Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə41/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   37   38   39   40   41   42   43   44   ...   71

Elmira Fikrətqızı 
 
135
huiiyyyyy 
huiiiyy - huiiyy 
huiiiyy -huiiyy- huşş 
tra – tra – tra - traaaaaakk 
tiki - tak – tak - traaaakkkkkk 
i n d i s o n d ü ğ ü m ü b a ş la r ı n a 
m u m y a - ı ş ı k Açıldı en renk 
li aynasında saçakları ey 
en güzel dum-dum Girdum u 
zun moleküle sizi buldu 
ğum. Vampa - trampa. Hui 
Bir kapısı açıldı ı 
şığa öteki kapısı 
boş bir uyku- 
 lara!  
 (Türkay, 2003: 68) 
 
Romb şəklində olan bu şeirdən başqa, onun yaradıcılığında pira-
mida, spiral və digər formalarda olan nümunələr də mövcuddur. 
Dünya ədəbiyyatında daha çox formalizm kimi dəyərləndirilən və o 
qədər də geniş yayılmayan bu cür formaya Türkay poeziyasında 
məzmunu tamamlamaq üçün müraciət edilir. Məsələn, “Dünyəvi 
simfoniya” poemasının “Afrika” adlı hissəsinin sonu forma baxı-
mından piramidadır. Ən son pillədə Günəş Allahı Ranın adı çəkilir.  
Ümumiyyətlə, Türkay yaradıcılığının birinci mərhələsində olan 
şeirlər də forma baxımından rəngarəngdir. “Toroslara baxış”, 
“Alov”, “Canım bahar, ömrüm bahar”, “Bayraqdarda”, “Məcnuna 
salam” şeirləri məsnəvi şəklində, yəni qoşa-qoşa qafiyələnən ikilik-
lərdən ibarətdir.  
“Yaşıl dünya”, “Canan” kimi şeirlər üçlük formasında yazılmış-
dır. Bu mənzumələrin ölçüləri fərqli olsa da, qafiyələnmə quruluş-
ları eynidir. Hər iki şeir əvvəldən sonadək bir-birilə qafiyələnən üç 
misralıq bəndlərdən ibarətdir.  


Osman Türkayın poetik irsi 
 
 
136
Təbii ki, dördlük şəklində olan şeirlər daha çoxdur. Bu şeirlərin 
bəziləri (“Ninni”, “Haraya?” (“Nereye?”), “Fəğan” (“Figan”), “İl-
lər” (“Yıllar”), “İldən-ilə” (“Yıldan Yıla”)) on bir, bəziləri (“Şərqi”, 
“Dənizə şərqi”, “Ruhumdan şərqi”) on dörd hecalıdır. “Bu limanın 
qayıqları” (“Bu Limanın Sandalları”) mənzuməsi ölçüsünə görə da-
ha kiçikdir, səkkiz hecalı misralardan təşkil olunmuşdur.  
14 hecalı şeirlər daha çox aaaa, bbba şəklində qafiyələnir. 11 he-
calı şeirlərdə iki cür qafiyələnmə müşahidə olunur:  
•abab, cdcd (“Ninni”, “İldən-ilə”) 
•abab, cccb (“Haraya?”, “Fəğan”, “Bu limanın qayıqları”) 
Lakin Türkay poeziyasının forma rəngarəngliyi bununla bitmir. 
“Düşüncə”  şeri altılıq, “Titrək fənər”, “Balabayıs”, “Alovhisar”, 
“İnciklik” (“İğbirar”) mənzumələri doqquzluq formasındadır. Bədii 
düşüncələrini bu kimi müxtəlif  şeir  şəkillərində verməyə çalışan 
şair sonradan sərbəst şeir formasını seçmiş və yaradıcılığının sonu-
na qədər bu vəzndən istifadə etmişdir.  
Osman Türkay poeziyası bədii dil xüsusiyyətlərinə görə də seçi-
lir.  Şeirlərində sözün məcazi mənalarından, poetik funksiyasından 
özünəməxsus şəkildə yararlanmışdır. Müəllifin istifadə etdiyi bədii 
ifadə vasitələri mətnin bədiilik meyarıdır. Belə ifadə vasitələrindən 
səbəbin poetik əsaslandırmasıdır. Məsələn: 
 
Süzülürken enginden gurubun yanan alı, 
Uyuyan engin deniz olur bir kızıl halı. 
Sandalımız rakseder, dalgalar ninni söyler, 
Canlı bir tablo gibi oynar suda hayaller.  
(Türkay, 2002: 34)  
 
Şerin ilk iki misrasında əvvəlcə səbəb – qürubun al rəngi, sonra 
isə nəticə – həmin üfüqün fonunda qırmızı rəngli bir xalıya dönən 
dəniz təsvir edilir. Sonrakı misralarda isə əvvəlcə nəticə, sonra sə-
bəb verilir. Dalğalar “ninni söylədiyi”, yəni qayığı yırğaladığı üçün 
o rəqs edir və suyun üzünə düşən əkslər oynayır.  


Elmira Fikrətqızı 
 
137
Səbəbin poetik şərhi “Bahçelerde alev çiçek açtı nar” misrasın-
da da işlənmişdir. Yaz gəlmiş, nar ağacları çiçək açmış  və sanki 
bağçalara alov düşmüşdür. 
Sənətkarlıq xüsusiyyətlərini araşdırdığımız zaman “məqlub” ad-
lanan poetik fiqurdan da bəhs etmək lazımdır. Aşağıda verilmiş nü-
munədə birinci misranın  əvvəl və son hissəsinin yerdəyişməsi baş 
vermişdir: 
 
Bırakın beni rahat, rahat bırakın beni,  
Kabus gibi çökmeyin, safsatalar, rüyalar  
(Türkay, 2002: 35) 
 
Birinci misra sanki ortadan bölünür və  əksə-güzgüyə çevrilir. 
Bundan başqa ikinci misranı da həmin yerdən bölüb əks sıra ilə 
oxuduqda mənaya heç bir xələl gəlmir,  əksdən istifadə edildiyi 
üçün məzmun olduğu kimi qalır: 
 
Bırakın beni rahat           rahat bırakın beni,  
Kabus gibi çökmeyin       safsatalar, rüyalar 
 
Əksə aid başqa bir nümunədə misranın əvvəlindəki söz sonunda 
təkrarlanır: “Dünyası kanlı bayrakların uzun boğuşmaların dünya-
sı”. (Türkay, 1969: 41) 
Klassik  Şərq  şerində geniş yayılmış poetik fiqurlardan biri də 
rəddul-əruz ələl-ibtidadır. Türkay şeirlərində də birinci misranın so-
nundakı sözün ikinci misranın  əvvəlində  təkrarlanmasından yeri 
gəldikcə istifadə edilmişdir: 
 
Kainat rüya gibi bürünmüş bir hayale, 
Hayal içinde hayal aramakta gönüller. 
 (Türkay, 2002: 35) 
 


Osman Türkayın poetik irsi 
 
 
138
Burada “xəyal” sözü həlqə kimi iki misranı bir-birilə əlaqələndi-
rir. Şairin poeziyasında rəddüs-sədr ələl əcüz adlı poetik fiqura aid 
nümunələr də mövcuddur: 
 
Yolcuların vardı yapmacık, 
Sen de biriydin o yolcuların. 
 (Türkay, 1959: 13) 
 
Bu bədii ifadə vasitəsində isə birinci misranın  əvvəlindəki söz 
ikinci misranın sonunda təkrar edilmişdir. 
Klassik  ədəbiyyatda geniş müraciət edilən yaxın mənalı  və ya 
bir-biri ilə əlaqəli sözlər üzərində qurulan “tənasüb” adlı bədii ifadə 
vasitəsinə Türkayın mənzumələrində də rast gəlirik: 
 
Bade, bahçe, bülbül, gül ve mutantan şanından  
Lale, sünbül, menekşe, nergisler katmer-katmer. 
(Türkay, 2002: 53)  
 
Aşağıdakı parça yüksək poetizmi ilə diqqəti cəlb edir: 
 
Buseler sunarak batan günüme, 
Doğan günlerimden vefa bekledim 
Macera peşinde koşan gönlüme, 
Duyduğum sevgiden cefa ekledim. 
 (Türkay, 2002: 59) 
 
İlk növbədə məzmun baxımından yanaşsaq, batan günə öpüşlər 
göndərərək ayrılma orijinal bir poetik tapıntıdır. Bundan əlavə, “ba-
tan” və “doğan” sözləri vasitəsilə bədii təzad yaradılmışdır. Həmçi-
nin şeirdə müxtəlif mövqelərdə yerləşdirilib qafiyə yaratmağa xid-
mət edən ifadələr də  bədii gözəlliyi kamilləşdirir: batan – koşan, 
vefa - cefa; günüme - gönlüme, bekledim – ekledim.  
İkiqat qafiyədən başqa daxili qafiyələr də formanı tamamlayan 
əlamətlərdəndir: 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə