Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə31/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   27   28   29   30   31   32   33   34   ...   71

Elmira Fikrətqızı 
 
101
 Gaz - tüm ögelerin musluğu 
 Dölyatağı 
 Evrensel doğa 
 Anam benim 
 İçinden yansıdığım 
 Aynam benim.  
(Türkay, 1971: 8) 
 
İlk baxışda belə bir sual yarana bilər ki, diffuz materiyanın, 
qravitasiya sıxılmasının, qalaktikaların formalaşmasının ədəbiyyata, 
Asiyaya nə aidiyyatı vardır? Lakin Türkay poeziyasının təhlili za-
manı onun “kosmik şair” olduğu unudulmamalıdır və “müasir kos-
moqonik baxışlara görə, Yer təqribən 4,5 milyard il bundan əvvəl 
Günəş ətrafı fəzada təbiətdəki səpinti halında bütün məlum kimyəvi 
elementlərdən ibarət qaz-toz cisimlərinin qravitasiya kondensasiya-
sından yaranmışdır” (ASE, 1981: 120) Onun poeziyasında dünya-
nın inkişafının belə bir modeli vardır: 
                                                                                       Afrika  
    Qalaktika        Yer kürəsi          Asiya                       Avropa  
                                                                                       Amerika 
 
Yəni yuxarıda irəli sürülən müddəalara  əsasən, ulduzlar yaran-
mış, ilk insanlar orada meydana çıxmış, oradan isə Yer kürəsinin 
Asiya adlandırdığımız nöqtəsinə daşınmışdır. Poemanın bu hissə-
sində  şair gah kosmoqoniya ilə bağlı  təsəvvürdən, gah da Şərqlə 
bağlı mif və tarixi mənbələrdən istifadə edərək, Asiyanı  məhz  ən 
qədim insan məskəni kimi bizə təqdim etməkdə, burada doğulan ilk 
göy çocuğunu alqışlamaqdadır. 
“Asiya”da Hind və türk miflərindən geniş  şəkildə istifadə edil-
mişdir.  İkinci hissədə Hindistanın təsviri verilir və Hind allahları-
nın, zahidlərinin, müqəddəs yerlərinin adları  çəkilir, ötəri  şəkildə 
Zərdüşt və atəşpərəstlik də yad olunur.  


Osman Türkayın poetik irsi 
 
 
102
İnsanlıq tarixinin müxtəlif dövrlərini inikas etdirən bölümdə 
daha sonra “Söndü tohum arık alevinin açık denizlerinden/yendi 
tüm evrende ne varsa” kimi misralarla dünyanın sonunun təsvirinə 
keçilir, Tanrı dağlarında yeni zamanın başladığı qeyd olunur. 
“Asiya”nın üçüncü hissəsi türk dili və Göytürklər barəsindədir. 
Atilla, Çingiz xan və digər türk hökmdarların başçılığı altında Sakit 
okeandan Atlantikə  qədər  ərazilərə hakimlik edən bir millətin nü-
mayəndəsi olması ilə açıq-aşkar fəxr edən Türkay, həmçinin Göy 
övladı olması ilə də qürur duyur: 
 
 Kim karşı koyabilir sözcüklerine gökyüzünün 
 Gökoğlunun Göktanrıdan öğrendiği.  
(Türkay, 1971: 22) 
 
Əsərdə Bilgə xaqan da yad olunur və onun monoloqunda həm 
makro, həm mikrokosmos, həm də şanlı türk tarixi əks olunur: 
 
Ben Tanrıdağ doruğunda Gökbilge Kağan 
Gökte doğup, yerde bu ödke oturdum. 
Böyle gördüm göğü, yeri və sizi 
Yer ana yarılır, allanır tan, biz doğarız 
Gök ata, gök oğul 
Ben Tanrıdağ doruğunda Gökbilge Hakan 
Ülkemi kurar, töremi sürdürürüm.  
(Türkay, 1971: 25) 
 
Lakin Türkay ilk şeirlərindən biri olan “Toroslarla baxış”da oldu-
ğu kimi, burada da türk millətinin uca hökmdarının dili ilə Türk Dün-
yasının müasir vəziyyətindən narazılığını bildirir. Bu etiraz millətin 
şair və ziyalılarının milli kimlik arayışlarında fəxr və mübarizə ilə 
bağlı hisslərinin ifadəsinə çevrilir. Müəyyən mərhələdə bütün türk 
xalqlarının ədəbiyyatlarında bunun nümunələrinə rast gəlmək müm-
kündür. Aşağıdakı poetik parça ilə Almas İldırımın “Qara dastan” 


Elmira Fikrətqızı 
 
103
əsərindən verdiyimiz misralar arasında heyrətamiz ideya, məzmun və 
baxış eyniyyəti görünməkdədir: 
 
En sonunda yunumuz yunatımız yıkılmış, 
Suyumuz suvatımız kurumuş. 
Yollara düşmüştük yayan-yapıldak, 
Bellere düşmüştük seyrek-sepirdek. 
O süt mavisi esmer beniz nerde? 
Ne çabuk geçti yolçuluğumuz. 
Dön de arkana bak, kardaş. 
Baykal nerde, Aral nerde, 
Akdeniz nerde?  
(Türkay, 1971: 26) 
Almas İldırım: 
 
Dörd bir yana dağılmış türk soyları, 
Sönmüş ocaq, köçüb getmiş boyları, 
Dərdli-dərdli axar bozqır çayları, 
Nerde qopuz, nerde qırıq kaman hey? 
Nerde böyük Vətən, nerde Turan hey?! 
 (Azərbaycanın..., 1990: 24) 
 
Osman Türkaya görə, əgər o dövrdə suçlu insanları  cəzalandır-
maq üçün Allah göydən od yağdırırdısa, bu gün ilahi hökmə ehtiyac 
yoxdur, insanın mənfi əməlləri özünə kifayətdir.  
Poemada qədim türk dilindən də  bəhs edən Türkay onun ilahi 
başlanğıcına  (“Kim karşı koyabilir sörcüklerine gökyüzünün / 
Gökoğlunun Göktanrıdan öğrendiği”)  işarələr edir. “Qədim türk 
dastanlarının dili Avrasiyanın mərkəzində Şərqdən Qərbə doğru ge-
niş ərazidə nəinki türklər, hətta qeyri-türklər tərəfindən də anlaşılan 
qədim türk dili olmuşdur ki, dastanlar həmin dilin yüksək inkişaf 
etmiş, zəngin obrazlılığa, dərin fəlsəfi mündəricəyə malik mükəm-
məl bir dil olduğunu söyləməyə imkan verir.” (Cəfərov, 1999: 35) 


Osman Türkayın poetik irsi 
 
 
104
O.Türkay bu mülahizəni bir misra ilə ifadə edir: “Yüzün senin tüm 
evrenin dili” (Türkay, 1971: 21) 
Zamanın daha dərin qatlarına enən  şair Uruk şəhərinə gedərək 
Tanrılarla insanların cütləşdiyi, müqəddəs Buğanın göy ortasında 
öldürüldüyü, Gilqamışın  şan-şöhrət qazandığı dövrlərdən də  bəhs 
edir, ən qədim mədəniyyət sahiblərindən olan şumerlərdən də söh-
bət açır və  bu  zaman,  təbii ki, “dil” məsələsi də onu düşündürür. 
Mütəfəkkir şair türk və şumer dilləri arasındakı əlaqədən simvolla-
rın dili ilə üstüörtülü söz açır: 
 
Dil bir ufuktur, belirti bir anlama 
Sözcükler bozar, kurar: Yenilenir evren 
Dikey ışınlarda kök, yapraklarda yatay sesleri 
Birdağı üşümede bir uzaklığa ilk Şumer elim. 
(Türkay, 1971: 28) 
 
Şaquli şüa – şumer dili kökdürsə, türk dilləri üfüqi şüa onun yar-
paqlarıdır. 
“Asiya”nın dördüncü hissəsində də kosmik mənşə haqqında yaz-
maqda davam edən, “Veda”ları bizə  gələn qığılcımlarda ilk kainat 
yolçuları adlandıran Türkay çağdaş yer insanının bütün səviyyələrdə 
dəyişməsinin labüdlüyünü irəli sürür. Əgər insan özünü islah etməz-
sə, məhv olacaqdır: 
 
 
Yenilenmezse, kendi kendini yeni ölçülerde 
bir kez daha yaratmazsa eğer, ölecek 
Kuzeyle güneyi ayıran uçurumda  
Artık ne Vedalar, ne Radalar 
Bir savaş boğaz-boğaza.                      
(Türkay, 1971: 36) 
 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə