Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə160/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   156   157   158   159   160   161   162   163   ...   168

 

537 


duğu məktəbdə  Ağabacının bacarığını, fəallığını görərək rayon 

Sovetinə deputatlığa təqdim edirlər. İlk ictimai işində dərin mə-

suliyyət hiss edən Ağabacı, tez-tez seçiciləri ilə görüşür, onların 

ərizə və şikayətləri ilə tanış olurdu. 

1940-cı ildə  Ağabacı Rzayeva Musiqi Texnikumunu bitirir 

və Konservatoriyanın hazırlıq kurslarına daxil olur. Eyni zaman-

da onu Musiqi Texnikumunda müəllim kimi notla tar dərsi de-

məyə saxlayırlar. 1940-1960-cı illərdə Ağabacı Rzayeva bu tex-

nikumun müəllimi kimi fəaliyyət göstərir. 

Bu illərdə qardaşı Nəsir Azərbaycan ordusunun əsgəri kimi Və-

tənə borcunu verirdi. Bir gün ondan gələn məktubun arasından Nə-

sirin yazdığı “Vətən” şeiri çıxır. Qardaş həsrəti, Vətən məhəbbəti 

Ağabacıda dərin hisslər oyadır. İlhama gələn gənc qız, bu sözlərə 

mahnı  bəstələyir. Artıq onun ilhamını susdurmaq olmaz idi. İlk 

əsərini xalq çalğı alətləri üçün “Gənc vətənpərvərlər marşı”nı yazır. 

Əsəri orkestrdəki yoldaşlarına göstərir. Onlar marşın musiqisini bə-

yənərək onu məşq etməyə başlayırlar. Amma bu əsəri Ağabacı, 

müəllimi Üzeyir bəyə göstərməyə cəsarət etmir. Tez bir zamanda 

Üzeyir bəy də “Gənc vətənpərvərlər marşı”nı eşidir, musiqinin mü-

əllifinin kim olduğunu öyrənir. Ağabacı Rzayevanın bacısı Ruqiy-

yə xanım xatirələrində yazırdı ki: “Üzeyir bəy tələbəsinin “Marş” 

əsərini dinləyəndən sonra onun musiqisini çox bəyənir, Ağabacını 

yanına çağırtdıraraq, “Sən sübut etdin ki, qadın da bəstəkar ola bi-

lərmiş” sözlərini deyir və ona Konservatoriyanın bəstəkarlıq şöbə-

sinə daxil olmağı məsləhət görür.” 

 

Vətənpərvərlər marşı 

 

 



 

538


 

 

Beləliklə, Ağabacı Rzayeva nəinki Azərbaycanda, eləcə  də 



bütün Şərqdə ilk professional qadın bəstəkar və Üzeyir bəyin ilk 

tələbələrindən biri olur. Ağabacı Rzayevadan sonra Hökumə Nə-

cəfova,  Ədilə Hüseynzadə,  Şəfiqə Axundova, Elmira Nəzirova 

Azərbaycan musiqisinin ilk qadın bəstəkarları kimi musiqi tari-

xinə düşürlər. Adlarını  çəkdiyimiz bu qadınlar Üzeyir bəydən 

dərs almış tələbələrdirlər.  

1941-ci ildə Ağabacı Rzayeva Azərbaycan Dövlət Konserva-

toriyasının bəstəkarlıq şöbəsinə daxil olur. Konservatoriyada da-

hi Üzeyir Hacıbəylinin dərsləri ona çox şey öyrətmişdi. Müəlli-

minin ona dərslərin birində dediyi: “Xalqını sev, musiqini onun 

başa düşəcəyi dildə yaz ki, qoy xalq da səni sevsin” sözləri Ağa-

bacı Rzayevanın yaradıcılıq kredosuna çevrilir.  

Ağabacı Rzayevaya Konservatoriyada musiqi tarixindən 

Azərbaycanın ilk musiqişünaslarından olan Xurşud xanım Ağa-

yeva dərs demiş, sonralar onun müəllimləri arasında Qara Qara-

yev, Cövdət Hacıyev, Əfrasiyab Bədəlbəyli kimi simalar olmuşdur.  

 

 



 

539 


 

 

II fəsil 

 

Mahnı, romans və digər janrlarda  

yazdığı əsərlər 

 

1942-ci ildə onu Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçirlər. 

Artıq Ağabacı daha məsuliyyətli, daha məhsuldar işləməyə başla-

yır. Bir-birinin ardınca mahnı-romanslar yazır. Böyük Vətən müha-

ribəsi zamanı  Ağabacı Rzayeva öz istedadını mahnılarda sınayır. 

Onun əsərlərinin ilk mövzusu Vətən, onun azadlığı oldu, elə “Gənc 

vətənpərvərlər marşı”, “Vətən” mahnısı buna bariz nümunədır. 40-

cı illərin mahnı-romansları arasında Mirvarid Dilbazinin sözlərinə 

“Partizan oğlu”, “Qəhrəman ananın qəhrəman oğlu” və başqalarını 

göstərmək olar. Həmin illərdə Azərbaycanın Himnini yazmaq üçün 

müsabiqə elan olunanda Üzeyir Hacıbəyli ilə birlikdə  Ağabacı 

Rzayeva da müsabiqəyə qoşulur və o vaxtlar onun yazdığı Himn 

də münsiflər tərəfindən bəyənilmişdir.  

1944-cü il Azərbaycanın musiqi tarixində əlamətdar hadisəli bir 

ildir. Həmin ildə Tbilisi şəhərində Zaqafqaziya Respublikalarının 

musiqi ongünlüyü keçirilirdi. Ongünlükdə üç respublikadan əlavə 

Sovet İttifaqının məşhur sənətkarları da iştirak edirdilər. Azərbay-

can həmin ongünlükdə böyük bir nümayəndə heyəti ilə təmsil olu-

nurdu və bir çox bəstəkarların əsərləri də ilk dəfə məhz həmin on-

günlükdə səslənmişdi. Gənc bəstəkarlar Qara Qarayev, Cövdət Ha-

cıyev və Soltan Hacıbəyovun birinci simfoniyaları, Fikrət Əmiro-

vun simfonik poeması, Niyazinin “Xatirə” və “Döyüşdə” simfonik 

lövhələri ilə birlikdə Ağabacı Rzayevanın da orkestr üçün yazdığı 

“Yallı” instrumental əsəri və görkəmli müğənni Bülbülün ifasında 

mahnı-romanslarından “Gözləyirəm sevgilim” (sözləri Cəfər Xən-

danın), “Gözlərin” (sözləri  İsmayıl Soltanın), “Dilbərim” (sözləri 

Zeynal Cabbarzadənin) səslənmişdi. Adlarını çəkdiyimiz bu əsərlər 

həmin ongünlükdə böyük müvəffəqiyyət qazanmışdı.  

1944-cü ildə Azərbaycan Kinostudiyasında ilk qadın bəstəkar 

Ağabacı Rzayeva haqqında film çəkilir. Filmdə Ağabacı Rzayevanın 




 

540


Cəfər Cabbarlının sözlərinə yazdığı “Azərbaycan” romansı  səslən-

mişdir. Maraqlıdır ki, Üzeyir Hacıbəylinin sevimli tələbələrindən 

biri olan Ədilə Hüseynzadənin çox gözəl səsi var idi. Ədilə xanım 

eyni zamanda vokalnan da məşğul olurdu. “Azərbaycan” romansını 

həmin filmdə Ədilə Hüseynzadə ifa etmişdi. Onu royalda müşayiət 

edən isə gözəl pianoçumuz Asya xanım Zülfüqarova olmuşdu. 

1948-ci ildə Moskvada, incəsənətdə formalizm əleyhinə mü-

barizə başlamışdı. Bəstəkar Vano Muradelinin musiqidə forma-

lizm haqqında məşhur çıxışından sonra, Bakıda da bu çıxışı mü-

zakirə edib, bir əsəri tənqid etmək lazım idi. Bəstəkarların, yazı-

çıların və Mərkəzi Komitə üzvlərinin iştirak etdiyi iclasda Ağa-

bacı Rzayevanın Nizaminin sözlərinə yazılmış “Könlüm” ro-

mansını tənqid atəşinə tutaraq qərar cıxartdılar ki, romans reper-

tuardan götürülsün. Halbuki görkəmli müğənni Bülbülün ifasın-

da “Könlüm” romansı çox sevilmişdi və radio dalğalarında tez-

tez səslənən bir əsər idi. Bu haqsız tənqid Ağabacı xanıma əlbət-

tə ki, çox pis təsir etmişdi. Lakin bir neçə ildən sonra haqq yeri-

ni tapdı. “Kommunist” qəzetində Mədəniyyət Nazirliyinin qərarı 

çap olundu ki, bəstəkar Ağabacı Rzayevanın vaxtı ilə repertuar-

dan çıxarılmış “Könlüm” romansı haqsızlığa uğrayıb və  əsəri 

yenidən repertuara qaytarmaq lazımdır. Bu, Ağabacı Rzayevanın 

həyatında rast gəldiyi maneələrdən biri idi. Hələ Üzeyir bəyin 

sağlığında coxları onun yazdığı əsərlərinin, müəlliminin qələmi-

nə  mənsub olduğunu düşünürdülər.  Bu  da  Ağabacı Rzayevaya 

çox pis təsir edirdi. Bir tərəfdən də bu dedi-qodular onu daha da 

əzmləndirir, məhsuldar işləyərək biri-birinin ardınca gözəl əsər-

lərini yazırdı.  

Ümumiyyətlə, 1948-ci il Ağabacı Rzayeva üçün ağır illərdən 

biri idi. Ata kimi sevdiyi, daim qayğısını öz üzərində hiss etdiyi, 

sevimli müəllimi Üzeyir bəyin vəfatı hər kəsi sarsıtdığı kimi Ağa-

bacı xanıma da ağır təsir etmişdi. Sanki yer ayağının altından get-

mişdi. Bu yoxluğu notlara keçirmək, qəlbinin ağrılarını üzə  çı-

xartmaq lazım idi. Ağabacı Rzayeva Üzeyir Hacıbəylinin ölümü-

nün ildönümünə şair Hüseyn Abbaszadənin sözlərinə “Sənin xatı-

rən” qəzəl-romansını yazır. Bu romansla o, kiçicik də olsa müəlli-

minin ruhu qarşısında öz borcunu vermiş olur. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə