Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə54/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   50   51   52   53   54   55   56   57   ...   71

Elmira Fikrətqızı 
 
181
lıqdan göründüyü kimi, tədqiqatda cərəyanın meydana çıxmasının 
ədəbi, iqtisadi, siyasi və s. səbəbləri göstərilmişdir. Türkaya görə, 
əsrimizin birinci yarısında qərbli sənətkarlar və mütəfəkkirlər özlə-
rini böyük bir çarəsizlik və vahimə içində hiss etdilər. Bir yandan, 
dəzgahların, yeni texnikanın məişətdə və istehsalatda geniş tətbiqi, 
əski mədəniyyət üzərində ildən-ilə daha böyük bir güclə hakim ol-
maları, digər tərəfdən də, Qərb arealının kiçilməsi təhlükəsi, mil-
yonlarca insanın ölümü və ya yer-yurdlarından sürgün edilməsi ilə 
nəticələnən II Dünya müharibəsi nasist, kommunist və faşist dikta-
torların yaratdıqları terror qərbli sənətkarların çarəsizliklərini artıra-
raq, onları çıxılmaz vəziyyətə salmış, qorxularına qorxu, qəzəbləri-
nə  qəzəb qatmışdır. Bundan başqa, qərbli sənətkar artıq hər  şeyin 
keçmişdə yaradılmış olduğuna, keçmişi aşa bilmənin mümkünsüz-
lüyünə inanır.  
O.Türkay modernizmdə iki istiqaməti fərqləndirir. Birinci istiqa-
mət  ənənələrə bağlı Yits, B.Şou, T.S.Eliot, E.Pound, D.Laurens, 
C.Konrad, T.Mann kimi yazarların yaradıcılığı ilə xarakterizə olu-
nur. İkinci istiqamətdən olan F.Kafka, C.Coys, R.Musli, U.Folkner, 
D.Tomas, E.C.Komminqz və başqaları avanqardçılardır ki, onlar 
ənənə ilə bütün bağları qırmışlar. “Edebiyatın tek konusu insan, en 
büyük amacı gerçektir”,- deyə yazan Türkay modernistlərin əsərlə-
rindən gerçəklərin və hətta insanın ortadan qalxmasını bu ədəbiyya-
tın nöqsan cəhəti kimi qeyd edir. Daha doğrusu, bir çoxlarının mo-
dern görünmək xatirinə özlərini çətinliyə saldıqlarını, halbuki Ho-
mer, Şekspir, Vergili, Dante, Höte kimi böyük ədiblərin əsərlərinin 
hər zaman müasir olduğunu vurğulayır. Şair XX əsrdə Qərb ədəbiy-
yatının tənəzzülünü məşhur filosof Bertran Rasselə istinad edərək 
Avropanın tənəzzülü ilə əlaqədə izah edir. 
 “Hötenin nəvələri hansı vəziyyətdədir?” (“Goethe’nin Torunları 
Ne Alemde”) məqaləsində müharibədən sonrakı Almaniyanın iqti-
sadi yüksəlişindən bəhs edən Türkay digər Qərb ölkələri ilə müqa-
yisədə onun mədəniyyət və ədəbiyyat sahəsində geriliyindən və bu 
cəhəti doğuran səbəblərdən danışır.  Ən başlıca səbəb Hitler dikta-


Osman Türkayın poetik irsi 
 
 
182
turasının ədibləri sıxışdırması və ölkədən xaricə deportasiya etməsi 
idi. Lakin XX əsr alman ədəbiyyatında Hötfer Benn, Bertold Brext, 
Ernest Jonger kimi yazıçıların, xüsusilə də “Doktor Faust” əsərinin 
müəllifi Tomas Mannın dünya səviyyəsindəki  şöhrətləri Türkayın 
gözündən yayınmır və o, müharibədən sonrakı dövrdə Henrix Böll, 
Gerd Geyser, Hans Enzenberger, Günter Qrassın adlarını xüsusi 
qeyd edir.  
 “Fırtınadan sonra durğunluq” XX əsrin ortalarında  İngiltərədə 
“The Movement” (Hərəkat) adı ilə məşhur olan ədəbi cərəyanın ya-
ranmasını və ədəbiyyat tarixinin “məzarlığına gömülməsini” rəmzi 
mənada ifadə edən bir məqalədir. Türkiyədə, eləcə  də  Kıbrıs türk 
poeziyasında ikinci yeni və ya “Anlamsız” şeir adı verilən ədəbi cə-
rəyanın ingilis poeziyasındakı “yolundan” bəhs edən bu tədqiqatda 
O.Turkay “Hərəkat”ın səciyyəvi xüsusiyyətləri, nümayəndələri, 
mənfi və müsbət tərəfləri və cərəyan ətrafında müxtəlif tənqidçilə-
rin fikirlərinə toxunaraq geniş məlumat verir, “Hərəkatçı”ları prin-
sipsizlikdə günahlandırır. 
Osman Türkaya görə, XX əsrdə şeir, ümumiyyətlə, ədəbiyyat öz 
oxucularını itirmişdir. “Klassik və romantik çağlarda şeir oxuma sa-
həsində bir imperatorluq” mövcud idisə, müasir dövrdə bir sıra sə-
bəblərdən poeziyaya maraq itmişdir. Məqalədə  şerin sonu nə ola-
caqdır, müəyyən müddətdən sonra ortadan qalxacaqmı, kimi suallar 
da səslənməkdədir.  
“Gənc şairlər” (“Genç Ozanlar”) məqaləsində dünya miqyasında 
yeni nəsil  şairlər dəyərləndirilir: “Bay İngiliz genç bir ozan, kimi 
şiirlerini şurada burada yayımlamış, bir de küçük kitap bastırmış… 
Toplum diyorum, topluma, toplum düzenine karşı. Gelenek, diyo-
rum, geleneğin baş düşmanı.  Şiir, diyorum, şiirle,  şiirsellikle alay 
ediyor. Edebiyat, diyorum, dudak büküyor, “geçti çağı”, -diyor. Sa-
nat, diyorum, sanata da karşı olduğunu söylüyor. İnsan diyorum, 
“hiçlik, salt boşluk” karşılığını veriyor. Töre diyorum, “ilgim yok”, 
- diyor. Tanrı, diyorum, “bilmiyorum”, - diye yanıtlıyor. (Türkay, 
1993: 146) O.Türkaya görə, Amerikanın gənc şairləri isə onlardan 


Elmira Fikrətqızı 
 
183
yalnız praqmatik və determinist yönləri ilə fərqlənirlər. Gənc fran-
sız  şairləri də  əvvəlki dəyərləri təkzib etməkdə ilk ikisindən geri 
qalmırlar. Hələ burada simvolizm, sürrealizm, dadaizm və ekzisten-
sializm daha yüksək inkişaf etdiyi üçün onların inkarı da daha qa-
barıqdır. Alman gəncləri müharibədən sonra öz-özünü kəşf etməyə 
başlamış və onlara görə, şeir həm mücərrəd, həm də konkret olmalı 
imiş. Gənc rus şairləri də sosialist realizminin sərhədlərindən kə-
nara çıxa bilməyərək, Qərbdə baş verən bu təbəddülatları nihilizm 
kimi dəyərləndirməkdədir. Beləliklə, o bir tənqidçi kimi müxtəlif 
ölkələrin gənc yazarlarının xarakterik cəhətləri  əsasında müasir 
dünya şerinin ideya istiqaməti, mövzu, məzmun və dəyərini müəy-
yənləşdirməyə çalışır.  
O.Türkay məqalədə yeni ingilis şerinin formalaşmasında 
T.S.Eliotun da rolundan söhbət açır. Yeni ingilis şerinin  əsasını 
1910-cu ildən sonra Amerikada doğulmuş  şairlərin qoyduğunu, 
1955-ci ilədək tam 30 il ərzində şeirdə bir növ ortodoksluğun bay-
rağının dalğalandığını yazır. Bu ortodoksluq daha çox şair və  tən-
qidçi olaraq T.S.Eliotun qeyd-şərtsiz səlahiyyətindən və modern 
tənqidçilərin təsirindən yaranmışdır... Türkaya görə, getdikcə şeirdə 
romantik adına bir şey qalmayacaqdır. O, simmetrik, qupquru, dü-
şüncə şeri olacaqdır. Təbii ki, Türkay bunun ədəbiyyata zərərli cə-
hətlərini də qeyd etməkdədir. Belə ki, o, Eliotun şerə yeni həssaslıq 
və dəyərlər qazandırmaqla birlikdə, bəzi “pisliklər” etdiyini də vur-
ğulayır. Məna və həqiqi həyatdan uzaqlaşma şeri bir ölülər cəmiy-
yətinin səsi halına gətirmişdir. Eliotun müvəffəqiyyətlə yazdıqlarını 
imitasiya edənlər ədəbiyyat dünyasına illərcə elə “xəstə”, elə “ölü” 
şeirlər bəxş etmişlər ki, şeir şeir olmaqdan çıxıb sayıqlamaya dön-
müşdür. Bu proses ingilis, amerikan, fransız  ədəbiyyatını  aşaraq, 
Türkiyə poeziyasına da təsir etmişdir. 
O.Türkayın araşdırmasından bəlli olur ki, XX əsrin ortalarında 
ingilis və amerikan ədəbiyyatında “beatniklər” adı altında meydana 
çıxan gənc  şairlər T.S.Eliotun “Şeir qanunları”nın çərçivəsini qır-
mağa çalışdılar. Lakin onlar da sağlam, yeni dəyər və prinsiplərdən 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə