Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə7/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   2   3   4   5   6   7   8   9   10   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
26 
 
Zöhrəyə o "Zənd"i kimlər öyrətdi, 
Oxuyub Harutu tamam bənd etdi?
37
 
Sehirli nəğməmdən Zərdüşt xar oldu. 
Söndü çox "Zənd"lərin alovu, odu
38

Dəryaya dürr saçsın qətrə buradan, 
Qoy xurma daşısın Bəsrə buradan
39

Bu altıkünc tağda bir buludam mən, 
Səpərəm hər yana su ciyərimdən
40

Bitkitək pay alır hamı suyumdan. 
Yağışım sərvlər yetirir hər an
41

Kölgətək işıqdan kim çəksə zərər. 
Əlbəttə, həmişə ondan çəkinər. 
Çeşməmdən feyziyab olsa da çoxu
Getmir gözlərinə həsəddən yuxu
42

Mənim meyxanamdan içərlər şərab
43

Mənim sözlərimdən bağlarlar kitab. 
Bu feyzi onunçün qazandım ki, mən 
Əsla su içmədim yad bir çeşmədən
44

Xəlvətdə poladdan sildim ki, pası, 
Yaqut rəngi alsın onun aynası
45

Silib bu aynanı parlatdım par-par, 
Yerdən toz-torpağı külək aparar. 
O Çin üzlü nigar, bilmirsən məgər 
Rumun qalasını necə fəth edər? 
Xəzinə kəşf etmək istəsə biri. 
Gərək unutmasın çətinlikləri! 
Xəzinə kəşf etmək istəsən əgər, 
Hər bir çətinliyə tab et, sinə gər! 
Məsəl var, deyərlər, eşit, qulaq as: 
"Viranə ocaqdan heç tüstü çıxmaz!" 
Yuxu var, əvvəlcə çox qorxunc olur, 
Gün doğur, ürəyin fərəhlə dolur. 
Qəlbə qorxu salan çox şeylər üçün 
İnsan şükr eləyir axırda bir gün. 
Nə çoxdur şairlik iddia edən, - 


               _______________  
Milli Kitabxana
  ________________ 
27 
 
Qorxuram meydanda qan tökülməkdən. 
Yayın ortasında çox yağsa yağış, 
Elə soyuq düşər, sanki dönüb qış. 
Havaya yağışdan nəm çöksə əgər, 
Günəş o çirkləri silib məhv edər. 
Payız yetişdikdə, bilir ki, hər kəs, 
Daha lətif külək, incə meh əsməz. 
Artıq rütubətdən törəyər vəba
Tənəffüs çətindir belə havada. 
Bundan qurtarmaqçün qalayarlar od, 
Tökərlər bu oda səndəl, gül və ud. 
Təbimlə şaha ud yandıraram mən, 
Daha başqa bir iş gəlməz əlimdən. 
Allah məni ona bəndə xəlq etmiş. 
Itaətdən başqa bilmərəm bir iş. 
Dünyagörmüş adam, - yaxşı ya yaman,- 
Şikayət eyləməz öz ruzgarından. 
Bu dünya heç kəslə deyil həmavaz, 
Sazəndələr kimi bir hava çalmaz 
O, sazda görərsə ipək bir teli, 
Qırıb atmaq üçün uzanar əli. 
Ipək yetirməkdə iki cür qurd var, 
Ziddir odla sutək həmişə onlar. 
Biri baramanı toxuyur bir-bir, 
O biri karvanla ipək məhv edir. 
Pətəkdə iki cür arı var müdam, 
Necə ki, aldadar pərvanəni şam,- 
Biri yem daşıyar hey axşam-səhər, 
O biri gizlincə o yemdən yeyər. 
Bal verən arının bircəsi, yəqin, 
Yüzündən yaxşıdır bal yeyənlərin. 
Hələ can almamış əcəl, turactək: 
"Dad, məni tutdular!" - çığırıb dad çək
46

Tamahkar dünyadan nə ummaq olar. 
Ya səni yandırar, ya da çiy saxlar,  


               _______________  
Milli Kitabxana
  ________________ 
28 
 
Qaynayıb coşarsan, yanarsan dərddən, 
Qaynayıb coşmasan, çiy qalarsan sən. 
Fələk - yeddibaşlı qorxunc əjdaha, 
Bircə zərbə vursa, məhv oldun daha
47

Xəlbirə bənzəyən teştdir asiman
Sən bir xəlbir torpaq, o da bir teşt qan
48

O, teştdən su töksə başına nahaq, 
Sən ələ xəlbirtək üstünə torpaq. 
Torpaq da, çeşmə də olan bir yerdə 
Lazımdır, əlbət ki, teşt də, xəlbir də. 
Bu göy rəngli küpün çox hiyləsi var, 
Içindən görərsən yüz cür rəng çıxar
49

Küpə bir cadugər minər, deyərlər, 
Bu küpə minmişdir yüz min cadugər
50

Fələk hesabını gəl etmə nahaq
Alçağı yüksəkdir, yüksəyi alçaq. 
O gah altda olur, gah üstdə olur, 
Ona alt-üst demək daha doğrudur. 
Əbəsdir fələklə bəhsə girişmək, 
Heç kəslə həmahəng olmayıb fələk. 
Atdığı hər addım fənddir, kələkdir, 
Işləri büsbütün oyundur, rəngdir! 
Birini göylərə ucaldır bəzən, 
Bəzən də qul edir onu görürsən. 
Tülkütək geydirər qırmızı papaq, 
Sonra qara itə yedirdər ancaq. 
Nədir dörd yol üstə məskən düzəltmək?
52
 
Nədir qarın güdmək dördayaqlıtək? 
Dörd balış qeydindən qurtaranda biz, 
Asudə yatarıq səssiz-səmirsiz
53

Yolüstü mənzildir bu köhnə torpaq, 
Ikicə qapısı var onun ancaq: 
Giriş qapısından girərsə hər kəs. 
Çıxış qapısından çıxmaya bilməz. 
Bədbəxtdir bu dərin quyuda qalan, 


               _______________  
Milli Kitabxana
  ________________ 
29 
 
Qar kimi düşərək donub buz olan. 
Xoşbəxtdir şimşəktək yalnız bir anda 
Parlayıb sönənlər fani cahanda. 
Nə lazım dünyada fərsiz bir şamtək 
Gecələr uzunu can verib sönmək? 
Etibar etməyən öz gəmisinə 
Gərək əvvəlcədən üzmək öyrənə. 
Tələsən adama köhlən at gərək
Yabıyla nə qədər o yol gedəcək? 
Hiylədən pozulub, korlanıb dünya, 
Nə qəlbdə qan qoymuş, nə üzdə həya. 
Fələk o fələkdir: dağ çəkib hədər, 
Bizi gah saraldar, gah da göyərdər. 
Hər pərdədə yalnız o adam çalar 
Ki, ola pərdədən yaxşı xəbərdar
54

Düz yolu yaxşı bir rəhbər göstərər, 
Mən yola çıxıram, bəs hanı rəhbər? 
Elə bir pis vaxtda gələcək ölüm 
Ki, bezmiş olacaq dünyadan könlüm. 
Qəflət qoşun çəkib gələcək birdən, 
Yatağa baş qoyub yatacağam mən. 
Xəyal dünyasına edib tamaşa 
Ömrü yuxu kimi vururam başa. 
Belə qol-qanadla olarmı uçmaq? 
Hara çatdıracaq belə əl-ayaq? 
Belə dörd müxalif yol a ayrıcından 
Çıxmaram, ya qoca olum, ya cavan
55

Qocalıq ədası göstərsəm əgər, 
Məndən bu cavanlar üz döndərərlər. 
Cavanlıq eləsəm bu bədənlə mən 
Gərək başqasından borc alam bədən. 
Yaxşısı budur ki, olam hər zaman 
Qoca ilə qoca, cavanla cavan. 
Açam bu düyünü bəlkə birtəhər, 
Məndən dost-aşnalar inciməyələr. 
 
 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə