Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə3/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   2   3   4   5   6   7   8   9   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
10 
 
tindən bir bulud qalxmış, ondan göy və yer əmələ  gəlmişdir söyləyir. Sokratın 
ardınca Fərfuriyus da Yaradandan və onun yaratdığı cövhərin suya, suyun isə 
göyə və yerə çevrilməsindən söhbət açır. 
Hürmüz Yaradanın varlığını iqrar edir, lakin ilk xilqətin nə sayaq əmələ 
gəlməsini bilmədiyini söyləyir.  Əflatun dünyanın, Yaradan tərəfindən mayesiz 
yarandığını qəbul edir. 
İskəndər bu məclisi tamamlayaraq Yaradanın varlığını  qəbul edir, lakin 
yaradılışın necə olduğunu dərkedilməz sayır. Nizami məclisə yekun vuraraq öz 
fəlsəfı qayəsini burada işıqlandırır. Nizaminin fıkrincə, Yaradan hər  şeydən 
əvvəl əqli yaratdı və ona ilk yaradılışın sirrindən başqa dünyanın bütün sirlərini 
açdı. Nizami bu məclisi tamamlayarkən Xızrın özünə müraciətlə dediyi: 
 
Bu gizli sözləri, fikirləri sən  
Neçin lal dilləre isnad edirsən? 
 
beyti yeddi alim məclisində söylənilən müddəa, iqrar və inkarların, əslində şairi 
düşündürən fəlsəfi fikirlər olduğuna bizi inandırır, onun bu yolda inamı, 
tərəddüdü və  şübhələri haqda aydın təsəvvür yaradır. Təsadüfi deyil ki, Xızrın 
verdiyi suala cavab kimi aşagıdakı beyt səslənir: 
 
Dövrün kişiləri nakişidirlər, 
Elmə yox, nücuma həvəs edirlər. 
 
Ancaq əsərin orta əsr oxucusu üçün yazıldığını nəzərə aldıqda, onun hakim 
dünyagörüşünə  nə cür zərbə vurduğunu dərk etmək olar. Poemanın bu fəsli 
ardınca gələn "İskəndərin peyğəmbərliyə yetişməsi" fəsli də söylənilənləri bir 
daha sübut edir. Həmin fəsildə İskəndər daha yaradılışdan söz açmayıb Yaradanı 
axtarır.  Əgər  əvvəllər  İskəndər yaradılış sirri və Yaradanı  dərkedilməz hesab 
edirdisə, indi: 
 
İstədi çalışıb sirləri örtən 
Yeddi qat sürməni silsin tamamən. 
 
Maraqlıdır ki, şah ilahi qəzəbə  gəlmir,  əksinə, mərhəmətli Allah alim və 
rəhmdil  şahın bu axtarışı qarşısında ona peyğəmbərlik bəxş edir. Allah 
peyğəmbər kimi səfərə çıxan İskəndərdə yenə də dünyəvi büiklərə ehtiyac hissi 
oyadır. Peyğəmbərlik səfərinə çıxan İskəndər dünyəvi ağla möhtacdır. 
  


               _______________  
Milli Kitabxana
  ________________ 
11 
 
Nizami rasionalizmi və azadfikirliliyi gələcək hadisələrin izahında 
xüsusilə gözə çarpır.  Şah yola dini kitabları yox, Ərəstu,  Əflatun və 
Sokratın yazdığı  nəsihətnamələri götürür. Nəsihətnamələri oxuduqca 
onların arxasında qədim yunan mütəfəkkirlərindən çox Nizami dühasını, 
Nizami məntiqi və Nizami insansevərliyini görürük; mütəfəkkirin siyasi 
və etik görüşləri burada geniş planda verilmişdir. Nizami humanizmi və 
müdrikliyi İskəndərin səfərə çıxarkən anasına etdiyi vəsiyyətdə də özünü 
göstərir. 
Poemanın belə  səhnələri  İskəndərin bir şah və  sərkərdə kimi 
müdrikliyini nümayiş etdirir, onun yüksək insani keyfıyyətlərini açır və 
onu bir nümunə kimi dünya şahlarına və hər şeydən əvvəl, şairlə həmdövr 
olan şahlara göstərir. İskəndər ədalət səsini aləmə yayaraq zülm, nadanlıq 
və bədxahlıqla mübarizəyə qalxır. Ölkələr fəth edərək, xalqları haqqa və 
ədalətə tabe edərək  şah bu üç qüvvədən özünü də, insanları da xilas 
etməyə çalışır. Onun müharibələri sülhə xidmət edir; o, dağıtmaqdan çox 
qorxur.  Əmin-amanlığın bərpası  İskəndərin  əsas qayəsidir. Poemada 
Nizami özünəməxsus sənətkarlıqla  İskəndərin tikintilərinin füsunkar 
gözəlliyindən bəhs edir. 
İskəndərin səfərinin təsvirində mütəfəkkir həyati səhnələrlə yanaşı, 
alleqoriyadan da geniş istifadə edir. Məsələn, səfər vaxtı  İskəndərin 
əsgərləri iti daşlarla dolu yolu keçərək, yüksək dağın zirvəsinə qalxıb 
oradan özlərini sevinclə o biri tərəfə atırlar. Şah alimlərin məsləhətilə bu 
qəribə görünən hərəkətin səbəbini öyrənə bilir. Demə, insanlar qorxunc, 
düşgünlük və ehtiraslarla dolu, əzablı həyat yolunu keçib zirvəyə (zirvə 
burada kamillik, paklıq rəmzidir) qalxdıqda azad dünyaya çatırlar ki, bu 
da yaşadığımız dünyanın tərki deməkdir. 
Lakin hadisədən xəbərdar olan şah bu sirri gizli saxlayır, qoşununu tez 
o yerlərdən çəkir və yenə de insanlara din öyrədə-öyrədə səfərini davam 
etdirir. Burada biz bir daha İskəndərin tərki-dünyalıqdan uzaq, bu dünya 
ilə bağlı olduğunu görürük. 
Nizami alleqoriya və realist təsvirləri üzvi surətdə birləşdirərək 
İskəndərin mənəvi yüksəlişini insanların ağlı və mənəvi kamilliyi  


               _______________  
Milli Kitabxana
  ________________ 
12 
 
uğrunda apardığı mübarizə fonunda verir. Əsəri oxuduqca bu iki məqsədi 
güdən müvazi xətt unudulmamalı və poemanın insanın dünyəvi səadətinə 
xidməti Nizami oxucularının diqqət mərkəzində olmalıdır. 
Kamilliyin zirvəsi ictimai bərabərlik, azad və xoşbəxt insanlar 
şəhəridir. Bu şəhər nizamişünaslıqda Nizami utopiyası kimi məlumdur. 
Bu şəhərə çatana qədər şah çox ölkə və möcüzələrə rast gəlir, çox zülmə 
və nadanlıqlara son qoyur, xeyir və mərifət yayır. İskəndərin susuz səhra 
əhlilə görüşü, onlara etdiyi xeyirxahlıq, xaqana din qəbul etdirməsi, 
dənizin dəhşət doğuran səsindən sahildə yaşayan  əhalini xilas etməsi
Yəcuc səddini bağlaması sanki şahı pillə-pillə ideal şəhərə yaxınlaşdırır. 
Şəhər İskəndərin səfərinin sonu və axtarışlarının zirvəsidir. Nizaminin 
ideal cəmiyyət haqqında təlimi  ədəbiyyatşünaslıqda və xüsusən 
nizamişünaslıqda ən geniş işlənmiş problemlərdən biridir. İdeal şəhər və 
cəmiyyət haqda həm qədim dövr, həm də orta əsr  Şərqinin abidələrində 
müxtəlif təsəvvürlərə təsadüf edirik. Yaxın və Orta Şərqdə böyük şöhrət 
tapmış IX əsr alim və fılosofu Fərabinin "Xeyirxah şəhər" əsərində hətta 
ideal  şəhərlərin müəyyən təsnifatı belə verilir. Bu dövr ədəbiyyatında 
rastlaşdığımız ideal şəhərlər haqqında yazılar adətən real və eyni 
zamanda alleqorik məna daşıyır. Həmin  şəhərlər həm həqiqətən ictimai 
zülmü dəf etmiş insanlar, həm də çirkin mənəvi ehtiraslarına qalib gəlmiş 
pakların cəmiyyəti kimi düşünülür. 
Orta  əsr  Şərq humanizminin məhsulu olan ideal utopik cəmiyyətlər 
adətən bu iki fünksiyanın ifaçısı kimi çıxış edir. Tarixdən məlumdur ki, 
kəskin sinfi mübarizə  nəticəsində xalq kütlələrinin gücünə  əsaslanaraq, 
Şərqdə ideal dövlətləri bu və ya digər dərəcədə xatırladan demokratik 
qərmətilər, ismaililər dövlətləri mövcud olub, bunlar və xüsusən 
Beyləqanda, XI əsrdə  kəskin sinfi mübarizə  nəticəsində müvəqqəti də 
olsa yaranan xalq hakimiyyəti, sözsüz ki, Nizaminin ideal cəmiyyət 
nəzəriyyəsini qidalandıran real zəmin idi. 
Nizaminin kamil cəmiyyət nəzəriyyəsi fantastik uzaqgörənliyin 
məhsulu, şair dühasının qeyri-adi tapıntısı deyil. Bu nəzəriyyə Şərq və 
  


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə