Microsoft Word ilyas efendiyev met doc



Yüklə 2,96 Mb.
səhifə104/122
tarix25.06.2018
ölçüsü2,96 Mb.
#51346
1   ...   100   101   102   103   104   105   106   107   ...   122

Èëéàñ ßôÿíäèéåâ 

 

420 



Azərbaycan nəsrinin yüksək bədii-estetik səviyyəli nümunələri 

kimi qiymətləndirilir. Onun əsərlərinin  şöhrəti respublikamızın 

hüdudlarını aşmış, müxtəlif dillərə tərcümə edilmişdir. 

İlyas  Əfəndiyevin yüksək vətəndaşlıq pafosu, incə lirizm, 

dərin psixoloji tapıntılarla zəngin olan pyesləri teatr sənətimizdə 

yeni bir mərhələ açdı, özünəməxsus cəhətləri ilə seçilən “İlyas 

Əfəndiyev teatrı” yaratdı. “Bahar suları”, “Atayevlər ailəsində”, 

“Sən həmişə  mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş 

gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Mənim günahım”, 

“Qəribə oğlan”, “Xurşidbanu Natəvan”, “Büllur sarayda”, “Şeyx 

Məhəmməd Xiyabani”, “Sevgililərin cəhənnəmdə vüsalı” pyes-

ləri milli teatrımızın əsas repertuarını təşkil edir. 

Bu  əsərlərin tamaşaları istedadlı aktyor və rejissor nəsil-

lərinin yetişməsində mühüm rol oynamışdır.  

İlyas Əfəndiyevin dramaturgiyası öz xəlqiliyi, müasir həyata 

nüfuzu, vətəndaşlıq qayəsi, aydın sənətkar mövqeyi və ideya-

bədii dəyəri ilə seçilir, həyatı  bədii cəhətdən çox inandırıcı  və 

təsirli təsvir edir. Onun pyeslərində hər zaman Qarabağa bağlılıq, 

bu müqəddəs torpağı tərənnüm etmək arzusu duyulur. 

İlyas Əfəndiyev son günlərinə qədər yaradıcılıq şövqünü əv-

vəlki kimi hifz etmiş, qələmi əlindən yerə qoymamışdır. O, sənə-

timizə son hədiyyəsini – “Hökmdar və  qızı”, “Polkovnik 

Allahyarov” pyeslərini də bitirib teatra təhvil vermişdir. 

İlyas Əfəndiyevin xalq qarşısında xidmətləri yüksək qiymət-

ləndirilmişdir. O, Xalq yazıçısı adına layiq görülmüş,  ədəbiyyat 

və incəsənət sahəsində Dövlət mükafatı laureatı olmuş, orden və 

medallarla təltif edilmişdir. Sənət adamları arasında müstəqil 

Azərbaycanın “Şöhrət” ordenini alan ilk sənətkar da İlyas 

Əfəndiyev olmuşdur. 

Görkəmli sənətkar, gözəl insan, böyk vətənpərvər  İlyas 

Əfəndiyevin klassik yaradıcılıq irsi ədəbiyyatımızın, teatrımızın 

qiymətli inciləri kimi daim parlayacaq, onun əziz xatirəsi 

Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. 

Heydər  Əliyev, Arif Rəhimzadə, Artur Rasizadə, Abbas 

Abbasov, Ramiz Mehdiyev, Rəfael Allahverdiyev, Fatma Abdulla-

Áèáëèîãðàôèéà 

 

421 


zadə, Polad Bülbüloğlu, Nizami Xudiyev, Anar Rzayev, Tofiq 

Quliyev, Fərhad Xəlilov, Həsənağa Turabov, Yusif Səmədoğlu, 

Çingiz Abdullayev, Mirvarid Dilbazi, Qılman  İlkin, Bəxtiyar 

Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Qabil İmamverdiyev, 

Hüseyn Abbaszadə, Bəkir Nəbiyev, Leyla Bədirbəyli,  Şəfiqə 

Məmmədova, Amaliya Pənahova, Məlik Dadaşov,  Əliabbas 

Qədirov, Fuad Poladov. 

Azərbaycan.- 4 oktyabr.- 1996;  

Xalq qəzeti.- 4 oktyabr.- 1996; 

Ədəbyyat qəzeti.- 11 oktyabr.- 1996. 

 

 



*** 

İlyas  Əfəndiyevin dəfnini təşkil etmək üçün aşağıdakı 

tərkibdə hökumət komissiyası təşkil edilmişdir:  

Abbas Abbasov (sədr), Rəfael Allahverdiyev, Ağa Bala Hacı-

yev,  İsmayıl Sadıxov, Polad Bülbüloğlu, Anar Rzayev, Çingiz 

Abdullayev.  

Vidalaşmaq üçün mərhumun cənazəsi oktyabrın 4-də saat 14-

dən 16-ya kimi Şəhriyar adına Mədəniyyət Mərkəzində qoyula-

caqdır. 

Dəfn mərasimi Fəxri xiyabanda olacaqdır. 



Azərbaycan, 4 oktyabr 1996. 

 

*** 



Oktyabrın 4-də respublikamızın ictimaiyyəti görkəmli nasir 

və dramaturq, Xalq yazıçısı, mədəniyyətimizin qocaman və nü-

fuzlu nümayəndələrindən biri olan İlyas Məhəmməd oğlu 

Əfəndiyevi son mənzilə yola saldı. 

Mərhumun cənazəsi  Şəhriyar adına Mədəniyyət Mərkəzinin 

salonunda postamentin üzərinə qoyulmuşdu. Postamentin ətrafına 

Azərbaycan Prezidenti Heydər Əliyevin adından, respublika Milli 

Məclisinin, Nazirlər Kabinetinin və digər dövlət və hökumət 

təşkilatlarının, Yazıçılar Birliyinin, Teatr Xadimləri  İttifaqının, 



Èëéàñ ßôÿíäèéåâ 

 

422 



elm, mədəniyyət, təhsil müəssisələrinin, ictimai təşkilatların 

adından əklillər düzülmüşdü. 

İlyas  Əfəndiyevin nurlu sənətinin pərəstişkarları xalqımızın 

sevimli yazıçısı ilə vidalaşmaq üçün axın-axın Mədəniyyət 

Mərkəzinə gəlir, görkəmli söz ustasına son borclarını verirdilər. 

İlyas  Əfəndiyevin sənət və  qələm dostları, elm, mədəniyyət 

xadimləri, Milli Məclisin üzvləri mərhumun cənazəsi yanında 

fəxri qarovulda dayandılar. 

Dəfni təşkil edən Hökumət Komissiyasının sədri, Baş nazirin 

birinci müavini Abbas Abbasov matəm mitinqini açaraq görkəmli 

ədibin həyat və yaradıcılığından danışdı. O dedi: “Qüdrətli sənət-

karımız ömrünün son anına kimi məhsuldar işləmiş, sənətə yeni 

ab-hava gətirmiş, psixoloji dramaturgiyamızın  əsasını qoymuş, 

respublikada  ədəbi prossesin fəal iştirakçılarından biri olmuş, 

ədəbiyyat tariximizə öz adını əbədi həkk etmişdir. Müasir Azər-

baycan ədəbiyyatının böyük bir mərhələsi İlyas Əfəndiyevin adı 

ilə bağlıdır. O, “Söyüdlü arx”, “Sarıköynəklə Valehin nağılı”, 

“Geriyə baxma, qoca”, “Atayevlər ailəsi”, “Sən həmişə  mənim-

ləsən”, “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani” 

kimi ölməz sənət əsərləri ilə ədəbiyyat və mədəniyyət xəzinəmizi 

zənginləşdirmişdir.  Ədibin bir çox əsərləri dünyanın müxtəlif 

xalqlarının dillərinə tərcümə olunmuşdur və indi də tərcümə edil-

məkdədir. Yeni dövr bədii  ədəbiyyatımızın təməl daşını qoyan-

lardan biri olan İlyas  Əfəndiyevin xidmətləri həmişə yüksək 

qiymətləndirilmişdir. O, Xalq yazıçısı, Dövlət mükafatı laureatı 

adlarına layiq görülmüş, müstəqil Azərbaycanın “Şöhrət” ordeni 

ilə təltif edilən ilk şəxslərdən biri (birincisi- tərt.) olmuşdur.” 

Natiq qeyd etdi ki, itkimiz ağır, kədərimiz sonsuz olsa da, 

bununla təsəlli tapırıq ki, İlyas  Əfəndiyev özündən sonra onu 

əbədi yaşadacaq böyük ədəbi irs qoymuşdur. Görkəmli sənətkar, 

gözəl insan İlyas  Əfəndiyevin  əziz və parlaq xatirəsi qədirbilən 

xalqımızın qəlbində əbədi yaşayacaqdır. 

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, mədəniyyət 

naziri Polad Bülbüloğlu, akademik Bəkir Nəbiyev, Xalq artisti 

Amaliya Pənahova, Xalq yazıçısı Hüseyn Abbaszadə, Xalq şairi 

Áèáëèîãðàôèéà 

 

423 


Qabil, Bəstəkarlar  İttifaqının sədri, Xalq artisti Tofiq Quliyev, 

Xalq artisti, Milli Məclisin üzvü Mikayıl Mirzə görkəmli ədibin 

gözəl insani keyfiyyətlərindən və  işıqlı yaradıcılığının xüsusiy-

yətlərindən söz açdılar. Natiqlər vurğuladılar ki, İlyas Əfəndiyev 

ilk əsərlərindən başlayaraq xalqın istəkli yazıçısı olmuş, sonralar 

isə  ədəbiyyatımızın canlı klassikinə çevrilmişdir. Azərbaycan 

Dram Teatrında onun iyirmi pyesi tamaşaya qoyulmuş, həmişə də 

böyük müvəffəqiyyət qazanmışdır. Onun səhnə əsərləri sayəsində 

hər birinin özünəməxsus yaradıcılıq dəst-xətti olan istedadlı 

aktyorların, rejissorların bütöv bir nəsli yetişmişdir. Azərbaycan 

ədəbiyyatının XX əsrdə yetirdiyi ən qüdrətli sənətkarlardan biri 

olan ədibin pyeslərinin hər biri dramaturgiyamızın tarixində əla-

mətdar hadisəyə çevrilib və bu əsərlərin hamısı birlikdə  İlyas 

Əfəndiyevin teatrını yaratmışdır. Azərbaycan söz xəzinəsinə yük-

sək sənətin ölməz incilərini bəxş edən  İlyas  Əfəndiyev eyni za-

manda ana torpağa, doğulub boya-başa çatdığı Qarabağa qəlbən 

bağlı idi və bu mövzular onun yaradıcılığında xüsusi yer tuturdu. 

Görkəmli ədibin vəfatı xalqımız, ədəbiyyatımız, mədəniyyətimiz 

üçün ağır itkidir. 

Matəm mitinqinin sonunda mərhumun oğlu, yazıçı Elçin 

Əfəndiyev çıxış edərək dedi ki, İlyas  Əfəndiyev bütün ömrünü 

milli ədəbiyyata, teatra, mədəniyyətə həsr etmişdir. Eyni zamanda 

o, Azərbaycanı bütün varlığıyla sevirdi və ölkəmizin müsəqillik 

qazanmasına qəlbən sevinirdi. Qarabağ faciəsi onu sarsıtmışdı, 

lakin inanırdı ki, Azərbaycan Prezidenti Heydər  Əliyevin möh-

kəm iradəsi, zəngin təcrübəsi, yorulmaz fəaliyyəti sayəsində xal-

qımız işğal olunmuş torpaqları mütləq geri qaytaracaq, ölkəmizin 

ərazi bütövlüyünü bərpa edəcəkdir.  Əminəm ki, belə bir gün 

gələcək və o gün İlyas  Əfəndiyevin ruhunun ən  şad məqamı 

olacaqdır. 

Elçin  Əfəndiyev atasının xatirəsini  əziz tutduqları üçün res-

publika Prezidentinə, dövlət və hökumət təşkilatlarına, yaradıcılıq 

qurumlarına, matəm mərasiminin bütün iştirakçılarına öz adından 

və mərhumun bütün ailə üzvləri adından minnətdarlığını bildirdi. 

Azərbaycan Prezidenti Heydər  Əliyev Xalq yazıçısı  İlyas 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə