Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə52/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   48   49   50   51   52   53   54   55   ...   71

Osman Türkayın poetik irsi 
 
 
174
Əsərlərdən birincisi – “Ölümsüzlük acısı” “Bilqamıs” dastanının 
yazılı  ədəbiyyatdakı variantı, “Piramida üçlüyü” isə Misir mifolo-
giyasının müasir kosmoloji elmlə sintezidir. Bütövlükdə isə  şairin 
kosmos  əsri poeziyası ilə dram əsərləri arasında məzmun vəhdəti 
nəzərə çarpır.  
O.Türkay bir tərcüməçi şair kimi də fəaliyyət göstərərək, ingilis-
türk ədəbi əlaqələrində xüsusi rol oynamış, eləcə də, bir çox dünya 
şairlərinin əsərlərini türkcəyə çevirməklə modern düşüncə sistemi-
nin yerli ədəbiyyata daxil olmasına yardımçı olmuşdur. Qərb dün-
yasının və modernist şerin ünlü siması T.S.Eliotun “Seçmə şeirlər” 
kitabını, Pablo Nerudanın “Xatırlayıram səni” (“Anımsıyorum 
Seni”), “Ağ arı”, “Oynarsan belə hər gün”, “İşarətlədim vücudunun 
atlasını”, “Göyüzünün kənarında” (“Gökyüzünün Dışında”), “Qar-
maşıq kölgələr”, “Qadın vücudu”, “İşıqlar sarar səni”, “Terementi 
ilə  sərxoş”, Yevgeni Yevtuşenkonun “Yumor” (“Mizah”), Pietro 
Paulo Pasolinin “Analar balladası” (“Anneler Balladı”), Stefan 
Spenderin “Yoxsul qız” (“Yoksul Kız”), “Ultima Ratio Regium”, 
“Döyüş günlərində bir ata” (“Savaş Günlerinde Bir Baba”), “Döyüş 
vaxtı yuxuda bir cocuq” (“Savaş  Sırasında Uykuda Bir Çocuk”), 
“Dörd hissədə on beş misralı sonet” (“Dört Bölümde Onbeş Dizeli 
Sone”), Konrad Aykenin “Prelüd Lvi”, Kral Ceymsin “Melodiyalar 
melodiyası” (“Ezgiler Ezgisi”), Alan Rossun “Qar oteli”, “Boğaziçi 
sahil evlərində” (“Boğaziçi Yalılarında”), “Moskva havalimanı” və 
Mayakovskinin, eləcə də sadalamadığımız bir sıra şairlərin müxtəlif 
şeirlərini ana dilinə tərcümə edərək türk oxucusuna dünya poeziya-
sının üfüqlərini tanıtmışdır. Şübhəsiz ki, hər zaman bədii tərcümələr 
və ədəbi əlaqələr ədəbiyyatın inkişafına müəyyən xarakterik təsirini 
göstərə bilmişdir və bu tərcümə yaradıcılığının da Kıbrıs türk poezi-
yasında izi xüsusi araşdırmaya möhtacdır. 
Osman Türkay böyük, mühitinə, dövrünə təsir göstərə bilən sə-
nətkar olmuşdur. Hindistanlı müəllif Krişna Srinivas onu “Nobel” 
mükafatına namizəd göstərəndə bu xüsusiyyəti haqqında yazırdı: 
“Türkay, varlığın ötesine geçen, gizli güçlere sahip bir ozandır... 


Elmira Fikrətqızı 
 
175
Poe, Kierkegard, Rimbaud ve Van Gogh gibi büyük sanatçıların 
eşitidir. Türkay gibi büyük ozanlar her Yüzyılda bir gelir bu dünya-
ya” (Türkay, 1990: 360)  
Göründüyü kimi, Osman Türkay XX əsr Kıbrıs türk poeziyası-
nın ümumi inkişafına təsir göstərmişdir. O, bu poeziyada həm sim-
volizmin, həm də modernizmin banilərindən sayılmalıdır. Hər iki 
cərəyanla bağlı poetik fəaliyyətində o, ədəbiyyata novator şair kimi 
daxil olmuşdur. Türkay Kıbrıs türk poeziyasının həm məzmunca, 
həm də forma və üslub baxımından yeniləşməsində xüsusi və böyük 
rol oynamışdır. Zəngin, geniş  və  əhatəli yaradıcılığı ilə o, XX əsr 
dünya ədəbiyyatında və Kıbrıs türk poeziyasında böyük ədəbi şəx-
siyyət olaraq önəmli yer tutur. 


Osman Türkayın poetik irsi 
 
 
176
III Fəsil. OSMAN TÜRKAYIN  
ƏDƏBİ-TƏNQİDİ VƏ ESTETİK GÖRÜŞLƏRİ 
 
3.1. Kıbrıs türk ədəbiyyatına və  
müasir ədəbi cərəyanlara münasibəti 
 
Məlumdur ki, yazar və tənqidçi arasında qırılmaz əlaqə vardır və 
sağlam tənqid hər zaman ədəbiyyatın inkişafına xidmət göstərmiş
ədəbiyyatın meyl və istiqamətinin müəyyən edilməsində mühüm rol 
oynamışdır. Dünya ədəbiyyat təcrübəsindən bu da bəllidir ki, güclü 
tənqidçi güclü şair və yazıçını yetirmiş, güclü tənqid sanballı sənət 
əsərlərinin yaranmasının səbəblərindən biri olmuşdur. Aristotelin 
“Poetika”sının antik, Bualonun “Poeziya sənəti”nin klassisizm döv-
rünün incəsənəti, ədəbiyyat və mədəniyyətinə böyük təsiri bəlli olan 
həqiqətlərdəndir. Hətta, Aristotelin ədəbi, estetik, fəlsəfi fikirləri 
dövrümüzə qədər ayrı-ayrı elm sahələrində mühüm əhəmiyyət kəsb 
etmişdir. Klassisizm cərəyanının ədəbi nəzəriyyəsinin formalaşma-
sında da qədim yunan filosofunun tənqidi görüşləri əsas olaraq gö-
türülmüşdür. Eləcə də Fransa ədəbiyyatının klassisizm mərhələsinin 
böyük sənətkarları Molyer, Kornel, Rasinin yaradıcılığını, drama-
turgiya janrının müəyyən qəliblərdə inkişafını Bualosuz təsəvvür et-
mək mümkün deyildir. Bu isə tənqidin ədəbiyyatın inkişafında rolu-
nun daha bir danılmaz göstəricisidir və Osman Türkayın da ədəbi-
tənqidi, fəlsəfi, estetik məqalələri  ədəbiyyatın müəyyən səviyyədə 
inkişafına öz təsirini göstərmişdir. Onun bədii yaradıcılığı geniş 
mövzu dairəsinə malik olduğu kimi, tənqid sahəsində görüşləri də 
çoxsahəlidir. 
İlk növbədə qeyd edək ki, Türkayın tənqidi görüşləri yalnız Kıb-
rıs türk poeziyasını deyil, klassik və müasir dünya ədəbiyyatını da 
əhatə edir. 
Əsrlər boyu tənqidçilərin mötəbər bir qaynaq kimi istinad etdik-
ləri Aristotelin “Poetika” əsəri də daxil olmaqla, Qərb və Şərq ədə-


Elmira Fikrətqızı 
 
177
biyyatının, mədəniyyətinin özünəməxsus şəkildə bəzən analitik, bə-
zən də ötəri  şəkildə  təhlilini verən O.Türkay ədəbiyyatşünaslıq el-
minin hər üç bölməsinə aid məqalələr yazmışdır. O həmçinin dilçi-
liklə bağlı “Sosioloji baxımdan  ədəbiyyat, tənqid və semantika” 
(“İnsanbilim Açısından: Edebiyat, Eleştiri ve Anlambilim ”), “Dil 
haqqında bir müsahibə” (Dil Üstüne Bir Söyleşi) kimi məqalələrin 
də müəllifidir. Ümumiyyətlə, onun “Ədəbiyyat, tənqid və dil haq-
qında düşüncələr” (“Edebiyat, Eleştiri ve Dil Üstüne Düşünceler”) 
adlı kitabında müxtəlif mövzularda təxminən 37 məqaləsi toplan-
mışdır. Bu, Türkayın tənqidi yaradıcılığını bütünlükdə deyil, yalnız 
Türkiyə mətbuatında dərc olunanları əhatə edir. Bundan əlavə, ədə-
biyyatla bağlı düşüncələri onun müsahibələrində  də ifadəsini tap-
mışdır. Məsələn, Handan Özkök adlı jurnalistə sənətə qədəm qoy-
masının 50-ci ildönümü münasibəti ilə verdiyi müsahibədə  Kıbrıs 
türk poeziyası, xüsusilə  də  İlkay Adalı  və  Nəriman Cahidin yara-
dıcılığı ilə bağlı olaraq aşağıdakıları bildirmişdir: “İlkay Adalı, ger-
çekten son zamanlarda şurada burada yayınladığı lirik şiirleri ile bir 
yandan kadınsı duyarlığını okucuya aktarırken, öte yandan da in-
sanların kardeşliği ilkesine dayanarak savaşların vahşet, barışın ise 
tek kurtuluş yolu olduğuna ilişkin ilginç deyişler sunmaktadır. Öte 
yandan Neriman Cahit nisbeten sönük kalan şairliğine karşı, hele 
kadın konularını işleyen çabası her zaman anımsanması gereken bir 
usta dillilikle düzyazılarında apaydın ortaya koyabilmektedir. Yani 
usta bir kadın yazarımızdır. Öte yandan, şiir alanında, herkes kendi 
kendine hayran gibi görünmekte… Yayınlanan birkaç kalbürüstü 
yapıt da tam olarak incelenip değerlendirilmemektedir. Her kişi 
kendine dost görünenleri övüyor, düşman gördüklerini de hasıral-
tına saklamak eğilimindedir”. (Toplumun Sesi, 1993: 29) Ümumiy-
yətlə, qeyd edək ki, Kıbrıs türk ədəbi ictimaiyyəti tərəfindən şairin 
özünə də birmənalı münasibət olmamışdır. 
Türkayın müasir Kıbrıs türk poeziyasının  ən məşhur nümayən-
dələrindən olan Özker Yaşına həsr etdiyi “O yalnız Kıbrısın insan-
larını yazdı” adlı məqaləsində bu vətənpərvər şairin ədəbiyyat, tarix 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə