Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə58/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   54   55   56   57   58   59   60   61   ...   71

Elmira Fikrətqızı 
 
193
Osman Türkayın bir çox məqalələrində antik dövr filosoflarına, 
bilavasitə və ya bilvasitə müraciət edilir. Məsələn, “Aristotel və tən-
qid” (“Aristo ve Eleştiri”) başlıqlı məqaləsi nəzəri-fəlsəfi istiqamət-
də yazılmış əsərlərindəndir. Aristotelin “Poetika” əsərinin türk dili-
nə  İsmail Tunalı  tərəfindən tərcüməsini orijinalla və ingiliscə va-
riantı ilə müqayisə edərək mütərcimi “mif”, “katarsis” kimi bəzi 
terminlərin qarşılığını səhv verməkdə günahlandıran Türkay əsərin 
türk oxucularına çatdırılmasının müsbət əhəmiyyətini də qeyd edir: 
“Aristo’nun “Poetika”sı dünya edebiyat tarihinde ilk yöntemli eleş-
tiridir. Roma edebiyatını, aydınlanma çağlarının Avrupası’nı derin-
den derine etkiledikden sonra, yüzyılımız eleştirisine de bazı ba-
kımlardan ışık tutmuştur”. (Türkay, 1993: 2)  
Bu məqalə həm də fəlsəfı baxımdan tədqiq edilir. Ümumiyyətlə, 
Türkayın tənqidi görüşlərinin səciyyəvi cəhəti fəlsəfə ilə sintez 
olunmasıdır. Daha doğrusu, məqalələrində qaldırdığı  ədəbi prob-
lemlər dövrünün fəlsəfi görüşləri ilə birlikdə təhlil olunur və bu xü-
susiyyət bir tənqidçi olaraq, onun hadisə və prosesləri geniş və əha-
təli analiz edə bilmə qabiliyyətindən xəbər verir.  
“Poetika”nın yazıldığı dövr və  məkan haqqında geniş  məlumat 
verdikdən sonra Türkay əsərin təhlilinə keçərək, tragediya, komedi-
ya, epik, lirik, xarakter, epizod, xor kimi terminlərin ilk dəfə Aristo-
tel tərəfindən işlədilməsini qeyd edir. Onun fikrincə, “Poetika” filo-
sofun “Ritorika”dan sonra yazdığı, eləcə də ən son əsəridir və lisey-
də oxuduğu mühazirələrin məhsuludur. O həmçinin belə hesab edir 
ki, “Poetika” Aristotelin çatışmayan cəhətləri olan “savruk tutarsız” 
əsəridir, çünki bəzi mövzuları dərindən işləməmiş və ya boş burax-
mışdır. 
Məqalədə əsərin müxtəlif bölmələri araşdırılmaqla bərabər, Pla-
ton və Aristotelin ədəbiyyata,  şerə olan münasibətlərinə  də  nəzər 
salınmaqdadır. Fəlsəfə tarixindən bilirik ki, Platon öz etik nəzəriy-
yəsində insanları onlarda hansı ruhun üstünlük təşkil etdiyinə görə 
qisimlərə bölmüşdür. Bunlar isə üçdür: 1) əqli; 2) effektiv (ruhi); 3) 
ehtiraslı. 


Osman Türkayın poetik irsi 
 
 
194
Platonun ideal dövlət nəzəriyyəsində cəmiyyətdə əsas yeri birin-
ci qisim insanlar tutur ki, bunlar əqlin üstünlük təşkil etdiyi filosof-
lardır. Bəs, bu bölgüdə şairlərin yeri haradadır? Məqalədə bu barədə 
yazılır: “Aristo’ya göre, ozan duygu ve düşüncelerini, acılarını ve 
sevinçlerini, öfkelerini ve umutsuzluklarını doğruya en yakın bir 
biçimde yansıtan kişidir. Ozan, ya Tanrı vergisi özel bir yeteneğe 
sahiptir, ya da birazcık olsun kafadan çatlaktır, açıkcası onun bir 
deli damarı vardır. Eflatun’a göre şiir, gençlerin usunu zehirliyor, 
töresini bozuyordu. (Türkay, 1993: 2-8)  
O. Türkaya görə, “Poetika” əsəri Platonun yuxarıda söylənilən 
fikirlərinə cavab olaraq yazılmaqla bərabər, hər iki filosofun bu mə-
sələdə üst-üstə düşən baxışları da mövcuddur. Məsələn, həm Aris-
totel, həm də Platon şeri təqlid sənəti hesab edirlər. Lakin Aristotel 
şerin zərərli ola biləcəyini qəbul etmir, əksinə “Poetika” əsərində 
katarsisdən bəhs edərək, sənət  əsərinin, konkret olaraq faciənin 
insanda qorxu hissi yaradıb mənəvi təmizlənmə rolu daşıdığını söy-
ləyir. 
Türkay Aristotelin irəli sürdüyü məkan və zaman birliyinin yan-
lış cəhətlərini göstərərək, onun yalnız Sofoklun əsərlərinə istinad et-
diyi üçün səhv qənaətə gəldiyini, faciənin yaradıcısı Axillesin yara-
dıcılığında isə bu vəhdətin pozulmasını misal gətirir. Beləliklə, Tür-
kay “Poetika”da toxunulan mühüm ədəbi məsələləri Hamfri Hau-
zun da bu barədə tədqiqatlarından istifadə edərək, geniş şəkildə təh-
lil edir. 
Tənqid tarixində güclü ənənə yaratmış bu əsərə xüsusi məqalə 
həsr edən Türkay müasir dövrün ədəbi prosesində  ənənə ilə nova-
torluq arasında əlaqənin zəifləməsindən, qırılmasından da bəhs edir. 
Müasir dövrdə  ənənə keçmiş  əhəmiyyətini itirmişdir və artıq bir 
mərhələdən digərinə ötürülən məşəl vəzifəsini daşımır. Çağdaş ədə-
biyyatda bir ədəbi nəslin başlatdığı istiqaməti sonrakı  nəsillər, de-
mək olar ki, davam və inkişaf etdirmirlər. Bu isə ənənəni (keçmişi) 
indiki zamanda təqdim etmək mənasında başa düşməyə imkan ve-
rir. 


Elmira Fikrətqızı 
 
195
 Bu məqalədə nəinki qədim yunan filosofları barədə söhbət açı-
lır, eyni zamanda həmin filosofların yaşadığı dövrün ictimai-siyasi 
mənzərəsi, Afina şəhərinin mədəni mərkəz olması haqqında da ət-
raflı təsəvvür yaradılır.  
“Fəlsəfə (filo-sofiya) doğru sevgisi deməkdir”, - deyə yazan O. 
Türkay antik dövr filosoflarının, o cümlədən Sokratın həmin “doğ-
ru”nu axtarıb tapmaq və tədris etmək üçün adı çəkilən şəhərin küçə 
və meydanlarında insanlarla ünsiyyətə girmələrindən bəhs edir və 
bizə  məlumdur ki, bu proses Platonun yaratdığı ilk Akademiyaya 
qədər beləcə davam etmişdir.  
O. Türkay Sokratın tələbəsi olan Platonu müəlliminin ölümün-
dən sonra onun ideyalarını, düşüncələrini toplayaraq bir fəlsəfi sis-
tem qurduğuna görə həm fəlsəfənin, həm də tənqidin atası hesab et-
mişdir.  
Beləliklə, O. Türkay yaradıcılığında fəlsəfə, ədəbiyyat və elm bu 
şəkildə xarakterizə edilir: “İster bilim olsun, ister felsefe, ister ede-
biyat, bunların her biri bir doğruya ulaşmayı amaç edinir. Felsefe 
yoluyla varılan doğru düşünce dünyasının doruklarıdır. Edebiyat 
bunu, o doruklardan toprağa indirir. Bilim yoluyla ulaşılan doğru 
ise, çağlar boyu önemini ve canlılığını korumayabilir. Sürekli geli-
şimlerin yanısıra, sürekli değişikliklere de uğrar”. (Türkay, 1993: 
180) Osman Türkayın nəzər saldığımız məqalələrində və çoxşaxəli 
araşdırmalarında müxtəlif dövrlərdə ayrı-ayrı xalqların ədəbi nümu-
nələrinin nəzəri və  tənqidi istiqamətlərdə  tədqiqinin  şahidi olduq. 
O, bir tənqidçi və ədəbiyyatşünas olaraq həm çağdaş ədəbi prosesi 
izləmiş, fəlsəfi cərəyanlarla onların müqayisəli təhlilini vermiş, həm 
də nəzəri baxımdan ümumiləşdirmələr aparmışdır.  


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə