Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə28/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   24   25   26   27   28   29   30   31   ...   71

Osman Türkayın poetik irsi 
 
 
92
Bu misralar vəhdəti-vücud fəlsəfəsində xüsusi yeri olan bir qay-
naqdan, Allah nurundan qopub gələn canların cismani ölümdən ruh 
şəklində yenidən ona qayıdışı ideyasını xatırlatmaqdadır. Həm də 
Türkaya görə, keçib gəldiyimiz yollar parıltılarla qaranlıqların qarı-
şığından ibarətdir. 
Göy üzü məxluqlarının varlığına inanan şair eyni zamanda dai-
ma onları aramaqda, çağırışlarına hansısa qalaktikalardan əks-səda 
gələcəyini gözləməkdədir. 
“Fəzavi  əks-sədalar” (“Evrensel Yankılar”) başlıqlı  şeirdə  də 
şairin müraciətləri naməlum boşluqlarda əks-səda verməkdədir. 
O.Türkayın kosmos mövzusuna aid poemalarından biri məşhur al-
man bəstəkarı L.V.Bethovenin doğumunun 200-cü ildönümünə həsr 
olunmuşdur və “Bethovendə aydınlığa oyanmaq” adlanır.  Şair poe-
maya Şiller və Keplerdən epiqraflar verməklə başlayır. “Jeometri ev-
renin yaratılışından önce de vardı, Tanrının dehası ile birlikte varol-
muştur, Tanrının ta kendisidir. Müziğin ve göksel cisimlerin devi-
nimlerinin gizini elinde tutan kutsal sayıların dansı, insan usu ile ani-
ma mundi denilen Yaratşın usunu gizemli bir biçimde birleştiren bir 
ögedir”. (Türkay, 1970: 5) Bu əsərində Bethovenin iç kainatını kəşfə 
çıxan Türkay onu bütün qalaktikalarda cazibə, ya da qalaktikalar 
arasında qorxunc bir abidə hesab edir. Təbii ki, Bethovenin şəxsi hə-
yatına da işarələr olan əsərdə, epiqrafdan göründüyü kimi, yara-
dıcılıq, ilham, sənətkarın gizli və sehrli dünyası, psixologiyası və s. 
ilə bağlı məsələlər kosmosla əlaqədə verilməkdədir. Ehtiras, doğum 
və ölümü həyatımızın “üç peşmanlıq çiçəyi” adlandıran Türkay bə-
zən kosmosdan yerə enərək, həqiqət kimi görünən saxtakarlıqlara da 
aydınlıq gətirməkdə, daha doğrusu, yaşam tərzimizdə  vərdiş etdiyi-
miz bir çox adiliklərə başqa gözlə baxmaqdadır: 
 
Yasa, bayağı korkaklık, 
Din, bulutlarda yürümek. 
Deger, kağıt paralarda numara 
Ölümsüzlük, bir yığın hiçlik.         
(Türkay, 1970: 18) 
 


Elmira Fikrətqızı 
 
93
Həm məzmun, həm də forma baxımından mürəkkəb struktura 
malik əsərdə Bethovenin qüdrəti dolayı yolla onun kainatın geniş-
liyini,  əsrarəngizliyini anlaması ilə bağlanır. Mehmet Kaplan şeir 
haqqında aşağıdakıları qeyd edir: “Çağdaş  şiirle karşılaşmayan bir 
okuyucu bu şiiri yadırgayacaktır. Fakat kendi “varlığının dar hen-
dese”sini aşmak isteyen bir kimse, yabancı görüş ve denemeleri de 
tanımaya çalışmalıdır. Çevre ve insan kendi kendine, alışkanlıkla-
rından ve basmakalıp fikirlerden bir koza örer. Hayâllerin en hür şe-
kilde geliştiği  şiir, bir kurtuluş ve yeniden doğuştur.” (http-
://09aydinkirman52-90tr.spaces.live.com/default.aspx-09.08.08) 
O.Türkayın kosmos poeziyasına aid əsərlərindən biri də “Ay 
üçün rekviyem” adlanır. XX əsrdə maddənin atomik mahiyyətinə 
varmaq, bir çox elmi kəşflər nəticəsində əşyanı göründüyü şəkildə 
deyil, olduğu kimi qavramaq bəzən romantik təsəvvürlərə sarsıdıcı 
zərbələr vururdu. Bu şeir də Ayın səthinə ilk nəzər salanlardan olan 
astronavt Frank Bormanın təəssüf dolu təəssüratlarının rekviyem 
şəklinə salınmış formasıdır. Xüsusilə, klassik Şərq poeziyasında gö-
zəlliyi vəsf edilən, bu mənada bir çox təşbihlərdə istifadə olunan 
Ayın  əslində  işıq skeletinə dönməsi və “kraterlər leşi” ilə dolması 
həm  şairin, həm də astronavtın hüznünə  səbəb olmuşdur. Həm də 
nəzərə alaq ki, O.Türkay ilk poetik nümunələrində simvolist şair idi 
və Ay poetik funksiyasında nəyisə  rəmzləndirirdi. Bir sıra kosmik 
nailiyyətlər Türkayı sevindirsə  də, Yerin təbii peyki olan bu səma 
cisminin gerçək mənzərəsi onun şair ruhunu sarsıtmaya bilmir və o
“Ay tanrıça”sına “dur, getmə”, - deyə  səslənsə  də, onun müxatibi 
kraterlər leşi yox, simvolik poeziyasında “yaşayan” Aydır: 
 
Dur gitme, 
Anımsa bir kez yıldızlarla yüklü 
Uzun geceleri 
yeminleri 
sevişmeyi. 
 (Türkay, 1970: 61) 


Osman Türkayın poetik irsi 
 
 
94
O.Türkay yaradıcılığında  Şərqlə, Asiya ilə bağlı mövzular da 
əsas yer tutur
21
. “Dan yerində sayıqlama”  şeri də  əslində Asiyanı 
(Gündoğan) simvollaşdırır və burada gah mifologiyaya toxunulur
gah da qlobal problemlərdən bəhs olunur: 
 
Asya üzerinde uçuyormuşum şimdi 
Toplar güm-güm 
Açlar başkaldırmış 
Ölmüş  
Ölüm.  
(Türkay, 1970: 67) 
 
Bu misralardan sonra şairin “Biq Ben”ə xitabla: “tacımı yitir-
dim, taht sende”, - deməsi müasir dövrdə dünya hakimiyyətinin 
Şərqdən Qərbə ötürüldüyünə işarədir. 
Digər bir şerində isə:  “Hey yeryuvarlağında en ulu kayam, as-
yam heyy”, - deyə müraciət edən Türkay bununla türk mifologiyası-
na işarə edir ki, həmin misra “Lotusun içinə uçmaq” dastanında da-
ha aydın və geniş izahını tapmışdır. 
Osman Türkay yaradıcılığının böyük bir qismi sülh və müharibə 
mövzusundadır. “Çağ görüntülərindən səslər” adlı üçhissəli poema 
bu mövzuda yazılmış  əsərlərdəndir.  Şeirlərindən birində:  “masal 
dinləyən kalmadı, çocuklar hep saldırgan”, - deyə yazan şair bu 
əsərində yaşadığı çağın  ən mühüm problemlərindən birinə toxun-
muşdur. Poema “Atom çıxmazı”, “Atom barışı” və “Atom savaşı” 
adlı hissələrdən ibarətdir. Birinci bölmədə o, soyuq müharibənin 
yaratdığı çıxılmaz durumu “Qurtuluş” dastanında təsviri verilən qə-
dim türklərin düşdüyü vəziyyətə bənzədir:  
 
                                                           
21
 Bu barədə geniş məlumat üçün bax: Memmedova E. Osman Türkay Yaratıcılğın-
da Asya ile Bağlı Motif ve Mevzular. Kazakistan ve Türkiye’nin Ortak Kültürel De-
ğerleri Uluslararası Sempozyumu, 21-23 Mayıs, Almatı, 2007, s. 435-437. 
 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə