Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə38/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   34   35   36   37   38   39   40   41   ...   71

Elmira Fikrətqızı 
 
125
materiya “plantasiyaları” yaradılır, sonra yetişdirilmiş nazik mate-
riya istifadə edilmək üçün kosmosun uzaq rayonlarına daşınır. Çün-
ki kosmosun müstəmləkələşdirilməsinin əsasını onun nazik mənəvi 
materiya ilə doldurulması təşkil edir. Bu da öz növbəsində kosmik 
fəzanın vəziyyəti haqqında daimi və gərəkli məlumatın təminatı de-
məkdir. Təbiidir ki, bu halda həmin “plantasiyalarda” istehsal olu-
nan “məhsulun” keyfiyyətinə nəzarət edən “bağban” – yaradan Al-
lah da olmalıdır.” (Biz və.., 1992: 68) 
Sempiternus pulsar, quasar, nova, supernova, akcüceler (ağcırt-
danlar) haqqında da bilgi verərək yaşamın enerji qaynaqlarının bun-
lar olduğunu deyir. Sonra o, kosmik zəncirlərə  bənzəyən qaranlıq 
tunellərin mahiyyətini açıqlayır: “Onlar ortadaki ana kainattan uy-
du kainatlara açılan kapılardır”.  
Semperfidelis iki sualla ona müraciət edir: 
- Kainatlar simmetrikdirmi? 
- Başqa Kainatlar sistemi varmı? 
Birinci suala “evet”  (“bəli”), ikinci suala isə  “ben de bilmiyo-
rum, yalnız karanlık derin sınırsız boşluklar vardır”, cavablarını 
alan Semperfidelis, nəhayət, Kainatın gələcəyi ilə bağlı sonuncu 
sualını verir. Bizim kainatin və digər kainatların boşluqlarda tək bir 
atomun partlayıb genişlənməsindən yaranması nəzəriyyəsinin doğru 
olub-olmadığını  və  əgər belədirsə, gedən zəncirvari reaksiyalarda 
kainat sistemlərinin xüsusiyyətlərini dəyişdirə biləcəyini, bunun isə 
yaşama son qoyub-qomayacağını soruşur.  
Dastanın bu hissəsində artıq astroloji qaynaqlardan istifadə olun-
duğu göz önündədir: “Protoulduzun sıxılması yavaşıyanda belə, 
temperatur, böyüməkdə davam edir; nəhayət, temperatur, hidro-
genin heliuma sintezi ilə  nəticələnən istilik – nüvə reaksiyalarının 
getməsi üçün lazım olan dərəcəyə çatır” (Hüseynov, 1997: 430). 
Əslində şairi düşündürən bu sual – genişlənən Kainatın gələcək-
də sıxılma ilə əvəz olunacağı ehtimalı astronomiya alimlərini məş-
ğul edən məsələlərdən olsa da, modern dastanda Sempiternus ilk 
dəfə Fridman tərəfindən irəli sürülən Genişlənən Kainat nəzəriyyə-


Osman Türkayın poetik irsi 
 
 
126
sini nikbin yöndən izah edir; amma daha dəqiq cavab üçün prof. 
Foton Mastrofotona üz tutmağı tövsiyə edir:  
 
Kainatlar sisteminiz ortada  
oturmuş bir durumdadır 
ona bir şey olmaz 
ansak genişler 
ve ondan yeni sistemler doğar.  
(Türkay, 1990: 300) 
 
Beləliklə,  əsərin sonuna doğru materialistlərin materiya yaran-
mır və yox olmur tezisini irəli sürərək “kainatın başlanğıcı” kimi 
sualları  mənasız hesab etmələri, idealistlərin isə bu möhtəşəm, də-
qiq, sirli və sehrli aləmlərin ilahi yaradıcısının mütləq mövcudlu-
ğunda israr etmələri kimi fərqli yanaşmasından sonuncusunu seçən 
Türkay əsərinin qəhrəmanını uca Tanrının dərgahına, kainatların ən 
yüksək nöqtəsinə aparır:  
 
Şimdi burası 
tüm kainatların  
görülebileceği en yüksek nokta 
yani 
Kainatların Şafak Noktası.  
(Türkay, 1990: 303) 
 
Və Ostür Semperfidelis bu yüksəklikdən elə müdhiş bir gözəllik 
və genişlik müşahidə edir ki, vəcdə  gələrək “Tanrı”, “Tanrı” deyə 
səslənir və yuxudan ayılır. Aşağıdakı misralar isə o Uca Varlığın di-
lindən səslənməkdədir: 
 
 
Siz bir parçasınız bu kainatlarda, ben başka parça 
Hepimiz birleşiriz, böylece varlık bütünlenir 


Elmira Fikrətqızı 
 
127
Bensiz siz bir anlam değilsiniz 
Sizsiz benim varlığımı bilecek, düşünecek yok, 
Öyleyse siz ve ben yaşayacağız sonsuzadek.  
 (Türkay, 1990: 303) 
 
Sempiternusun Semperfidelisə Kainatın formasını göstərməsi 
“Bhaqavad-Qita”nın XI fəslində nilufər gözlü Krişnanın kosmos 
aləminin genişliyini, sonsuzluğun mahiyyətini Arcunaya anlatma-
sını xatırladır. (Bhakivedanta, 1991: 471) 
Yuxudan ayılan Semperfidelis yanındakı qadının yox olduğunu 
görür, onun yerindən məktub tapır. Yanındakılardan qadının hara 
getdiyini soruşur, hamı o yerin boş olduğunu söyləyir, yalnız bir 
buddist rahib orada fövqəladə iki parıltını gördüyünü deyir. Təbii 
ki, Türkay əsərini yazan zaman NUO-lara dair materiallardan da is-
tifadə etmiş və özünü də onlardan biri saymışdır: 
 
Uyuyorum artık, bu dünya benim olmasa da 
Yine onun bağrındayım, belli ki soluduğum onun havası 
 
…Kanım bile laciverttir, bir okyanus sonsuzluğu 
belli ki bu mavi dünyalı olduğuma kanıt. 
 (Türkay, 1990: 258) 
 
7 rəqəminə gəldikdə isə aydındır ki, bu, göyün 7 qatını simvoli-
zə edir və şair ən üst qatda Tanrıya ulaşır. “Əski türklərə görə, Gü-
nəşin, Ayın və ulduzların dolaşdığı ayrı göy qatları vardı. Lakin bir 
ayrıca göy qatı vardı ki, Uca Tanrının o qatda qərar tutduğu düşü-
nülürdü” (Bəydili, 2003: 135 ). 
O. Türkayın ikinci kitabında yer alan “Budaqları yer üzündə 
ağac” (“Dalları Yeryüzünde Ağaç”) şeri də mifoloji qaynaqları ilə 
diqqəti cəlb edir. Şairin rusiyalı tədqiqatçısı Ravil Buxarayev yazır: 
“Türkay ona görə kosmos şairi deyildi ki, qədim yunan və Misir 
miflərini bilirdi, onun poeziyasında həm də sələflərinin – Göy türk-


Osman Türkayın poetik irsi 
 
 
128
lərin səmavi, ulduz mənşəli olması mifi də  həll olunmuşdu, buna 
görə də türk dili həmişə onun üçün səma dili olaraq qalıb” (Buxara-
yev, 2001: 3). Şeirlərindən birində: “dinim  ışık dini, yurdum gök 
boşluğu ve bütün evren”, - deyə yazan Türkayın bu bəyanatını həm 
kosmopolit, həm də milli-genetik mənada başa düşmək mümkün-
dür. Fikrin daşıdığı ilk məna aydındır, ikinci məna isə türk kosmo-
qonik mifi ilə bağlıdır. “Göy boşluğu” deyimi ilə türk mifologiya-
sında Göy türklərə məxsus məkan, “işıq” ifadəsi ilə isə yaranış ak-
tında Göydən süzülən mavi işıq nəzərdə tutulur. “Budaqları yer 
üzündə  ağac”  şerinin ideya qaynaqları isə uyğurların ağacdan tö-
rəniş və Oğuz Kağanın ikinci xanımının bir göl ortasında ağac ko-
ğuşunda olması barədə mifoloji mətnlərə qədər uzanır. Türkay üçün 
kosmos təkcə XX əsrdə insanın qədəm basa bildiyi məkan yox, 
həmçinin Göy Tanrının ulu səltənətinin simvoludur. O, artıq bu gün 
elm tərəfindən bəzi hallarda təsdiq edilən Yer planetində insanın 
mənşəyinin digər qalaktikalara bağlılığı ehtimalını mifologiyaya 
əsaslanaraq həqiqət kimi qəbul edir və ingilis təbiətşünası Ç.Darvin 
tərəfindən irəli sürülən, üzvi aləmin tədriclə, təbii seçmə nəticəsin-
də yaranmasına dayanan təkamül nəzəriyyəsinə qarşı çıxır:  
 
Ben kökümü arıyorum karanlık, sık bir ormanda 
Nerdesin ilk insan ağacı? 
Suların dibindeyim akıntılı açık denizlerde 
Balıklar, ilkel yaşam hücreleri, fosiller konuşmaz bana 
Hala karanlıklarımda Afrika, uzaklarımda proconsul 
Yanlış eleştirdin gövdemi Bay Darwin. 
 (Türkay, 1969: 6) 
 
İnkişafda nəbatat, heyvanat və insan pillələrini rədd edən Türkay 
soykökünü Həyat Ağacının bitdiyi meşədə axtarır. Mifoloji mətn-
lərdən məlumdur ki, yalnız “Oğuz Kağan” dastanında deyil, bir çox 
miflərdə, o cümlədən “Er Sogotoh” və “Dədə Qorqud” dastanların-
da ağacdan törəmə motivinə rast gəlirik. 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə