Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə24/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   20   21   22   23   24   25   26   27   ...   71

Osman Türkayın poetik irsi 
 
 
78
(“Besmele”) adlanır və bu şeir Osman Türkay yaradıcılığında kos-
mos poeziyasının başlanğıcı hesab oluna bilər: 
 
 Bu gece evrende bir başka hız var 
Toprakta feza, fezada ateş, ateşte yıldız var: 
 
Bu gece boşlukta “Sputnik” uçar,  
Bu gece buradan “Exploler” kalkar.  
(Türkay, 1959: 5) 
 
Bu şeirdə şair: “Esirgeyen, bağışlayan Tanrı adıyla” (“Bismilla-
hir-rəhmanir-rəhim”), - deyərək, Yer və Göy haqqında ilk poetik ör-
nəklərini oxuculara təqdim edir. Artıq Ay, Günəş, ulduzlar onun ya-
radıcılığının ilk dövründəki simvolik semantikasından uzaqlaşaraq, 
kosmik cisim anlamını  kəsb etməkdədir. Kitabda ikinci şeir olan 
“Şəngülün dünyası – Atomium” həmin mövzu haqqında daha geniş 
həcmli əsərdir və hətta, müəyyən süjet xəttinə də malikdir. Poema 
və kitab haqqında  Şövkət Öznur aşağıdakıları yazır: “Kıbrıs’ta ilk 
defa bir kitap bu kadar büyük bir sayıda basılmıştı. Bu kitap hem 
Türkiyede, hem de yurtdışında “İlk Uzay Çağı  Şiir” kitabı olarak 
alkışlanır və beğeni toplar. Kitabın içindeki uzun şiiri “Şengülün 
Dünyası veya Atomium” eleştirmenlerce en çok sevilen şiirlerden-
dir. Bu şiir “Alice Harikalar Diyarında” olan genç bir kişinin nük-
leer çağa geçişini ve evrende bir gezegenden başka bir gezegene 
yolculuk yapmasını, gezegenlerde sonsuz bir barış ve huzur ya-
kaladığını anlatıyor ve bu anlatımı füturist (gelecekçi) bir sanatçı 
kimliği ile karşımıza çıkıyor, onun temel amacı 40-50 yıl sonraya 
gitmek, ileriye geriye yönelerek çağımızın entellektüel bir çözümü-
nü yapmaktır.” (Türkay, 2002: 18) Həqiqətən də, əsərdə XX əsrdən 
XXI yüzilliyə keçid mərhələsini təsvir edən sətirlərdə böyük ruh 
coşqunluğu hiss olunur. Şair bu anı Qiyamətə bənzədir: 
 
 


Elmira Fikrətqızı 
 
79
Bir kızılca kıyamet kopmuş gibi evrende  
Gümbürder şimdi çelik raylar 
Newyorkta Grand Terminalde. 
 (Türkay, 1959: 10) 
  
Şəngül də şair kimi qəmlidir; bir yaz səhəri atası, bir qaz lampa-
sının işığında dərslərini oxuduğu zaman isə anası ölmüşdür. Körpə 
ruhu ilə olanları o qədər də dərk etməyən Şəngülün dünyası bir gün 
daha da genişlənir. Coğrafiya dərsində müəllim sinfə qlobus gətirir 
və bu hadisə  Ş.Öznurun da qeyd etdiyi kimi, (Türkay, 2002: 18) 
onu sanki möcüzələr aləminə aparır, gecə də, gündüz də ancaq mavi 
dünyamızın kiçik modeli haqqında düşünür. 
Sonda şair artıq bəşər tarixinin yeni bir dövrünün başladığını və 
zəkanın açdığı yoldan getmək lazım gəldiyini qeyd edir: 
 
Veda et eski dünyalarına,  
Veda et sevdiklerine.  
İşte tırmanıyoruz yeni çağın eteklerine,  
Kulaklarında dünyalık muziği çeliğin 
Kanın, ateşin, kemiğin 
Ve zerre zerre atomların  
Kaynaştığı eterli havaya karış. 
… Selamlar gelmede planetlerden. 
(Türkay, 1959: 26) 
 
Sonuncu misra əsərin meydana çıxdığı dövrdə qeyri-real səslən-
sə də (nəzərə almaq lazımdır ki, həmin dövrdə hələ insan Göyə uç-
mamış  və kütlənin kosmos haqqında müasir şüuru formalaşma-
mışdı), XX əsrin son qırx və XXI əsrin tarixə yazılan doqquz ilində 
kosmonavtların dəfələrlə etdikləri kosmik səyahətlər bu düşüncənin 
öncə görmə xarakterindən xəbər verir.  
Əsərin digər bir özəlliyi isə xüsusi leksikaya malik olması müəy-
yənləşdirilir: bio-kimya, planet, polad ruhlar, motor, atom, sfinks, 


Osman Türkayın poetik irsi 
 
 
80
atomium, qranit, qitə, elektron, xəritə, qlobus, kainat, küreyi-ərz, la-
va, təyyarə, Neptun, marslılar, robot, maniken, oksigen balonu, ra-
ket, katrilyon, kutrolyon, trilyon, xrom, maqnezium, uran və s. Gö-
ründüyü kimi, burada müəyyən elmlərə aid ayrı-ayrı terminlər 
vardır. 
İlk kitabı və poeması ilə Osman Türkay Kıbrıs türk şerinin həm məz-
mununa, həm də formasına yenilik gətirmişdi. Artıq onun yaradıcılığı 
yeni bir mövzunun əhatə dairəsində idi. Kosmos əsri, bu əsrin insanları, 
onların nailiyyət və problemləri, dünyanın hər yerinin real mənzərələri, 
insan və cəmiyyət, insan və təbiət və s. məsələlər onun ikinci dövr yara-
dıcılığının əsasını təşkil edir. Poeziyasının ikinci mərhələsində türkcə altı 
şeir kitabı nəşr olunan şairin əsərlərinin ana mövzusu kosmos olsa da, bu 
mövzu qeyri-yeknəsəqliyi və fərdi üslubi axtarışların nəticəsi olması diq-
qəti cəlb edir. Birinci kitabdakı əsərlərdə daha çox XX yüzillikdə əldə 
edilən elmi-texniki nailiyyətlər mədh edilir. 
Türkayın fərdi üslubunun formalaşmasında Nazim Hikmətin, 
Mayakovskinin təsiri hiss olunur və onların poeziyasında olduğu ki-
mi, “xüsusi leksika” özünü göstərir: 
 
Çağım makine çağı 
Fabrika kuruyorum, fabrika kuruyorum 
Bir atom çekirdeği içinde  
Nasıl dönerse elektronlar 
Kafamın içinde öyle  
Dönüyor milyon ve milyonlar 
Elektromotorlar 
Çelik çelik üstünde  
Çelik çelik içinde 
Betonarme vücudum, iskeletim ruhum, 
Fabrika kuruyorum, fabrika kuruyorum. 
 (Türkay, 1959: 38-39) 
 


Elmira Fikrətqızı 
 
81
Şairin özü bu təsirlənmə ilə bağlı  aşağıdakıları yazır: “Hiçbir 
ozanın etkisi altında yazmamak için yazmağa başladığım şiiri, ya da 
şiirleri etkiden korumak için bir düzüye kendi şiirlerimi okurum. 
Böylece şiirimi bıraktığım yerden yazmaya başlamış olurum. T. S. 
Eliot’tan tek sesliliğe, öykü anlatmaya düşmeden uzun şiir yazma 
tekniği öğrendiğimi inkar edemem. Ayrıca, D.Thomas’ın sözdizimi, 
sözcük örgüsünden de yararlandığımı, ama onun gibi yazmayı yeğ-
lediğimi de belirtmek isterim. Bu arada, uzun şiirlerimde, sürekli 
biçim değiştirmekte de Nazım’dan yararlandığımı, ama kendime 
özgü bir teknik geliştirdiğimi vurgulayabilirim.” (Türkay, 2002: 13) 
Bu baxımdan Nazim Hikmətin “Günəşi içənlərin türküsü” şeri-
nin təsiri altında yazılmış, amma fərqli xüsusiyyətlərə malik “Baş-
qalçşbdıranların türküsü” adlı  əsərdə üsyan edənlər örnək  şeirdən 
fərqli olaraq, yeni bir müstəmləkəyə, Günəşi zəbtə yox, Kainatın 
genişliyinə, sonsuz azadlığa can atırlar. 
O.Türkay yaradıcılığında kosmos sferası elə əhatədədir ki, istə-
nilən mövzulara daxil ola bilir. Məsələn, “Başqaldıranların türküsü” 
adlı şeir həm başlıq, həm də məzmun baxımından ilk baxışda sosial 
təsir bağışlayır. Yəni burada sfinkslər, qədim Romadakı spartaklar 
zamanından başlayaraq, Avropa sənaye inqilablarına, müxtəlif 
dövrlərdə ayrı-ayrı irqlərin nümayəndələrinin üsyankarlığına qədər 
uzun zaman kəsimində üsyankarlar tarixinə ümumi bir nəzər salınır. 
Lakin Türkay digər şairlərdən fərqli olaraq, mövzuya özünəməxsus 
şəkildə “kosmik rəng” qatır: 
 
Sesleri duyulmazdı önceleri türküleri mutsuz muydu neydi 
Yoksa bir mağara mıydı yaşadıkları 
Toprağı titreten onların uğultularıydı belki de depremlerde. 
 
Gördüm şimdi güneşten çıkageldiler 
Ayaklarında unutulmuş ağırlığı kopuk zincirlerin  
Ellerinde kucak-kucak ışık demetleri.  
(Türkay, 1975: 93) 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə