Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə60/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   56   57   58   59   60   61   62   63   ...   71

Elmira Fikrətqızı 
 
199
SON SÖZ ƏVƏZI 
Son  illərdə  ədəbiyyatşünaslıqla  bağlı  elmi  tədqiqat 
əsərlərində  daha  çox  sadə  və  məlum  mövzuların  seçilməsi, 
tapdanmış yollarda təravətsiz fikir, dağınıq və pərakəndə mü‐
lahizələr  söyləmənin  ön  mövqeyə  keçməsi  kimi  təəssüf 
doğuran  bir  hal  müşahidə  olunur.  Belə  bir  əlverişsiz  şəraitdə 
öz zəhməti, səbri və istedadı ilə yeni bir sahədə öz cığırını açan 
gənc bir tədqiqatçının elmi səviyyəsi ilə seçilən əsərinin ərsəyə 
gəlməsi,  həqiqətən,  çox  sevindiricidir.  Mövzunun  indiyədək 
Azərbaycan oxucusu və elmi fikrinə tanış olmayan bir sahədən 
alınması,  türk  dünyasının  bənzərsiz  və  özünəməxsus  üslubu 
ilə  seçilən,  Şərqlə  Qərb,  əskiliklə  yenilik,  ənənə  ilə  fərdilik 
arasında  güclü  bir  fikri  əlaqə  yarada  bilən  bu  ədəbi  simanın 
şəxsiyyəti  və  yaradıcılığının  tədqiqata  cəlb  edilməsi  olduqca 
doğru seçim və gərəkli bir işdir. Bu əsər ciddiyyət, elmi səliqə 
və mürəkkəb yaradıcılıq yolu olan şairin fikir dünyasını incə‐
liklərinədək  çözərək  dəyərləndirmə  səviyyəsi  ilə  diqqətimi 
cəlb  etdi.  Yeni  və  fərqli  bir  ədəbi  istiqamətin  nümayəndəsi 
olan  Osman  Türkayın  sinkretik  kimi  dəyərləndirilə  biləcək 
şerinin  öyrənilməsində  gərəkli  problemlər  də  düzgün  müəy‐
yənləşdirilərək  yüksək  elmi  səviyyədə  araşdırılmışdır. 
Tədqiqatçı hər bir fəsildə özünü araşdırdığı sahənin bilicisi və 
mütəxəssisi  olaraq  təsdiqləyə  bilmişdir.  Belə  ki,  o,  I  və  IV 
fəsillərdə  özünü  ədəbiyyat  tarixçisi,  II  və  III  fəsillərdə  isə 
ədəbiyyat  nəzəriyyəçisi  kimi  göstərə  bilmişdir.  E.  Fikrətqızı 
Osman  Türkayın  yaradıcılığının  ənənə  və  fərdi  üslubla  bağlı 
cəhətlərini dəqiqliklə dəyərləndirərək, bu şairin fərdi siması və 


Osman Türkayın poetik irsi 
 
 
200
şeir  tarixindəki  yeri  haqqında  aydın  və  sərrast  elmi 
qənaətlərini  söyləmişdir.  Bu  isə  əsərin  elmi  əhəmiyyətini 
artıran cəhətlərdəndir.  
Şərq şerinin təsiri ilə ədəbi yaradıcılığa başlayan, XIX və XX 
yüzilliyin  əvvəllərində  “ədəbi  dəb”ə  çevrilən  simvolizmə 
meyllənən,  nəhayət,  XX  yüzillik  şerində  əsas  istiqamətlərdən 
birinə  çevrilən  sərbəst  şeir  və  modernizmə  üstünlük  verən 
Osman  Türkayın  yaradıcılıq  yolu  həm  də  türk  şerinin  inkişaf 
yolunu, İslami Şərq şerinin təkamülü və keçidlərini əks etdirir. 
E. Fikrətqızının tədqiqatında bu mərhələlərin O. Türkayın ədəbi 
şəxsiyyətinin  formalaşmasına  təsir  səviyyəsi  ayrı‐ayrılıqda 
qiymətləndirilmişdir.  O.Türkay  yaradıcılığı  “lokal  və  qlobal, 
milli və ümumbəşəri mövzuların” şerə gətirilməsi ilə sanki türk 
fəlsəfi‐ictimai  düşüncəsinin,  türk  poetik  təfəkkürünün  im‐
kanlarını da uğurla nümayiş etdirir.  
Araşdırma  işinin  çoxyönlülüyünü,  əslində,  O.  Türkayın 
ədəbi  fəaliyyətinin  çoxistiqamətliliyi  müəyyənləşdirir.  E.Fik‐
rətqızının  araşdırmasından  bəlli  olur  ki,  bu  nadir  istedad 
sahibi 
həm 
tərcüməçi‐şair, 
həm 
geniş 
diapazonlu 
ədəbiyyatşünas,  həm  də  publisist  kimi  fəaliyyət  göstərmiş, 
tam  mənası  ilə,  həm  praktiki,  həm  də  nəzəri  ədəbiyyatla 
məşğul olması baxımından kamil bir ədib olmuşdur. Müəllif 
O.Türkayın timsalında, yeri gəldikcə, Kipr‐türk poeziyasının 
ideya  istiqamətlərinə  də  nəzər  salmış,  şairin  bu  poeziyadakı 
yeri barədə aydın və dolğun təsəvvür yaradaraq, onun Kipr‐
türk  şerində  həm  simvolizm,  həm  də  modernizmin  banisi 
olduğunu elmi şəkildə əsaslandırmışdır.  


Elmira Fikrətqızı 
 
201
Ədəbi  şəxsiyyəti  və  həyat  yolu,  yaradıcılığının  əsas  istiqa‐
mətləri,  yeni  mövzu  və  üslub  axtarışları,  poeziyasının 
sənətkarlıq  xüsusiyyətləri,  çağdaş  Kipr‐türk  şerində  Osman 
Türkay ədəbi məktəbi, ədəbi‐tənqidi və estetik görüşləri ayrı‐
ayrılıqda araşdırmaya cəlb edilməklə bu böyük şair haqqında 
aydın və bitkin bir təsəvvür yaradılır.  
Spesifik  yaradıcılıq  istiqamətlərində  üzə  çıxan  bənzərsiz‐
liklər  bəlli  qəliblərə  salınmaqla  deyil,  faktiki  material  əsa‐
sında  və  elmi  dəyəri  müəyyənləşdirilməklə  araşdırılır.  Bu 
kimi  uğurlu  nəticələri  nəzərə  alaraq,  inamla  deyə  bilərik  ki, 
E.  Fikrətqızı  bir  səriştəli  tədqiqatçı  kimi  bu  sahəyə  öz  imza‐
sını atmışdır.  
 Səadət Şıxıyeva, 
AMEA Z.M. Bünyadov adına 
Şərqşünaslıq İnstitutunun böyük
 
elmi işçisi, filologiya elmləri 
namizədi  


Osman Türkayın poetik irsi 
 
 
202
РЕЗЮМЕ 
 
(Поэтическое наследие Османа Тюркая) 
 
В монографии впервые в отечественной науке исследованы 
основные  этапы развития кипрo-тюркской  литературы и твор-
чество ее видного представителя Османа Тюркая.  
Монография  состоит  из  введения,  трех  глав,  заключения  и 
списка использованной литературы. В первой главе под назва-
нием  «Из  истории  возникновения  кипрской  тюркской  литера-
туры» автор исследует историю и литературу киприотов – ту-
рок в их взаимосвязи, повествует о классиках кипро-тюрк-ской 
поэзии, отмечает, что их творчество формировалось под влия-
нием диванной Османской литературы.  
Во второй главе монографии – «Процесс обновления в сов-
ременной кипро-тюркской литературе и поэзия Осман Тюркая» 
исследованы жизненные и творческие пути поэта, этапы худо-
жественного  творчества  Османа  Тюркая (1927-2001), изучена 
его поэзия с точки зрения содержания и формы. Отмечено, что 
первые  его  стихи  написаны  в  размерах  аруз  и  слоговым  сти-
хом.  Подчеркнута  роль  турецких  авторов – Ахмеда  Хашима, 
Яхьи  Кямаля  и  др.,  оказавших  влияние  на  начальный  этап 
творчества  Османа  Тюркая.  Автор  работы  повествует  о  месте 
Османа  Тюркая  в  кипро-тюркской  литературе  как  поэта – 
новатора.  Осман  Тюркай,  несмотря  на  влияние  таких  поэтов 
как  Назим  Хикмет,  Мелих  Джавдат  Андай,  Томас  Элиот,  Ди-
лан  Томас  смог  сформировать  собственный  творческий  путь. 
Создавая свободные по метрике стихи, поэт пытается отразить 
достижения новой эпохи выразить свое отношение ко всем его 
положительным и отрицательным моментам.  
В  исследовании  особое  внимание  удалено  выявлению  спе-
цифических  особенностей  образной  системы  поэтического 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə