Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə59/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   55   56   57   58   59   60   61   62   ...   71

Osman Türkayın poetik irsi 
 
 
196
N Ə T İ C Ə 
 
Kıbrıs türk ədəbiyyatının təşəkkülü XVI əsrdən başlanır.  Ədə-
biyyatın təkamülündə XIX əsrə qədərki müddət klassik mərhələ he-
sab olunur. 1571-ci ildən Osmanlı İmperiyasının idarəçiliyinə keçən 
adada yaşayan türklərin yaratdığı klassik və müasir şeir Türkiyə 
poeziyasının güclü təsiri altında formalaşmışdır. VIII əsrdən başla-
yaraq, islam mədəniyyəti və  əruz vəzninin geniş  təsirində yaranan 
bir çox Şərq xalqlarının ədəbiyyatında olduğu kimi, klassik Kıbrıs 
türk poeziyası da ənənəvi mövzu və formalarda inkişaf etmişdir.  
1839-cu ildə Osmanlı  İmperiyasında verilən Tənzimat Fərma-
nından sonra Qərbin, xüsusilə  də Fransanın elmi-mədəni dəyərlə-
rinin ədəbi hərəkata təsiri müvafiq olaraq, Kıbrıs türk ədəbiyyatında 
da öz inikasını tapmışdır.  
XX  əsrdə  məzmun və forma baxımından dəyişən Kıbrıs türk 
ədəbiyyatı yeni bir mərhələyə qədəm qoydu. Bu yüzillikdə Türkiyə 
ədəbiyyatında aparıcı olan simvolizm, birinci yeni, ikinci yeni və s. 
kimi cərəyanların analoji ədəbi təzahürləri ada ədəbiyyatında da 
müşahidə olunur.  
XX əsr Kıbrıs türk şerində Osman Türkay xüsusi yeri olan şəx-
siyyətlərdəndir. O, bu ədəbiyyatın aparıcı simalarındandır və  həm 
simvolist, həm də modernist şerin yaradıcılarındandır. Onun elmi-
publisistik və bədii əsərləri, tərcümələri bir şair, dramaturq və jur-
nalistin zəngin yaradıcılıq irsidir. Əsərlərini türk və ingilis dillərin-
də yazan şair yalnız XX əsr Kıbrıs türk poeziyasında deyil, dünya 
ədəbiyyatında da bir ədəbi  şəxsiyyət kimi seçilən sənətkardır. Os-
man Türkay şeir sənətinə türk simvolist şairlərinin təsiri altında qə-
dəm qoymuş, Kıbrıs türk poeziyasında onların  ənənələrini davam 
etdirmişdir. Bu, şairin yaradıcılığının birinci mərhələsidir. Bu dövr-
də  qələmə aldığı  əsərləri məhəbbət və  vətənpərvərlik mövzusun-
dadır. Yaradıcılığı boyu hər üç vəzndən istifadə edən Türkay bu dö-
nəmdə mənzumələrini heca və əruz vəznində yazmışdır. İngiltərədə 
təhsil aldığı müddətdə isə o, modernist ingilis şeri ilə tanış olmuş, 
xüsusilə də özünün etiraf etdiyi kimi, T.S.Eliotun təsirində sərbəst 


Elmira Fikrətqızı 
 
197
şeirlər qələmə almış, dünya ədəbiyyatında kosmos əsri şerinə gətir-
diyi forma və  məzmun yeniliklərinə görə yüksək dəyərləndiril-
mişdir. Əvvəlcə sırf texnoloji nailiyyətləri vəsf edən Türkay sonra-
dan kainatın, dünyanın yaranışı haqqındakı kosmoqonik miflərdən 
də qaynaqlanaraq, poeziyasında elm və mifi birləşdirmişdir. Bu sin-
tez onun yaradıcılığının intellektual səciyyəsini və özünəməxsuslu-
ğunu şərtləndirir. Qeyd etməliyik ki, dünyanın əvvəli və sonu, bəşə-
riyyət, təbiət və Allahla bağlı mövzular onun yaradıcılığının ikinci 
mərhələsində müxtəlif və rəngarəng baxımlardan ifadəsini tapır. 
Yuri Qaqarin kainatı  fəth etdikdən sonra, ümumiyyətlə, dünya 
ədəbiyyatında həm  şifahi, həm də yazılı “qolların” nümayəndələri 
tərəfindən bu hadisəyə  bədii  əsərlər vasitəsilə münasibətlər bildi-
rilmiş, daha çox bir insan övladının bu uğuru mədh edilmişdir. Os-
man Türkayın həmin şairlərdən fərqi ondadır ki, 1959-cu ildən, yəni 
ilk şeirlər kitabının nəşr olunduğu tarixdən başlayaraq, ömrünün so-
nuna qədər bu mövzu ətrafında yazıb-yaratmışdır. Məlum olduğu 
kimi, dünya ədəbiyyatında daha çox fantastik nəsr əsərlərində yad-
planetlilərdən bəhs edilmişdir. Poeziyaya, xüsusilə türk xalqlarının 
şerinə həmin mövzunun gətirilməsi və geniş şəkildə işlənilməsi Os-
man Türkayın adı ilə bağlıdır.  
 “7  Telli”,  “Dünyəvi səyahət”, “Qiyamət günü müşahidəçiləri”, 
“Uyurgəzər”, “Bethovendə aydınlığa oyanmaq” və s. kitabları ilə 
Türkay müasir Kıbrıs türk poeziyasına novator şair kimi daxil ol-
muşdur. Bu əsərlərin hamısı “kosmos əsri şeiri” silsiləsindəndir və 
vəzn etibarilə sərbəstdir. Türkay özü bir müsahibəsində dediyi kimi, 
kosmos əsri şairdən həm elm, həm də təxəyyül tələb edir. Kosmos 
əsri yalnız elm və texnikanın ən yüksək inkişaf dövrü yox, həm də 
bəşər tarixində qlobal problemlər çağıdır. Türkay yaradıcılığının 
ikinci mərhələsində bu problemlər tam mənası ilə əks olunmaqda-
dır. 
O. Türkaya bu ədəbiyyatda xüsusi mövqe qazandıran cəhət onun 
müasir şerin banilərindən biri olmasıdır. O, simvolist və modernist 
şerin təmsilçisidr. Ümumiyyətlə, Nazim Hikmətin Türkiyə ədəbiy-
yatında sərbəst şerin inkişafında oynadığı rolu Osman Türkay Kıb-


Osman Türkayın poetik irsi 
 
 
198
rıs türk şerində yerinə yetirmişdir. Osman Türkayın poeziyası möv-
zu rəngarəngliyinə malikdir və  həm bəşəri, həm də milli əsaslıdır. 
Onun “Müstəmləkə” adlı şeri 1960-cı illərdə güclənən milli-azadlıq 
hərəkatında xüsusi rol oynamış, bir çox şairlər tərəfindən bu mən-
zuməyə cavablar yazılmışdır.  
Onun poeziya və dramaturgiyası türk mifologiyası ilə sıx bağlı-
dır. Yaradıcılığı folklorla əlaqəli olan Türkay poeziyası, ümumiy-
yətlə, qədim  Şərq fəlsəfəsi, mədəniyyəti və mifologiyasına istinad 
edir.  Şairin yeri gəldikcə antik yunan mədəniyyətinin də izlərini 
daşıyan yaradıcılıq nümunələrində kosmos və xaos, düzən və dü-
zənsizlik məsələləri də yer almaqdadır.  
25-ə yaxın poeması olan Türkay yalnız lirik şerin deyil, epik 
poeziyanın da inkişafında xüsusi rol oynamışdır. Kıbrıs türk ədəbiy-
yatında poema janrının formalaşmasında onun yaradıcılıq örnəkləri 
xüsusi çəkiyə malikdir.  
Osman Türkay poeziyası sənətkarlıq baxımından da diqqəti cəlb 
etməkdədir. O, bütövlükdə yaradıcılığında  ənənə  və novatorluğu 
birləşdirdiyi üçün poeziyasının bədii xüsusiyyətləri həm klassik 
Şərq poetikasından, həm də modern Avropa şerindən qaynaqlan-
maqdadır.  
Beləliklə, Türkay yaradıcılığı mifoloji təsəvvürlərdə mövcud 
olan kosmosla bu gün qoynunda yaşadığımız, yüksək səviyyədə in-
kişaf etmiş elmi-texniki imkanların hesabına artıq fəth etdiyimiz 
kosmosun vəhdətdə  təqdim nöqtəsi və bu nöqtədən bütün kainata 
ədəbi-fəlsəfi baxışlar sistemidir. Bu ədəbiyyatda “Kosmos əsri şeri” 
baxımından onun “mükəmməl” davamçıları olmasa da, amma qo-
yub getdiyi irs zamanları  və  nəsilləri  əbədiyyətə  qədər izləyəcək, 
daima sülhə, ədalətə, gözəlliyə çağıracaq siqlətdədir. Hər bir böyük 
sənətkar kimi o da zamanını qabaqlayan söz adamıdır və bütün 
dövrlərin fövqündə dayanan bədii, elmi, fəlsəfi yaradıcılıq yoluna 
malikdir.  


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə