Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə9/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   5   6   7   8   9   10   11   12   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
34 
 
Yusiflər gözünə sanki batdı mil, 
Sanki aşıb-daşıb Misri basdı Nil
72

Heç bir göz salamat qalmadı, inan, 
Matəm sürməsinə qərq oldu cahan. 
Nə qədər xəzinə batdı o gecə, 
O şənbə gecəsi yox oldu Gəncə. 
Hamı: kişi, qadın, qoca ya cavan 
Qopardı dəhşətli fəryadla fəğan. 
Bircə sap gövhəri sağ gördü səhər, 
O düzdü yenidən saplara gövhər
73

Bu gövhər kanının baxtı yar oldu, 
O bəla ölkədən tez kənar oldu. 
Az zaman içində bu viran ölkə 
Keçdi abadlıqda Rumu da bəlkə. 
Baxmayın zəlzələ qoparıb tufan, 
Ölkəni bir anda elədi viran,- 
Görün ki, nə sayaq qadir hökmüdar 
Pozulmuş cəlalı etdi bərqərar! 
Palçıq barıları tamam sökdürdü, 
Yerində qızıldan divar hördürdü. 
Xəzinə sərf edib, verdi təmtəraq
Səyilə ölkədən dərd oldu uzaq. 
Bağçalar salındı, evlər dikəldi, 
Hər evdən yüz çıraq işığı gəldi. 
O ki, bu torpağı eylədi abad, 
Dərgahı heç zaman olmasın bərbad. 
 
 
     TƏZİM XİTABƏSİ 
 
Nə gözəl günəşsən, ta uzaqlardan 
Edirsən bizimçin hər şeyi əyan. 
Işıq cinsindəndir hərçənd ki, çıraq, 
Işıqsız çıraq da görünməz ancaq. 
Əsil tacidarlıq, düşün, yaxşı bil, 
Yüzlərcə tac yığıb saxlamaq deyil. 
Hökmüdar odur ki, hər başa müdam 


               _______________  
Milli Kitabxana
  ________________ 
35 
 
Mərhəmət göstərib, tac edə ənam. 
İnsanı azdıran xəyalları sən 
Başlardan qılıncla rədd eləmisən. 
Ucalsa bir şahın fikri, bayrağı, 
Şad olar ordusu, yurdu, torpağı. 
Sənin bayrağına bəzəkdir zəfər, 
Gücünlə yox oldu dərdlər, sitəmlər. 
Kəyanlar köçüblər indi dünyadan, 
Yerləri boş deyil, sənsən hökmüran. 
Ölkədə bu xalqa rəhbər oldun sən, 
Fitrətin gözəldir sənin əzəldən. 
Indi bu dünyada sənsən tacidar, 
Əlinlə tac qoyar başına şahlar. 
Çatmaz ədalətdə sənə Pişdad, 
Keyxosrov, Keykavus, nə də Keyqubad! 
Yeddi firuzəli bu qəsrdə sən 
Haqqa, ədalətə vüsət vermisən
74

Bir qədəh mey verir sənə Nizami, 
Gərək nuş edəsən Keykavus kimi. 
Bu tusi qədəhlə Mahmuda bildir 
"Şahnamə"nin qədri-qiyməti nədir!
75
 
İki xəzinənin varisi, hökmən, 
Səxavətdə sənsən, söz deməkdə mən
76

Borc əgər vaxtında ödənilməsə, 
Qaydadır: varisdən çatar varisə
77

Mən elə söz dedim - deməmiş heç kəs
Bir iş gör - olmasın ona heç əvəz. 
Mənə əqlim çatıb bu işdə dada, 
Müvəffəq olasan sən oxumaqda. 
yar etsək bu iki gözəl niyyəti, 
Birə on artacaq sözün qiyməti! 
Bağımda reyhandır mənim bu əsər, 
Sənin eyvanını qəndiltək bəzər. 
Məclis qur, bu meylə doldur kasanı, 
Şöləsi, nəşəsi durultsun qanı. 
Sən mey iç, gətirmə heç bir bəhanə, 
Ağzım möhürlüdür üz vurma mənə. 


               _______________  
Milli Kitabxana
  ________________ 
36 
 
Damağın çağ olsun, bəxtin də cavan
Cahanda olasan Cahan pəhləvan. 
Bu dünya, bu dövran sənə yar olsun, 
Ruzgarın həmişə xoş ruzgar olsun! 
Göylər ülviyyətdən düşməz heç zaman, 
Sən də göylər kimi uca olasan. 
Qılıncın kəskindir gün şöləsindən, 
Göyü də yer kimi sən ram edibsən. 
Parlaq qılıncından məhv olsun yağı, 
Səndən qüdrət alsın Kəyan bayrağı. 
Böyük bir iş üçün, bil, ey hökmüdar, 
Göndərdim, doğrudur, mən bir yadigar
Sən özün əbədi bir yadigar qal, 
Dediyim bu sözü daim yada sal! 
 
 
KİTABIN BAŞLANMASI 
 
Yunanlı filosof, zəkada nadir, 
Çıxartdı mədəndən belə cəvahir: 
Bir dəfə dünyanı səyahət edən 
İskəndər keçərək neçə ölkədən, 
Gəlib öz yerinə, yurduna çatdı, 
Doğma vətənini nurla parlatdı. 
Ağıl hər bir sirrə yol tapsın deyə. 
O verdi fikrini elmə, biliyə, 
Xəyalı göyləri gəzdi, dolaşdı, 
Bağlı qapıların sirrini açdı. 
Bəyəndi pəhləvi, yunan və dəri 
Dilində yazılmış bir çox əsəri. 
Bir də fars dilində şahanə dəftər 
Olmuşdu dilində su kimi əzbər, 
Istər Rum elində, istər Yunanda, 
Dünya dillərində nə var cahanda. 
Buyurdu tərcümə edilsin bütün 
Bilik xəznəsini doldurmaq üçün. 


               _______________  
Milli Kitabxana
  ________________ 
37 
 
Dürr yığdı elm üçün bir-bir hər yandan. 
Bunlardan yaratdı böyük bir ümman. 
Onun yaratdığı birinci əsər 
Dünyaşünaslıqdan verirdi xəbər. 
O biri - ruhani sirlərə açar, 
Onunla yunanlar əbədi yaşar. 
Bir də "İskəndərin qeydləri"dir, 
Mum kimi yumşalar bununla dəmir. 
Kin, qəzəb, mərhəmət nədir - bilərlər, 
Fələyin sirrindən tutarlar xəbər. 
O gövhər kanını yox edib ruzgar, 
Bircə "Intiyaxis" qalıb yadigar
78

Neçə əql övladı nur yaya yaya, 
O şahın rəyilə gəldi dünyaya. 
O böyük, ağıllı, ayıq hökmüdar 
Öz şahlıq taxtında tutarkən qərar, 
Əmr etdi, verildi belə bir fərman: 
"Alimdir gözümdə ən əziz insan! 
Elmlə, hünərlə! - Başqa cür heç kəs 
Heç kəsə üstünlük eləyə bilməz! 
Rütbələr içində seçilir biri - 
Hamıdan ucadır alimin yeri!" 
Belə qərar verdi: yanında ancaq 
Hər kəs öz elmiylə bir yer tutacaq. 
Hamı elmə, fənnə elədi rəğbət. 
Çünki elmə təşviq edirdi dövlət. 
Elmə qiymət qoydu böyük hökmüran. 
Elm ilə ucaldı dünyada Yunan. 
Onun tacü təxti indi yoxsa da, 
Elm ilə məşhurdur bütün dünyada. 
Qəsrinin bürcləri göyə dəyərdi, 
Haqqın cəlalına o, baş əyərdi. 
Hücrəsi ziynətsiz, bərsiz-bəzəksiz, 
Bir dəri üstündə o, çökərdi diz. 
Söyüddən qurulmuş sadə bir otaq, 
Yerliyi ağappaq, tərtəmiz torpaq. 
Könlü bu dünyadan doyduğu zaman 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə