Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   2   3   4   5   6   7   8   9   ...   30

 

19

 



 

mətbuatında  quruluşumuz  əleyhinə  yazdığı  böhtan  və  yalan 

sözlərinə  qarşı  şiddətli  nifrətimizi  bildiririz...  Böyük  çətinliklərə 

baxmayaraq  sosializm  yaşayışı  qurduğumuz  bir  zamanda  Ə.Ca-

vad kimi ikiüzlülərin fırıldaqlarına nəhayət verəcəyiz!”. 

Məqaləsinin  adını  “Sükut  edə  bilməriz!”  (“Kommunist” 

qəzeti, 3 noyabr, 1929-cu il) qoyan S.Rüstəm heç bir ciddi, əsaslı 

dəlil gətirmədən “sübut etməyə” çalışırdı ki, Türkiyədə nəşr olun-

muş  şerləri  elə  doğrudan  da  Ə.Cavad  yazıb  lazımi  yerinə  çatdır-

mışdır,  özü  də  “müəyyən  məqsədlə”.  Onun  səsinə  səs  verən 

B.Talıblı  isə  “Ədəbiyyat  inqilaba  xidmət  etməlidir!”  (“Kommu-

nist”  qəzeti,  11  noyabr  1929-cu  il)  məqaləsində  bu  xüsusda  heç 

kəsdən  səlahiyyət  almadığına  baxmayaraq,  bütün  fəhlə  və  kənd-

lilər adından fanatikcəsinə yazırdı: “On ildən bəri inqilaba qo-şul-

mayaraq əməkçi siniflə yan-yana ayaqlaşmayan, ona yardım gös-

tərməyən  Ə.Cavad  kimilərin  ən  axırda...  üzr  istəməsinə  heç  bir 

işçi və kəndli inanmaz!”. 

Bu məsələdə xüsusi canfəşanlıq göstərən “Gənc işçi” qəzeti 

redaksiyasının bu tipli yazılar verməklə ürəyi soyumamış, 17 no-

yabr  1929-cu  il  tarixli  nömrəsində  Ə.Cavadın  əleyhinə  bir  “şer” 

də buraxmışdı: 

 

...Yetişib Türkiyəyə yazdığı bir çox əsəri, 



Yazdığından özünün yaxşıca vardır xəbəri: 

Əyləşib Türkiyədə, dəvət edib dərbədəri, 

Şerinə çıxdı yiyə Türkiyə Əhməd Cavadın, 

Bicliyi oldu əyan cümləyə Əhməd Cavadın. 

 

Verməmiş məktubunu poçta və ya telqrafa, 

Yəqin onda onu sövq etdi ora simsiz hava; 

Zurnasın çalmadadır öz-özünə sübhü-məsa, 

İç üzü bəlli olub cümləyə Əhməd Cavadın, 

Şerinə ağuş açıb Türkiyə Əhməd Cavadın. 

 

20



 

 

 



Başını əymədə üç rəngli “gözəl bayrağına”, 

Qədəm atmaq diləyir Türkiyənin torpağına. 

Hərzələr yazmadadır baxmayaraq sol-sağına, 

Şerinə qollar açıb Türkiyə Əhməd Cavadın, 

Tamahı qurcalanır hürməyə Əhməd Cavadın. 

 

Qanını coşduracaq köhnə o dostlar həvəsi, 

Yadına düşdü bu gün “Göy gölü”nün xatirəsi. 

Gözlədi, gəlmədilər... qaynadı səbrin kasəsi, 

Gücü çatdı balaca hürməyə Əhməd Cavadın, 

Hiyləsi oldu əyan ölkəyə Əhməd Cavadın. 

Maaş almaqla yeyir müftəcə şura çörəyin, 

Şişirdib qarnını, gündən-günə yağlar göbəyin. 

İndi bildirməlidir həddini nankor köpəyin, 

Bicliyi oldu əyan cümləyə Əhməd Cavadın, 

Yeridir sürgünə, ya türməyə Əhməd Cavadın. 

 

Bu  mətni qəzetin redaksiyası “Qırmızı saz”  imzası ilə  nəşr 

etmişdi.  Qırmızını  qızıl  sözünün  sinonimi  kimi  bir  çox  isimlərlə 

yanaşı işlətmək o vaxt çox dəb idi: qırmızı ordu, qırmızı meydan, 

qırmızı  əsgər,  qırmızı  qələm,  qırmızılar,  qırmızı  qalstuk,  qırmızı 

professor  və  i.a.  Bu  söz  birləşmələrinin  bir  çoxu  on  illər  boyu 

işlədildisə  də, xoşbəxtlikdən, qırmızı  kəlməsi bir sifət  olaraq saz 

ismi ilə heç uzlaşmadı. Odur ki, bu cəfəngiyyatın altında “Qırmı-

zı  saz”  imzasını  görəndə  onu  qondaranların  teyflərinin  ünvanına 

bu sözləri pıçıldamaqdan özümü saxlaya bilmədim: Üzünüz qara 

olsun, a sazımızı qızardanlar! 

Beləliklə də ideologiya qaragüruhçuları əvvəlcə Ə.Cavadın 

xaricə  şer  göndərməsi  barədə  iftiranı  yaymış,  bunun  ardınca  da 

növbəti  anti-Cavad  kampaniyasına  başlamışdılar.  Yaşadığımız 




 

21

 



 

günlərin  o  müdhiş  illərdən  bixəbər  gənc  oxucusu  sual  verə  bilər 

ki,  bir  şair  üçün  şerlərini  xarici  ölkədə  çap  etdirmək  nə  böyük 

cinayətmiş  ki,  onun  ətrafında  belə  hay-küy  qoparıblar?!  Lakin 

unutmaq olmaz ki, o zaman sovetləşdirilmiş Azərbaycanda yega-

nə  partiyanın  Mərkəzi  Komitəsindən  NKVD-yə  qədər,  qəzet  və 

jurnal redaksiyaları da buraya daxil  olmaqla, bütün rəsmi orqan-

larda  türk  deyənin  tükünü  didir,  xalqın  öz  soykökü  haqqında, 

Türkiyədəki dil, millət, din qardaşları ilə əlaqəsi haqqında hər cür 

təşəbbüsü  fövqəladə  bir  cinayət  kimi  qiymətləndirirdilər.  Bu  sa-

hədə respublikada aşkarca manqurtçuluq siyasəti yeridilirdi. 

Bu  üzdəniraq  şer  doğurdanmı  hansı  bir  naşı  adam  tərəfin-

dən  yazılıb,  yoxsa  redaksiyada  bilərəkdənmi  təhrif  olunub  ki, 

beləliklə  də  onun  “aşağı”  təbəqədən  çıxmış  ayıq-sayıq  proletar 

şairi  tərəfindən  qələmə  alındığı  gözə  soxulsun?  İndi  bunu  ayırd 

etmək  çətindir.  Lakin  “şerin”  qol-qabırğasının  neçə  yerdən  sın-

dırıldığı  göz  qabağındadır.  Vəzn  pozğunluğu,  dil  xətaları,  qafiyə 

xətrinə işlədilmiş bir sıra sözlərin nəinki şeriyyətdən, ümumiyyət-

lə  mədəniyyətdən,  insaniyyətdən  kənar  olduğu  şübhəsizdir.  Am-

ma  bütün  bunlara  baxmayaraq,  “şer”  öz  mənhus  işini  görürdü. 

Böyük tirajla  nəşr  edilib  yayılmış bu  cəfəngiyyat hər şeydən əv-

vəl yüksək əxlaq və mədəniyyət, uca vüqar sahibi olan incə ruhlu 

şairin yaralı köksünə  murdar bir pəncə ilə  vurulan ağır zərbə idi. 

Ə.Cavad  zahirən  özünü  nə  qədər  təmkinli  və  soyuqqanlı  aparsa 

da bu zərbədən onun necə mənəvi sarsıntıya məruz qaldığını küt-

ləvi  mətbuat  səhifələrindən  üstünə  çirkab  atılanlar  yaxşı  bilərlər. 

Lakin məsələ bununla da bitmirdi. “Gənc işçi”nin bu çıxışı Ə.Ca-

vad əleyhinə siyasi hücumların qarşıdan gələn 30-cu illərdə yeni, 

daha sərt, daha amansız bir mərhələsinin başlandığı demək idi. 

1932-ci ilin aprelində ÜİK(b)P MK “Ədəbi-bədii təşkilatla-

rın  yenidən  qurulması  haqqında”  xüsusi  qərar  qəbul  etdi.  Qərara 

əsasən  bütün  ölkədə  Proletar  Yazıçıları  Birlikləri  ləğv  olunur, 

 

22

 



 

“sovet  platformasına  kömək  edən”  yazıçıların  vahid  təşkilatı, 

SSRİ-nin,  yerlərdə  isə  milli  respublikaların  Sovet  Yazıçıları  İtti-

faqı  yaradılırdı.  Bu  münasibətlə  təsis  olunan  təşkilat  komitələri 

yerlərdə işə başladılar. Bakıda keçirilən tədbirlərdən biri Təşkilat 

komitəsinin  1933-cü  ilin  yanvarında  çağırılan  plenumu  oldu. 

Sözdə məsələ belə qoyulurdu ki, Proletar Yazıçıları Assosiasiyası 

bir təşkilat kimi ləğv olunur, hansı ədəbi qrupa mənsubiyyətindən 

asılı  olmayaraq  bədii  ədəbiyyatı  yaradanların  hamısı  vahid  Ya-

zıçılar  İttifaqı  ətrafında  təşkilatlanır.  Mənşəcə  proletar  olmayan 

köhnə  yazıçılara  qarşı  hücumlar  dayandırılır,  “cığırdaş”  adı  ve-

rilmiş yaradıcı ziyalılara “yeni dünyanın qurulmasında” yaxından 

iştirak  etmək  imkanı  verilirdi.  Sən  demə,  bu  növbəti  partiya  qə-

rarının  əsas  məqsədi  bolşeviksayağı  hiyləgər  yollarla  ehtiras-ları 

qızışdırmaq,  eyni  xalqa  mənsub  olan  yaradıcı  ziyalıların  birini  o 

birinin  əlilə  ifşa  etmək,  son  nəticədə  1937-ci  ilin  soyqırımına 

zəmin  hazırlamaq  imiş.  Hər  halda  Azərbaycanda  bu  proses  çox 

ağrılı  davam  edir,  işin  gedişində  bir  sıra  istedadlı  yazıçı  gözüm-

çıxdıya  salınır,  onlara  nəinki  etibar  edilmir,  etimad  göstərilmir, 

hətta  sadəcə  olaraq  maarifin,  mədəniyyətin  bir  sahəsində  işləyib 

ailəsinin güzəranını təmin etməyə belə imkan verilmirdi. Yenə də 

“köhnə yorğan içi açılır”, onların keçmişdə yazılmış əsərləri mən-

fur  “proletar  mədəniyyəti”  mövqelərindən  “təhlil”  və  “ifşa”  olu-

nurdu.  Bu  cür  ədəbi  simalardan  biri,  əleyhinə  hücumların  sayı, 

kəskinliyi  etibarilə  bəlkə  də  birincisi  Ə.Cavad  idi.  Azərbaycan 

Şura  Yazıçıları  Təşkilat  Komitəsinin  1933-cü  ilin  yanvarında 

Bakıda  keçirilmiş  birinci  plenumunun  materialları  da  buna  bir 

sübutdur  (bax:  “Plenuma  baxış”,  “Hücum”  jurnalı,  N  1-2,  1933, 

səh. 58-59). Əslində respublikada Yazıçılar İttifaqı yaradılmasına 

hazırlığın  gedişini  müzakirə  etmək  üçün  toplanmış  plenumda 

söhbətin az qala yarısı yenə də məhz “köhnə” yazıçıların, o cüm-

lədən  də Ə.Cavadın taleyindən  getmişdir. Şairin əsərlərini əksin-




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə