Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə30/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   26   27   28   29   30   31   32   33   ...   71

Osman Türkayın poetik irsi 
 
 
98
lərsə, qarşı tərəf onlara göy üzünə  dırmanan göydələnlərdən baxa-
raq silahlanmaqdadır. 
Zavallıların da dünyasında göydələnlər, “Mersedes”lər, “Cadil-
lac”lar, elektron cihazlar var, amma müasir binalar, parklar onların 
yoxsulluğunu gizlədə bilmir.  
Yer üzündə olan bütün bu naqis cəhətlərin təsvirindən sonra şair 
günahkarı tapmağa çalışır və qəribə bir nəticəyə gəlir: günah insan-
larda deyil, suçları və suçluları qoynunda gəzdirən dünyadadır – cə-
zası isə bir sillədir. Yəni geniş anlamda bu problemlər bütün dünya-
nındır, qlobaldır və bütün bəşəriyyət də bunlar üçün cavabdehdir. 
Verilən cəza da əslində tam 5 milyardın üzünə  çəkilən sillədir ki
ürpərsin, ayılsın və uçurumun, məzarın kənarında olduğunu anlasın, 
çünki yuxarıdakı neqativ hallar hər zaman ölümə aparır. 
Şerin ikinci bölümü Quzeylə Güney arasında zənginlik və yox-
sulluqdan çəkilən təbii olmayan sərhədlərin təsviri ilə başlayır. Ye-
nidən kosmosa yönələn şairin oralardan gördüyü budur: 
 
İnsanlar geleceğin mezarında 
gün günden daha ölü, 
gün günden daha yenik. 
...Bir yanda bilimin 
gelişmenin zehiri 
öte yanda 
uyuşturucunun zehiri! 
 (Türkay, 1990: 340) 
 
İnsan əməyinin özünə qarşı yönəlməsi, insan və texnika ziddiy-
yəti, elmi, texnoloji inkişafın bir çox ekoloji problemlər və mühari-
bə  təhlükəsi yaratması O.Türkayın yalnız bu şerinin deyil, başqa 
əsərlərinin, eyni zamanda məqalələrinin də əsas mövzularındandır. 
Osman Türkay dünyanın belə halını xəstəlik adlandırır və o, 5 mil-
yard insanı əməliyyat masasına yatırıb yarasını kəsib atır, ölümdən 
qurtarır. 


Elmira Fikrətqızı 
 
99
Üçüncü bölüm artıq bir başqa dünyadan, bir başqa insan nəslindən 
və açılan yeni sabahdan xəbər verir. Bu dünyadan mərmi, silah səslə-
ri deyil, quş cəh-cəhi, barıt qoxusu yerinə isə çiçək ətri gəlir. 
Bu vəziyyət bəşəriyyətin yeni bir Qızıl Çağı və hər kəsin əsrlərlə 
həsrətini çəkdiyi, yolunu gözlədiyi Sülh İnqilabıdır. Bu, bəşəriyyət 
üçün narahat olan bir şair beyin və  qəlbinin yaratdığı  xəyali bir 
aləmdir. 
Poemanın dördüncü bölümündə, klassik fəlsəfədə olduğu kimi, 
kosmos və insan vəhdətindən bəhs edilir. Yalnız insan deyil, eyni 
zamanda üzərində yaşadığımız bütün Yer kürəsi kosmosun – hər 
zaman hərəkətdə olan sonsuz bir aləmin kiçik bir parçasıdır və hər 
kəs, hər şey bu aləm içərisində səyahətdədir. Əsər insanın təbiətdən 
qopmadığı, insan-təbiət ziddiyyətinin hələ mövcud olmadığı za-
manlara aid sülh, gözəllik, harmoniya və sevgi notları ilə bitir. La-
kin nikbin sonluğa baxmayaraq, O.Türkay “Dünyamızın portreti – 
1990” poeması ilə hər kəsin qarşısında bir zamanlar yazmış olduğu 
“Elm insanlığı bu böyük çıxılmazlıqdan qurtara biləcəkmi?” məqa-
ləsindəki sualı qoyur: “Uzay çağı insanı evrenin derinliklerine gi-
den gizemli yolun başlanğıcına koymuştur. Böylece, yeni insana 
uzay ve bilinmeyen dünyalar kapılarını açmıştır. Bu başarı bizi, bi-
linen tarihte eşine rastlanmamış üstün bir uygarlığa mı ulaştıracak-
tır, yoksa uzak olmayan bir gelecekte insanlığın sonunu mu getire-
cektir?” (Türkay, 1993: 9) 
 “Dörd yol ağzında oyanış” şeri də bu poemanın davamı təsirini 
bağışlayır. Demək olar ki, əksər əsərlərində həmsöhbət olduğu məc-
hul səslə mükaliməyə girən şair dənizlərindən hərbi gəmilər keçən 
dünyanın dörd tərəfini seyrə dalaraq ətürpərdici nəticələrlə qarşıla-
şır: 
 
Dört yol ağzında durdum: Dünya bu gün bir başka 
Bir harmonogram, bilim çağı ve mekanik uğultularla  
Bir çığ gibi koptu üstüme Asya, Avrupa, Amerika.  
(Türkay, 1990: 97) 


Osman Türkayın poetik irsi 
 
 
100
Şair çağdaş narahat dünyanı və qorxu içində ora-bura vurnuxan 
kütləni “Dünyəvi simfoniya” poemasında kağız üzərində qitə-qitə 
gəzərək daha yaxşı əks etdirə bilmişdir. “Asiya”, “Afrika”, “Ame-
rika” və “Avropa” adlı hissələrdən ibarət bu əsərində Türkay əski 
və yeni dünyanın “doğum və ölüm” simfoniyasını bəstələmişdir. 
Poemanın proloqunda özünü Kıbrısda doğulmuş sadə  bəşər 
övladı adlandıran, türk və yunanı bəşəri bütünlüyün bir hissəsi, dün-
ya irqlərinin onun gerçək ailəsi olduğunu, qarşılaşdığı hər bir insanı 
bacı və ya qardaş gözündə gördüyünü yazan şair özünün XXI əsrin 
sülh elçisi kimi seçildiyini bəyan etməkdən də  çəkinmir. Bu mis-
siyanı üzərinə götürən Türkay əsərə Arximedin “Mənə dayaq nöq-
təsi göstər, dünyanı yerindən oynadım”, - sözləri ilə başlayır. Kriş-
na Srinivas bu epiqrafın məğzini kainatın daimi hərəkəti, elmin 
qüdrəti və s. ilə bağlayır. Bizcə,  şairin artıq təhlilə  cəlb etdiyimiz 
bəzi mənzumələrində vurğuladığı kimi, Asiya Yer kürəsinin “dayaq 
nöqtəsi” kimi qəbul edilir. 
“Müasir təsəvvürlərə görə, ulduzlar, ulduzlararası  fəzada olan 
qaz-toz mühitindən ibarət qeyri-bircins diffuz materiyanın qravita-
siya sıxılması nəticəsində əmələ gəlir”. (Hüseynov, 1997: 427) Poe-
manın birinci hissəsi məhz bu elmi müddəaya əsaslanan poetik mü-
lahizələrlə başlayır: 
 
Salt yokluğun içinde kavramları yığınsal 
belirdiler zaman-üstü bir gelecekte yalın görüntülerle. 
Geçtiler gök gibi bir gözde karaltı ve sonsuz 
bir boşluk, daha boşluk, daha boşluk 
patlatıp milyarlarca ton basınç duvarlarını 
yükseldi özdeğin usuna bir yumuşakça. 
 (Türkay, 1971: 7) 
 
Türkaya görə, qaz-toz yığını ulduzların törəməsində əsas rol oy-
nadığı üçün insanlığın da “anası” sayıla bilər: 
 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə