Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə6/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   2   3   4   5   6   7   8   9   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
22 
 
Hər dövrün olar bir usta bağbanı, 
Bəsləyib böyüdər körpə fidanı. 
Bir gövhər hüsnünü itirsə əgər, 
Daşdan baş qaldırar başqa bir gövhər. 
Gəlinimdə olan şuxluq, təravət 
Peykərşünaslara eylər kifayət
16

Təzə olmasaydı bu əsər, yəqin 
Təzə bir söz demək olardı çətin. 
Bir harın at idim bir zaman mən də, 
Zəhmətlə, zillətlə düşdüm kəməndə. 
Hər bir xəzinədə var məndən nişan, 
Ancaq, heyf olsun ki, deyiləm cavan! 
Gənclik - təzə nallı, harın, köhlən at
Qocaldın - nal qızır, düşür əldən at. 
Kürədən çıxanda güzgü bərq vurar, 
Fəqət sınan zaman zirehə yarar
17

Söz, sənət eşqilə çırpınan ürək 
Alır sirdaş kimi ilhamdan kömək. 
Düşüncəm beynimin qızıl qanından 
Incitək incə söz alardı hər an. 
Çünki gizlində bir ilhamçım vardı, 
Mənimlə örtülü söz danışardı. 
Susmuşdur sirdaşım xeyli zamandır, 
Mən də söz tapmıram, halım yamandır. 
Bir də ki, sözümü dinləyib duyan 
Bizi tərk eləyib, gedib dünyadan. 
Şah Arslan torpaqda, qəbirdə ikən, 
Necə söz söyləyim, şer yazım mən? 
Şah əgər lütf ilə etsə mərhəmət
Yeni söz deməyə eylərəm cür ət. 
Bu dar keçidlərdə dərd məni aldı, 
Bədənim sustaldı, rəngim saraldı, 
Yolumu tufantək tutdu fikirlər, 
Gözümdə qalmadı yuxudan əsər. 
Gecə, dar qəlblərdən qara bir gecə, 
Yollar baş tükündən daha da incə! 
Belə bir gecədə mümkünmü səfər? 


               _______________  
Milli Kitabxana
  ________________ 
23 
 
Heç belə bir yolda quyu seçilər? 
Zülmətə bürünmüş keşikçixana, 
Həmlə eləmişdir fil pasibana
18

Bir ahu balası doğmuşdur çəmən, 
Müşk-ənbər saçmada öz göbəyindən
19

Nə pərvanə şamdan uzaq dayanır, 
Nə də ki, şam ondan uzaqda yanır. 
Bir belə gecədə oturmuşam tək, 
Kağızda yazılar qara gecətək. 
Dürr üçün qəvvastək suya batırdım, 
Gah seçib götürür, gah da atırdım...
20
 
Gecədən bir qədər keçmiş olardı, 
Hələ qaranlıqda, sübhə çox vardı, 
Fələyin köhləni olub təngnəfəs
21

Xoruzlar banlamır, gəlməyir bir səs. 
Daxmada gecənin hörüklərindən 
Yeddi rəng ipəklər toxuyuram mən
22

Bu lacivərd küpdən mən də İsatək 
Iplər çıxarıram hər an rəngbərəng
23

Əvvəldən bəsləyib tərbiyə verən 
Bir nəcib insandır məni yetirən: 
Mötəbər bir şəxsdir o Xoylu Imad; 
Qalxmaq istəyənə o edər imdad. 
Səxası dünyanı salmış heyrətə, 
Dürlə bəzək vurmuş o, səxavətə. 
Bu qoca dünyada ona tay hanı 
Ki, sözü, səxası tutsun cahanı? 
Onda Müştərini görərək hər an, 
Vurar üzüyünə Ütarid nişan
24

Əfsus ki, bəxtimin sərkəşliyindən, 
Gizləyir bu dünya o zatı məndən. 
Işlərim düyünlü, nəsibim dərd-qəm
Nə yaxın bir dost var, nə də bir həmdəm. 
Məgər neçə uşaq tutar bir mama? 
Bir ağac nə qədər yetirər xurma
25

Yuxusuz, ac-susuz qalıb o gecə, 
Bu mavi dəryada üzürdüm təkcə
26



               _______________  
Milli Kitabxana
  ________________ 
24 
 
Gecə gecə deyil, dibsiz bir quyu, 
Ayı da, günü də udmuşdu suyu
27

Gecənin bağrını yarmışdı zülmət, 
Kölgə eləyirdi işığa töhmət. 
Atdığım kəməndlə, şahın bəxtindən. 
Əmlik ceyranları ovlamışam mən
28

Əngin dənizlərə mən tor atmışam, 
Bu torla növbənöv balıq tutmuşam
29

Xoş görüb bəxtini şahın rəsəddə, 
Mən sözə başladım xoş bir saətdə. 
Vuruşur önümdə Çin ilə Həbəş
30

Şaha edəcəyəm onları peşkəş. 
O qorxunc gecədə süstləşərdim mən, 
Tutmasaydı şahın bəxti əlimdən. 
Çatdı mədəninə gövhər axtaran, 
Könül azad oldu qəmdən, qubardan. 
Qızıl çadırını günəş ucaltdı. 
Ipləri dağların başına atdı. 
Gecəki əzabı unutmaq üçün 
Bir məclis bəzədim mən də həmin gün. 
Ariflər bəyənən bir yer seçərək, 
Orda bir taxt qurdum mən sultanlartək. 
Yeni bir üsulla büsat quruldu, 
Düşüncəm məclisə xidmətçi oldu. 
Şərabım, reyhanım, məzəm, həmdəmim 
Sözümdü, fikrimdi, qəlbimdi mənim 
Qızışıb coşduqca beynim şərabdan. 
Gəldi səxavətə söz də bu zaman
31

Ilham buludlarım çəkdi nərələr, 
Gövhərşünaslara yağdırdı gövhər
32

Iki şey cəsarət istər insandan: 
Biri od, biri də yırtıcı aslan. 
Sanki həmcins imiş odla aslan da, 
Nə düşsə məhv edər bunlar bir anda. 
Taleyim açıldı, oldum bəxtəvər, 
Zöhrə dəf göndərdi, Müştəri dəftər
33

Lütfdən gah bəzək yaradıram mən, 


               _______________  
Milli Kitabxana
  ________________ 
25 
 
Gah hikmət saçıram söz xəzinəmdən. 
Saçdığım gövhərlə bəzəndi cahan, 
Çünki var şah kimi bir gövhər alan. 
Yenidən mədənə mən əl uzatdım, 
Gedib xəzinənin məğzinə çatdım
34

Heç yaxşı iş deyil yalan danışmaq, 
Bu qızıl, bu da od, ərit, yoxla, bax! 
Neçə vaxt ağ rəngə lacivərd qatdım, 
Bitdi "Şərəfnamə", murada çatdım. 
Coşdu Çin naxışlı şerim, sənətim, 
Gör hara qalxacaq mənim şöhrətim! 
Gör əvvəl nə əkdim, gör bitdi nələr
Sınığı bu sayaq bitişdirərlər
35

Neçə il olar ki, gövhər sevənlər 
Axtarıb tapmayıb bir belə gövhər. 
Axır ki, tapıldı bir gövhər satan, 
Yaxşı mal alınar satıcısından. 
Padişah əmr etdi: bəzənsin bir bağ, 
Sərvlər çəmənə gətirsin növraq. 
Qəlbi nurlu şahın şərəfinə mən 
Güc alıb idrakın şəfəqlərindən, 
Bir sərv bəzədim ki, məclis şad olsun, 
Onun şərəfinə badələr dolsun. 
Şer yox, mənasız nəzm yazanlar 
Çətinlik çəkməzlər, onlara nə var? 
Daşlardan cəvahir çıxaran ancaq 
Bilir ki, çətindir gözəl söz tapmaq. 
Bu incə xəyallar məni coşdurdu
Könlümün atəşi beynimə vurdu. 
Öz tüstüm başıma qalxdıqca mənim, 
Quruyub qaxaca döndü bədənim. 
Gəlincə bu gözəl gəlin hasilə 
Məndə səbr gərək, şahda hövsələ. 
Sözə bax, baş alıb hara ucalır, 
Mən nələr deyirəm, o nələr çalır? 
Bilmirəm bu qədər füsunkar sözlər 
Babil quyusundan çıxır nə təhər?
36 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə