Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə25/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   21   22   23   24   25   26   27   28   ...   71

Osman Türkayın poetik irsi 
 
 
82
Osman Türkayın yaradıcılığında türkiyəli şairlər Orxan Vəli və 
Məlih Cövdət Andaydan təsirləndiyini təsdiq edən misralar da var-
dır. Məsələn, Kıbrıslı şairin aşağıdakı misraları Orxan Vəlinin “An-
lada bilmirəm” (“Anlatamıyorum”)  şerini başqa bir formada yada 
salmaqdadır: 
 
Söyleyin bu sarsıntı neyiniz sizin? 
Sövsem anlar misiniz? 
yakarsam duyar mısınız 
tanrıya? 
 (Türkay, 1969: 37) 
 
Və ya türkiyəli  şairin  “Yoksa biz, bu dünyalı değil miydik?” 
sualı Osman Türkayın “kosmos dövrü” yaradıcılığını da səciyyə-
ləndirir. Eləcə də poeziyası Osman Türkay kimi mifoloji qaynaqlar-
la zəngin olan Məlih Cövdət Andayın da onun şerində təsirini gör-
mək mümkündür. Andayın: 
 
Şimdi ondan ne ki kaldı 
Unutulmuş bir kapı belki kaldı 
Değişmez biçim, arı renk, ölümsüzlük birlik.  
 (Kurdakul, 1987: 226) 
 
- misraları O.Türkayın poeziyasını yada salır. Bu cəhət başqa 
tənqidçilərin də diqqətini cəlb etmişdir; R.S.Penneyin “Fəlsəfə ilə 
əlaqə quran iki böyük şair: Anday və Türkay” adlı məqaləsi də hə-
min məsələyə həsr olunmuşdur. (Toplumun Sesi, 1987: 135-136) 
Göründüyü kimi, Osman Türkayın yaradıcılığının ikinci mərhə-
ləsində fərdi üslubunun formalaşmasında İngiltərə və Türkiyə ədə-
biyyatının rolu vardır.  
Bütövlükdə, yaradıcılığının ikinci mərhələsində Türkayın əsərlə-
rini mövzu və ideyasına görə aşağıdakı qruplara bölə bilərik: 
- vətənpərvərlik;  


Elmira Fikrətqızı 
 
83
- qürbət; 
- Kıbrıs və Ağdəniz; 
- sülh və müharibə; 
- kosmos. 
İlk üç mövzuya onun yalnız birinci kitabında rast gəlirik. 
Kosmos mövzusunda yazılmış  əsərlərin bəziləri elmi, bəziləri 
isə mifoloji qaynaqları ilə seçilir. Mustafa Balcı isə şairin əsərlərini 
aşağıdakı mövzularda təsnif edir: “Osman Türkayın şiirlerinde ha-
kim unsur olarak sayılabilecek konular, eski Türk tarihi ve medeni-
yeti, uzay, Hint mistikliği ve Budacılık, Latin ve Yunan kültürleri 
ve Kıbrıstaki kadim kültürler ve nihayet Türk şiir okurunun hiçbir 
zaman fark edemeceyeği kuantum fiziğidir”. (Balcı, 2004: 16)  
Şairin vətənpərvərlik mövzusundakı poemalarından biri “Türki-
yə” adlanır və bu şerin  əvvəlində verilən məlumatdan məlum olur 
ki, Londonda qələmə alınmışdır. Şeir Monseqner kinoteatrında Tür-
kiyəyə aid bir filmi seyr etməyin nəticəsi olaraq yaranmışdır. Ziya 
Göyalpın məşhur “Vatan ne Türkiyedir türklere, ne Türküstan, Va-
tan, büyük ve müebbet bir ülkedir: Turan” misralarını öz mənzumə-
sində bir az dəyişik şəkildə iqtibas etmişdir: 
 
Vatan ne Turandır şimdi Türklere, 
Ne de zincire vurulan Türkistan. 
Gökler sonsuzluğunca özgür 
Vatan Türkiyedir. 
Daha ileri, daha aydındık 
Çağlara umran. 
 (Türkay, 1959: 35) 
 
Tarixdən məlum siyasi proseslər və XX əsrin ortalarında Türk 
dünyasının geosiyasi mənzərəsi  şairi türklərin müstəqil vətən sər-
hədlərini daraltmağa vadar edir. Əsərdə bu gün Türkiyənin malik 
olduğu iqtisadi, siyasi, mədəni üstünlüyündən bəhs olunur, azadlığı 
mədh edilir və  hətta usta bir futbolçu kimi Kürəni hara istəsə, ora 


Osman Türkayın poetik irsi 
 
 
84
vura biləcəyi qeyd edilir. Daha çox Ana Vətənin tərif və  tərənnü-
münə doğru yönələn bu şeirdə də futurist şairlərin, o cümlədən Na-
zim Hikmət və Mayakovskinin təsiri hiss olunur. 
Vətənpərvərlik mövzusunda olan poemalardan biri də “Akdeniz 
Türküsü” adlanır: 
 
Denizler içinde en fazla Akdenizi,  
Ülkeler içinde  
Anadoluyu sevdim.  
(Türkay, 1959: 46) 
 
Ümumiyyətlə, dənizin geoloji, təbii-coğrafi, iqtisadi və  mənəvi 
mənzərə və mənfəətlərindən bəhs etdikdən sonra şair bu qənaətə gə-
lir. Başqa sözlə, yer üzündə, sevmədiyi bir ölkə, bir ulus, bir dəniz 
olmadığını yazmağına baxmayaraq, müəllifin milli hissləri  əsərdə 
qabarıq görünür. 
Mətin Turanın (2004: 179) qeyd etdiyi kimi, ən yeni dövr poezi-
yasında Ağdənizlik daha çox bəşəriliyi ifadə etdiyi halda, Türkayın 
bu və ya başqa əsərlərində həmin mövzuya, əsasən, milli düşüncə-
lərlə bağlı olaraq müraciət edilir.  
Bütövlükdə, şairin bu kitabı daha sonrakı əsərləri ilə müqayisədə 
dil, üslub baxımından sadəliyə malikdir. “7 Telli” şeirlər toplusu 
sanki şairin yaradıcılığında simvolizmdən modernizmə doğru keçid 
mərhələsidir.  
Sonradan “kosmos əsri mövzusu” üzrə “irəliləyən” müəllif daima 
poetik axtarışdadır. O, kosmosu gözləyən xaos təhlükəsini təsvir et-
mək üçün tez-tez mifologiyaya müraciət edir. Bu cür üslubi axtarışlar 
onun “Dönüş” adlı poemasından başlanır. Əslində bu əsər “Dünyəvi 
simfoniya” poemasının sonuncu bölümüdür. Mifoloji, elmi, dini 
təsəvvürlərin sistemi və sintezindən yaranan bu şeirdə insan, inanc, 
həqiqət məsələlərinə aydınlıq gətirilməyə çalışılır. Quruluşca antik 
yunan dramaturgiyasına bənzər elementləri (Tanrı,  İnsan, Xor) olan 
əsərdə şair Tanrı axtarışına çıxır: 


Elmira Fikrətqızı 
 
85
Masallarda kalsın artık o mağrur tanrıçalar, 
Ellerinde salkım ve başak 
Vücutları yarı giyinmiş, 
Yarı çıplak.  
… Sesin gelmede kulaklarıma sesin, 
sen ki kalbimde bir heykelsin. 
sen nerdesin, 
sen nerdesin?  
(Türkay, 1959: 63) 
 
Dünyanın bütün nöqtələrinə – Çin, Alyaska, Yaponiya, Asiya, 
Avropa, Amerika, Himalay, Madaqaskar, Polineziya, Qafqaz, Orta 
Asiyaya səs salıb müqəddəs varlığı duymağa cəhd edən insana, nə-
hayət ki, onun səsini eşitmək müyəssər olur. Tanrının səsini eşidən 
İnsanın  şikayəti (gününün – ömrünün qara olması, hətta müs-
təmləkəçilərin geyimlərinə  sərf olunan dərisi) onun sevincinə qa-
rışır. Əsərdə diqqəti cəlb edən cəhətlərdən biri Tanrı obrazının təs-
viri ilə türklərin kosmoqonik miflərindən hesab olunan “Oğuz Ka-
ğan dastanı”ndakı Göydən süzülən mavi işıq arasında paralelliyin 
yaradılmasıdır.  Əslində bu, yeni Tanrı axtarışları yox, başlanğıca, 
mifologiyaya qayıdışdır. O. Türkay türklərin göydən gəlmələrini və 
bütün bəşəriyyətin, hətta Musa, İsa və Məhəmməd peyğəmbərlərin 
də bu işıqdan yaranmasını iddia edirdi: 
 
Bu ışıkta muhabbet var, 
Bu ışıkta merhamet var. 
Miracında  
Muhammed var… 
Sen var, 
Ben var, 
Bu ışıkta 
Işık, ışık, 
Bir evren var!  
(Türkay, 1959: 67) 
 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə