Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə37/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   33   34   35   36   37   38   39   40   ...   71

Elmira Fikrətqızı 
 
121
gah “quşun yolu”, gah başqa dünyaya aparan ruhun yolu, gah da 
Yerin Kosmosa bağlandığı kəndir kimi izah edilir (Mifoloqiçeskiy 
slovar, 1990: 659). 
Göy əski türk düşüncəsində Tanrının simvolu idi (Bəydili, 2003: 
134). O. Türkay isə kosmosa “Ana” deyə müraciət edir, daha doğ-
rusu, bu mənada kosmos “Ana Göy” anlayışından daha həcmli an-
lam kəsb edir: 
 
Kucağına yaslanmamın nedenini sen anlat ey Kozmik Ana 
… Bizi sen yarattın ateşten, sudan 
Sen büyüttün emzirerek sütünü sonsuz aydınlıkların. 
 (Türkay, 1990: 236) 
 
Şair səma cisimlərinin kainatdakı daimi hərəkətini atomların 
(molekulların) yerdəyişməsinə bənzədir və bunu Tanrısal simfoniya 
adlandırır. 
Əgər Ağ Yol Kosmik Ananın üzünün bir cizgisidirsə,  şair XX 
əsrdə kosmosa uçan yolçuların digər gizli və sirli obyektləri də aş-
kara çıxaracağına əmindir. 
Bəzi misralarda Allahın məkansızlığı  və Yerdə, Göydə, hər bir 
varlıqda olması fikri Türkay tərəfindən kosmos üzərinə köçürülür: 
 
Kimse onu görmedi, göremedi, düşündü kavrayamadı 
Çözmek ne demek gökyüzünün  
En güzel gözlerinin derinliği 
Bilimin saltık gücü, sanatın büyüsü. 
 (Türkay, 1990: 246) 
Hələ ki, elmin mütləq qüdrəti kainati tam fəth edə, sənətin qüd-
rəti isə Tanrının varlığını açıqlaya bilmir, Allahın və Kainatlar sis-
teminin məkan və zamanca sonsuzluğu dərketmə prosesini çətinləş-
dirir.  
Dastanın X bölümündə Semperfidelis yanındakı teyf qadının 
əlini əlinə alaraq yuxuya gedir və bir-birinin ardınca yeddi düş (yu-


Osman Türkayın poetik irsi 
 
 
122
xu) görür. Təbii ki, yeddi sayı burada öz müqəddəsliyini saxlayır və 
onun nəyi ifadə etdiyini irəlidə müəyyənləşdirəcəyik.  
“Üçüncü düş”də Türkay yenidən mifologiyaya müraciət edir. Bu 
mərhələdə o, göy daşından yonulmuş Buddanı, kosmosdan yer üzü-
nə enən Brəhməni görür. Müəllifin Hind mifoloji obrazlarına üz tut-
masının səbəbi isə özünün verdiyi açıqlamada şərhini tapır: “Uzay 
çağı şiiri yazmak kolay değildir. Kişinin kendine göre felsefesi, kül-
türü, sanat gücü, yaratıcılığı olması gerekir. Hintliler bu yönde en 
başarılılar. Çünkü Hintliler mitolojilerinde Tanrıları uzaydan gelen 
yolcular olarak algılamışlır, kısaca sanatları ve edebiyatları gırtlağa 
kadar mistisizmin içine gömülmüş durumdadır.” (Yalçın, 1998: 58) 
Dastanda deyilir ki, 4 milyard 300 milyon dünya ilinə bərabər za-
manı bir gün içində gerçəkləşdirərək öz planetinə dönən ilk kəşfçi-
nin yaddaşını araşdıran zaman Himalaya və 420.000 yüksəklikdən 
axan Qanq çayına təsadüf edilir. Dini kitablarda, o cümlədən “Qu-
rani-Kərim”də (1993: 31;10) suyun səmadan endirilməsinə dair mə-
lumatlar vardır.  
 
 
Gördüğüm düş kendini tanımladı 
Hint göklerinde gizemli ilk uzay adamları.  
(Türkay, 1990: 263) 
 
“Mahabharata və Ramayana” dastanından yaxşı tanıdığımız 
Yudhiştiranın da adı çəkilən bu röyada, Adəm və Həvvadan da bəhs 
edilir. Onlar Yer üzündə Göydən – Tanrının dərgahından qovulmuş 
ilk insandırlar: 
Gizlenen öyküdür fısıldanan kulaklarıma 
Adem ile Havva kuş oldu kondu hurmalara 
Hindistan cevizinde, ağaçta yaprak.  
(Türkay, 1990: 263) 
 


Elmira Fikrətqızı 
 
123
“Yeddinci düş”də  şimşək çaxır və buluda oxşar işıq görünür. 
Burada təsvir edilən rənglər işığın spektrlərini, diskə bənzər kosmik 
nəqliyyat isə Qalaktikanın kürəvi ulduz topaları sistemi ilə birlikdə 
sxematik təsvirini yada salır. Bu görüntüdən vəcdə  gələn Semper-
fidelis işığı özünün təbii kitabı (“doğal kitabım”) adlandırır və çox 
ehtimal ki, bununla da türkün işıqla bağlı mifoloji mətnlərinə işarə 
edir: 
 
Sordum gökyüzünü örten karanlıklara  
Ve yıldızlara: Işık sen nesin 
Işık sen neredesin? Açıkla kimliğini 
Işık benim ışığım, en doğal kitabım.  
(Türkay, 1990: 272) 
 
Röyasının bu mərhələsində Ostür “Sempiternus diye daima baki 
kalan Kainat Ozanı” ilə qarşılaşır və Türkayın modern dastanındakı 
bu obraz müəyyən cizgiləri ilə Dədə Qorqudu xatırladır. Dədə Qor-
qudun kamil bilici olması, gələcəkdən xəbərlər verməsi və ozanlığı 
Sempiternus obrazının da xarakterik xüsusiyyətlərindəndir. 
Semperfidelisin Kainatlar Ozanı ilə qarşılaşmasından öncə 
NUO-lara oxşar məxluqların təsvirinin verilməsi də maraq doğurur. 
Bu qeyri-adi varlıqlar ona Asiya nilufərini – lotosu təqdim edirlər, 
Semperfidelis çiçəyin ağ südünü içdikcə yaddaşını itirir və diskdən 
xortum kimi işıq uzanaraq onu içinə alır. Mistik varlıqlar onun qu-
lağına və yaxasına müəyyən cihazlar taxırlar ki, bir-birlərinin danış-
dıqlarını anlasınlar. Kainatlar Ozanının sarayına daxil olan Semper-
fidelis iki gənc qadınla rastlaşır və o, artıq yaddaşını itirib, bütün 
kainatları özünə vətən saysa da, qızlardan birinin gözləri hafizəsin-
də “şimşəklər çaxdırır”. 
Türkayın “ışık soylarından yaratıklar” deyə  vəsf etdiyi bu göy 
varlıqlarının keçirdikləri ayinin təsviri də sinkretik təsəvvürün ifadə-
sidir. Ayinin sonunda ağ alovdan keçən ruhlar arınıb təmizlənirlər. 
Bu ayinə qoşulan Ostür də yalnız kristal badədə mey (şurup-sirop) 


Osman Türkayın poetik irsi 
 
 
124
içib ağ alovda (“narı-beyza”) təmizləndikdən sonra Kainatlar Ozanı 
Sempiternusla görüşməyə müvəffəq olur. Əsərdə  təsəvvüfi görüş-
lərdə “nur” (işıq), “nar” (od), vüsala qovuşduran ilahi şərab və s. haq-
qındakı anlayışların açıq izləri görünməkdədir
26
. Lakin Ostürün 
“təmizlənmə mərasimi”nin davamı olaraq ozan kürəyindəki önü ma-
vi, arxası siyah əbasını çıxarıb ona geyindirir və vücudu, fiziki varlığı 
yanır, ruhu qalır. Müridə də müəyyən mərhələdən sonra mürşidi xir-
qə geyindirir. Türkayın islam mistisizmini dərindən bilməsi də əsərdə 
yer alan motivlərdən aşkar görünür. Ostür əl bağlayıb Kainatlar 
Ozanının hüzurunda dayanır. Saçları dağınıq bulud kütlələrinə  bən-
zəyən və geniş mavi gözləri olan Sempiternus sarayın şərq və qərbin-
də dayanmış iki şahanə qadın heykəlindən hansını seçdiyini soruşur. 
Cavab Kainatlar Şəfəqi olur. Ozan onu müxtəlif avtomatik cihazların 
yerləşdiyi masasına aparır və düymələrə basaraq yeddi hissəli kristal 
bir mexanizmi işə salır. 
Beləliklə, Sempiternus Kainat Şəfəqini seçən Semperfidelisə 
Metaqalaktikanın modelini göstərərək müəyyən izahatlar verir: 
 
Bu gördüğün  
bileşik kainatların bir modelidir 
ana kainat ortada … ötekiler uyduları. 
 (Türkay, 1990: 294) 
 
Qalaktikanın ulduzlar və müxtəlif peyklərinin mərkəz  ətrafında 
dövr etməsi məlum bir həqiqətdir. Türkay bunları “Tanrıya məxsus 
bağça” adlandırır. 
Müasir kosmoloji təsəvvürlərdə bu barədə yazılır: “Kosmik bir-
liyin ucqarlarında nazik mənəvi materiya yetişdirilməsi üzrə  sıx 
                                                           
26
 Bu barədə geniş məlumat üçün bax: Elmira Məmmədova. Çağdaş Kıbrıs türk şe-
rində  vəhdəti-vücud nəzəriyyəsinin poetik ifadəsi (Osman Türkayın yaradıcılığı 
əsasında). Şərq və Qərb: Ümumi Mənəvi Dəyərlər, Elmi-Mədəni Əlaqələr Beynəl-
xalq Sempoziumu, Azərbaycan Milli Elmlər Akademiyası-Oxford Universiteti, 
Bakı, 10-13 oktyabr  


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə