Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə8/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   4   5   6   7   8   9   10   11   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
30 
 
    SÖZÜN TƏRİFİ VƏ 
PADŞAHLARA NƏSİHƏT 
 
Dəniz dalğalanıb gələrsə feyzə, 
Sədəfdən dürr alıb çıxardar üzə
56

Yenidən dövlətim başımdan aşdı. 
Dövlətli ürəyim sözlə dostlaşdı. 
Qaranlıq çəkildi, doğdu gözəl gün, 
Şux səhər açıldı şux bülbül üçün. 
Oyandı yenidən, bəxtim oldu yar, 
Gör indi şad könlüm nələr yaradar? 
Tale birisinə verərsə açar, 
O, qara daşdan da gövhər çıxarar. 
Hər günə ruzigar dedik əzəldən. 
Birində cələ var, o birində dən. 
Varlıq pərgarının ulu rəhbəri 
Mənə söz mülkünü verəndən bəri, 
Xeyli düşündüm ki, bu ölkəni mən 
Bəs kimə tapşırım özüm gedərkən? 
Bir şəhər yaratsam, baxtım olsa yar, 
Kim olsun bəs ona sonra şəhriyar?
57
 
Əqlim söylədi ki: - Belə şəxs gərək 
Tanınsın dünyada məruf insantək. 
Elə lütfkar əl ola ki, onda, 
Misli tapılmaya bütün cahanda. 
Gərək qarışqaya azca yem verə, 
Filə də fil payı seçib göndərə. 
Olmaya sərsəri, xam adamlartək 
Əlindən gəlməyə qələm də çərtmək. 
Qarışqa yemiylə fili yemləyə, 
Cəbrayıl rütbəsi verə milçəyə. 
Bütün bəxti dönmüş şahların, əlbət, 
Ölçü bilməzlikdən olub bəxti bəd. 
Baş ilə ayağı pis fərq etmişlər, 
Məst olub, tacı da qoyub getmişlər. 
Kiçik çox pay almış, böyük az almış, 
Böyüyün qiyməti belə azalmış! 
Mənasız səxavət göstərsə hər kəs


               _______________  
Milli Kitabxana
  ________________ 
31 
 
Yırtıq təbil kimi çıxaracaq səs. 
Ölçü-biçi bilsən hər bir işdə sən, 
Böyük hesabları düz həll edərsən- 
Mətahı böləndə sən elə böl ki, 
Aparanın ağır olmasın yükü. 
Qoyma qoca şaha gənc üstün gələ, 
Şiruyə Pərvizi öldürdü belə
58

Qocaman ağaca mişar çəkmə sən. 
Zöhhak bunun üçün düşdü təxtindən
59

Hökmdar ölçüylə bəxş edə gərək 
Odu da, suyu da, - güntək, buludtək. 
Əliylə dürr saça o, dənizlərə, 
Dağlarda torpağı lələ döndərə. 
Harda bayrağını ucaltsa göyə 
Kisədən paylaya bol-bol hədiyyə. 
İdrak sahibidir, şükür allaha, 
Naz da, nəvaziş də yaraşır şaha. 
Dağlardan ta saman çöpünə qədər 
Hər şeyin hər zaman qədrini bilər. 
Hər kəsdə nə qədər varsa ləyaqət, 
O qədər göstərər ona səxavət. 
Odur ki, çox-çoxdur mədh edənləri, 
Dünyada yox misli, yox bərabəri. 
Çoxları istədi "İqbalnamə"ni, 
Tək ona həsr etdim mən bu naməni
60

Çünki tanıdığım bütün şahlardan 
Tək odur əməyə düz qiymət qoyan. 
Boşdur çox şahların ancaq başları, 
Nahaq çox kəsdirmiş onlar başları. 
Hay-küy çox, heç bir şey yoxdur süfrədə, 
Dönüb bədənləri quru cəsədə. 
Onlarda bir tacir təbiəti var, 
Zəlitək qan sorub ləzzət alarlar. 
Dəniztək düşüncəm, dürrtək sözlərim, 
Ləl ilə doludur mənim əsərim. 
Şah özü sərrafdır, qədrini bilər, 
Sözümün rütbəsi qat-qat yüksələr. 
 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
32 
 
PADŞAHIN TƏRİFİ 
 
Deyirlər: göylərdə bir ağ xoruz var, 
O, ərşin altında tutubdur qərar. 
Deyirlər: o xoruz banlar hər səhər
Yerdəki xoruzlar ona səs verər
61

Bilin ki, göylərin o quşu mənəm, 
Hər səhər oyadar quşları nəğməm. 
Şəhərin quşları ötər hər səhər, 
"Dünyanı dindirən odur" deyərlər. 
Nizami, durma, gəl, xəzinəni aç, 
Bəsdir bu Gəncədə qalıbsan möhtac. 
Bir ov vurubsansa, çıxar meydana
62

Bir xəzinən varsa, göstər cahana! 
Belə xəzinəni bəxt verər ancaq, 
Xəzinən dünyanı nurlandıracaq. 
Vurubsan qızıla şah sikkəsini
63

Xütbə de, vüqarla ucalt səsini. 
O, elə şahdır ki, dövründə nə var, 
Onun şöhrətiylə edər iftixar. 
Ucadır, igiddir hər hökmdardan 
Məlik Nüsrətəddin, o şanlı sultan. 
Zəkada o, Mosul hökmranıdır, 
Mərdlikdə şahların Qədərxanıdır. 
Şövkətdə, zəkada Mahmud kimidir, 
Polad yumşaltmaqda Davud kimidir. 
Almış fərmanını Mahmudilərdən, 
Həsəbi, nəsəbi Davudilərdən
64

Meyvəli bahardır, sinəsində gül. 
Söz qoşur şəninə qumru və bülbül. 
Məclislər içində təzə bahartək 
Dürr, dirhəm paylayar o, ətək-ətək. 
Tünd şərab qədəhə tökülsə əgər, 
Ləl lacivərdə şəbxun eyləyər
65

Suya qılınc vurub, od saçan zaman 
Buludlar günəşi qoruyar ondan. 
Tərlanı ov üçün qalxarsa, yəqin 


               _______________  
Milli Kitabxana
  ________________ 
33 
 
Tərlanı dad çəkər göydə fələyin. 
Fəzada uçarsa əgər üqabı
66

Ya Ayı ovlayar, ya afitabı. 
Hanı bu dövranda elə bir insan, 
Oğurlaya bilsin bir sifət ondan? 
Ayın şüasını ip bilən naşı 
Oğrunun, əlbət ki, əzilər başı. 
Göl ilə sərabı tanımayanlar 
Yolda susuzluqdan taqətsiz qalar. 
Ayı göydə fətir eyləyib güman 
Çoxları quyuya düşüblər, inan
67

Mələyə bənzəyər divlər kənardan, 
Div zülmətdən törər, mələksə nurdan
68

Allahtanıyandır bizim hökmdar
Mehr, vəfa ilə dolu qəlbi var. 
Tək məni salmayıb müşkülə bu iş, 
Kim ona layiqli mədhiyyə demiş? 
Neçün Bişgin demiş ona bu dövran? 
O ki mehribandır bütün şahlardan. 
Bişgin kəlməsini dürüst yazsalar, 
Ona layiq bir ad Keypişin olar
69

Keypişin desələr, layiqdir, əlbət, 
Həm Key nişanlıdır, həm Keyxasiyyət. 
O, abad eləmiş dünya yurdunu, 
Xeyrini görənlər bilirlər bunu. 
Qopdu bir zəlzələ, göyü oynatdı, 
Şəhərlər dağılıb yerlərə batdı
70

Dağ-daş sarsılaraq, qopub uçanda 
Fələk toz altında qaldı bir anda. 
Ruzgarın etdiyi oyunbazlıqdan 
Sanki alt-üst oldu torpaq, asiman. . 
Surun gur səsindən balıq qorxaraq 
Atıldı öküzdən bir xeyli uzaq
71

Fələk zəncirinin həlqələritək 
Yerin də bəndləri ayrıldı tək-tək. 
Azdı yollarını gur axan sular. 
Dağlar çarpışmaqdan bitab oldular. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə