Microsoft Word ilyas efendiyev met doc



Yüklə 2,96 Mb.
səhifə105/122
tarix25.06.2018
ölçüsü2,96 Mb.
#51346
1   ...   101   102   103   104   105   106   107   108   ...   122

Èëéàñ ßôÿíäèéåâ 

 

424 



Əfəndiyev ilə vida mərasimində  iştirak etmək üçün Mədəniyyət 

Mərkəzinə gəldi. 

Respublika Prezidenti Heydər  Əliyev, Milli Məclis sədrinin 

birinci müavini Arif Rəhimzadə (o zaman sədr vəzifəsini icra 

edirdi - tərt.), Baş nazirin birinci müavinləri Artur Rasizadə (o 

zaman Baş nazir vəzifəsini icra edirdi- tərt.) və Abbas Abbasov 

mərhumun cənazəsinin yanında fəxri qarovulda dayandılar.  

Sonra dövlətimizin başçısı Heydər Əliyev mərhumun övlad-

larına, qohum-əqrabasına dərin hüznlə başsağlığı verdi. 

Xalq yazıçısı  İlyas  Əfəndiyevin cənazəsi ictimaiyyətin min-

lərlə nümayəndəsinin müşayiəti ilə Birinci Fəxri Xiyabana 

gətirildi. Qələm dostları onun haqqında ürək sözlərini söylədilər, 

din xadimləri mərhumun ruhuna dua oxudular. Azərbaycan 

ədəbiyyatı və mədəniyyətinin görkəmli xadimi İlyas Məhəmməd 

oğlu  Əfəndiyevin cənazəsi doğma torpağa tapşırıldı. Məzarın 

üzərinə əklillər, gül dəstələri düzüldü. 

Allah rəhmət eləsin, qəbri nurla dolsun! 

Azərbaycan.- 5 oktyabr.- 1996. 

 

 

Qara xəbər və başsağlığı 

 

Xəbər aldığımıza görə, Azərbaycan Cümhuriyyətinin 



görkəmli və məşhur yazıçı və nəmayəşnamə yazanı (dramaturqu- 

tərt.) və bir çox çağdaş yazıçıların ustadı  İlyas  Əfəndiyev 82 

yaşında Allahın rəhmətinə qovuşdu. 

Bu böyük itkini başda onun ailəsinə, hörmətli oğlu Elçin 

müəllim və qardaşına və Azərbaycan yazıçılarına başsağlığı 

deyib, ulu Tanrıdan o mərhuma məğferət və qalanlarına uzun 

ömür və səbr diləyirik. 

Varlıq (İran).- 101-2, 1375-ci il. 

 

 



 

Áèáëèîãðàôèéà 

 

425 


 

 

 

Acı xəbər: İlyas Əfəndiyev tanrının  

rəhmətinə qovuşdu 

 

ANKARA - Bakıdan aldığımız acı xəbər Azərbaycan Kültür 



Dərnəyi Yönetimi və mənsublarını acılara boğdu. 

Azərbaycan Cümhuriyyətinin olduğu qədər Türk Dünyasının 

da ən böyük dram yazarlarından biri olan İlyas Əfəndiyev Bakıda 

Tanrının rəhmətinə qovuşdu.  

İlyas  Əfəndiyev 72 illik kommunist rus işğalı dönəmində 

Kommunist partiyasına üzv olmağı rədd edən görkəmli şəxsiyyət-

lərdən biri  idi. O, Sovet ordusunun Azərbaycanı  işğal etdiyini, 

Azərbaycan xalqının bir müstəmləkə həyatı yaşadığını gördükdən 

sonra, mühacirətdə Müsavat Partiyasının rəhbəri olmuş Məmməd 

Azər Aranla* birlikdə Türkiyəyə qaçmağa qərar vermişdir. Lakin 

son anda atası onun qaçmasına mane olmuşdur.  

Məmməd Azər Aran isə İrandan keçməklə Türkiyəyə gəlmiş, 

Hərbi Tibb fakültəsinə daxil olmuş  və buranı bitirdikdən sonra 

türk ordusunda hərbi həkim kimi xidmət etmişdir. Əsəb xəstəlik-

ləri üzrə mütəxəssis olan Məmməd Azər Aran polkovnik rütbəsi-

nə kimi yüksəlmişdir. O, Türkiyəyə  gəldikdən sonra, Müsavat 

Partiyası sıralarına üzv yazılmış və Məmməd Əmin Rəsulzadənin 

ən mötəbər silahdaşlarından biri olmuşdur. Məmməd Azər Aran 

Kərim Odər  rəhmətə getdikdən sonra Müsavat Partiyasına rəh-

bərlik etmişdir. Onun sağlığında Divanın qəbul etdiyi bir qərarla 

Müsavat Partiyasının Azərbaycanda gizli fəaliyyəti qətiləşmişdir. 

Azərbaycan Cümhuriyyəti Baş nazirinin müavini olan Elçin 

Əfəndiyev bir yazısında Türkiyənin və azad dünyanın radiolarını 

müntəzəm olaraq gizli şəkildə dinləyən atası  İlyas  Əfəndiyevin 

gözləri yaşarmış halda bir səhər nənəsinə “Türkiyə radiosu Kişi-

nin (Məmməd  Əmin Rəsulzadənin) rəhmətə getdiyini” söylədi-

yinin şahidi olduğunu qeyd edir. Elçin Əfəndiyev başda olmaqla 

Əfəndiyevlər ailəsinə Azərbaycan Kültür Dərnəyinin üzvləri 




Èëéàñ ßôÿíäèéåâ 

 

426 



adından başsağlığı verir və  İlyas  Əfəndiyevə Allahdan rəhmət 

diləyirik.  



Azərbaycan Türk Kultur Dərgisi.- 

Türkiyə, oktyabr nömrəsi.- 1996. 

 

 



Torpaq həsrətinə bərabər itki 

 

Azərbaycan ədəbiyyatı və mədəniyyətinə ağır itki üz verdi.  



Görkəmli nasir və dramaturq, Xalq yazıçısı İlyas Məhəmməd 

oğlu Əfəndiyev 82 yaşında vəfat etdi. 

Bu gün bu itkinin ağrısını yaşamaq bizlərə nəsib oldu. Bu itki 

yurd itkisinə, torpaq həsrətinə  bərabər olacaq bir itkidir, ayrı-

lıqdır.  Ədəbiyyatımızın, mədəniyyətimizin yarpaq tökümü baş 

verib. Neçə-neçə dahilərimiz  əbədi olaraq gözlərini bu dünyaya 

yumublar. Onları əsərləri əsrlər boyu yaşadacaq. 

Allah rəhmət eləsin, qəbriniz nurla dolsun, İlyas  müəllim! 

Biz - Sizin oxucularınız “Dağlar arxasında üç dost”la, 

“Söyüdlü arx”la, “Körpüsalanlar”la birlikdə “Büllur sarayda” 

“Atayevlər ailəsi”nə qonaq olaraq, “Qəribə  oğlan”la birlikdə 

“Bizim qəribə taleyimiz”i yaşayaraq “Sarıköynəklə Valehin 

nağılı”na qulaq asa-asa “Mahnı dağlarda qaldı” həsrətini yaşaya-

cağıq. Bu həsrət bizi keçmişə - “Xurşidbanu Natəvan”, “Şeyx 

Məhəmməd Xiyabani”, “Polkovnik Allahyar bəy”lə tariximizə 

səsləyəcək. “Geriyə baxma, qoca” deyib yaşının ixtiyar vaxtında 

əlinə “Üçatılan” alan sevimli yazıçımız həmişə bizimlədir. 

Həmişə gəncliklədir. Daim ürəyimizdə bir nida səslənəcək: “Sən 

həmişə bizimləsən!!!” 

“Gənclik” jurnalı və “R.S. Gənclik” qəzetinin kollektivi. 

Gənclik.- 12-19 oktyabr.- 1996. 

 

 

 

 

Áèáëèîãðàôèéà 

 

427 


Öz yeri, öz sözü olan yazıçı 

 

Xalq yazıçısı İlyas Əfəndiyev dünyasını dəyişdi. Payız, ədə-

biyyatımızın və dramaturgiyamızın cəfakeşlərindən birini apardı. 

Çoxlarının oxucu yaddaşına “Söyüdlü arx”la gələn  İlyas  

Əfəndiyevin sonrakı fəaliyyəti unudulmaz bir təsir bağışlayır. Bu 

dövrdə  İlyas müəllim bir sənətkar kimi, həm nəsr, həm də 

dramaturgiyanı qoşa qanadtək taraz saxlamağa çalışdı.  

Bir yandan “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, 

“Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” 

kimi romanlarını, bir yandan da “İşıqlı yollar”, “Bahar suları”, 

“Atayevlər ailəsi”, “Sən həmişə  mənimləsən”, “Unuda bilmi-

rəm”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Xur-

şidbanu Natəvan”, “Büllur sarayda”, “Bizim qəribə taleyimiz”, 

“Şeyx Məhəmməd Xiyabani” kimi pyeslərini yazdı. 

İlyas müəllimin bir insan kimi də, bir yazıçı kimi də  ədə-

biyyat aləmində  həmişə öz yeri, öz sözü olubdur. Öz yeri 

olanların isə yeri həmişə görünür. 

Müstəqil qəzet.- 12 oktyabr.- 1996. 

 

 



Azərbaycan ədəbiyyatı və mədəniyyətini unudulmaz əsərləri 

ilə  zənginləşdirən böyük sənətkarımız  İlyas  Əfəndiyevin vəfatı 

ölkəmizdə  və xaricdə  ədibin milyonlarla oxucusunu dərindən 

kədərləndirmişdir. 

Azərbaycandilli xarici redaksiyalar (“Azadlıq” və s.) dinlə-

yicilərə  ədibin həyatı  və yaradıcılığına dair verilişlər təqdim 

etmişlər. 

Vətənimizdən uzaqlarda yaşayan soydaşlarımız səfirlikləri-

mizə  gədib  ədəbiyyatımıza, mədəniyyətimizə üz vermiş böyük 

kədərə səmimi-qəlbdən şərik olduqlarını bildirirlər. 

Azərbaycanın xarici ölkələrdəki səfirliklərindən, eləcə  də 

xarici dövlətlərin respublikamızdakı səfirliklərindən başsağlıqları 

alınmışdır.  İran  İslam Respublikasının Bakıdakı  səfiri  Əli Rza 

Beqdelinin göndərdiyi teleqramda deyilir: “Bu gün Azərbaycan 




Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə