Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə4/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   2   3   4   5   6   7   8   9   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
13 
 
dünya ictimai-fəlsəfı fikir tarixinin ideal cəmiyyət haqqındakı 
nəzəriyyələr zəncirində bir halqadır - XII əsrə qədər tarixən mövcud olan 
bu və ya digər dərəcədə utopik ideala yaxınlaşan, müvəqqəti də olsa ömür 
sürmüş demokratik dövlətlərin qanunauyğun davamıdır. 
Deyilənlər mütəfəkkir  şairin "Xəmsə"də inkişaf etdirdiyi və 
"İqbalnamə"də tamamladığı görüşlərin tarixi əhəmiyyətini  əsla aşağı 
salmır,  əksinə, ümumdünya mədəni inkişafının mütərəqqi axarında 
Nizaminin iştirakını göstərir. 
Nizamiyə görə insanın mənəvi kamilləşməsi cəmiyyətin mənəvi 
kamilləşməsinin rəhnidir, lakin birinci yalnız ikincinin kamilliyi zamanı 
özünə tam imkan tapır.  Əsil insanların cəmiyyəti üçün ictimai 
bərabərsizlik, zorakıhq, tamahkarlıq, qanh müharibələr, kin, qorxaqlıq, 
yaltaqlıq, sevincdə  və  qəmdə qardaş  həmrəyliyinin olmaması, sonsuz 
mənəvi və ictimai fitnələr qəbuledilməzdir. 
"İqbalnamə" "Xəmsə"ni tamamlayır, başa çatdırırsa, ideal cəmiyyət 
təlimi də  "İqbalnamə"dəki axtarışların, istəklərin son zirvəsidir. "Sirlər 
xəzinəsi"ndən başlamış "İskəndəmamə"yədək Nizami hər bir poemasında 
zorakılığı, nəcib zəhmətkeş xalqa zülm edilməsini,  əyri yollarla var-
dövlət yığmağı, tamahkarlığı, qəddarlığı, vicdan alverini, rüşvəti dəfələrlə 
kəskin tənqid etmiş, adil hakimlər silsiləsi yaratmışdır. 
Nizaminin ictimai rifah haqqındakı son təsviri yürüşlərdə  əldən 
düşmüş ordunun və İskəndərin qarşısında canlanan, Günəş şüalarına qərq 
olmuş, gözəl ab-havaya malik, çəpərsiz bağları, çobansız sürüləri ilə 
təəccüb oyadan hakimsiz bərabərlik və dostluq diyarı olan şəhərdir. Bu 
şəhəri qoruyan sirli qüvvələr oğruları  və zorakıları  cəzalandırırlar. 
Şəhərdə ürək istəyən hər  şey varsa da, nə qala divarları, nə  şəhər 
darvazaları nəzərə çarpır. Zəngin dükanlar qıfılsızdır. 
Bu  şəhərin  əhalisi həm də qonaqpərvərdir.  İskəndərin "Siz nə üçün 
belə cəsursunuz?" sualına onlar "Biz zəifik, ancaq dindarıq, doğruçuyuq, 
əyriliklə  işimiz yoxdur" deyə cavab verirlər. O insanlar İskəndərə öz 
sosial-etik qayələrini izah etdikcə, sanki qarşımızda din və 
  


               _______________  
Milli Kitabxana
  ________________ 
14 
 
etiqad haqqında Nizami təliminin mahiyyəti canlanır. Başa düşürük ki
mütəfəkkirə görə, "din" bərabərlik və ədalətdir. 
 
Bizdə bərabərdir hamının varı,  
Bərabər bölərik bütün malları.  
Bizdə artıq deyil heç kəsdən heç kəs,  
Bizdə ağlayana heç kimsə gülməz...  
Birini qəzəbli, acıqlı görsək,  
Ona məsləhətlə eylərik kömək.  
Qızıla, gümüşə aldanmaz heç kəs,  
Onlar bizim yerdə bir şeyə dəyməz.  
Xəsislik bilmərik dünyada bizlər,  
Zorla şey almarıq bir arpa qədər. 
 
Gördüyümüz kimi, bu adamların etiqadı  həqiqətə  əsaslanan ümumi 
ahəngdarlıqdan başqa bir şey deyilir. Xeyir və  ədalətin rəmzi olan bu 
həqiqət mütəfəkkirin dövründə dillərində "ənəlhəqq", əllərində silah Yer 
üzərində  ədalətin təntənəsi üçün mübarizə aparanlara xüsusən yaxın və 
vacib idi. 
Diqqətəlayiq cəhətdir ki, bir çox xalqları öz dininə  gətirmiş 
peyğəmbər  İskəndər bu məkana yetdikdə öz peyğəmbərliyini unudur. 
Onun dini burada heç kimə lazım deyildir. Əksinə, o özü bu insanların 
əqidəsinin əsil mənasını başa düşür ki, bu mənanı da bircə insanlıq sözü 
ilə ifadə etmək olar. Ömrü boyu uğrunda mübarizə apardığı kamillik artıq 
İskəndərin qarşısındadır. Şəhəri görərkən İskəndər yolunun sona çatdığını 
anlayır və Ruma qayıtmağı qərara alır. 
Bu şəhərin təsvirini verməklə Nizami öz dünyagörüşünün izahında da 
son nöqtəni qoyur, çünki bərabərlik şəhəri mübariz humanist Nizaminin 
də, dövrün zülmlə daim mübarizə aparan zəhmətkeş xalqının da istək və 
arzusunda son zirvəydi. 
Nizaminin  ədalətli cəmiyyət konsepsiyasını uydurma, həyata 
keçməyəcək arzu, boş fantaziya hesab etmək olmaz. Bir qədər fantastik 
olsa da, o, gerçək ola biləcək arzunun ifadəsidir və mövcud quruluşla, 
mövcud siyasi və əxlaqi münasibətlərlə barışmayanlar üçün bələdçi 
  


               _______________  
Milli Kitabxana
  ________________ 
15 
 
rolu oynayır. O, öz insani ləyaqətini başa düşərək, zorakılığın və qızılın 
yox, insanlar arasında xeyirin, dostluğun, məhəbbətin hökm sürməsi 
uğrunda mübarizə aparanların arzusunu ifadə edir. O, insan ləyaqətinin 
mənəvi təmizliklə, başqasına təmənnasız kömək etmək, başqasının 
kədərinə  və sevincinə  şərik olmaqla ölçüldüyü cəmiyyət uğrunda 
mübarizə aparanların arzusunu ifadə edir. 
Nizaminin başqa əsərlərində öz əksini tapmış sosial-etik görüşləri ilə 
birlikdə götürülərsə, "İqbalnamə"dəki kamil cəmiyyət təlimi oxucunu 
ədalət uğrunda daha fəal mübarizəyə çağırır. Nizami idealının bütün 
dövrlərin insanlarına yaxınlığı  və doğmalığının səbəbi də buradadır. 
Şairin öz sözü ilə desək, "İqbalnamə" dürr yox, dəryadır. "İqbalnamə"nin 
təkraredilməz bədii gözəlliyini yalnız onu dəfələrlə, sevə-sevə oxuyanlar 
dərk edə bilərlər. 
 
Zümrüd Quluzadə 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
16 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
17 
 
 
 
 
 
 
 
Harda ki, ağıl bir xəzinə tapar
Allahın adını eyləyər açar. 
Allah ağıllıya nəvazişkardır, 
Ağılsızlara da əlacı vardır. 
O, sözün sirrini əyan eyləyər, 
O verər zəlilə, acizə hünər. 
Zahirdən, batindən aşikar, nihan, 
Əqlə yol göstərən odur hər zaman. 
O, bu imarətin səqfini tikmiş, 
O, bu karxananın nəqşini çəkmiş. 
Qəlbə də xoş gəlir ondakı qüdrət, 
Əqlə də vacibdir ona itaət. 
Bütün varlıqların fövqündə durur, 
Varlığı hər şeyi yaradıb qurur. 
Hikməti gizlindir, hökmü aşikar, 
Onun tərifinə dil aciz qalar. 
Əsli pak, zatı pak, təkdir vücudu
Nə oddur, nə torpaq, nə yel, nə də su. 
Varlıqlar hamısı onun möhtacı, 
Onunsa heç kəsə yox ehtiyacı. 
Yeddi qat içində nə var binadan, 
Min alqış ona ki, odur yaradan
1

Ona qovuşmağa yol yoxdur fəqət, 
Əqlə, düşüncəyə sığmaz bu hikmət. 
Desək ki, göydədir o pərvərdigar, 
Ona təzim edən yer tənha qalar. 
Yox, əgər yerdədir, söyləsək, allah, 
Şənini alçaltmaq olmazmı günah?! 
Məbudun zatından danışan zaman 
Axtarma nə göydə, nə yerdə məkan. 
Əgər qüdrətindən deyib-danışsaq, 
Hökmünə tabedir bu göy, bu torpaq. 
Hər bir kərəminə, qəzəbinə sən 
Naşükür olmayıb, baş əyməlisən. 
Birinin könlündə yandırar çıraq, 
Birinin könlünə çəkər dərdlə dağ. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə