Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə43/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   39   40   41   42   43   44   45   46   ...   71

Elmira Fikrətqızı 
 
143
1990: 59), “Gün gün üstüne gömlek değiştiren” (Türkay, 1990: 21) 
və “Gökyüzü gülerdi gözlerimizde” (Türkay, 1990: 59) misralarında 
g, ö və ü səsləri təkrarlanaraq bədii gözəlliyə xidmət edir. Sonuncu 
misrada bədii üslubun yalnız fonetik yox, leksik səviyyədə də gös-
təricisi vardır. Şair insana aid olan gülmək əlamətini göyün üzərinə 
köçürmüş və istiarə örnəyi yaratmışdır. Digər nümunələrdə isə d, ç, 
a, ı, ö, ü, c səsləri şerin bədiilik xüsusiyyətini artırır: 
 
O zaman desdeğirmi dümdüzdü dünyamız 
Çağıl çağıl çağlayan ırmaklar, 
Köpük köpük köpüren sular. (Türkay, 2002: 142) 
Canan gibi can var mı cihanda? (Türkay, 2002: 82) 
 
Aşağıdakı bənd bütövlükdə müxtəlif ritmik səslərin təkrarından 
yaranmışdır: 
 
En sonunda yunumuz yunatımız yıkılmış, 
Suyumuz suvatımız kurumuş 
Yollara düşmüştük yayan-yapıldak 
Bellere düşmüştük seyrek sepirdek. 
 (Türkay, 1959: 134) 
 
Türkay poeziyası  şifahi xalq ədəbiyyatından da qaynaqlanmaq-
dadır. Folklor nümunələrində işlənən söz və ifadələr, atalar sözləri 
və  məsəllər onun əsərlərinin xəlqiliyini artıran vasitələrdir. Məsə-
lən, “Nağıl” (“Masal”) adlı şerində Adəm peyğəmbərin meyvə ye-
yib cənnətdən çıxarılmasını  şair: “dünyayı kazanmış cennetten ol-
muş / dimyattan bir avuç pirinç getirmiş ama / gel gör ki evdeki 
bulgur sır olmuş” (Türkay, 2002: 136) şəklində atalar sözü vasitəsi-
lə bildirir.  
Digər bir nümunədə “Ac toyuq yuxusunda darı görər” atalar sözünü 
olduğu kimi istifadə etməsə də, dəyişik şəkildə iqtibas edərək yazır: 
 


Osman Türkayın poetik irsi 
 
 
144
Kimi işci uykusunda bütün bir gece, 
Sıcak bir yuva, toplumsal güven sayıklar. 
 (Türkay, 2002: 147) 
 
 “Qəbristanlıq” (“Tahtalıköy”)  şerində isə  “Neler geldi neler 
geçti felekten, Un elendi deve geçti elekten” (Türkay, 1990: 38) 
epik formulundan epiqraf kimi istifadə etmişdir. Bəzən şairin əsər-
lərində ölmək mənasında “kandilde yağı bitmek” (Türkay, 1990: 
39), vecinə almamaq anlamında “dünyayı bir kılına sallamadı” 
(Türkay, 1990: 39), “ayva güzelim, nar güzelim benim” (Türkay, 
2002: 143) və s. kimi xalq dilindən gəlmə idiomatik ifadələr və epi-
tetlər də işlənməkdədir.  
Osman Türkay bədii ifadə vasitələrindən də geniş şəkildə yarar-
lanmışdır. Bu baxımdan metaforalar diqqəti xüsusilə cəlb edir. Mə-
sələn: 
Uzaktan uzağa  
Evrensel insan durumlarına perde çeker 
 Bir güvercinin sızlayan ruhu.  
(Türkay, 2003: 157)  
 
- deməklə şair müasir dözülməz vəziyyətdən incikliklə bəhs edir və 
bir göyərçinin sızlayan ruhunu onun üstünə  pərdə kimi çəkməklə 
gizlətmək, bəlkə də, ağrı-acılarını oxşamaq istəyir.  
İstiarələrindən birində isə  şair “axşam düşür”  əvəzinə,  “Akşam 
mavi mantosunu örtüyordu dünyamıza” (Türkay, 2003: 259) ifadə-
sini işlədir. Başqa bir bədii təsvir örnəyində qarın ara verməsini şair 
axşamın soyunmasına bənzədir:  
 
Kar diner, akşam soyunur bir ara. (Türkay, 1969: 28)  
 
Metaforanın bədii köçürmə imkanlarından uğurla istifadə edən 
şair Atatürkün ölümündən bəhs edərkən insanlara xas olan hüzndən 


Elmira Fikrətqızı 
 
145
üzgünlük hissini noyabr səhərinə də aid edir: “Ne kadar baygındır 
bu Kasım sabahları” (Türkay, 1990: 33) 
Qürbət mövzusu ilə bağlı olaraq yazdığı “Qürbətdə vətən və ya 
Atatürk düşüncələri” adlı kiçik həcmli poemasında “Kalbimin için-
də güldü İstanbul” (Türkay, 1990: 30) ifadəsinə rast gəlirik. İnsanı, 
torpağı, iqlimi, rəngləri, pulu soyuq olan Londonda üşüyən şair Və-
tənini xatırlayanda, qəlbində doğma şəhərlər güləndə isinməyə baş-
layır. Bu şeirdə onun əlləri axşam olunca Qarsa doğru uzanır, Ədir-
nəni oxşayır, Vətən torpağını sığallayıb, təsəlli tapır.  
Onun bədii köçürmə və təşxislərində həmçinin dan yeri gülüm-
səyir, qayıqlar rəqs edir, divarlar ağlayır, dalğalar laylay çalır və s. 
və i.a.  
Sandalımız rakseder, dalgalalar ninni söyler (Türkay, 2002: 34) 
/  Aya bakar gülümsermiş, Dalgalara inci sermiş, Sevgilime selam 
vermiş, Bu limanın sandalları (Türkay, 2002: 39) / Ruhlar şaha kal-
kar ezeli kahkahalarla!.. (Türkay, 2002: 45) / Bu akşam duvarlar 
ağladı halime (Türkay, 2002: 106) / Dört mevsim boyunca düşsel 
umutlarla, Yeşil ağaç, altın başak sayıklar, Doğal uykusunda ikiz iç 
ova (Türkay, 2002: 158) / Duyarım adımı çağırır dudaklarınız, gü-
lümser doğa. (Türkay, 2002: 11)  
“Balabayıs” adlı şerində bu möhtəşəm abidənin tarixi keçmişin-
dən bəhs edən müəllif sözün məcazi mənalarından yararlanmaqla 
mərmərlərdə “yuxuya dalmış tarix” ifadəsini işlədir və tozlu eşik-
lərdəki xatirələrdən onu oxumaq istəyir.  
Şairin yaradıcılığında mühüm yer tutan bədii təsvir vasitələrin-
dən biri də bənzətmələrdir. İlləri ələyindən ələnən torpağa, günləri 
ömür budağından düşən quru yarpağa, özünü köhnə bir tramvaya və 
ya sirri çözülməz bir gecəyə  bənzədən Türkay həm mükəmməl, 
həm də müfəssəl təşbihlər yaratmağa nail olur. Bənzətmə qoşmala-
rının köməyi ilə əmələ gələn müfəssəl təşbihlərə aşağıdakı nümunə-
ləri göstərə bilərik:  
Ruhum gibi inlerdi hiyaben. (Türkay, 2002: 83) Tomurcuklar gi-
bi yıkansaydım ah, Yazardım siirimi bir gamlı başla. (Türkay, 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə