Microsoft Word ilyas efendiyev met doc



Yüklə 2,96 Mb.
səhifə107/122
tarix25.06.2018
ölçüsü2,96 Mb.
#51346
1   ...   103   104   105   106   107   108   109   110   ...   122

Èëéàñ ßôÿíäèéåâ 

 

432 



böyük xidmətləri var. 

Ötən ilin dekabrında Bakıda qeyri-maddi sərvətlərin mühafi-

zəsi üzrə Hökumətlərarası Komitənin təşkil olunması Azərbayca-

nın ümumbəşəri sərvətlərin mühafizəsi naminə götürdüyü öhdə-

liklərin dərinliyini əks etdirir. 

Mən Daimi nümayəndəliyə  mədəni tədbirlərin təşkilində 

göstərdiyi fəallıq, o cümlədən bu axşamkı  zəngin mədəniyyət 

hadisəsi üçün öz təşəkkürümü bildirirəm.  İnstrumental musiqi, 

xalq mahnıları, rəqs və fotoşəkillər hamısı,  İlyas  Əfəndiyevin 

şərəfinə nümayiş etdirilir və bu, bizim birlikdə  fərəhlə seyr 

etdiyimiz mədəni müxtəlifliyin bariz nümunəsidir. 

Təşəkkür edirəm! 

Áèáëèîãðàôèéà 

 

433 



 

Əlavə 3 


 

İlyas Əfəndiyevin əsərlərinin  

səhnə tarixindən 

 

1944-cü il dekabr ayının 29-da teatrda Mehdi Hüseynlə İlyas 



Əfəndiyevin  “İntizar” pyesinin tamaşası oynanıldı. Bununla da 

İlyas  Əfəndiyevin Akademik Milli Dram Teatrı ilə 52 illik 

yaradıcılıq əlaqəsinin təməli qoyuldu. 

Quruluşçu rejissor - Səftər Turabov;  

Rəssam - Bədurə Əfqanlı;  

Bəstəkar - Səid Rüstəmov. 



R o l l a r d a: Alxas bəy - Sidqi Ruhulla və  Ağasadıq 

Gəraybəyli; Cövhər xanım - Əminə Sultanova və  Qəmər 

Topuriya; Gülyaz - Sona Hacıyeva və Mirvari Novruzova; Zeyniş 

- Mirzəağa Əliyev və Məmmədəli Vəlixanlı; Qambay - Süleyman 

Tağızadə  və  İsmayıl Dağıstanlı; Cəfər - Mustafa Mərdanov və 

Məmməd Sadıqov; Fərrux Haşımzadə - Əli Qurbanov və İsmayıl 

Osmanlı; Tofiq - Əjdər Sultanov və Məcid Şamxalov; Sürəyya - 

Hökumə Qurbanova və  Məhluqə Sadıqova; Xaspolad - Sadıq 

Saleh və Ramiz Mustafayev; Şərbətalı - Qafar Həqqi;  Şəfqət 

bacısı - Zəhra Rəhimova; Yaralı əsgər - H.Əzizov.   



 

1947-ci ildə “İşıqlı yollar” dramı tamaşaya qoyuldu. Tama-

şanın quruluşçu rejissoru Ədil  İsgəndərov pyesdəki təzəlik 

nəfəsini tamaşada ustalıqla saxlaya bilmişdi. “İşıqlı yollar” 

tamaşası ilə Akademik teatr realist psixoloji üslubun açıq 

formasının başlıca prinsiplərini bəyan etdi. Bu üslub altmışıncı 

illərdə  təşəkkül tapan lirik-psixoloji üslubun müəyyən mənada 

təməli oldu. 

Rəssam - Nüsrət Fətullayev;  

Geyim eskizləri - Bədurə Əfqanlı;  

Bəstəkar - Fikrət Əmirov. 



Èëéàñ ßôÿíäèéåâ 

 

434 



R o l l a r d a: Gülarə - Hökumə Qurbanova; Babadayı - 

Mirzəağa  Əliyev və  Əli Qurbanov; Vasilyev - Ağasadıq 

Gəraybəyli; Yelmar - İsmayıl Dağıstanlı; Səlim - Əli Zeynalov; 

Lalə - Leyla Bədirbəyli; Cəfərqulu - Möhsün Sənani; Kərim - 

Mustafa Mərdanov; Potuş - Qafar Həqqi; Laçın - Fateh Fətulla-

yev; Allahyar - Məmməd Sadıqov; Xudaverdi kişi - Bağır Cab-

barzadə; Məmmədzadə - Əliağa Yusifov.   

 

1948-ci ildə “Bahar suları” dramı psixoloji realizm istiqa-

mətində Ədil İsgəndərovun növbəti uğurdlu addımı oldu. 

Quruluşçu rejissor - Ədil İsgəndərov;  

Rejissor - Əliheydər Ələkbərov;  

Rəssam - Nüsrət Fətullayev;  

Geyim eskizləri - Bədurə Əfqanlı;  

Bəstəkar - Səid Rüstəmov. 



R o l l a r d a:  Uğur - İsmayıl Dağıstanlı; Sədəf (Səadət) - 

Sona Hacıyeva;  Şəfəq - Hökumə Qurbanova; Alxan – Ələsgər 

Ələkbərov; Nəcəf - Ağasadıq Gəraybəyli; Qulu - İsmayıl 

Osmanlı; Ballı xala - Əminə Sultanova; Xanmurad - Möhsün 

Sənani və Atamoğlan Rzayev; Qalmaqal Mədət - Əli Qurbanov; 

Turac - Mirvari Novruzova; Narıngül - Yeva Olenskaya; Alı kişi 

- Cabbar Əliyev; Niyaz - Ramiz Mustafayev; Kolxozçular - 

Ağakərim Hüseynov, Ağarəhim Hüseynov, İslam Əsgərov və Əli 

Dadaşov; Qızlar - Sədəf Zülfüqarova, Ədilə Qurbanova, Şəkər 

Abışova və Xanım Vahabova. 

 

Dramaturq 1954-cü ildə  “Atayevlər ailəsində” (“Atayevlər 



ailəsi” kimi də yazılır) psixoloji dramını yazdı. 

Quruluşçu rejissor - Tofiq Kazımov;  

Rəssam -Sadıq Şərifzadə; 

Bəstəkar - Niyazi. 



R o l l a r d a: Xosrov Atayev - Əjdər Sultanov; İldırım 

Atayev - Əli Zeynalov və Süleyman Tağızadə; Dilşad - Barat 

Şəkinskaya; Reyhan - Sofiya Bəsirzadə; Lətafət - Hökumə 

Qurbanova; Sadıq - Mustafa Mərdanov və Məmmədəli Vəlixanlı; 

Áèáëèîãðàôèéà 

 

435 



Mehrican - Leyla Bədirbəyli; Cahangir - Əfrasiyab Məmmədov; 

Ziyad Şahsuvarov - Məlik Dadaşov; Zabitə - Məhluqə Sadıqoava; 

Xuduş - Məmməd Sadıqov; Ağasəlim - Cabbar Əliyev; Kapitan - 

Qafar Həqqi. 

“Atayevlər ailəsində” tamaşası Akademik Milli Dram Teatrı-

nın səhnəsində bərpa edilmiş və 1960-cı il dekabrın 4-də yenidən 

tamaşaçılara göstərilmişdir. 

 

1964-cü il noyabr ayının 14-də Akademik Milli Dram Teat-



rında “Sən həmişə mənimləsən” əsərinin ilk tamaşası oldu. 

Quruluşçu rejissor - Tofiq Kazımov;  

Rəssam - Elçin (Aslanov- tərt.);  

Bəstəkar - Fikrət Əmirov. 



R o l l a r d a:  Həsənzadə - Əli Zeynalov; Xurşid xanım - 

Şövkət Rzayeva; Nargilə - Amaliya Pənahova; Nəzakət - Ətayə 

Əliyeva; Fərəc - Kamil Qubuşov; Fərəcov - Eldəniz Zeynalov; 

Sarısaç qız - Safurə İbrahimova; Birinci oğlan - Nəcəf Həsənza-

də; İkinci oğlan - Elxan Hüseynov; Yaşlı kişi - Abbas Rzayev və 

Cabbar Əliyev; Birinci işçi - Məcnun Hacıbəyov; İkinci işçi -Arif 

Namazəliyev. 

 

1967-ci il may ayının 5-də  “Mənim günahım” pyesinin 



premyerası oldu.

  

Quruluşçu rejissor - Əşrəf Quliyev; 



Rəssamı - Böyükağa Mirzəzadə

Bəstəkar - Soltan Hacıbəyov.  



R o l l a r d a: Nurcahan - Leyla Bədirbəyli və  Şəfiqə 

Məmmədova; Tahir - İsmayıl Dağıstanlı; Ayqız - Amaliya Pəna-

hova; Sahib - Əli Zeynalov; Xansu - Həsən Turabov; Natəvan - 

Safurə İbrahimova; Gözəl - Mirvari Novruzova; Səxavət – İsma-

yıl Osmanlı  və Mustafa Mərdanov; Almurad - Ağahüseyn 

Cavadov və Arif Namazəliyev; Ceyranzadə - Məcnun Hacıbəyov. 

 

1968-ci il noyabr ayının 1-də  “Unuda bilmirəm” pyesinin 



ilk tamaşası göstərildi. 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə