Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə23/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   19   20   21   22   23   24   25   26   ...   71

Elmira Fikrətqızı 
 
75
qədəm qoymasından soraq verdi. 1961-ci il 12 aprel tarixində insan 
əqli qabiliyyəti sayəsində Yer orbitindən kənara çıxmağı bacardı, 
yaşadığı dünyanın çərçivəsini aşaraq Kainata qədəm basa bildi. 
1969-cu ildə isə bu qədəmlər Yerin təbii peyki Aya qədər uzandı. 
Bundan sonra şüurlarda, dünyagörüşlərində, xüsusilə  də kütlənin 
təsəvvürlərində sabitləşən köhnə dünyanın sərhədləri dəyişdi, geniş-
ləndi. Bəşər tarixində yeni bir epoxanın əsası qoyuldu, bu isə dün-
yagörüşlərin də  dəyişməsinə  səbəb oldu. XX əsr insanı qarşısında 
kainatın sonsuzluğu açıldı. Yeni əsr yeni bir şairini tapdı. Bu, Os-
man Türkay oldu. Bundan sonra onun poeziyası həm Türkiyə ədə-
biyyatında gedən yeniləşmə proseslərinin, həm ingilis şerinin, həm 
də bəşər tarixində açılan yeni dövrün təsirində tamamilə başqa bir 
istiqamət aldı. O, ədəbi nümunələrində dünyəviləşməyə doğru 
yönəlməklə türk şerini beynəlxalq arenalara və  gələcəyə doğru 
apardı. Daha doğrusu, hind şairi Krişna Srinivasın təbirincə desək, 
o, gələcəyin  şerini yazdı. Hindistanlı müəllifə görə, kosmos əsri 
şairləri keçmişdə - min illər boyu dünyanı vəsf edən şairlərdən fərq-
li olaraq, kainatın genişliyindən yaza biləcəklər. Çünki kosmos on-
lara yeni qanadlar bağışlamışdır. (Türkay, 1979: 11) 
Mustafa Balcı isə şairin üslubunda üzə çıxan bu kəskin dəyişmə-
ləri, onun yenilik axtarışlarını daha çox fərqlənmə və məşhur olma 
istəyi ilə izah edir: “Osman Türkay Türkiyeli şairlerden daha çetin 
bir işe girişmiştir. Uluslar arası şiir arenasında boy göstermeyi de-
neyecektir. Bunun için Türkçe dışında bir dile ihtiyacı vardır. Bu dil 
hiç  şüphesiz yüksek tahsilini yaptığı ve milletinin sömürgeciliğin-
den dolayı bütün dünyaya yayılmış olan İngilizce olacaktır. Türkçe 
yazar, ardından yine bizzat kendi İngilizceye çevirir şiirlerini... dün-
yaya açılmak gibi düşüncesi olan bir şair, dünyada daha fazla 
kullanıcısı olan bir dile açılması bir mecburiyettir. Bu açıdan bakıl-
dığında  İngilizce  şiir yazdıktan veya şiirlerini  İngilizceye çevir-
dikten sonra, asıl mühim olan bu şiirlerin okuyucu bulmasıdır. Bu-
nun elbette bir bedeli olacaktır. Onların dilinden konuşmanız olma-
nız yetmez, onların heyecanını, algılarını, dünyaya bakışlarını da 


Osman Türkayın poetik irsi 
 
 
76
paylaşmamız gerekir. O, Taner Baybars gibi din değiştirmez. İngi-
lizler için cazibe merkezi olabilmenin faklı imkanlarını bulma çaba-
sına girer, değişik yollar arar ve yolu Hinde, Hint kültürüne ve Bu-
daya çıkar. Marko Polodan beri garp insanı için şarkın efsunlu 
havası hep çekim merkezi olmuştur. Bu durum Osman Türkay için 
bir çıkış kapısı olur. Ayrıca modern hayat tarzıyla yeksenak bir ya-
şayış sürdüren batı insanı için yine bilinmezliğiyle bir cazibe mer-
kezi olan “uzay” ve diğer kadim medeniyetler Osman Türkayın te-
mel izlekleri olur.” (Balcı, 2004: 14-15) 
Tədqiqatçı bütün bunları qeyd etdikdən sonra Osman Türkayın 
şeir “macərası”nı özünü məhz ingilislərə  bəyəndirmək cəhdi kimi 
qiymətləndirməyin haqsızlıq olduğunu yazmaqdadır. Təbii ki, şairin 
yaradıcılığında baş verən bu prosesləri ümumdünya ədəbi prose-
sindən təcrid etmək olmaz. Mifologiyaya qayıdış təkcə Osman Tür-
kay yaradıcılığında və ingilisdilli ədəbiyyatda müşahidə edilən cə-
hət deyildir. Nobel mükafatı laureatı  və alman yazıçısı Herman 
Hesseni bu baxımdan nümunə olaraq göstərmək, fikrimizcə, kifa-
yətdir. Osman Türkay yaradıcılığında da yeni üslub axtarışları həm 
dünya  ədəbiyyatında gedən  ədəbi proseslərin, həm də yuxarıda 
qeyd etdiyimiz yeni dövrün başlanmasının tələbi idi. Bunu da vur-
ğulamaq istərdik ki, kıbrıslı şairin yaradıcılığında Hind mifologiya-
sına müraciət edildiyi kimi, türk mifoloji düşüncəsi də  əksini 
tapmışdır. “Lotusun içinə uçmaq” əsərində “Oğuz Kağan” dastanı-
nın aydın görünən təsiri vardır. Sistematik və ümumi təhlil nəticə-
sində müəyyən olur ki, Osman Türkay yaradıcılığının sistemli və 
incəliklərinədək araşdırılması onun bədii düşüncəsinin ümumi bir 
mövzu ətrafında şaxələndiyini göstərir: kainat (kosmos). O, yaradı-
cılığı boyunca kainatın, qalaktikalar sisteminin keçmişi (yaranma-
sı), indisi (müasir ekoloji və qlobal problemlər) və gələcəyi (məhv 
olacaq qayğısı və narahatlığı) ətrafında düşünərək və təbii ki, lazım 
gəldikdə, dini-mifoloji motivlər, elmi biliklərdən istifadə etmək və 
fəlsəfi təhlil verməklə bədii əsərlər yazmışdır.  


Elmira Fikrətqızı 
 
77
Mustafa Balcı digər bir mülahizəsində qeyd edir ki, əgər Osman 
Türkay İngiltərədə deyil, Türkiyədə yaşasaydı, ikinci yeni şairlərin-
dən biri olacaqdı. Amma şeirlərinin məzmunu və dili türk oxucu-
sunu onun yaradıcılığını anlamağa imkan verməyəcəkdi. Fikrimiz-
cə, ikinci yeni cərəyanını da ümumdünya ədəbi prosesindən kənar-
da dəyərləndirmək mümkün deyildir. “Fırtınadan sonra durğunluq” 
adlı  məqaləsində Osman Türkay ikinci yeninin İngiltərədəki 
“macərası”ndan bəhs edərkən bu cərəyanın Avropada “The Move-
ment” (“Cərəyan”) adı ilə var olduğundan bəhs etməkdədir. Demə-
li, harada yaşamasından asılı olmayaraq, Türkay bu cərəyanın təsiri 
altına düşəcəkdi. Bundan başqa, ikinci yeni bəzən “mənasız  şeir” 
kimi də  dəyərləndirilir.  Əgər bu cür mənasız  şeir yazanları türk 
oxucusu qavrayırdısa və ya qavramağa çalışırdısa, Kıbrıslı  şairin 
oxucusunun az olmasının başqa səbəblərini də axtarmaq lazımdır və 
zənnimizcə, uzun müddət Osman Türkay yaradıcılığına  ədəbi tən-
qidin laqeyd münasibəti bunun başlıca səbəblərindəndir. Sitat ola-
raq verdiyimiz mülahizələr bu baxımdan tənqidçilərə  də aid edilə 
bilər: “... onun (Osman Türkayın – E.M.) şiirini alımlayabilmek için 
şiir sever olmanın yanında ikinci bir özellik gerekmektedir: bilgisel 
bir altyapıya sahip olmak! Şiirin ve şiirdeki imgelerin çözülebilmesi 
için gerekli olan bu gayret Türkiye’deki şiir okurunun genel 
temayülü göz önüne alındığında pek katlanılacak bir mesele olma-
dığı görülecektir.” (Balcı, 2004: 16) Etiraf edək ki, bir oxucu kimi 
Osman Türkayın ilk tanış olduğumuz  şeiri “Bethovendə aydınlığa 
oyanmaq” əsəri idi və bütün Kıbrıs türk ədəbiyyatı ilə müqayisədə 
bu mənzumə çox qeyri-adi səslənirdi. Dissertasiya mövzusu kimi 
onun poeziyasını  təhlilə  cəlb edəndə  nə yazdığını anlamaq və “fi-
kir” kodunu açmaq üçün mifologiyadan astronomiyaya qədər bir 
çox qaynaqlara müraciət etməli olduq.  
Osman Türkayın həm dünya, həm də kainat haqqında ilk əsəri 
Yuri Qaqarinin kosmosu kəşfə  çıxmasından iki il öncə meydana 
çıxdı. Bu, onun “7 Telli” adlı kitabıdır. Kitabda əsərin adına uyğun 
olaraq yeddi şeir toplanmışdır ki, onlardan birincisi “Bismillah” 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə