Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə53/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   49   50   51   52   53   54   55   56   ...   71

Osman Türkayın poetik irsi 
 
 
178
və  cəmiyyət qarşısındakı xidmətləri açıqlanmaqda, həm poeziyası, 
həm də “Mücahidlər”, “Kıbrısda vuruşanlar” romanları yüksək də-
yərləndirilməkdədir. Ö.Yaşını Namiq Kamaldan azadlıq, Mustafa 
Kamaldan qəhrəmanlıq dərsi alan şəxsiyyət kimi səciyyələndirən 
Türkay onu Çingiz Dağlı ilə müqayisə edərək, birinci üçün Krım nə 
idisə, ikinci üçün də Kıbrıs odur, qənaətinə gəlir: “Tüm yapıtlarında 
Kıbrıs Türklerinin savaşlarını, umutlarını, sevinçlerini, acılarını, 
umutsuzluklarını, zaferlerini və ezikliklerini dile getirmiştir.” (Var-
lık, 1975: 21)  
Tənqidçi onun şeirlərinin geniş yayıldığını və sevildiyini, ümu-
miyyətlə, Kıbrıs türk poeziyasında rolunu yüksək qiymətləndirir.  
Türkay eyni zamanda məqalələrində  İngiltərədə yaşayıb fəaliy-
yət göstərən kıbrıslı şairlərdən, xüsusilə də Taner Baybars və Mus-
tafa İzzət Adiloğlundan, onların ikidilli yaradıcılıq örnəklərindən də 
yeri gəldikcə bəhs açır. O, “Bir mədəniyyət cəhdinə yönəliş” (“Bir 
Kültür Çabasına Yöneliş”) məqaləsində bu şairlərin yaradıcılıqla-
rını yüksək qiymətləndirir və onları İbrahim Zəki Burdurlunun da-
vamçıları hesab edir. Hər hansı bir ölkəyə səyahət etmədən də ədə-
biyyat vasitəsilə həmin dövlətin, millətin varlığını tanımağın müm-
künlüyünə inanan tənqidçi onları həm də bu təqdimatdakı xidmətlə-
rinə görə dəyərləndirir.  
Yuxarıda vurğuladığımız kimi, Türkayın tənqidi görüşləri yalnız 
Kıbrıs türk ədəbiyyatına həsr olunmamışdı. Tənqidçinin “Çağdaş 
ədəbiyyatın üç cərəyanı” (“Çağdaş Edebiyatın Üç Akımı”) adlı mə-
qaləsi həm nəzəri, həm də XX əsr ədəbiyyat tarixi ilə bağlı tərəflə-
rinə görə diqqəti cəlb edir. Müasir ədəbi prosesə (məqalənin yazıl-
dığı dövr nəzərdə tutulur - E. M.) hakim olan üç ədəbi istiqamətin – 
modernizm, sosialist realizmi və  tənqidi realizmin səciyyəvi, çatı-
şan və çatışmayan cəhətləri, uğur və nöqsanları  təhlil edilən bu 
araşdırmada müəllif Georq Lukaçın “Müasir realistliyin mənası” 
(“Çağdaş Gerçekçiliğin Anlamı”) adlı kitabına istinad edərək tədqi-
qat aparır və gələcəkdə bir sıra Cümhuriyyət dövrü yazarlarının da 
(Yaqub Qədri Qaraosmanoğlu, Orxan Kamal, Yaşar Kamal, Mah-


Elmira Fikrətqızı 
 
179
mud Makal, Faqir Bayqurd) əsərlərini beynəlxalq cərəyanların işı-
ğında təhlil etməyi qarşıda duran ən böyük məqsədlərindən biri ki-
mi vurğulayır. Məqalə müəllifi “Cərəyanlar və xüsusiyyətləri” 
(“Akımlar ve Özellikleri”), “Üslub və texnika” (“Üslup ve Tek-
nik”), “İnsan nədir?” (“İnsan Nedir?”), “Abstrakt və konkret poten-
siya” (“Somut ve Soyut Potansiyel”), “Daxili və xarici həqiqət” (“İç 
ve Dış Gerçek”), “Alleqoriya nədir?” (“Allegoury Nedir?”), “Ob-
yektiv və subyektiv zaman” (“Nesnel ve Öznel Zaman”), “Bəzi an-
tilər” (“Birtakım “Anti”ler”), “Milliyətçilik və kosmopolitlik” 
(“Ulusçuluk ve Kozmopolitlik”), “Sənətdə milliyətçilik nədir?” 
(“Sanatta Ulusallık Nedir?”) kimi başlıqlar altında bu ədəbi cərə-
yanları müqayisə edir. Əsasən, Tomas Mann, Frans Kafka və 
Ceyms Coysun yaradıcılıqlarını təhlilə cəlb edən Türkay Qərb mo-
dernizmini obyektiv zaman anlayışından məhrum olub insanı top-
lumdan kənar tutduğuna, sosialist realizmini isə realizmi utopiyaya 
çevirdiyinə görə tənqid edir. Ədib bu məqalələrində XIX əsrin bö-
yük yazarları Balzak, Stendal, Tolstoyun ənənələrini davam etdir-
dikləri üçün və əsərlərində həqiqi həyat təsvirlərinə yer verdikləri, 
obyektiv zaman məfhumundan yararlandıqlarına görə B.Şou, 
T.Mann, C.Konrad kimi qərbli tənqidi realistləri təqdir edir və gələ-
cəyin  ədəbiyyatının onların yaratdıqları  ədəbi nümunələr üzərində 
bərqərar olacağını qeyd edir. Şüur axını metodundan istifadə edən 
Ceyms Coysun “Ulissis”i ilə Tomas Mannın əsərləri arasında üslub 
baxımından fərq görməyən müəllif onların insan və zaman, insan və 
cəmiyyət məsələlərinə münasibətdə absurd və konkret təsvir baxı-
mından ayrıldıqlarını irəli sürür və ekzistensialistlərin ümidsizlik, 
melanxoliya, böhran kimi bəzi nöqsan cəhətlərinin səbəbini açıqla-
mağa çalışır.  
Məqalənin sonunda Türkay kommunist ölkələrində  ədəbiyyata 
tətbiq olunan qadağalardan bəhs edərək, Kıbrıs türklərinin qanına 
susayaraq adada müharibə ab-havası yaradan Makariosun və terro-
ru, anarxizmi dəstəkləyən Xruşşovun başçılığı altında olan ölkələr-
də sənətin və sənətkarın acınacaqlı vəziyyətinə də toxunur. 


Osman Türkayın poetik irsi 
 
 
180
“Yeni roman geriləyirmi?” adlı digər bir məqalə isə sanki bu 
araşdırmanın davamı olub, modernizm və sosializmin mənfi və 
müsbət cəhətlərini tədqiqat obyektinə çevirir. O.Türkay əvvəlki mə-
qaləsində olduğu kimi, burada da sosialist və modernist sənətkarları 
birləşdirən bir nöqtənin son nəticə etibarilə statik xarakterli 
ədəbiyyat nümunələri olmasını bildirir. Çünki biri partiyanın sifarişi 
ilə yazılan süni ədəbiyyat, digəri isə yenə də həqiqi həyatdan uzaq-
laşaraq öz içinə qapanan və yaşamaq gücünü itirmiş ölü sənətdir. 
Amma sosialistlərin  əsərlərinin müsbət tərəfi də vardır: onların 
yaradıcılığı aydın və anlaşıqlıdır. Türkaya görə, modernist ədəbiy-
yatın yalnız o nümunələri gələcək nəsillər üçün maraqlı olacaqdır 
ki, onlar kosmos əsri ilə bağlıdır: “Modernist edebiyata değinen ba-
zı akımdışı eleştirmenler, bunun, belki, uzay çağının, uzay yolcu-
luklarına başlandıktan sonra açılacak çağların edebiyatı olabile-
ceğini biraz da alaylı bir dille söylemektedirler... yeni şiir ve ro-
manda, kimbilir belki de, uzay yolculuklarına çıkacak insanların 
duygu ve düşünceleri canlandırılmaktadır”. (Türkay, 1993: 37) Bu 
sitatda Osman Türkay əslində özünün də “kosmos əsri  şeri”ni 
dəyərləndirməkdədir. Təbii ki, o, modernist şerin kosmos əsri ilə 
mütləq bağlılığını  qəbul edirdi və Taner Baybars, Çingiz Dağlı, 
Krişna Srinivas, Tələt Səid Halman kimi XX əsr ədəbiyyatında öz 
imzalarını  təsdiq etmiş  ədiblərdən aldığı müsahibələrdə  də  aşağı-
dakı sualı istisnasız olaraq hər birinə ünvanlayırdı: “Uzay Çağının 
insan düşüncesini kökten değiştirebileceğine inanır mısınız? Bu 
yeni uygarlık düzeyi, ne gibi duyarlıklar getirebilir sanat dünyası-
na?” Fikrimizcə, onun həmyerlisi Taner Baybarsın: “Eskiden, Babi-
lonyalılar ve Yunanlılar bir mitoloji etrafında düşünüp yazmışlardı. 
Biz  şimdi teknoloji ve bilim etrafında yeni bir mitoloji yaratmaya 
başlamış bulunuyoruz”, (Varlık, 1970: 24) - sözlərini O. Türkayın 
da dilindən qəbul edə bilərik. Çünki onun poeziyası məhz bu istiqa-
mətdə formalaşmışdır.  
“Yeniliyin kökləri və səbəbləri” (“Yeniliğin Kökleri ve Nedenle-
ri”) modernizm haqqında və modernizm əleyhinə yazılmışdır. Baş-


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə