Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə21/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   17   18   19   20   21   22   23   24   ...   71

Osman Türkayın poetik irsi 
 
 
68
“Duyguları tabiatın aracılığıyla dışa vurmak, dış evreni iç evrenin 
temsilcisi kılmak yöntemini Haşim, Edebiyat-ı Cedidecilerden al-
mış və gençlik şiirlerinden bazılarına uygulamıştır”. (Bezirci, 1967: 
30) Bu cəhətə  də diqqət yetirmək lazımdır ki, Ə.Haşım,  əsasən, 
təbiətin kədərli anlarını poeziyaya gətirir, onun şeirlərində  təbiət, 
bir qayda olaraq, hüzn ifadə edir. Yenə  də Asim Bezirciyə görə 
(1967: 38), gecə, qaranlıq ona imkan verir ki, bədbin fikirlərini da-
ha yaxşı əks etdirsin. Hətta Haşımın özünün qeyd etdiyinə görə, o, 
günəşi, sabahı ona görə xoşlamır ki, gün işığı hər şeyi olduğu kimi 
göstərir, gecənin yaratmağa imkan verdiyi təsəvvürlərin, xəyalların 
üzərindən pərdəni qaldırır. Gecənin əsrarəngizliyi günəş şüaları al-
tında  əriyib acı gerçəkliyə dönür. Sələfindən fərqli olaraq, Türkay 
sabahın  şəfəqini hürriyyətin, gözəlliklərin,  ədalətin, yaxşılıqların, 
bərəkətin rəmzi kimi qəbul edir. 
Məhz bu cəhəti nəzərə alaraq, yuxarıda Nazif Süleyman Ebeoğ-
lundan gətirdiyimiz sitat əsasında (Türkay, 2002: 8-9) O. Türkayın 
tam simvolist şair olmadığı fikri ilə razılaşa bilərik. Ə. Haşım fran-
sız simvolistləri arasında  ən çox təsirləndiyi Reqneri tam təkrar 
etmədiyi kimi, O. Türkay da Haşımın təqlidçisinə çevrilmir. Ümu-
miyyətlə isə, simvolizmdən gələn pessimizm nə birinin, nə də digə-
rinin poeziyasından yan keçmir. O. Türkay “insan … ezel-i matem-i 
bende”,- deyərək bədbin notlarla çıxış edir, Ə. Haşımda isə bu cür 
mülahizələr daha çoxdur və daha qabarıqdır. 
Fikrimizcə,  Ə.Haşımın “Yollar”, “O şəhər” (“O Belde”), “Zül-
mət” şeirlərinin O. Türkayın ilk dövr yaradıcılığına xüsusi təsiri ol-
muşdur. “Yollar”, “O şəhər” kimi şeirlərdə Haşımın yaşadığı mü-
hitə, maddiyyatı düşünən insanlığa qarşı duyduğu nifrət, onlardan 
qaçışı  və  xəyali bir ölkəyə  sığınışı, xoşbəxtliyi orada aradığı dilə 
gətirilir.  
O. Türkayın pessimist şeirlərindən olan “İldən-ilə”də (“Yıldan 
Yıla”) də məyus şair könlü yaşadığı solğun və sönük həyatdan qur-
tulmaq üçün məchul bir yola doğru yönəlir: 
 


Elmira Fikrətqızı 
 
69
Solan çiçeklere hep hazin-hazin 
Bakarak gönlüme hülya aradım 
Peşine takılıp meçhul bir izin 
Titriye titriye attım bir adım.  
(Türkay, 2002: 86) 
 
Ətraf mühit ilə uzlaşmayan, yaşadığı həyatı bəyənməyən Haşım 
da xəyali ideal bir dünya yaradaraq onunla ovunmağa çalışır. Daha 
doğrusu, mənimsəyə bilmədiyi həqiqəti heç olmasa xəyalən dəyiş-
dirmiş və ya aşmış olur. 
Xəyali bir dünya mövzusu Haşım yaradıcılığında sırf şəxsi, psi-
xoloji problemlərdən qaynaqlanırsa, O. Türkay poeziyasında bu 
məsələ fərdiliklə yanaşı, milli hisslərin də ifadəsində özünü göstə-
rir. O. Türkayın “Alasya” şeri “O şəhər”dən fərqli olaraq, “tarixi 
keçmişi”nə müraciət formasında yazılmışdır. 
Əvvəldə  bəhs etdiyimiz “Toroslarla baxış”  şeri də XX əsrdən 
türkün  şanlı tarixi səhifələrinə  nəzər salaraq, “Dalgalar alın beni 
özlediğim diyara” misrası ilə artıq həqiqətən tarixə çevrilmiş və Ə. 
Hüseynzadə,  Ə. Ağaoğlu, Z.Göyalp kimi türkçülərin ideallarında 
yaşayan Türk Dünyasına olan xiffətini ifadə edir.  
Türkay yaradıcılığında “büllur şəhərlər” bəzən müqəddəs bir 
məkanı simvolizə edir: 
 
Billurdan şehirler girip gözüme 
Tanrısal ışıklar değmiş yüzüme 
Mukaddes ülkeler! Nedir ki bekçin? 
Geliyorum hakka kovuşmak için.  
(Türkay, 2002: 46) 
 
Beləliklə,  əgər qeyri-real şəhərlər, ölkələr, diyarlar Ə. Haşım 
poeziyasında həyatın kədərli və dözülməz lövhələrindən qaçıb giz-
lənmək üçün bir sığınacaq xarakterindədirsə, O. Türkay şeirlərində 


Osman Türkayın poetik irsi 
 
 
70
də bu xəyali məkana üz tutulması müxtəlif səbəblərlə şərtlənir. La-
kin hər iki halda həmin naməlum məkan səadət simvoludur. 
Əhməd Haşımın “Payız” (“Sonbahar”) əsəri ilə O. Türkayın “Bu 
xəzan aləmi” şeri arasındakı əlaqəni də görməmək mümkün deyildir. 
Ümumiyyətlə, simvolistlərin poeziyasında kədər rəmzi olan payız fəs-
linin təsvirinə tez-tez rast gəlinir. Bahar uşaqlıq, yay gənclik, payız 
yaşlanma, qış isə ahıllıq mövsümü kimi ədəbiyyatda insan ömrünün 
müxtəlif mərhələlərini rəmzləşdirir. Əhməd Haşım payızı “ağlayan bir 
küləyin səsi”ndə, “qanlı bir işıq şüası”nın fonunda təsvir edir: 
 
Dökerken ufka donuk, kanlı bir ziya Eylül
Ederek zulfi-tarümara bulud 
Gizli bir sesle ağlıyan, ey bad!  
(Bezirci, 1967: 28) 
 
O. Türkay da bu xəzan aləmini hüzn, ölüm, viranəlik zamanı ad-
landırır. Torpaq şeytanla əlbir olaraq gözü qandan doymayan əjdaha 
kimi ağzını açıb insanları, quşları, yarpaqları udmaqdadır: 
 
Korular çırılçıplak ve dağlar keşmekeşi, 
Feryad! Söndü ufukta Allahın son güneşi! 
 
Sonsuz seferlerinde o alev kuşlar muğber 
Girer yedi kat yere duyan ve düşünenler…  
(Türkay, 2002: 51) 
 
Beləliklə,  Ə. Haşımla O. Türkayın oxşar və  fərqli cəhətlərini 
aşağıdakı kimi müəyyənləşdirə bilərik: 
 Oxşar cəhətlər: 
 a) Hər iki şair özünü, iç dünyasını təbiət vasitəsilə ifadə etmiş-
dir. 
 b)  Hər iki şairin yaradıcılığında Ay keçmiş günlərin simvolu, 
xatirələrə dalan şair qəlbinin ünsiyyət obyektidir.  


Elmira Fikrətqızı 
 
71
c) Qərb simvolizmindən irəli gələn rəmzi və xəyali bir dünyanın 
təsviri və bu aləmə qarşı daimi və güclü xiffət hissi mövcuddur. 
d) Haşımın şeirlərində sevgili ilə həmişə axşamlar görüşülür. O. 
Türkay şeirlərində də bunu müşahidə etmək mümkündür. 
e) Hər iki şair simvolik obrazlara müraciət etmişdir. 
ə) Daha çox Əhməd Haşım və müəyyən dərəcədə Osman Türkay 
poeziyasına pessimist əhval-ruhiyyə hakimdir. 
f) Haşımın  şeirlərində istifadə olunan sözlər üç əsas obrazlar 
sistemi ətrafında formalaşmışdır: təbiət, şairin özü və qadın. (Bezir-
ci, 1967: 68) Bu tezisi bütövlükdə  O.  Türkaya  da  tətbiq etmək 
mümkündür. Lakin o, ara-sıra ictimai-siyasi məzmunlu  şeirlərə  də 
yönəlir və bu fərq aşağıda daha aydın izah olunacaqdır.  
 Fərqli cəhətlər: 
a) Ə. Haşım, demək olar ki, cəmiyyətdən tamamilə təcrid olun-
muşdur və ictimai-siyasi mövzuların fərqində deyildir. Türkay isə 
yalnız sevgi və  şəxsi üzüntü şeirləri çərçivəsində qalmır, sosial-
fəlsəfi (“Kazafanalı”, “Qeysərmi, yoxsa Napelaon?”, “Divlərlə sa-
vaş”, “Nağıl” (“Masal”), “Mister Bobi”) və vətənpərvərlik ruhunda 
(“Bayraqdarda”, “Röyamız”, “Fəthin günəşi”, “Müstəmləkə”) əsər-
ləri, hərtərəfli və əhatəli yaradıcılıq imkanları ilə öz sələfindən seçi-
lir.  
 b) Ölüm və gecə mövzuları Türkay poeziyası üçün səciyyəvi 
olsa da, intihar həmişə qurtuluş yolu deyildir. “Alov” şerindən 
“Ömrüm dökülüp toprağa gonca …” misrasını onun əhval-ruhiyyə-
sinin ifadəsinin bir bədbin nümunəsi kimi qeyd edə bilərik, amma 
belə nümunələrin sayı heç də çox deyildir. Bundan başqa, Ə. Haşım 
daima kədəri simvolizə edib, gecə, qaranlıq, zülmət təsvirləri yarat-
dığı  halda,  O.  Türkay  səhər, işıq, nur, sabah kimi sözlərdən daha 
çox istifadə edir və bu özəllik isə onun yaradıcılığının ilk dövrünün 
ənənə və novatorluq üzərində qurulduğunu göstərir.  
c) Türkay şerində türkçülük məfkurəsi və Atatürk qayələri də 
müəyyən yer tutmaqdadır. 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə