Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə57/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   53   54   55   56   57   58   59   60   ...   71

Osman Türkayın poetik irsi 
 
 
190
şırken, sanatçılar da iç uzaya yönelmişler, insan ruhunun geçenekle-
rine parıltılı yollar açmışlardır”. (Türkay, 1993: 200) 
 “Tənqidə qarşı göstərilən müqavimət” (“Eleştiriye Karşı Beliren 
Tepki”) məqaləsi tənqid, yazıçı və tənqidi münasibətlər barəsində-
dir. Sağlam tənqidin həm yazıçı, həm də oxucu üçün faydalı oldu-
ğunu qeyd edən Türkay XX əsrdə onun bir çox elmlərlə - estetika, 
psixologiya, sosiologiya, fəlsəfə, fizika, antropologiya və s. ilə əla-
qələnərək daha da inkişaf etdiyini və xüsusilə də çağdaş ingilis ədə-
biyyatını çağdaş ingilis tənqidinin yaratdığını yazır. T.S.Eliot, 
E.Pound kimi yazıçıların tənqidə dair məqalələrini xüsusi qiymət-
ləndirsə də, Nobel mükafatını qazanmış Con Steynbekin: “Yol mə-
muru kimi istiqamət göstərməyə çalışan tənqidi xoşlamıram”,- fik-
rini də verməklə yazıçıların tənqidə mövqeyini əks etdirir. 
O.Türkayın ədəbi-tənqidi görüşlərinin geniş şəkildə əks olundu-
ğu məqalələrindən biri “Tənqid haqqında düşüncələr” (“Eleştiri Üs-
tüne Düşünceler”) adlanır. Burada eyni zamanda Aristoteldən baş-
layaraq tənqid tarixi də xronoloji ardıcıllıqla verilmişdir. Türkay 
tənqid məfhumunun daha çox şerə aid olduğunu vurğulayır. 
Məqalədə ədəbiyyat, sənət, tənqid və elmlə bağlı məsələlərə də 
yer verilir. O, tənqidin birinci məqsədini ədəbiyyat nəzəriyyəsi ya-
ratmaqda görür. “Ədəbiyyat nədir?” - sualına cavab verərək yazır 
ki,  ədəbiyyat dildən vasitə kimi istifadə ilə bir şeyi  əks etdirən, 
bunu da gözəl şəkildə etməyi bacaran sənətdir. Təbii ki, elm adam-
ları da deyəcəkləri fikirləri dillə, həm də istəsələr, gözəl şəkildə ifa-
də edirlər. Amma onlar əsərlərinə forma vermək məcburiyyətində 
deyillər. Halbuki ədəbiyyatçı daima forma qurmaq, üslub yaratmaq 
cəhdi içindədir. Söylədiklərinin də mütləq doğru olması gərəkli de-
yildir. 
Ümumiyyətlə, Türkay bir sıra məqalələrində elm və sənətin qar-
şılıqlı münasibətləri və  sərhədləri barəsində  bəhs etmişdir. O, elm 
və sənət arasında sərhəd çəkməyə qarşı çıxarkən ingilis yazarı Al-
dous Huksleydən sitat gətirərək öz fikrini əsaslandırmağa çalışır: 
“Eğer Yeats, Einştein’in teorisini anlamış, içine sindirmiş olsaydı, 


Elmira Fikrətqızı 
 
191
bunun çok önemli, heyecan verici, olağanüstü bir doğru olduğunu 
kabul etmek cesaretini gösterseydi, İrlanda akşamlarını dile getiren 
şiirlerinde, kendi rölavitesinin en güzel liriklerini yazabilerdi.” 
(Türkay, 1993: 73) Nəzərə alaq ki, O.Türkay öz poeziyasında bu si-
tata kifayət qədər əməl etmişdir. 
Ümumiyyətlə, o, tənqidi iki növə ayırır: nəzəri və tənqidi. Birin-
ci növdə tənqidçi əsasən ədəbiyyatla bağlı bir sıra problemləri diq-
qət mərkəzinə  çəkir və  məntiqi cavablar tapır. Nəticədə müəyyən 
prinsiplər formalaşmış olur. İkinci növdə isə xüsusi, konkret ədəbi 
nümunələr tədqiq edilir; üslub, mövzu, dil, forma və s. ilə bağlı 
məsələlər araşdırılır. 
Türkay tənqid tarixini qaydalar tarixi adlandırır. Məsələn, Aris-
totelin faciə janrı üçün qoyduğu qaydalar klassik fransız drama-
turqları üçün tragediya yaradıcılığında bir əsas oldu. Lakin bu qay-
dalar özünü doğrultmaya bilər. Bununla belə, Bualonun “Poetika” 
və Horatsinin “Ars poetika” əsərləri uzun müddət Qərb dünyasında 
sənət adamlarına böyük təsir göstərmişdir. O.Türkay Ben Conson, 
Dreyden, Aleksandr Pop, Hegel kimi mütəfəkkirlərin də tənqid haq-
qında görüşlərini verdikdən sonra Dekartla tənqidə daxil olan rasio-
nal fəlsəfədən bəhs edir. Tənqidin bu istiqamətində təbiət və insan 
münasibətləri meydana çıxır. Lakin şerin rasional bir sənət olması 
düşüncəsi onu çərçivəyə saldığı üçün XIX əsrin  əvvəlində Vord-
sfut: “Ən uyğun  şeir dili insanların gündəlik danışıqlarda istifadə 
etdikləri dildir ki, bu dil ancaq istifadə forması ilə şeirləşir”,- söylə-
yərək şeirdə üslubların inkişafına yol açmışdır. Getdikcə ədəbiyyat-
da gözəllik anlayışı da öz məzmununu itirməyə başlamışdır. Tarixi-
lik prinsipi yazıçının  ədəbi mühitini araşdırmağı mütləq saysa da, 
T.S.Eliot daha çox əsərin özü üzərində tədqiqat aparmağı irəli sür-
müşdür. Nəticədə Türkay Aristoteldən müasir dövrə qədər mövcud 
olan bir çox tənqidi istiqamətləri uğursuzluqlar tarixi olaraq təqdim 
etsə də, analitik təhlildə onların hamısının rolunu dəyərləndirir. 
 “Yazıçının sərbəstliyi” (“Yazarın Özgürlüğü”) rus ədəbiyyatı-
nın sovet dövrü haqqında yazılmış bir məqalədir. Daha doğrusu, 


Osman Türkayın poetik irsi 
 
 
192
Andrey Sinyavski və Yuri Daniley kimi rus yazarlarının gizli yol-
larla Qərb ölkələrinə  əsərlərini göndərərək nəşr etdirmələrinə görə 
həbs olunmaları hadisəsini fon almaqla Türkay ədəbiyyatın Sovet 
İttifaqında boğulması barədə dünya arenasında qalxan səs-küydən, 
bunun siyasi səbəbləri və ədəbiyyata təsirlərindən bəhs edir: “Yazar 
her bakımdan özgür olmalı mıdır? Ya da olabilir mi? Andre Gide: 
“Sanat baskıdan doğar, özgürlükten ölür”, - demişti. Öte yandan, 
Nietzsshe’ye göre, kültür için tutsaklık gereklidir. Çünkü: “Kültür 
işçisi Prometheus’un ciğerini yiyen akbabadır”. (Türkay, 1993: 
143) Lakin bu məsələdə Türkayın fikirləri tamamilə fərqlidir. Ədibə 
görə, ədəbiyyat və azadlıq sinonim sözlərdir. 
Osman Türkay bir çox məqalələrində  fəlsəfə, onun obyekti
müxtəlif elmlər arasında yeri (fərqli və oxşar cəhətləri) və s. kimi 
problemlərə  də diqqət yetirmişdir. Məsələn, “Rassellə bir günəş 
batdı” (“Russell’le Bir Güneş Battı”) adlı  məqaləsində  həmin mə-
sələlərlə əlaqədar olaraq yazır: “Filozof soru sorar, ama yanıt ver-
mez. Yanıtlandırılmayan sorular arttıkça, filozof görevini daha iyi 
yerine getirir. Felsefe fizik biliminden daha ileride olmakla birlikte, 
filozof olmasaydı, fen adamı, ya da fizikçi olmayacaktı, belki de. 
Bilimin yanıtlayacağı soruları ilkin filozoflar sormuşlardı.” (Tür-
kay, 1993: 221) 
Sonuncu cümlədən aydın olur ki, mütəfəkkir fəlsəfəni digər elm-
lərdən ayırır, dolayısı ilə  fəlsəfənin təbiət, cəmiyyət və təfəkkürün 
ən ümumi qanunauyğunluqları haqqında elm olmasını  təsdiqləyir. 
Məqalənin davamını izləsək, irəli sürülən fikrin aydınlaşdığını gö-
rərik: “Filozoflar atom üstüne çoktan kafa yormaya başlamışlardı. 
Ama fizikçiler onu buldu, aydınlığa çıkardı. Filozoflar, aynı zaman-
da, maddeye değğin görüş ve sağduyuyu araştırdı. En sonunda, bil-
ginler ve fizikçiler de görülen her şeyin, görüldüğü gibi olmadığına 
inandılar.” (Türkay, 1993: 222) 
Yuxarıda söylənilən fikirlərdə O. Türkay elmlə fəlsəfəni ayıran 
cizgiləri müəyyənləşdirir və bir çoxlarının qəbul etdiyi kimi, fəlsəfi 
baxışın əsasında şübhənin durduğu qənaətinə gəlir.  


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə