E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
25
karlıqlarını və erməniləşdirilmiş plagiatı həqiqətə oxşatmaq üçün
Xorenasi oxuculardan soruşur: “Yəqin ki, oxucu, əjdahalar haqqında
bizim bu qaranlıq əhvalatın şərhinin
doğruluğuna şübhə etməyəcək-
sən?” Beləliklə, erməniləşdirilmiş, özü də qəsdən təhrif olunmuş əf-
sanələrin erməni xalqına mənsub olması barədə uydurma yazılı
sübuta çevrilən bu folklor nümunələri qeydə alınmışdır. Bəs bütün
bunlar həyata necə vəsiqə alır? Bu günkü legitimlik tarixi uydurmaya
və plagiata müvafiq yalançı elmi tədqiqat fonu verir. Misal üçün,
Ermənistan EA-nın Ədəbiyyat İnstitutu tərəfindən hazırlanmış və
1986-cı ildə “Sovetakan Qrox” nəşriyyatında çapdan çıxmış “Ermə-
nistanın orta əsrlər ədəbiyyatı” kitabında yazılır: “tarixi həqiqət
axta-
rışında vətəndaşlıq cəsarəti və sağlam düşüncə göstərərək, müəllif
[Xorenasi] İncilin nüfuzunu belə möhkəm saymır. Erməni tarixinin
qədim dövrü nə qədər dərindən və diqqətlə öyrənilirsə, bir o qədər də
“erməni tarixinin atası”nın elmi düzgünlüyünü
təsdiq edən faktlar üzə
çıxır”. Sonra: “Xalq fantaziyasının ən qiymətli incilərinin”, qədim er-
məni folkloru əsərlərinin, daha doğrusu, “Tiqran və Əjdaha” haq-
qında və “Artaşes və Satenik” əfsanələrinin Xorenasinin bacarıqla
oraya daxil etməsi bu hekayəyə təkrarolunmaz gözəllik və özünə-
məxsus səciyyəvi xüsusiyyət verir”. “Artaşes və Satenik” dastanı və
şifahi xalq yaradıcılığının başqa gözəl nümunələri nəinki bizim tarix-
dən qabaqkı vaxtların özünəməxsus mifoloji təsəvvürləridir, onlar
həm də onun yaradıcılarının incə bədii zövqə malik olduğunu göstə-
rən sübutlardır və bu əsərlərin müstəsna gözəlliyi, ideallığı və kamil-
liyidir”. Bir şeyi əlavə etmək qalır ki, Xorenasidə də, Herodot kimi
Midiya hökmdarının genealoji siyahısı verilir, lakin Xorenasi oraya
“erməni çarlarının” və katolikoslarının siyahısını da əlavə edir.
Baxın, “Yeni xronologiya” silsiləsindən akademik A. Fomenko-
nun “İmperiya” kitabında (səh.664-687 və 714-717) müasir
riyazi-
statistik metodlarla alınmış nəticələrin təhlili əsasında nə təsdiq olu-
nur: “Erməni katolikoslarının siyahısı bir neçə variantın düzülüb-
qoşulması yolu ilə, mahiyyət eribarilə çox kiçik bir siyahıdan alın-
mışdır və burada göstərilir ki, “Ermənistanın IV əsrdən IX əsrə qədər
olan kilsə tarixi IX əsrdən sonrakı tarixin kompilyasiyası yolu ilə
yaradılmışdır.
K A M R A N İ M A N O V
26
Qeyd edək ki, müəllifin söylədiyi fikirlər bir çox halda skandina-
viyalıların qədim saqilərini tədqiq edən məşhur rus mütəxəssisi E.A.
Melnikovanın kitabında (“Qədim skandinaviya coğrafi əsərləri”, M.,
“Nauka”, 1986) əks olunan nəticələrlə üst-üstə düşür. İki rus müəlli-
finin gəldiyi ümumi fikirdən belə bir nəticəyə gəlmək olur ki, Ermə-
nistan Bizansın keçmiş tarixi fem-əyaləti olmuş, həm onun adını,
eləcə də bütün tarixini özünə götürmüş, yəni köhnə Roma-Bizans
xronikasını öz yerli tarixinin əsası kimi göstərmiş,
bəzi şeyləri isə
Almaniyanın Müqəddəs Roma imperiyasının tarixindən götürmüşdür.
Belə çıxır ki, ermənilər tərəfindən həm bu gün, həm də keçmişdə
planlı şəkildə başqa xalqların tarixi keçmişi və ənənələri istifadə olu-
nur, həmçinin erməni şəcərəsinin süni olaraq qədimləşdirilməsi, pla-
giat və saxtalaşdırılması aparılır. Əlbəttə, bütün bunlar mütləq şəkildə
müəyyən sənədlərdə əks etdirilir ki, sonrakı dövrlərdə onlardan isti-
fadə etmək və onlara istinad etmək mümkün olsun.
Buna görə də həmişə olduğu kimi, xalqımıza məxsus olan bu və
ya digər əqli mülkiyyət nümunələrinin erməni təbliğat maşını tərə-
findən “tarixi erməni” nümunələri kimi yazılı şəkildə təqdim olunma-
sının növbəti faktları ilə qarşılaşır və istər-istəməz əqli mülkiyyət
adlanan hər şeyin zərərinə olan yazılı abidələrlə bağlı metamorfoza
üzərində düşünürsən. Əflatunun “Fedra” əsərində qələmə aldığı bir
əhvalat yada düşür, burada belə nağıl edilir ki, tanrılardan biri hima-
yədarlıq etdiyi xalqı ucaltmaq üçün ona yazı yazmağı öyrətmək qəra-
rına gəlir. Bunun cavabında tanrılar tanrısı ona izah edir ki, yazı yad-
daşı əvəz edə bilməz: sözlər keçmiş hadisələri və yaradılmış surətləri
izah
edə bilməz, onlara yeni fikir və yeni təəssürat gətirməz. Bir söz-
lə, himayədarlıq etdiyi xalqın intellekt və müdrikliyini artıra bilməz...
Bununla belə, qonşuların intellektinin qoyulmadığı, onların mentallı-
ğının heç bir
əksi olmayan bizim mədəni irsimizin, o cümlədən müa-
sir yaradıcılıq məhsullarımızın erməniləşdirilməsi olmuş və yenə də
davam edir.
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
27
§4.
“..., Mənimsədim”də erməni əqli oğurluğunun
ümumi fonunda erməni etirafları və
“sübutlarından” danışılır
Hörmətli oxucular! “Gəldim, gördüm,...mənimsədim” mövzusu-
nu davam etdirərək, sizi əqli mülkiyyətimizin ermənilər tərəfindən
mənimsənilməsi faktlarının ən “parlaq” səhifələri ilə tanış etmək istə-
yirik. Əvvəlki paraqraflardan göründüyü kimi, bunların kökü bizim
eranın əvvəlinə gedib çatır. Xahiş edirik
heç nəyə təəccüblənməyəsi-
niz, yaxud qədim romalılar dediyi kimi “
nil admirani”.
Çalışacağıq ki, öncə ermənilərin əqli oğurluqlarının, “Azərbay-
can mədəni ənənələrinin
mənimsənilməsi erməni ənənəsi”nin ümumi
mənzərəsini təsvir edək.
Ondan başlayaq ki, Ermənistanın Qədim Əlyazmalar İnstitutun-
da, Matenadaranda və digər saxlanc yerlərində Azərbaycan orijina-
lında, lakin erməni əlifbasında yazıya köçürülmüş çoxlu sayda yara-
dıcılıq nümunələri saxlanılır. Bu iş çoxdan - XVI-XVII əsrlərdən baş-
lamışdır. Yalnız Matenadaranda Azərbaycan folkloruna aid 55 əlyaz-
ması saxlanılır, onlardan 26-sı XIX əsrə, qalanları isə daha erkən
dövrlərə aiddir. Misal üçün, Azərbaycan dastanlarının əlyazmalarını
götürsək, onlar da erməni əlifbasında yazıya köçürülərək saxlanc ye-
rinə ötürülmüşdür. Bu dastanlar, bir qayda olaraq, Azərbaycan dilin-
də səslənir. Elə əlyazmalar var ki, nəsr
hissəsi Azərbaycan dilində,
nəzm hissəsi isə tərcümədə, ya da bunun əksinədir. Nəhayət, çoxlu
sayda əlyazmalar Azərbaycan dilində və tərcüməsi ilə birlikdə saxla-
nılır. Bunlar, necə deyərlər, mənimsənilmə və erməniləşdirmənin
yazılı sübutlarının əsaslarıdır. Erməni əhalisinin Azərbaycan dilini
bilməsi, həmin dildə danışması, erməni mədəniyyət xadimlərinin bi-
zim folklor nümunələrini geniş şəkildə istifadə etməsi, bu nümunələ-
rin ermənilər arasında geniş yayılması və nüfuzu, bir az bundan əvvəl
qeyd etdiyimiz kimi, öz növbəsində plagiata və erməniləşdirilməyə
imkan yaratmışdır.
K A M R A N İ M A N O V
28
Bəli, hörmətli oxucular, söhbət əlyazmalar saxlanılan digər yer-
lərdən deyil, məhz Azərbaycan xalqının mədəni irsinə aid,
o cümlə-
dən orijinalın dilində olan qalın kitabların saxlandığı Matenadaran-
dan gedəcək. Yeri gəlmişkən, lap bu yaxınlarda Minnesota ştatının
Universiteti ilə məhz Matenadaranın bağladığı müqavilə Ermənistan
Milli Elmlər Akademiyasında çaxnaşma predmeti olmuşdur. Erməni
akademiklərinin narahatlığının səbəbi də mənasız deyilmiş. Məlum
olur ki, qədim əlyazmaların surətləri ilə tanışlığa icazə alan Amerika
alimləri, elmi dairələrdə qəbul edildiyi kimi, qədim əlyazmaları açıq
müzakirə etməyə başlayacaqlar, onda Allah eləməsin ki, birdən onları
“düşmən əli”nə verərlər. Beləliklə, qədim əlyazmalara erməni milli
təhlükəsizlik prizmasından baxılmalıdır və buna görə də onlar “gizli”
qrifi ilə istifadə olunmalıdır. Hörmətli oxucular, yuxarıda şərh olu-
nanlara təəccüblənməyin. Bütün bunlar, yəqin ki, erməni absurdları
sırasında layiqli yer tuta bilər, lakin bir halda ki, söhbət Azərbaycan
xalqının mədəni irsinin mənimsənilmiş nümunələrinin saxlandığı
Matenadarandan gedir, onda qonşu alimlərin həyəcanını başa
düşmək
olar. Üstəlik də, bu cür qədim əlyazmalara istinadlar ermənilərin
özgə torpaqlarına tarixi iddialarının az qala başlıca dəlilidir. Son hal-
da əgər qədim əlyazmalarda olmayan nəyəsə istinad olunursa, yaxud
onlarda olanlar gizlədilirsə, onda doğrudan da, yad əqli mülkiyyəti
mənimsəyən və tarixi saxtalaşdıran ermənilər üçün Matenadaran əl-
yazmaları çox təhlükəli ola bilər. Bax, yəqin elə buna görə onlar yad
gözlərdən gizlədilməlidir ki, özgələrin mədəni irsini mənimsəmək
üzrə erməni ənənəsinə uyğun iddia ermənilərin “Böyük Ermənistan”
sayıqlaması və özgə torpaqlarına ərazi iddiaları ilə birlikdə zamanına
uyğun və “əsaslı” olan qədim əlyazmalara istinadlarla təmin edilsin.
Lakin yenə mövzuya qayıdaq və əziz oxucular,
özünüz müha-
kimə edin.
Ermənistanın məşhur mədəniyyət xadimləri hələ XIX əsrdə öz
əsərlərində Azərbaycan folkloru nümunələrindən geniş istifadə edir-
dilər. X.Abovyan, N.Nalbandyan, Q.Ağayan, P.Proşyan, R.Patkan-
yan, Q.Sundukyan və başqaları onların sırasındadır. Konkret misal
gətirək. X. Abovyanın yalnız “Ermənistanın yaraları” və “Ağasının