Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə33/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   29   30   31   32   33   34   35   36   ...   71

Osman Türkayın poetik irsi 
 
 
108
Göründüyü kimi, Türkay bu əsərini yazan zaman Hind dini-mi-
foloji sisteminə istinad etmişdir. Bu sistemdə Dharma xüsusi mə-
nada  ədalət qoruyucusu olan ilahi müdrikliyi, ümumi anlamda isə 
dini prinsipləri bildirir (Mifoloqiçeskiy, 1991: 201) ki, şairə görə, 
öz Qiyamətini hazırlamış  bəşəriyyətə hansısa dharmaların kömək 
edəcəyini gözləmək əbəsdir. O, artıq özünü cəhənnəm odunun içinə 
atmışdır və Od tanrısı Aqninin qucağında can verməkdədir. Dün-
yanın sonunun təzahürləri görünməkdə, təkayaqlı Hind tanrısı yas 
saxlamaqdadır. Məlumdur ki, Hind mifologiyasında Aqni yeddi dili 
olan Allahdır və şeirdə:  
  
 Yedi güneş
22
 doğmuş, yedi kızıl gözlü canavar 
 Emdiler özsuyunu ovaların, dağların 
 Emdiler yedi denizin suyunu kuruttular.  
(Türkay, 1975: 40) 
 
-  şəklində yad olunur. O həm də  bəzən Günəşlə eyniləşdirilir. 
Nəhayət, atəş  və su, işıq və qaranlığın görüşməsi baş verir və  hər 
yer qaranlığa qərq olur. 
  
 Düştü her yana karanlık, kalki ya da bir ölümde korku  
 Kırlar göğerdi, Brahma söyle Lotus doğmayacak mı?  
 (Türkay, 1975: 40) 
Hind mifologiyasından bilirik ki, Brəhmənin yaranma variant-
larından biri də onun ilkin okean sularında üzən Vişnanın göbə-
yində bitən şanagüllə çiçəyindən doğulmasıdır. Qədim hind dünya-
görüşünə görə, kosmik tsikl aşağıdakı  şəkildə baş verir: “Brəhmə 
tərəfindən yaradılan dünya və bütün canlılar tsiklik olaraq mövcud-
                                                           
22
 “
Mitolojiler Sözlüyü”ndə kosmik yanğın altbaşlığında bu hadisə haqqında qeyd olunur: 
“Puranalar’ın birçoğunda paralaya’yı anlatan “rengârenk” hikâyeye bakılırsa, her şey uzun 
bir kuraklık dönemi ile başlar ve tüm canlılar yavaş yavaş güçsüzleşir. Sonra güneş her 
zamankinden daha da fazla ışıldayarak yediye bölünür ve yangın başlamadan önce üçlü 
dünyanın tüm nemini emer”. (Antik Dünya ve Geleneksel Toplumlarda Dinler ve Mitolojiler 
Sözlüğü, Yön.: Yves Bonnefoy, Dost Kitabevi Yayınları, I. cilt. Ankara, 2000)
 


Elmira Fikrətqızı 
 
109
dur. Hər bir tsikl isə Brəhmənin həyatının bir gününə  bərabərdir. 
Onun həyatının bir günü isə 2160000000 ilə  bərabərdir. Bütün bu 
vaxtdan sonra hər  şey odda məhv ediləcəkdir. Sonra isə Brəhmə 
dünyanı  təzədən yaradacaqdır. Hindlilərin kosmoqonik ənənəsinə 
görə isə bu proses Brəhmənin 100 illik ömrü boyu uzanacaq, sonra 
isə bütün kainat ilkin vəziyyətinə qayıdacaqdır” (Şükürov, 1996: 
76). 
Əsərin üçüncü hissəsində özünü yer üzü sivilizasiyasının “yıkım 
ve kıyım gecelerinde” qan və işgəncə dəlisi vəhşi vampir adlandıran 
müəllif bəşəriyyətin gözü bağlı halda iztirab zirzəmilərinə aparıl-
dığını və maskalı yeddi hakimin onların gövdələrini yarıb, ruhlarını 
atəşə tutduqlarını yazır. Daha doğrusu, o, bəşəriyyət ilə “para” (pul) 
adlı bir oyun oynamış və qumarda qalib gəlmişdir. 
Dördüncü hissədə  həmin yeddi hakim əllərində silah kimlərisə 
nişan alırlar. Bəlkə  də, onlar dünyaya hakimlik etmək niyyətində 
olan hegemon dövlətlərin liderləridir ki, daima silahlanmada yarışa 
girərək bəşəriyyəti qorxu və təhlükə altında saxlayırlar. Sonda Tür-
kay yenə də Hind mifologiyasına üz tutaraq nə vaxtsa yeni bir dün-
yanın doğacağını gözləməkdədir: 
Durmuşlar, nişan alıyorlar, ama bu silahlar 
Hep böyle susup konuşacaklar mı 
Konuştukca acaba kimleri ateşle yargılayacaklar 
Sordum: Lotus açmadan önce Brahmanın göbeğinden 
 doğacak evren ne  
Kanın yakarışı çağlayıp indi yüreğime.  
 (Türkay, 1975: 42) 
“Riqveda”nın “İlk insan haqqında” himnində Brəhmə ilə eyni-
ləşdirilən Puruşanı qurban verən Allahlar dünyanı yaratmağa baş-
layırlar və onun ağzından, ruhundan, gözlərindən, belindən, nəfə-
sindən və s. hissələrindən müxtəlif varlıqlar yaranır (Şükürov, 
1996: 142). 


Osman Türkayın poetik irsi 
 
 
110
Türkay da verilən qurbanların, Qiyamətin yeni bir dünya yarada-
cağına, beləliklə, kosmik qaydaların qorunub saxlanacağına inan-
maqdadır. 
Hakimlərin sayının yeddi olması əsərin təhlilində digər bir fikir 
qatını da istisna etmir. Məlumdur ki, “Riqveda”da yeddi rişidən 
bəhs edilir. Hind dini-mifoloji sistemində allahlar və pitrilərdən 
sonra, “üçüncü yerdə duran rişilər miflər və  əfsanələrdə allahların 
iradə və göstərişlərinin şərhçisi və bələdçisi kimi təsvir edilir. Onlar 
bir növ allahlar dünyası ilə insanlar arasında  əlaqələndirici halqa 
rolunu oynayırlar” (Şükürov, 1996: 63). Təbii ki, əsərdə kosmosdan 
insanları müşahidə edən bu rişilər  əllərində silah tutaraq hansısa 
sərhədləri ötüb keçməyə çalışan insanları  cəzalandırmağa xidmət 
edirlər. Rişilərin Böyük ayı bürcü ilə  əlaqədə izah olunması, adla-
rının ulduz və planet adları ilə üst-üstə düşməsi kosmos şairinin 
onlarla bağlı motivlərdən istifadə etməsinə səbəb olmuşdur. Bundan 
əlavə, Ağayar Şükürovun yazdığına görə, “onların bacarıqları içəri-
sində planetlərə təsir göstərmək də vardır” (Şükürov, 1996: 107). 
“Gün batarkən Qiyamət” şeri də torpağın üstündə olan hüznlər-
dən xəbər verərək daha real bir biçimdə qürub zamanı ölən dünya-
nın faciəvi sonluğunu təsvir etməkdədir. Ümumiyyətlə, Osman Tür-
kayın “Qiyamət günü müşahidəçiləri” kitabında ölüm, dünyanın so-
nu və s. kimi bədbin mövzularla bağlı əsərlər əsas yer tutmaqdadır: 
“Yerdə hüzn, göydə xaos”, “Ölümü bir dar ağacında sonsuzlaşan”, 
“Təccalın türküsü”, “Ölümün maskasında işgəncə” və s. Aşağıdakı 
misralar sonuncu şeirdəndir: 
 
 Yaşam işte budur: Bir intihar makinesi, 
 Çeliğin hortlakları, ateşin özü  
 Bir şeytanca dişli çark, bu korkunç görüntü.  
(Türkay, 1975: 48)  
 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə