 

müraciət edirdi. Onun romanslarında daha çox Nizami Gəncəvi, 

Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, 

Xurşudbanu Natəvan, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axun-

dov, Səməd Vurğun, Mikayıl Müşfiq, Nazım Hikmət və başqa-

larının  şeirlərinə rast gəlmək olur. Bəstəkar rus poeziyasına da 

böyük məhəbbətlə yanaşırdı. Bir çox gözəl romanslarını Puşkin, 

Lermontov, Nekrasovun şeirlərinə yazmışdı. 

Ağabacı Rzayevanın ən gözəl mahnılarında dövrünün, müa-

sirlərinin həyatı, fəaliyyəti, hiss və həyəcanları əks olunmuşdu. 

Sadə insanlar – neftçilər, pambıqçılar,  əmək qəhrəmanlarının 

obrazları canlanmışdı. “Çoban Qara”, “Muğan qızı”, “Neftçi 

Qurban”, “Neftçilər mahnısı” buna gözəl misaldır. Bu günə qə-

dər el şənliklərimizdə, toy-düyünlərdə gəncləri sevindirən “Evi-

mizə gəlin gəlir”, “Toy mahnısı”, “Barmağıma üzük tax” mahnı-

ları da Ağabacı Rzayevaya məxsusdur.   

Bəstəkar uşaqları da yaddan çıxartmayıb. Demək olar ki, 

Qəmbər Hüseynli və Ağabacı Rzayeva yaradıcılığından başlaya-

raq Azərbaycanda uşaq mahnısı janrı öz inkişafını tapmışdı. 

1965-ci il 30 dekabr “Azərbaycan müəllimi” qəzetinin səhifələ-

rində  çıxan Ağabacı Rzayevanın “Uşaqların tərbiyəsinə dair” 

məqaləsində yazırdı ki, “Uşaqların bədii estetik zövqünü inkişaf 

etdirməkdə, onlarda nəcib sifətlər yaratmaqda musiqinin böyük 

rolu olduğu hamıya məlumdur. Buna görə də uşaqlarımız üçün 

mahnı bəstələməyi çox şərəfli bir iş hesab edirəm”. Bir çox ellə-

ri gəzən, dillər əzbəri olan “Kukla” mahnısı artıq Azərbaycanın 

musiqi xəzinəsinə daxil olan uşaq mahnılarından biridir.  

Bəstəkarın portfelində orkestr üçün əsərlər, bəstəkar İsmayıl 

Quliyevlə birlikdə yazdığı “Höcət eləmə” operettası, şair Mirva-




 

529 


rid Dilbazinin sözlərinə yazdığı musiqili səhnə əsəri “Günəş eş-

qi”, müxtəlif alətlər üçün pyeslər, xalq çalğı alətləri üçün əsərlər 

yer almışdır. 

Azərbaycanın ilk qadın bəstəkarı olan Ağabacı Rzayeva bir ic-

timai xadim kimi də ölkəmizdə tanınmışdır. O, dəfələrlə Bakı So-

vetinə, daha sonra Ali Sovetə deputat seçilmişdir. İctimai xadim ki-

mi, bir deputat kimi çox fəal olmuş, ona ünvanlanan müraciətlərə 

həssaslıqla yanaşaraq, əlindən gələn köməyi əsirgəməmişdir. 

Bəstəkar Moskvada keçirilən “Dünya sülh tərəfdarları” kon-

fransında iştirak etmiş, orada Azərbaycanı təmsil etmişdir. Ağa-

bacı Rzayeva Azərbaycan Respublikasının  Əməkdar incəsənət 

xadimi kimi yüksək ada layiq görülmüş, “Qırmızı Əmək Bayra-

ğı” və “Şərəf nişanı” ordenləri ilə təltif olunmuşdur. 



 

530


 

 

I fəsil 

 

Ağabacı Rzayevanın həyat və yaradıcılığı 

 

Ağabacı İsmayıl qızı Rzayeva 1912-ci il dekabr ayının 15-də 

Bakı  şəhərində ziyalı bir ailədə anadan olmuşdu. Atası  İsmayıl 

Rzayev iqtisadçı olmasına rağmən musiqini dərindən bilən, tar-

da gözəl çalan olmuşdu. Ailələrində daima muğam sədaları yük-

səlmişdir. Ağabacıgilin evlərində tar, saz, qaval, qoşa nağara

qarmon, qrammafon var idi. Ona görə  də bu evdən hər zaman 

çalıb-oxumaq səsləri gəlirdi. Çünki, Ağabacının babası Mirzə 

Fərəc dövrünün məşhur tarzəni olmuşdu.  

Mirzə  Fərəc Rza oğlu Rzayev (15.03.1847-27.03.1927) Bakı-

Abşeron muğam ifaçılıq məktəbinin nümayəndələrindən idi. O, 

Bakıda Məşədi Məlik Mansurovun evində  təşkil olunan muğam 

məclislərində fəal iştirak etmiş, bir çox xanəndələri müşayiət et-

mişdi. İlk tar çalmağı tarzən Şirazlı Əlidən öyrənmiş, daha sonra 

sənətini təkmilləşdirmək üçün İrana getmiş, orada yaşayaraq qə-

dim musiqi traktatlar ilə tanış olmuş, onları araşdırmışdı.  

Mirzə Fərəc musiqi tarixinin, həmçinin muğamların dərin bi-

licisi kimi tanınıb. Məhz ona görə də, dahi bəstəkar Üzeyir Hacı-

bəyli keçən əsrin 20-ci illərində əvvəlcə Musiqi texnikumunda, 

sonralar isə Konservatoriyada muğam tədrisinin proqramının 

tərtibi üçün yaratdığı “Muğam komissionu”na Mirzə  Fərəci də 

dəvət etmişdi. O vaxtlar bu komissiyada Şirin Axundov, Qurban 

Pirimov, xanəndələrdən  Əbdülbağı Zülalov, Cabbar Qaryağdı-

oğlu, Keçəçi Məmməd və başqa muğam biliciləri toplanmışdı. 

Üzeyir bəy muğamın tədris proqramını yaratmaqdan əvvəl onla-

rın ayrılıqda fikirlərini öyrənmək istəyirdi. Mirzə Fərəc özünün 

muğam cədvəlini tərtib edib, Üzeyir bəyə təqdim etmişdi. Onun 

muğam cədvəlində XIX əsrin sonunda Abşeron-Bakı mühitinin 

muğam ifaçılığı təcrübəsi əks etdirilmişdi. Bu cədvəldə o zaman 

mövcud olan muğamların tərkibindəki  şöbələr, guşələr dolğun 

şəkildə öz əksini tapmışdı. Bunu da qeyd etmək lazımdır ki, 



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə