Microsoft Word informatika cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix11.10.2017
ölçüsü0,53 Mb.
#4435
1   2   3   4   5   6   7   8   9   ...   22

nformasiya cəmiyyəti ( C) quruculuğu və ya başqa sözlə desək Cəmiyyətin 

informasiyalaşdırılması ölkənin intellektual potensialından səmərəli istifadə edərək 

hərtərəfli inkişafın təmin edilməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin 

aradan  qaldırılması,  cəmiyyətdə  aşkarlıq  və  şəffaflığın  bərqərar  edilməsi, 

bütövlükdə ictimai  həyatın demokratikləşməsi ücün güclü vasitədir.  

Azərbaycanda    informasiyalaşmış  cəmiyyətin    əsas  xüsusiyyətlərinə  qlobal 

informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının 

(məsafədən  təhsilalma,  elektron  ticarət,  tele  iş,    elektron  demokratiya,  elektron 

hökumət  və  s.)  meydana  gəlməsi,  informasiya  və  bilik  bazarının  yaradılması, 

müxtəlif    səviyyədə  informasiya  mübadiləsi  sistemlərinin  inkişafı,  vətəndaş  və 

təşkilatların istənilən  məlumatı  almaq, onu yaymaq və ondan istifadə etmək kimi 

hüquqlarının tam təmin edilməsi və s. aiddir. 



 

4. Verilənlər, informasiya və bilik.  

Verilən  –  hadisə  barədə  qeyd  edilmiş  məlumatdır  və  heç  bir  dəyişikliyə 

uğramadan  ixtiyari  müddətə  saxlana  bilər.  nformasiya  isə  qərar  qəbulu  üçün 

yararlı formada təqdim edilən işlənmiş verilənlərdir. Bilik – bəlli qaydada işlənmiş 

və istifadə edilmiş informasiyadır. 



nformasiya  (latınca  informatio)  öyrənilən  obyektlər  və  hadisələr  haqqında 

ə

ldə  edilən  bilikləri  göstərir.  Həmin  biliklər  müəyyən  faktlar  və  onlar  arasındakı 



asılılıqlar  şəklində  ifadə  olunur.  nformasiya  nəzəriyyəsində  informasiyanın 

kəmiyyət (miqdar) baxımından təyinində də bu yanaşma əsas götürülmüşdür. 

Ə

gər  obyekt  və  ya  hadisə  haqqında  alınan  bilik  təkrarlanırsa,  o,  informasiya 



hesab  olunmur,  yəni  o,  informasiya  daşımır.  "Fakt"  sözü  "məlumat"  və  "xəbər" 

sözləri ilə eyni mənalıdır. Beləliklə, fakt (məlumat, xəbər) hər hansı obyekt və ya 

hadisənin  xassələrini  təyin  edir.  Deyilənlərdən  belə  nəticə  çıxarıla  bilər  ki,  bütün 

hallarda informasiya faktdır, fakt isə informasiya olmaya bilər (əgər o təkrarlanırsa 

və ya tədqiqatçı üçün əhəmiyyət kəsb etmirsə). 

nformatikada  fakt,  məlumat,  xəbər  terminləri  çox  vaxt  "verilənlər"  sözü  ilə 

ifadə  olunur.  "Verilənlər"  (ingiliscə  data)  texniki  vasitələrlə  (məsələn, 

kompüterlə)  saxlanması,  emal  edilməsi  və  ötürülməsi  üçün  formal  şəkildə  təsvir 

olunan  (kodlaşdırılan)  məlumatdır.  "Verilən"  termini  latınca  "datum"  (fakt) 

sözündən yaranmışdır. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə 

bilər.  Verilənlər  bəzən  qeyri-dəqiq,  həqiqətdə  mövcud  olmayan  anlayışları  ifadə 

edə  bilər.  Odur  ki,  verilənlər  dedikdə  öyrənilən  obyektin,  hadisənin  və  ya  fikrin 

təsviri başa düşülür. 

Verilənlər  ümumi  halda  ad,  qiymət,  tip  və  struktur  xarakteristikaları  ilə  təyin 

olunurlar. 

Verilənin  adı  onun  mənasını  (semantikasını)  ifadə  edir,  məsələn,  çəki,  ölçü, 

rəng  və  s.  Verilənin  qiyməti  isə  əslində  verilənin  özünü  xarakterizə  edir,  çünki 

faktları  bir-birindən  ayırmaq  üçün  onları  qiymətləndirmək  lazımdır.  Təbii  dilin 

zənginliyi  verilənlərin  adları  ilə  qiymətlərinin  birlikdə  təsvirinə  imkan  verir. 

Məsələn,  "temperatur+30  dərəcədir"  ifadəsində  "+30"  verilənin  qiyməti, 

"temperatur dərəcə ilə" verilənin adıdır. 



        Verilənlərin        tip        xarakteristikasından        əsasən        proqramlaşdırmada 

istifadə olunur. Tipinə görə verilənləri 4 qrupa ayırırlar: hesabi (və ya rəqəm tipli), 

mətn (və ya simvol tipli), məntiqi və göstəriçi tipli verilənlər. Hesabi verilənlərdə 

qiymət rəqəmlərlə ifadə olunur (məsələn, "boyu 174 sm"). Mətn tipli verilənlərdə 

qiymət  sözlə  (simvollarla)  ifadə  olunur  (məsələn,  "qırmızı  rəngli").  Məntiqi 

verilənlərdə qiymət məntiqi kəmiyyətlə («yalan», «doğru») ifadə olunur (məsələn, 

"ikinin  tək  ədəd  olması  yalandır").  Göstərici  tipli  verilənlərdən  isə 

proqramlaşdırmada  yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur. Qeyd edək 

ki,  proqramlaşdırmada  verilənlər  həmçinin  say  sisteminə,  təsvir  formasına, 

uzunluğuna görə də xarakterizə edilir. 



 

5. Verilənlərin, informasiyanın və biliyin xassələri.  

Verlənlərin xassələri: Prezentativlik (təqdimatlılıq), Dəqiqlik, Gerçəklik.  

nformasiyanın xassələri: Aktuallıq, Məqamlılıq.  

Biliyin xassələri. Bilik predmet və ya konkret, konseptual və ya ümumiləşdiurici 

və  metabilik  şəklində  ola  bləndir.  Konkret  bilik  konkret  oblasta  aid 

informasiyadan  yaranır.  Konseptual  bilik  metodoloji  xarakterli  olur.  Metabilik 

bilik haqqında bilikdir. Məsələn, Mendeleyev cədvəli. 

Qısa izahatdan göründüyü kimi, "informasiya", "fakt" ("məlumat", "xəbər") və 

"verilənlər" anlayışları bir-birinə çox oxşar olsa da, onlar arasında müəyyən fərqlər 

var. Buna baxmayaraq, informatikada bu anlayışlar eyni məna kəsb edirlər, yəni bu 

terminlər  sinonim  kimi  qəbul  olunur.  Bunun  əsas  səbəbi  ondan  ibarətdir  ki, 

kompüterdə saxlanan, emal olunan və istifadəçiyə çatdırılan verilənlərin (faktların) 

informasiya  daşıyıb-daşımaması  məsələsi  istifadəçiyə  aiddir.  Beləliklə, 

informatikada ən çox işlədilən "informasiya" və "verilənlər" sözləri qarşılıqlı əvəz 

olunan anlayışlardır. 

 

6.  nformasiyanın mövcudolma formaları və adekvatlığı.  

nformasiya—xəbərin  məna  yüküdür.  Xəbər—ötürülən  məlumatdır.  Xəbər 

mənbədə  hasil  edilir,  ünvanda  istehlak  olunur.  Xəbər  mənbəyi  dedikdə,  özündən 

informasiya şüalandıra bilən obyekt nəzərdə tutulur. Xəbər ünvanı isə informasiya 

qəbul edə bilən obyektdir. 

Xəbər  simvol,  mətn  və  şəkil  formasında  ötürülə  bilir.  Simvol  forması—hərf, 

rəqəm, işarə və s.-dən ibarət ən sadə formadır. Buna görə də simvol forması yalnız 

sadə  siqnalların  ötürülməsində  istifadə  edilə  bilir.  Siqnal—elementar  xəbərdir. 

Мə

tn  forması  informasiyanın  nisbətən  mürəkkəb  təqdimat  formasıdır.  Мətn 



formasında  da  simvollardan  istifadə  edilir.  Lakin  burada  simvolların 

kombinasiyaları geniş tətbiq olunur. Bu isə mətn formasının geniş tətbiqinə imkan 

yaratmışdır.  Ən  mürəkkəb  forma  şəkilötürmə  formasıdır.  Çünki  bu  forma  həddən 

çox informasiya tutumludur.  nformasiyanın ən sadə və universal təqdimat forması 

2-lik  formadır.  Bu,  "hə"  və  "yox"  kimi  elementar  münasibət  bildiricilərinin 

yükləndiyi  1  və  0  rəqəmləridir.  1-elektrik  cərəyanı  var,  0-cərəyan  yoxdur—




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə