_______________
Milli Kitabxana
________________
13
dünya ictimai-fəlsəfı fikir tarixinin ideal cəmiyyət haqqındakı
nəzəriyyələr zəncirində bir halqadır - XII əsrə qədər tarixən mövcud olan
bu və ya digər dərəcədə utopik ideala yaxınlaşan, müvəqqəti də olsa ömür
sürmüş demokratik dövlətlərin qanunauyğun davamıdır.
Deyilənlər mütəfəkkir şairin "Xəmsə"də inkişaf etdirdiyi və
"İqbalnamə"də tamamladığı görüşlərin tarixi əhəmiyyətini əsla aşağı
salmır, əksinə, ümumdünya mədəni inkişafının mütərəqqi axarında
Nizaminin iştirakını göstərir.
Nizamiyə görə insanın mənəvi kamilləşməsi cəmiyyətin mənəvi
kamilləşməsinin rəhnidir, lakin birinci yalnız ikincinin kamilliyi zamanı
özünə tam imkan tapır. Əsil insanların cəmiyyəti üçün ictimai
bərabərsizlik, zorakıhq, tamahkarlıq, qanh müharibələr, kin, qorxaqlıq,
yaltaqlıq, sevincdə və qəmdə qardaş həmrəyliyinin olmaması, sonsuz
mənəvi və ictimai fitnələr qəbuledilməzdir.
"İqbalnamə" "Xəmsə"ni tamamlayır, başa çatdırırsa, ideal cəmiyyət
təlimi də "İqbalnamə"dəki axtarışların, istəklərin son zirvəsidir. "Sirlər
xəzinəsi"ndən başlamış "İskəndəmamə"yədək Nizami hər bir poemasında
zorakılığı, nəcib zəhmətkeş xalqa zülm edilməsini, əyri yollarla var-
dövlət yığmağı, tamahkarlığı, qəddarlığı, vicdan alverini, rüşvəti dəfələrlə
kəskin tənqid etmiş, adil hakimlər silsiləsi yaratmışdır.
Nizaminin ictimai rifah haqqındakı son təsviri yürüşlərdə əldən
düşmüş ordunun və İskəndərin qarşısında canlanan, Günəş şüalarına qərq
olmuş, gözəl ab-havaya malik, çəpərsiz bağları, çobansız sürüləri ilə
təəccüb oyadan hakimsiz bərabərlik və dostluq diyarı olan şəhərdir. Bu
şəhəri qoruyan sirli qüvvələr oğruları və zorakıları cəzalandırırlar.
Şəhərdə ürək istəyən hər şey varsa da, nə qala divarları, nə şəhər
darvazaları nəzərə çarpır. Zəngin dükanlar qıfılsızdır.
Bu şəhərin əhalisi həm də qonaqpərvərdir. İskəndərin "Siz nə üçün
belə cəsursunuz?" sualına onlar "Biz zəifik, ancaq dindarıq, doğruçuyuq,
əyriliklə işimiz yoxdur" deyə cavab verirlər. O insanlar İskəndərə öz
sosial-etik qayələrini izah etdikcə, sanki qarşımızda din və
_______________
Milli Kitabxana
________________
14
etiqad haqqında Nizami təliminin mahiyyəti canlanır. Başa düşürük ki,
mütəfəkkirə görə, "din" bərabərlik və ədalətdir.
Bizdə bərabərdir hamının varı,
Bərabər bölərik bütün malları.
Bizdə artıq deyil heç kəsdən heç kəs,
Bizdə ağlayana heç kimsə gülməz...
Birini qəzəbli, acıqlı görsək,
Ona məsləhətlə eylərik kömək.
Qızıla, gümüşə aldanmaz heç kəs,
Onlar bizim yerdə bir şeyə dəyməz.
Xəsislik bilmərik dünyada bizlər,
Zorla şey almarıq bir arpa qədər.
Gördüyümüz kimi, bu adamların etiqadı həqiqətə əsaslanan ümumi
ahəngdarlıqdan başqa bir şey deyilir. Xeyir və ədalətin rəmzi olan bu
həqiqət mütəfəkkirin dövründə dillərində "ənəlhəqq", əllərində silah Yer
üzərində ədalətin təntənəsi üçün mübarizə aparanlara xüsusən yaxın və
vacib idi.
Diqqətəlayiq cəhətdir ki, bir çox xalqları öz dininə gətirmiş
peyğəmbər İskəndər bu məkana yetdikdə öz peyğəmbərliyini unudur.
Onun dini burada heç kimə lazım deyildir. Əksinə, o özü bu insanların
əqidəsinin əsil mənasını başa düşür ki, bu mənanı da bircə insanlıq sözü
ilə ifadə etmək olar. Ömrü boyu uğrunda mübarizə apardığı kamillik artıq
İskəndərin qarşısındadır. Şəhəri görərkən İskəndər yolunun sona çatdığını
anlayır və Ruma qayıtmağı qərara alır.
Bu şəhərin təsvirini verməklə Nizami öz dünyagörüşünün izahında da
son nöqtəni qoyur, çünki bərabərlik şəhəri mübariz humanist Nizaminin
də, dövrün zülmlə daim mübarizə aparan zəhmətkeş xalqının da istək və
arzusunda son zirvəydi.
Nizaminin ədalətli cəmiyyət konsepsiyasını uydurma, həyata
keçməyəcək arzu, boş fantaziya hesab etmək olmaz. Bir qədər fantastik
olsa da, o, gerçək ola biləcək arzunun ifadəsidir və mövcud quruluşla,
mövcud siyasi və əxlaqi münasibətlərlə barışmayanlar üçün bələdçi
_______________
Milli Kitabxana
________________
15
rolu oynayır. O, öz insani ləyaqətini başa düşərək, zorakılığın və qızılın
yox, insanlar arasında xeyirin, dostluğun, məhəbbətin hökm sürməsi
uğrunda mübarizə aparanların arzusunu ifadə edir. O, insan ləyaqətinin
mənəvi təmizliklə, başqasına təmənnasız kömək etmək, başqasının
kədərinə və sevincinə şərik olmaqla ölçüldüyü cəmiyyət uğrunda
mübarizə aparanların arzusunu ifadə edir.
Nizaminin başqa əsərlərində öz əksini tapmış sosial-etik görüşləri ilə
birlikdə götürülərsə, "İqbalnamə"dəki kamil cəmiyyət təlimi oxucunu
ədalət uğrunda daha fəal mübarizəyə çağırır. Nizami idealının bütün
dövrlərin insanlarına yaxınlığı və doğmalığının səbəbi də buradadır.
Şairin öz sözü ilə desək, "İqbalnamə" dürr yox, dəryadır. "İqbalnamə"nin
təkraredilməz bədii gözəlliyini yalnız onu dəfələrlə, sevə-sevə oxuyanlar
dərk edə bilərlər.
Zümrüd Quluzadə
_______________
Milli Kitabxana
________________
16
_______________
Milli Kitabxana
________________
17
Harda ki, ağıl bir xəzinə tapar,
Allahın adını eyləyər açar.
Allah ağıllıya nəvazişkardır,
Ağılsızlara da əlacı vardır.
O, sözün sirrini əyan eyləyər,
O verər zəlilə, acizə hünər.
Zahirdən, batindən aşikar, nihan,
Əqlə yol göstərən odur hər zaman.
O, bu imarətin səqfini tikmiş,
O, bu karxananın nəqşini çəkmiş.
Qəlbə də xoş gəlir ondakı qüdrət,
Əqlə də vacibdir ona itaət.
Bütün varlıqların fövqündə durur,
Varlığı hər şeyi yaradıb qurur.
Hikməti gizlindir, hökmü aşikar,
Onun tərifinə dil aciz qalar.
Əsli pak, zatı pak, təkdir vücudu,
Nə oddur, nə torpaq, nə yel, nə də su.
Varlıqlar hamısı onun möhtacı,
Onunsa heç kəsə yox ehtiyacı.
Yeddi qat içində nə var binadan,
Min alqış ona ki, odur yaradan
1
.
Ona qovuşmağa yol yoxdur fəqət,
Əqlə, düşüncəyə sığmaz bu hikmət.
Desək ki, göydədir o pərvərdigar,
Ona təzim edən yer tənha qalar.
Yox, əgər yerdədir, söyləsək, allah,
Şənini alçaltmaq olmazmı günah?!
Məbudun zatından danışan zaman
Axtarma nə göydə, nə yerdə məkan.
Əgər qüdrətindən deyib-danışsaq,
Hökmünə tabedir bu göy, bu torpaq.
Hər bir kərəminə, qəzəbinə sən
Naşükür olmayıb, baş əyməlisən.
Birinin könlündə yandırar çıraq,
Birinin könlünə çəkər dərdlə dağ.
Dostları ilə paylaş: |