Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə32/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   28   29   30   31   32   33   34   35   ...   71

Elmira Fikrətqızı 
 
105
Poemanın “Afrika” hissəsində Misir miflərinə geniş şəkildə mü-
raciət edilmişdir. Xüsusilə də Osiris və Setlə bağlı motivlər əsas yer 
tutmaqdadır. K.Srinivasa görə, müasir dünyada imperializmə, müs-
təmləkəçiliyə qarşı aparılan mücadilə bu iki Allah arasında gedən 
döyüşdə Xeyirlə Şərin, tərəqqi ilə tənəzzülün ziddiyyətli mübarizə-
lərinin klassik ifadəsidir. (Türkay, 1989: 8) 
Əsərin “Amerika” hissəsində isə daha çox kosmik əsrdə insanın 
əldə etdiyi elmi nailiyyətlərdən bəhs edilir və onun faydalı  və  zə-
rərli cəhətləri diqqət mərkəzinə çəkilir. Bölmənin sonunda şair dör-
düncü nüvə müharibəsini təsvir edir və yerin yanıb, göyün alt-üst 
olması nəticəsində səmanın qırıntılarını yığdığını və Prometeyin in-
tihar etdiyini yazır. 
Poemanın “Avropa” adlı hissəsi “kosmik düşüncə”lərin işığında 
yazılmışdır. İnsan şüuru ilə zamanın üç ölçüsünü müqayisədə verən 
şair Asiyanı keçmiş, Avropanı isə  gələcək zaman şəklində  təqdim 
edərək, əslində hər ikisinin indiki acınacaqlı və çıxılmaz vəziyyətini 
təsvir edir. 
Şübhəsiz, Asiyanın keçmiş, Avropanın isə müasir zamanı sim-
volizə etməsi bəşər tarixində birincinin daha qədimliyi ilə bağlıdır. 
Həm də biri tənəzzülün, digəri isə tərəqqinin rəmzidir. Lakin ikin-
cinin yüksəlişində birincinin əvəzedilməz rolu vardır. Daha doğ-
rusu, müasir şəraitdə Qərbin elmi-texniki səviyyədə kəşfləri Şərqin 
unudulmuş, ən əski dövrlərində qalmış, kosmik miflərdə əks olun-
muşdur. 
Əgər Asiya çağdaş dövrdə acınacaqlı  vəziyyətdədirsə, Avropa-
nın halı ondan da pisdir. O, başdan-ayağa böhran içindədir. Beton 
ormanları arasında yaşayan Avropa insanları robotlaşmağa doğru 
getməklə bir çox insani dəyərlərini itirmişlər. 
Qərbin London, Paris, Roma, Afina kimi şəhərlərindən müxtəlif 
mənzərələr təqdim edilən hissənin sonunda saatlar durmadan bütün 
Avropa üçün cəhənnəm zənglərini səsləndirməkdədir.  İnsanın in-
sanlıqdan çıxdığı məkanda əcəl zəngləri həmin fövqəl insandan ötrü 
çalınır ki, o mənəvi baxımdan tənəzzülə  uğramış, elm və texnika 


Osman Türkayın poetik irsi 
 
 
106
vasitəsilə öz qəbrini özü qazmışdır. Xristian dünyagörüşündən irəli 
gələn bu motiv E.Heminqueyin “Əcəl zəngi kimin üçün çalınır?” 
əsərinin də başlığında və məzmununda əks olunmuşdur.  
“Avropa”nın ikinci hissəsi Prometeyə ithaf olunmuşdur. Yəqin 
ki, bu mifik qəhrəmana üz tutmaqda şairin məqsədi kabuslar dola-
şan dünyamızın yeni “xilaskarlıq dövrü”ndə göylərdən gələcək yeni 
qəhrəmanlar gözləməsinə eyham vurmaqdır. 
Üçüncü bölüm özlüyündə on altı elegiya xarakterli hissəyə ayrıl-
mışdır. Guya ki, Yeddinci Elm Çağına aid bir zamanda yazılmış bu 
elegiyaları şair verdiyi müsahibələrdən birində belə izah edir: “Evrenin 
Düşünde Gezgin” kitabımda yayınlanan “Avrupa” başlıklı uzun şiiri-
min sonunda yer alan “Yazıtlar”ı dünyanın mezartaşı kitabeleri olarak 
yazmıştım. Dünya uzak olmayan bir gelecekte tufanla değil, yangınla 
batacaktır eğer başıboş felakete gitmekte olan gemiyi ya da treni 
kontrol edemezsek. Bir kez ozon tabakasını kaybedersek, doğanın yeni 
bir ozon tabakası meydana getirebilmesi için binlerce yıl geçmiş olası 
gerekecek. İşte o zaman, dünyamızı başka, bize benzer gezegenlerden 
gelecek olan insanlar işgal edecek. Arkeolojik incelemeler sonucunda 
hatalarımızı meydana çıkaracaklar ve kendileri bu yanılgıya düşme-
meye çalışacaklardır.” (Toplumun Sesi, 1993: 32) 
Həqiqətən də, bu elegiyalarda bizdən əsrlər, eralar sonra dəniz-
ləri quruyan, bir yığın külə çevrilən planetimizdən ölüm səhnələrini 
təqdim edən Türkay bəşəriyyətin  əcəl zəngini çalmaqla yatmış in-
sanlığı oyatmağa çalışır ki, hələ gec olmadan lazımi nəticələr çıxa-
rılsın. Uşaqlıq xatirələrində  gəmiyə  bənzətdiyi dünyamızı alovlar 
bürümüş, müəyyən müddət sonra isə soyuğa təslim olmuş halda təs-
vir edən şair bu dörd qitənin timsalında hər kəsi baş verə biləcək fə-
lakətlər qarşısında birləşməyə çağırır.  
 “Qiyamət günü müşahidəçiləri”  əsəri də bu məzmunda yazıl-
mışdır. Müqəddəs kitablarda dünya düzəninin itəcəyi gün Qiyamə-
tin qopacağından xəbər verilir. Bu gün hər kəsin savab və günahı 
ilahi mizan-tərəzidə ölçülərək  əbədi dünyadakı yeri müəyyən 


Elmira Fikrətqızı 
 
107
ediləcəkdir. Şeirdə də, təbii ki, Qiyamətlə bağlı dini görüşlərdən is-
tifadə edilmişdir: 
 
Dağların kocaman yüreğini, suların gürleyen  
                                                           sesini dinlediler 
Nice uzak dünyalardan iri teleskop gözleriyle ışıl-ışıl  
İnsanın ruhunu, özdeğin iç yapısını incelediler 
 
Zehirin etkisi, ışığın, hızın yıkım gücü ne 
Güneşleri çekerek altlarına dörtnala koşan atlar gibi 
Baktılar bir yaratış eyleminde insanın gözlerine. 
 (Türkay, 1975: 39) 
 
İnsanları  tədqiq edən kosmik müşahidəçilər onların gözlərində 
iki zidd aləmlə qarşılaşırlar: ruhun sonsuzluğu və beynin (zəkanın) 
məhdudlaşdırıcı mühakimə qaydası. Belə bir nəticə əldə edilir ki, ya 
ruh buxarlanmış, ya da beyin “göyləşmişdir” və  əgər göy sistem
strukturdursa, buxar sərhədsizlikdir. Buxarlanan insan ruhunu Tan-
rılar da bir bulud şəklində tərk etmişlər və buna görə də göy üzü yi-
yəsiz qalmış, ölgün hala düşmüşdür. Müasir insanın ruh və bey-
nində gedən bu prosesləri şair elə məhz onun Qiyaməti kimi qəbul 
edir.  Əgər insanın ruhu onu tərk edirsə  və o, zəkanın diqtə etdiyi 
çərçivələr arasında yaşayırsa, deməli, o özü-özünün Qiyamətini ha-
zırlamışdır.  İnsan həm ruh, həm də materiya baxımından ölümə 
məhkum olunmuşdur. 
Əsərin ikinci hissəsində Qiyamət anı, kosmosdan xaosa keçid 
məqamı təsvir edilmişdir: 
Kurtuluş ne Dharma tükenib ölmekte olana  
Evren kurumuş, insan boşalmış, doğa pörsüyen meme 
Ki çürüyüp dökülmekte Ateş Tanrısının kurşağına.  
 (Türkay, 1975: 40) 
 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə