Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə159/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   155   156   157   158   159   160   161   162   ...   168

 

534


surətdə yaşadığı halda, qapılarını musiqi təhsili arzusunda bu-

lunan türk balaları üçün daim bağlı saxladı.” 

O dövrlər Azərbaycanda musiqi təhsilinin inkişafı üçün gecə-

gündüz çalışan Üzeyir Hacıbəyli 1922-ci ildə Bakıda Azərbaycan 

Dövlət Türk Musiqi məktəbini açmışdı. Məktəbin yaradılmasında 

məqsəd, musiqi sənəti sahəsində, xüsusilə  də,  şərq musiqisi sa-

həsində milli kadrların yetişdirilməsi idi. Məktəb açılanda forte-

piano, vokal, muğam, musiqi nəzəriyyəsi və milli alətlər şöbələri 

fəaliyyət göstərirdi. Sonralar məktəb, 1924-cü ildə orta-ixtisas 

musiqi təhsili müəssisəsi statusunu qazanaraq Azərbaycan Dövlət 

Türk Musiqi texnikumu adlanır. Üzeyir Hacıbəyli ilk əvvəl texni-

kumda dərs demək üçün Rusiyadan yüksək ixtisaslı musiqiçiləri 

dəvət edir. Texnikumun tələbələri respublikanın həyatında yaxın-

dan iştirak edir, klublarda, müəssisələrdə konsertlər verirdilər. 

Nəhayət, 1926-cı ildə texnikum Azərbaycan Dövlət Konservatori-

yası ilə birləşir və beləliklə Üzeyir Hacıbəylinin uzaqgörənliyi nə-

ticəsində respublikada musiqi təhsilində üçpilləli sistem yaranır. 

İbtidai musiqi təhsili, orta və ali musiqi təhsili. Üzeyir Hacıbəyli 

millətçi damğasından çəkinməyərək məhz azərbaycanlı uşaqları-

nın, gənclərinin musiqi təhsili almaları üçün xüsusi təhsil müəssi-

səsi yaradır. O, çox gözəl bilirdi ki, milli musiqinin inkişafı üçün 

ilk növbədə savadlı azərbaycanlı kadrlar lazımdır. Buna görə də 

Üzeyir bəy “Qoy özümüzünkülər çalsın” deyəndə  məhz milli 

kadrların məktəbə cəlb olunmasının əhəmiyyətini kəsb edirdi. 

Beləliklə, Ağabacını texnikumun tar sinfinə, Ruqiyyəni bacı-

sı isə kamançaya qəbul edirlər. Ağabacının muğam müəllimi 

Mirzə Mansur, notla çalmaq üzrə müəllimi Səid Rüstəmov olur. 

Üzeyir bəy isə ona musiqi nəzəriyyəsindən dərs deyir. Oxumaq-

la yanaşı o, 44 saylı məktəbdə müəllimlik etməyinə davam edirdi.  

Musiqi texnukumunda oxumağa başlamaqla Ağabacı Rzaye-

vanın həyatında əsaslı dönüş olur. Əvvəla sevimli müəllimi Üze-

yir Hacıbəylinin onun üzərində nəzarəti və daha sonrakı illərdə 

himayəsi Ağabacıya qol-qanad verirdi. Musiqi tarixindən bəlli-

dir ki, Üzeyir Hacıbəyli bütün tələbələrinə qarşı olduqca qay-

ğıkeş bir müəllim olmuşdu. Ağabacı Rzayeva da onun sevimli 

tələbələrindən biri idi.  




 

535 


Üzeyir bəy isə Azərbaycan incəsənəti üçün yorulmadan çalışır, 

professional musiqinin Azərbaycanda inkişaf yollarını axtarırdı. 

Azərbaycan professional musiqi yaradıcılığının inkişafı ilə bağlı 

olan mühüm problemlərdən biri də musiqidə çoxsəsliyin tətbiqi idi. 

Çoxsəsli düşünmə tərzinin tətbiqi isə böyük ifaçı kollektivlərinin ya-

radılmasında önəmli idi. Hələ 1920-ci ildə  “Şərq konsert ansamlı” 

yaradılmışdı ki, həmin ansambl notsuz, hafizə ilə çalırdı. Bu illərdə 

Üzeyir Hacıbəyli tarın yenidən qurulması üzərində iş aparırdı və tar 

üçün tədricən notlu repertuar yaradırdı. Tarın yenidən qurulması, 

onda temperasiya quruluşunun yaradılması, orkestrdə əsas yeri tutan 

bu alətdə Avropa musiqi əsərlərini çalmağa imkan verirdi.  

Tez bir zamanda Xalq çalqı alətləri orkestri üçün klassik mu-

siqidən çoxlu köçürmələr edilirdi, orijinal əsərlər bəstələnir, əsa-

sən xalq mövzularında fantaziyalar, mahnılardan, rəqslərdən 

çevrilmələr yazılırdı. 

Sonralar bu kollektivin rəhbərliyinə Üzeyir Hacıbəyli öz tə-

ləbəsi olan Səid Rüstəmovu gətirir. Səid Rüstəmov da 30 ildən 

artıq bu kollektivin rəhbəri və dirijoru kimi fəaliyyət göstərir. 

1935-ci ildə Üzeyir Hacıbəyli Ağabacını bu orkestrə qəbul edir 

və onu birinci tarlar qrupunda oturdur. Artıq Ağabacı Rzayeva tam 

professional bir musiqiçi kimi ömrünü sevdiyi sənətinə həsr edir. 

1936-cı ildə Ağabacının Musiqi Texnikumunun kamança sinfində 

oxuyan bacısı Ruqiyyəni də Üzeyir bəy orkestrə qəbul edir.  

Azərbaycanın musiqi həyatında 1938-ci ilin çox böyük əhə-

miyyəti vardır. Bu ildə Moskvada Azərbaycan incəsənətinin on-

günlüyü keçirilir. Bu ilk ongünlük idi ki, Azərbaycan musiqisi, 

Azərbaycan sənəti paytaxt tamaşaçıları qarşısında öz hesabatını 

verməli idi. Ən gözəl əsərlər, ən möhtəşəm kollektivlər, solistlər 

bir sözlə, Azərbaycanın qaymaqları Moskva şəhərində toplan-

mışdı. Dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ilk tama-

şası, unudulmaz sənətkarlarımız Bülbülün çıxışları,  Şövkət 

Ələkbərova, Xan Şuşinski kimi xanəndələrin bu ongünlükdə iş-

tirakı, Moskva dinləyicilərinin qəlbini fəth edə bilmişdi. Bütün 

bu proqramların içində Azərbaycan radiosunun Xalq çalğı alət-

ləri orkestrinin konsertləri əsas yerlərdən birini tuturdu. Konsert-

lərdə bu kollektiv Üzeyir Hacıbəylinin orkestr üçün bəstələdiyi 




 

536


“Şur” və “Çahargah” fantaziyaları ilə yanaşı, geniş bir proqramla 

təmsil olunurdu. Orkestrin imkanları o qədər yüksək idi ki, Mosk-

vada Azərbaycan incəsənətinin ongünlüyündə Üzeyir Hacıbəy-

linin “Arşın mal alan” operettasının orkestr partiyasını xalq çalğı 

alətləri ifa etmişdir. Xalq çalğı alətləri orkestrinin iştirakçıları 

Azərbaycanın gənc musiqiçiləri idi. Onların arasında Ağabacı 

Rzayeva və onun bacısı Ruqiyyə xanım da var idi. Hər iki bacı ilk 

dəfə olaraq Moskvanın möhtəşəmliyi ilə üz-üzə gəlmişdilər.  Əl-

bəttə ki, oradan aldığı  təəssürat Ağabacıya təsir etmiş, təhsilini, 

yaradıcılığını davam etdirmək üçün qol-qanad vermişdi.  

Moskvadan qayıdandan sonra məhəllələrindən dərsə gedən 

Ağabacı artıq tarını sinəsinə basıb sıxıla-sıxıla keçmir, başını dik 

tutub, qürur hissi ilə yoluna davam edirdi. Çünki, əvvəllər ona 

rişğəndlə baxan qonşuları indi öz qızlarını Ağabacı kimi musiqi-

çi olmaq üçün atası İsmayıl kişinin yanına gətirirdilər. 

 

 



  

Mirzə Fərəc Rzayev 

 

Ağabacı Rzayevaya isə texnikumda, 1939-cu ildən başlaya-



raq dərs saatları verməyə başlayırlar. O, tələbələrə not ilə çalma-

ğı öyrədirdi. Həmin ildə onu ictimai işlərə də cəlb edirlər. Oxu-




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə