Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə128/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   124   125   126   127   128   129   130   131   ...   168

 

433 


Niyazinin “Rast” simfonik muğamı Azərbaycan musiqisinin 

ən yüksək nailiyyətlərindən biridir. Tanınmış musiqişünaslar 

J.Nestyev və V.Fere bu əsəri xalq sənətkarları tərəfindən toxun-

muş qiymətli Şərq xalçasına bənzətmişlər. “Rast” simfonik mu-

ğamı Niyazinin idarəsi ilə dünyanın müxtəlif ölkələrində  dəfə-

lərlə  və  uğurla səsləndirilmişdir. Ali istedadın yaradıcılıq məh-

sulu olan bu simfonik muğam artıq bir neçə onillik ərzində müx-

təlif ölkələrin musiqisevərləri tərəfindən böyük rəğbətlə qarşılanır

1

.  


 

 

 



 

                                                 

1

 2004-cü ildə Niyazinin “Rast” simfonik muğamı əsasında Azərbaycan 



Opera və Balet teatrı tərəfindən balet-tamaşa səhnələşdirilmişdir. Tamaşanın 

quruluşçu baletmeysteri Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla 

Şirəliyeva, quruluşçu rəssamı isə Xalq rəssamı, Dövlət mükafatı laureatı Ra-

fis İsmayılovdur. 




 

434


 

 

III fəsil 

 

Niyazinin “Xosrov və Şirin” operası və “Çitra” baleti 

 

Niyazinin musiqi-dramaturji təfəkkürü onun kino və teatr 

musiqisi sahələrində çalışması prosesində, tədricən inkişaf et-

mişdir. Bəstəkarın “Kəndlilər” bədii filminə yazdığı musiqi bu-

nu təsdiqləyir. Bu musiqi həmin filmə üzvi surətdə bağlı olmuş, 

filmin mühüm dramaturji komponentinə çevrilmişdir. 

Üzeyir bəy Hacıbəylinin gözəl, “Arşın mal alan” komediya-

sının partiturasının Niyazi tərəfindən redaksiya etməsi artıq 

onun bəstəkarlıq məharətinin artdığını  təsdiqləmişdi. Niyazi bu 

redaktə işini hələ 1941-ci ildə, həmin komediya ekranlaşdırılar-

kən yerinə yetirmişdi. Ü.Hacıbəylinin musiqisinə böyük sitayiş 

və kino sənətinin səciyyəvi xüsusiyyətlərini bilməsi Niyaziyə 

“Arşın mal alan” musiqili komediyasının  əla kino partiturasını 

yaratmaq imkanı vermişdi. Bununla yanaşı o, əsərin musiqisinin 

alət cəhətdən tərtibatını yenidən təqdim etdi və onun ayrı-ayrı 

səhifələrini nəzərəçarpacaq dərəcədə genişləndirdi. Məsələn, Ni-

yazi “Arşın mal alan” musiqili komediyasının baş  qəhrəmanı 

Əsgərin surəti  əsasında geniş orkestr epizodu yaratmış, habelə 

komediyanın musiqi tərtibatına Üzeyir bəy Hacıbəylinin digər – 

“O olmasın, bu olsun” operettasından fraqmentlər əlavə etmişdir. 



“Xosrov və Şirin”

 operasının partiturası Niyazinin bəstəkar-

lıq üslubunun fərdi özünəməxsusluğunu təsdiq edir. O, həmin 

operanın partiturasının yaradılmasına musiqi sənətinin müxtəlif 

sahələrində çalışmaqla müəyyən təcrübə topladıqdan sonra baş-

lamışdı. Operanın musiqi dramaturgiyası xeyli dərəcədə tematiz-

min ardıcıl surətdə dəyişilməsi ilə müəyyənləşmişdir. Operanın 

tərtibatında Şirin surətini səciyyələndirən tematizm daha çox in-

kişaf etmişdir.  

 



 

435 


 

 

Niyazi “Xosrov və Şirin” operasından “Şirinin ariyası”. 



Partitura. Niyazinin əlyazması.  


 

436


Operanın ikinci pərdəsində  Şirinin inkişaf etdirilmiş ariyası 

əsərin qəhrəmanı üçün səciyyəvi olan parlaq vokal-simfonik 

ümumiləşdirmədir. Lirik dramın inkişafı prosesində  Şirinin te-

matizmi yeni cəhətlərlə xüsusiyyətlənir: ikinci pərdədəki musi-

qiyə, ariyalara hopmuş incə həyəcan və dərin qüssə, kədər duy-

ğuları dördüncü pərdədəki ariozoda açıq ehtirasla, Xosrovla dia-

loqda ifadənin patetizmi ilə əvəz edilir. Melodiyanın böyük dia-

pazonu, melodik təsvir cizgilərinin müəyyənliyi və kulminasiya-

ların parlaqlığı – bütün bunlar opera qəhrəmanının lirik tematiz-

minin genişlənməsinə imkan verir. 

Fərhadın tematizmi də emosional zənginliyi və dəyişkənliyi 

ilə seçilir. Operanın ekspozisiya hissəsində  Fərhad surətini sə-

ciyyələndirən tematizm qəhrəmani planı da açıqlanır. Sonrakı 

inkişafda çiçəklənən məhəbbətin lirizmi Fərhadın vokal xəttinə 

nüfuz edir. Operanın final hissəsində Fərhadın intonasiyalarının 

xüsusiyyəti kəskin şəkildə dəyişir: musiqi dərin kədər və ümid-

sizlik əhvali-ruhiyyəsilə aşılanır. 

Operanın orkestr partiyası çox ifadəlidir. Bu müşayiət canlı-

dır, rəngarəngdir, çoxplanlıdır, səhnədə baş verən hadisələrin 

mənasını və əhəmiyyətini fasiləsiz simfonik inkişafda açıqlayır. 

S.Prokofyev kimi nüfuzlu bəstəkar və  tənqidçi “Xosrov və 

Şirin” operasının bu məziyyətinə, keyfiyyətinə diqqət yetirmiş 

və qeyd etmişdir ki, Niyazi səhnədə “hərəkətdə olan insanların, 

surətlərin bu və ya digər psixoloji çalarlarının çatdırılmasında 

doğru, düzgün rəngləri tapmağı bacarır”.

1

 



“Xosrov və Şirin” operasının quruluşu mütəhərrikdir: əsərdə 

sonralar Azərbaycan operasının lirik qəhrəmanlarının real obraz-

larının yaradılmasında müəyyən rol oynamış sürətlə inkişaf edən 

hadisələr, şəxsiyyətlərin təzadlı halları, ifadəli, əsasən lirik ruhda 

olan xasiyyətnamələri diqqəti cəlb edir. 

“Xosrov və Şirin” operasının bütövlükdə gözəl musiqi tərti-

batında qüsurlar da nəzərə çarpır. Əsərdə ansambl epizodlarının 

məhdudluğu və reçitativlərin olmaması hiss edilir. Məlumdur ki, 

                                                 

1

 Bax: Абасова  Э,  Касимов  К.  Очерки  музыкального искусства  Со-



ветского Азербайджана. Баку, 1970, с. 104. 


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə