Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə56/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   52   53   54   55   56   57   58   59   ...   71

Elmira Fikrətqızı 
 
187
ədəbiyyatın, musiqinin yardımçı missiyalarını vurğulayır,  şair və 
yazıçıları bu ideya ətrafında birləşməyə çağırır. Fikrimizcə, bu gün 
sülh və qardaşlıq mövzuları geniş şəkildə işlənən Kıbrıs türk poezi-
yasının həmin istiqamətə yönəlməsində bu və ya bu kimi məqalələ-
rin rolu olmamış deyildir. 
Əvvəldə qeyd etdiyimiz kimi, Türkay bəzən  ədəbiyyatı  cəmiy-
yətin bütün sferaları ilə əlaqəli şəkildə araşdırırdı. Müəllifin “Sənət 
və siyasət” (“Sanat ve Siyasa”) məqaləsində də insan fəaliyyətinin 
bu iki müxtəlif növü qarşılıqlı şəkildə nəzərdən keçirilir və belə bir 
nəticə əldə edilir ki, sənət adamı istəsə belə, siyasətdən təcrid oluna 
bilməz, çünki o, cəmiyyətin tərkib hissəsidir və müəyyən zamanlar-
da siyasətə qatılmaq məcburiyyətindədir.  
“Ədəbiyyat və  gələcəyin cəmiyyəti” (“Edebiyat ve Geleceğin 
Toplumu”) adlı  məqalə “Sol yaxanın “çəmən  ətəkli” peyğəmbər-
ləri” (“Sol Yakanın Çayır Etekli Peygamberleri”), “Simvolik güclə-
rə qarşı savaş” (“Simgesel Güçlere Karşı Savaş”), “Əski ehkamlara 
qarşı yeni ölçülər” (“Eski Dogmalara Karşı Yeni Ölçüler”), “Ro-
man nədir?” kimi başlıqlardan ibarət olub, müasir ədəbiyyatda baş 
verənlər barəsindədir. Nəzəri tərəfləri ilə diqqəti cəlb edən araşdır-
mada simvolların  ədəbiyyatdakı rolu məsələsinə  də toxunulur: 
“…birtakım simgeler, düşünce, dil ya da üslupla hiç bir ilişkisi 
olmadan, herhangi bir nesneyi tanımlama işine koyulduğu noktada 
edebiyat başlar. Aslında, edebiyatı bir kuruluş olarak meydana geti-
ren yazılı simge ya da belirtilerin hiyerarşik niteliğidir. İşte bu nite-
lik, edebiyatı, tarihin üstüne çıkarır.” (Türkay, 1993: 171)  
Məqalədə Türkay ədəbiyyatın bugünkü vəziyyətindən də  bəhs 
edir. Ona görə, Floberlə əşyalaşmağa doğru gedən ədəbiyyat müasir 
dövrdə  tənəzzülün son həddindədir. Fransız  şairi Mallerme dili 
“öldürmüş”, ədəbiyyatı da onun “leşi” vəziyyətinə gətirmişdir. Ədə-
biyyat bir zamanlar heyran baxışları üzərində toplayan bir maraq 
idi, daha sonra yaradıcılıq fəaliyyəti oldu, ən sonunda isə “dili öl-
dürmə işi” prosesinə qoşuldu. İndi başqa bir dəyişikliyə uğramaqla 
yoxluğa dönməkdədir. Bu gün elə bir vəziyyətə  gəlib çatmışıq ki, 


Osman Türkayın poetik irsi 
 
 
188
“ədəbiyyatsız yazar” deyimini asanlıqla işlədə bilərik. Deməli, 
ədəbiyyatın sıfır dərəcəsində yaşayıb, sıfır dərəcəsində yazırıq.  
Məqalədə “roman nədir?”,- sualına da cavab verilir: “Roman, 
kuşkusuz ki, toplumların geçmiş ya da şimdiki yaşamını biçimlen-
direrek, geleceğin dünyasını kuran, duygu ve düşünce dünyamıza 
yön vermede çok etkili olan bir sanatdır. Roman dinamik toplumsal 
doğruların aynısıdır, bu doğruları yansıtır. Olanaksal bilincin ışığı 
altında gerçek bilinci inceler. Roman, sadece toplumsal durumların 
aynası olmakla da kalmaz, aynı zamanda, toplum için olumlu ve bi-
çimlendirici bir özellik taşır”. (Türkay, 1993: 176) 
Türkayın “Yaradıcılıq fəaliyyəti” (“Yaratış Eylemi”) başlıqlı 
məqaləsi Artur Kostlerin eyniadlı kitabı haqqında yazılmışdır. Ədi-
bə görə, iki cür yaradıcılıq fəaliyyəti mövcuddur: 
1. Təbii yaradıcılıq fəaliyyəti - öz-özünü yaradan, idarə edən, 
istehsal edən ağıl; 
2. Zehni yaradıcılıq fəaliyyəti - insan beyninin elm və sənət sa-
hələrində göstərdiyi fəaliyyət  
Onlar arasında əlaqə də iki baxımdan dəyərləndirilir: 
1.  Əgər insan təbiətin ayrılmaz parçası olub, onun tərkib hissə-
sinə daxildirsə, deməli, bu iki fəaliyyət arasında əlaqə vardır. 
2.  Əgər insan tərkib hissə yox, ayrıca bir varlıqdırsa, deməli, 
kainatın “təbii beyni” ilə insan beyni arasında əlaqə mövcud 
deyildir. 
Dini-fəlsəfi baxımdan birinci görüşün tərəfdarları materialist, 
ikinci baxışın tərəfdarları isə idealist sayıla bilərlər. Daha doğrusu, 
birinci görüş darvinizm kimi də izah oluna bilər. 
“Ədəbiyyat və strukturalizm” (“Edebiyat ve Yapısallık”) O.Tür-
kayın nəzəri mövzuda yazdığı  məqalələrindəndir. Tənqidçinin bil-
dirdiyinə görə, ədəbiyyat insanın içində özü ilə danışaraq bunu qə-
ləmə alma, sözlərlə forma qurma, bir dünya yaratma fəaliyyətidir. 
Belə ki, hər bir sözün özünəməxsus dünyası mövcuddur. Ədəbi nü-
munələr bu ayrı-ayrı “dünyacıqlar”dan təşkil olunur. 


Elmira Fikrətqızı 
 
189
Strukturalizmi  ədəbi, fəlsəfi və dilçilik cərəyanı kimi araşdıran 
Türkay məqalədə ədəbiyyat və dil məsələsinə də müraciət etmişdir: 
“Edebiyatta dil, bilimlerde olduğu gibi, bir araç değildir; edebiyatın 
varlığıdır, hamurudur. Çünkü edebiyatçı doğrudan doğruya dile kar-
şı sorumludur. Kısacası edebiyat dilin varlığı içindedir, dildən do-
ğar”. (Türkay, 1993: 179) Müəllifə görə, psixologiya, sosiologiya 
və tarix kimi elmlərin də dil ehtiyacı, hətta, dil qarşısında bir cavab-
dehliyi vardır. Amma bu, daha çox öyrətmək, başa salmaq, izah et-
mək baxımından diqqəti cəlb edir, yəni bu elmlər dildən daha çox 
vasitə kimi istifadə edirlər. Məhz bu cəhətlə də ədəbiyyat və digər 
elmlər bir-birindən fərqlənirlər.  
“1970-ci ilə başlarkən zaman baxımından düşüncələr” (“1970’e 
Girerken Zaman Çizgisinden Düşünceler”) adlı məqalə O.Türkayın 
fəlsəfi zaman anlayışını  əks etdirməklə yanaşı, 1969-cu ildə  bəşər 
övladının ilk dəfə yaşadığı  məkandan ayrılaraq bir başqa dünyaya 
ayaq açması ilə, daha doğrusu, amerikalı astronavt Nil Armstron-
qun Aya enməsi ilə əlaqədar olaraq yazılmışdır. Zaman mütəhərrik-
dir və 450 milyon il əvvəl ilk canlı varlığın, ilk balığın dənizdən qu-
ruya çıxaraq amibləşməyə, quruda yaşamağa çalışdığı an qədər 
möhtəşəm bu hadisənin əsası elmdə baş verən bir çox anlara – ixti-
ralara (Arximedin “Evrikası”, Nyutonun “alma”sı, Qalileyin “dünya 
kürəvidir” iddiası, Kopernikin “sistemin mərkəzində Günəşin da-
yanması” fikri, A.Eynşteynin enerjinin formulunu (E=mc2) müəy-
yən etməsi, N.Borun atomun tərkibini müəyyən etməyə yaxınlaş-
ması) söykənir. (Türkay, 1993:198) Bütün bunları  nəzərdə tutan 
Türkay sürrealizmdən və yeni kəşflərin hesabına baş verən dəyişik-
liklərin sənət aləminə  təsirindən də söhbət açır: “Atomların, elek-
tronların, positronların, nötronların, moleküllerin acayip dünyaları-
na inerek evrensel doğayı değiştiren bilim adamları gibi, çağımızın 
ruhunu kavrayan və kapsayan; iç uzayın, insan kafasının, insan 
ruhunun derinliklerine dalan sanat adamları da duygu, coşku ve dü-
şünce dünyalarımıza kazandırdıkları yeni boyutlarla toplumu değiş-
tirmişlerdir. Bilginler ve kozmonotlar, dış uzayı fethetmeye çalı-


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə