Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə35/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   31   32   33   34   35   36   37   38   ...   71

Elmira Fikrətqızı 
 
115
Türkay yaradıcılığında mifoloji-kosmonomik qaynaqları ilə seçi-
lən  ən böyük əsərlərdən biri dünya və kainat haqqında yazılmış 
“Lotusun içinə uçmaq” adlı modern dastandır. Dastanın adının da 
mifologiya ilə bilavasitə əlaqəsi vardır. Bəhaəddin Ögəl “Türk mi-
fologiyası” əsərində lotus barəsində yazır: “Bilhassa evlenmemiş ve 
bekar kızların Lotüs gölündə bir kuğu şekline girmiş olarak yüzdük-
leri, Hint mitolojisinin ilk çağlarından beri görülmeğe başlamıştır” 
(Ögel, 1989: 492). Bu əsərdə pəri kimi insan cildinə girən iki qız – 
Göytürk  Şəfəqi və Kainatlar Şəfəqi obrazları vardır. Həm də on-
lardan Kainat Şəfəqi, əsərin sonunda bildirildiyinə görə, müəllif 7-8 
yaşlarında olarkən bir axşam yoldaşları ilə oynadığı zaman ağ tülə 
bürünmüş halda gözünə görünmüş və şair onu anasının ruhuna bən-
zətmişdir. Lakin lotos iki növə malik çiçək kimi də  məşhurdur və 
antik dövr yunan ədəbiyyatının mifologiya ilə sıx əlaqəsi olan epos-
larından “Odisseya” əsərində də bu simvolik anlam kəsb edən bitki-
nin adı çəkilir; doqquzuncu nəğmədə lotofaqlar - lotos çiçəyi ilə do-
lanan əfsanəvi xalq onun yoldaşlarına bundan yedizdirib adada sax-
lamaq istəyirlər. Türkayın yazdığı dastanda da lotos və ya nilufər 
çiçəyi yaddaşın itirilməsi üçün istifadə olunur və Homer də xa-
tırlanır. Mustafa Balcı isə bu çiçəyi daha çox Buddizmlə bağlayır: 
“... çamurlu sularda açtığı halde tertemiz kalabilmesi sebebiyle 
Budacılar tarafından temizlik simgesi olarak kabul edilen lotüs 
çiçeği de onun şiirlerinde gördüğümüz bir kelimedir. Lotüs nilüfere 
benzeyen çeşitli su bitkilerinin ortak adıdır. Hint ve eski Yunan mi-
tolijisinde bu çiçeğin çok önemli simgesel bir yeri vardır... Lotüs 
Budacılıkta doğum, bereket, saflık, temizlik, cinsellik ve yeniden 
doğuşu işaret ettiği gibi uluhiyetin simgesi olarak da kabul edilir. 
Çeşitli devirlerde Budacıların ileri gelen rahiplerinden dhyani 
(muhayyel) budalarla bodisatvaların lotüs çiçekleri üzerinde oturur-
ken resmedildikleri görülür”. (Balcı, 2004: 80-81) Həqiqətən də, 
həm bu modern dastanda, həm də “Qiyamət günü müşahidəçiləri” 
əsərində lotos daha çox yenidən doğumu rəmzləşdirir.  


Osman Türkayın poetik irsi 
 
 
116
Dastan, “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsinin struktu-
runda olduğu kimi, giriş və 12 bölümdən ibarətdir. Giriş hissədə 12 
noyabr 1988-ci ildə yuxusunda gördüyü qeyri-adi, “fəzavi” yazılar-
dan bəhs olunur və röyada geniş bir sarayın mavi divarlarında oxu-
duğu mətnlər oyandıqda “Dünyada ilk Göytürk Şəfəqi” adlı  şerə 
çevrilir. “Gültiqin” və “Bilgə Kağan” abidələrinin ümumi məzmu-
nuna uyğun olan şeir Gökbilge Batur Alpın dilindən yazılmışdır. 
Adları  çəkilən Orxon abidələrindən “Gültiqin”də  işlənmiş  “Tenqri 
tək tenri” ifadəsi şeirdə “Onlar bizim önceki yurtlarımız/ Soluk so-
luğa parıltı/ Göğe benzer göğün içinden gelen…” şəklində verilir 
və Göy kultu Yer planetində yaradılışın əsası kimi göstərilir. Daha 
doğrusu, Yerdəki həyatın mənbə  və  mənşəyinin Göylərdən 
gətirilməsinə dair fikirlər səslənir. Bunun isə, təbii ki, mifik kökləri 
vardır: “… yer üzünün bir çox xalqları özlərinin əsillərini – kökləri-
ni mifoloji təsəvvürlərdə göylərlə bağlamış, eləcə də türklər əcdad-
larının göydən endiyinə inanmışlar.” (Bəydili, 2003: 136) “Duyun 
zamanlar gelip geçecek/ Atalarınız gökyüzünden konuşacak” bəya-
natı və “Niye Göktürk demektir/ Tanrının sözlüğünde ilk evren yol-
cuları?” sualı ilə qarşısındakını düşünməyə və özünə qayıdışa (Bil-
gə Kağanla daha bir assosiasiya) vadar edən müəllif sonda bunun 
izahını verir: 
 
Tanrı buyruğuyla indi 
Tanrı Dağlarına atan 
 
Ara onu, ara ki göresin yaşadığın  
En uzun öyküyü.  
(Türkay, 1990: 200) 
 
 “Üstdə mavi göy, altda qonur yer yaradıldıqda ikisinin arasında 
insan oğlu”nun (Rəcəbov, Məmmədov, 1993: 78) meydana çıxma-
sını və onun şanlı döyüşlərini Gökbilge Batur Alp aşağıdakı şəkildə 
təsvir edir: 


Elmira Fikrətqızı 
 
117
 
Biliniz evrende insan tektir 
Bu Göktanrının buyruğu… 
Ben bu anıtın taşında Gökbilge Batur Alp 
Yukarı gök, aşağı yer, ileri doğu, geri batı 
Ben susunca söyler benim türkümü.  
(Türkay, 1990: 198) 
 
Lakin ulu, qəhrəman Ata mifoloji təsəvvürlərdən bir az kənara 
çıxaraq, Göy oğullarına polad qanadlı atlarla qalaktikalararası səya-
hətlərindən və Gökbilgelerin – Göy müdriklərinin öyrətdiyi unudul-
muş keçmişdən də bəhs edir: 
 
Altın bir parıltıdır yönelen 
Karanlık göğün yüreğine  
Arayıp buldu 
Zamanın uzayda kalan parmak izlerini  
Gösterdi göğe benzer göğün içinden 
Tanrı- İnsan yüzlerin! 
 (Türkay, 1990: 199) 
 
Bu misralar türk kosmoqonik miflərindən olan “Oğuz Kağan” 
dastanında Oğuzun Göylər qızı ilə evlənməsi və makrokosmosa aid 
üç övladın – Gün xan, Ay xan, Ulduz xanın dünyaya gəlməsi mo-
tivləri ilə səsləşir. 
Oğuzun mikrokosmosa aid edilən Göy xan, Dağ xan və  Dəniz 
xan adlı övladlarının doğulduğu “gözü göydən daha göy” Yerin qızı 
isə aşağıdakı misralarda təsvir olunur: 
 
Yalpak bir kadın yansır yüreğimden  
Gözü mavi, buğulu, gökçe 
Bolca ışıltılı. 
(Türkay, 1990: 199) 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə