Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə51/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   47   48   49   50   51   52   53   54   ...   71

Osman Türkayın poetik irsi 
 
 
170
Digər bir şairə qadın Nəriman Cahidin də  şeirlərində müharibə 
əleyhinə çağırışlar kifayət qədərdir: 
 
Tüm silahları yok edin, 
Mermi değil çiçek atsın namlular… 
Çocuklar ölmesin açlıktan, 
Yaşlılar ölmesin sevgisizlikten 
Afrikada insanlar 
Utanmasın teninin renginden. 
Vurulup düşmesin toprağa 
Hiçbir canlı.  
(İkinci Uluslararası KBTES (b), 1999: 21) 
 
Osman Türkay isə insan münasibətlərindəki laqeydliyi pisləyə-
rək Afrikada və ya digər bir qitədə baş verən milli-etnik çaxnaşma-
ların dolayısı ilə bütün dünyaya aid olduğunu yazır. 
Sülh mövzuları çağdaş Kıbrıs türk ədəbiyyatında, xüsusilə Barış 
Hərakatından sonrakı dövrdə geniş şəkildə işlənmişdir. “Uçun, quş-
lar, sülhə doğru” (“Uçun, Kuşlar, Barışa Doğru”), “Yaşasın dünya” 
kitablarının müəllifi olan Altay Burağanın yaradıcılığında O.Türkay 
poeziyası ilə  səsləşmələri qabarıq  şəkildə görmək mümkündür. O, 
“Sülh Küləkləri” (“Barış rüzgarları”), “Uçun, quşlar, uçun”, “Sa-
vaşlar bitsin”, “Ümid əkirəm” (“Umut Ekiyorum”), “Sülh eşqinə” 
(“Barış Aşkına”), “Bir ağ göyərçin” (“Bir Ak Güvercin”), “Bayra-
mınız mübarək olsun” (“Bayramınız Kutlu Olsun”), “Kaş ki ola bil-
səydim” (Keşke Olabilesydim), “Qardaşlıq” (“Kardeşlik”), “Bir 
mühit arzulayıram” (“Bir Çevre Düşlüyorum”) və s. şeirləri ilə, hə-
qiqətən də, insanları sevgi və sülh ətrafında birləşməyə, nifrəti, kini 
tarixə gömməyə çağırır: 
 
Dursun ölüm sesleri, patlayan mermilerin, 
Açsın türlü renkleri, tomurcuk çiçeklerin 
Yağsın ekin yağmuru, bitimsiz sevgilerin 


Elmira Fikrətqızı 
 
171
Uçsun en güzelleri beyaz güvercinlerin.  
 (Burağan, 1997: 31) 
 
İkinci kitabında isə Altay Burağan daha çox Yer kürəsinin eko-
loji tarazlığının pozulması problemlərinə, mavi-yaşıl dünyamızı 
təhdid edən fəlakətlərə toxunmuşdur. O, Ətraf Mühitin Mühafizəsi 
İdarəsində  rəsmi vəzifədə  işləməklə  bərabər, poeziyasında da bir 
kəndin, bir şəhərin, bir adanın timsalında dünyanın xilasına, üstün-
də yaşaya bilmək üçün onu yaşatmağa çalışır. Zənnimizcə, Türka-
yın “Dünyamızın portreti - 1990” poeması ilə bu kitab arasında 
mövzu-ideya baxımından  əlaqə vardır. O.Türkayın  əsərdə toxun-
duğu sülh və müharibə mövzusunun əks-sədasına A.Burağanın ya-
radıcılığında rast gəlirik. “İnsanlıq”, “Günəş yağır” (“Güneş Yağı-
yor”), “Qara dərililər” (“Kara Derililer”), “Qara pişiklər” (“Kara 
Kediler”) adlı  şeirlərində A.Burağan Afrika qitəsində  və dünyanın 
digər bölgələrində yaşayan zəncilərin qara talelərindən söhbət açır: 
 
Derileri rengiydeydi alın yazıları da  
Bir kuru ekmeye 
Bir tas temiz suya 
Özlemliydiler.  
 (Burağan, 2000: 9) 
 
“Uçan torpaqlar” şeri isə bu baxımdan daha ibrətamizdir. Külə-
yin Afrikadan qaldırıb ada səmalarından yerə endirdiyi susuz torpaq 
həmin insanların acı taleyi barədə planetimizin bir başından digər 
başına ötürülən təbii mesajdır: 
 
Yoksul Afrikanın yoksul toprağı 
Bir ince çarşaf gibi serilmiş 
Bizim toprağımıza 
Bir mesaj getirmiş 
Yoksul kardeşlerimizden 


Osman Türkayın poetik irsi 
 
 
172
“Toprağımız uçtu, suyumuz bitti, 
Biz öldük, siz yaşamaya çalışın 
Toprağınıza sahip çıkın 
Ağaç dikin, ormanları körüyün. 
 (Burağan, 2000: 13) 
 
Altay Burağan da O.Türkay kimi müasir ekoloji tarazlığın po-
zulmasında insanları günahlandırır; əgər iqlim dəyişmələri gedirsə, 
ağacları məhv eləməyimizin, su qıtlığı varsa, təbii su qaynaqlarımı-
zı yararsız hala salmağımızın nəticəsidir. Lakin ozon təbəqəsini 
deşdikdən,  əngin dənizləri zibilliyə, çölləri bataqlığa çevirdikdən 
sonra da mənfur əməllərimizdən əl çəkmirik: 
 
Şimdi hava kirli, gürültülü 
Yeşil renk bitmiş, mavi renk gri olmuş 
İçmeye su, yemeğe aş bulunmazken biz 
Yine de,  
Yırtarız dağları, deleriz gök yüzünü, 
Satarız anasını, 
Otun, böceğin, tümden doğanın.  
 (Burağan, 2000: 17) 
 
“Çirklənmiş dünya” (“Kirlenmiş Dünya”) isə Türkayın “on il 
əvvəl yardığı” xəstə dünyanın halının getdikcə pisləşib, hətta kos-
mosdan belə mavi-yaşıl görünmədiyi və öz çirkliliyi, gurultusu, zə-
hərli qazları ilə Kainat qonşularımızı da rahatsız etməsi haqqın-
dadır. Narahat şair qəlbi  ətraf mühitin çirklənməsində müharibə-
lərin, təcrübədən keçirilən nüvə silahlarının da xüsusi mənfi rolunu 
dəyərləndirir: 
 
Bir savaş ortamında  
Atomlar, nötronlar patlıyorsa, 
Sinir gazları yükseliyorsa atmosfere, 


Elmira Fikrətqızı 
 
173
Nükleer denemeler uygulanıyorsa 
Uygarlık beşiklerine, 
 
En büyük çevre felaketi 
Yaşanmıyor mu acaba? 
 (Burağan, 2000: 30) 
 
Nəhayət, A.Burağan “Yaşasın dünya!” nidası ilə heç bir irqi, 
milli fərq qoymadan mavi planetimizin qaralan təbiətinin içimizə 
işləyib könlümüzü də  gələcək  əsrlərdə qaralara boyamaması üçün 
sülh göyərçinləri uçurdub, əl-ələ verib Yer kürəsini və bəşər məx-
luqunu yaşatmağa çağırır. Beləliklə, kosmik məhəbbət duyğusu ilə 
kainatı  və onun hər bir elementini sevən və sevməyi təbliğ edən 
Türkay yaradıcılığına A.Burağan da yüksək bəşəri dəyərləri ilə se-
çilən şeirlərində eyni hisslərlə cavab verir.  
Tədqiqat mövzumuzdan kənar olsa da, Osman Türkay yaradıcı-
lığı ilə bağlı digər mühüm bir cəhəti qeyd etmək istərdik. O, Kıbrıs 
türk dramaturgiyasının da formalaşmasında xidmətlər göstərmişdir. 
Ən gözəl əsəri olaraq dəyərləndirdiyi “Ölümsüzlük Acısı” və ən bö-
yük  əsəri hesab etdiyi “Piramida üçlüyü” (“Piramit Üçlüsü”)
27
 
dramları ilə o, ada ədəbiyyatına əvəzsiz örnəklər vermişdir. Nəzərə 
alsaq ki, Kıbrıs türk ədəbiyyatı daha çox lirik növ üzərində inkişaf 
etmişdir, onda həmin  əsərlərin  ədəbi  əhəmiyyəti daha da artmış 
olar. Yazıçı  İ.Bozqurdun 1998-ci ildə “Kıbrıs türk nəsri və prob-
lemləri” (Kıbrıs Türk Yazını ve Sorunları) adlı məqaləsində verilən 
məlumata görə, həmin vaxta qədər dramaturgiya sahəsində cəmi 34 
kitab yazılmışdır. Zənnimizcə, kəmiyyət olduqca aşağıdır və üstəlik 
bu əsərlərin heç də hamısı yüksək bədii keyfiyyətə malik deyildir. 
Belə olan halda, Osman Türkayın dünya mifologiyasından qaynaq-
lanan iki dram əsərini  ədəbi hadisə hesab etmək mümkündür. 
                                                           
27
 Bu dram əsərinin daha geniş təhlili üçün bax: Elmira Məmmədova. Osman Tür-
kay’ın “Piramit Üçlüsü” piyesi (AMEA Z.M.Bünyadov adına
 
Şərqşünaslıq  İnsti-
tutunun “Elmi Araşdırmalar” jurnalı, Bakı, 2006, 8-ci buraxılış (1-4), s. 177-182) 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə