Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə27/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   23   24   25   26   27   28   29   30   ...   71

Elmira Fikrətqızı 
 
89
İşte yonttuğunuz taşlar, işte papirüsleriniz, 
Eviniz, yatağınız, sarayınız, tacınız. 
Usun zamansız ve uzaysız dünyalarında 
Uçar hala çürüyen parmaklarınızın güneş ışınları.  
(Türkay, 1969: 20) 
 
Sonuncu misra ölən barmaqların (ulduzların) milyon ildən sonra 
bizə  gəlib çatan şüasından xəbər verir. Ümumiyyətlə, Yuri Qaqa-
rinin kosmik uçuşu O.Türkayın insanların Yer üzünə Göydən gəti-
rilməsi barədəki ehtimallarını daha da qüvvətləndirmiş oldu və 
onun şeirlərində bir qayda olaraq, “kosmosdan gəliş motivi” adlan-
dıra biləcəyimiz elementlər tez-tez özünü göstərməyə başladı. Bəhs 
etdiyimiz  əsər üç hissədən ibarətdir və birinci bölümdə yuxarıda 
göstərdiyimiz kimi, ilk başlanğıcdan, kainatda mövcud olan rəngsiz 
və ağırlıqsız qaranlıqlardan, onların qranit qayaları əridəcək dərəcə-
də istilik mənbəyinə malik olması və s.-dən bəhs olunur. Şairin bu 
hissədə  məhz Prometeyi anması da əbəs yerə deyildir, çünki odu 
məhz o, Göy üzündən oğurlayıb gətirmişdi. Şair muzeydə qorunan 
müxtəlif məişət  əşyalarına, papiruslara, daş heykəllərə “onlar”ın 
Yer üzündə yadigar qoyduqları maddi mədəniyyət abidələri gözü 
ilə baxmaqda, müasir Elmi Texniki Tərəqqidən  əsrlər, eralar öncə 
mövcud yüksək sivilizasiyanın, avtomatik cihazların kökünü də on-
lara bağlamaqdadır: 
 
Ya kayan yıldızdınız ağır karanlıklarda, 
Ya da hayvan tapınaklarında okunan dualardınız 
Üçgen ışıkların belli-belirsiz aydınlattığı 
İlk otomatik makinalardınız. 
 (Türkay, 1969: 22) 
 
Şeirdə, T.S.Eliotun əsərində olduğu kimi, ibtidai dövrlərlə nis-
bətdə müasir dünyanın yararsız torpaq halına düşməsinə  də  işarə 
olunur: 


Osman Türkayın poetik irsi 
 
 
90
Siz açılan tumurcuklardınız erden kızların gülüşlerinde, 
Ben çorak toprağın dölyatağında çatlayan tohumdum. 
 (Türkay, 1969: 24) 
 
Şair “Britaniya muzeyindən təəssüratlar” poemasının davamı ki-
mi “İstanbul arxeologiya muzeyindən təəssüratlar” (“İstanbul Ar-
keoloji Müzesinden İzlenimler”)  əsərini yazmışdır.  Əsər ingiliscə 
Eynşteyndən bir epiqrafla başlayır və “Günəş və göyüzü”, “Bitkilər 
və varlıqlar” (“Bitkiler ve Yaratıklar”), “İnsan və sənət”, “İnsan və 
təbiət” (“İnsan ve Doğa”), “Tanrılar və insanlar”, “Tanrılar ağısı”, 
“Axsaq tərəzidə bir qavramdır zaman” (“Aksak Dengede Bir Kav-
ramdır Zaman”), “Zaman cizgisində sayıqlama” kimi hissələrdən 
ibarətdir. Fikir versək, hissələrin adının insanın Göy üzündən Yer 
üzünə  gəlişini və ikincidə  təkamülünü simvolizə etdiyini görərik. 
Onun bu əsərlərində muzey təəssüratları yerlə yox, kosmosla əlaqə-
dədir. Yəni Yer üzündə ibtidai hüceyrələrdən başlayaraq canlıların 
əşrəfi sayılan insanın yaranışadək inkişafı, insanın təbiətlə münasi-
bətləri, təbiət hadisələrindən qorxu nəticəsində miflər yaratması, 
Tanrıya tapınmaq adəti, sivilizasiyaya keçid bütövlükdə kosmosla 
vəhdətdə verilir. O, bir mənbə kimi göstərilir. Bəşəriyyətin təkamül 
prosesində bu pillələri qəbul edən Türkay əsərin  əvvəlinə “Günəş 
və göyüzü” (“The Star and Sky”) adlı hissəni daxil etməklə məsələ-
yə özünəməxsus münasibətini ifadə edir. Bununla belə, bəzən müla-
hizələrində o, ümumi rəyə tabe olur: 
“Korku getirdi bizi duygusal tapınaklarına. İnsan, yas... kan de-
nizlerinde birikmiş adaklarımız. İşte alın: Kokmuş iskeletlerden dö-
külmüş, mosmor etler. Çürük gemilerin fosforu ve yağdanlıklar. Kül 
kapları, vazolar, kozmik yalnızlıkların, kimsesizliğin biolojik ögele-
ri”. (Türkay, 1970: 45) 
Müasir dövrdə insan nə vəziyyətdədir? Nitşsenin söylədiyi kimi, 
o, artıq Tanrıya olan inancını itirmiş, mənəvi, ruhi aləmindəki aşın-
ma böyük boşluq əmələ gətirmişdir: 


Elmira Fikrətqızı 
 
91
“Çırılçıplak gövdem benim. Dünyam, çırılçıplak saldırılmış, sa-
tılmış. Dur gitme, mallarımız serilmiş, kan kokusu. Bir çocuğun ma-
ması, sütü:  
 
Bekle ölü tanrılar konuşacaq 
Karanlığın balkonunda 
Bekle,  
ve magnetik teybi geri çek! 
(Türkay, 1970: 52) 
 
Həqiqətənmi, tənasübü pozulan, tarazlığı itən dünya “valı geri 
fırladıb” uşaqlıq çağlarına qayıtmaqla xoşbəxt olacaqdır?
20
 
Şairin kainatla bağlı  əsərlərindən biri də “Kəhkəşan” (“Saman-
uğrusu”) adlanır. Bu şeirdə də modern biçimdə ulduzlardan, Aydan, 
Günəşdən, Yerlə Göyün simmetriyasından bəhs edilir.  
“Sərbəst xatırlatmalar” (“Özgür Çağrışımlar”) adlı  şeirdə yenə 
də insanların Yer kürəsinə göydən “daşınmasına” işarə edilir: 
“Gökyüzü ışıktır, belki ilk yaşam”. (Türkay, 1969: 43) 
Müşahidələrimiz göstərir ki, Türkay Göy üzünə yaşamın  əsası, 
Yer üzünə isə “ikinci məskən” kimi baxır. Çünki irəlidə geniş şəkil-
də bəhs edəcəyimiz kimi, onun poeziya və dramaturgiyasında, hətta 
məqalələrində Yer sivilizasiyası digər naməlum kosmik məxluq-
larla əlaqədə izah olunmaqdadır: 
 
Birlerin milyarlara doğru bölünüşü – 
Bir simge 
 
Şimdi açmış kollarını uzaysal ana 
Ve milyarların bire doğru toplanışı. 
 (Türkay, 1969: 44) 
                                                           
20
 Əslində nostalji dolu duyğuların ifadəsi qaynağını “Tövrat”dakı itirilmiş cənnət 
ideyasından götürür. – S.Ş. 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə