Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə26/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   22   23   24   25   26   27   28   29   ...   71

Osman Türkayın poetik irsi 
 
 
86
Yekunda O. Türkay vahid kainatda, vahid dünyada yaşayan 
müxtəlif mənfəətlər naminə insanları ayrı-ayrı qütblərdə ikiyə bö-
lənlərə səslənir və mifologiyanı müasir elmlə birləşdirir. 
Beləliklə, O. Türkayın bu kitabı onun yaradıcılığının çoxşaxəli 
istiqamətlərini özündə cəmləşdirir; mifologiya da, atomun kəşfi də 
türkçülük ruhunda təqdim olunur. Yəni dünyanın yaranışı ilə bağlı 
türk kosmoqonik təsəvvürlərindən üzü bəri tarixdə milli və  bəşəri 
yöndə yaddaqalan hadisələr onun yaradıcı təfəkküründə bədii mate-
riala çevrilir. Mikro və makrokosmos haqqında mifik, bədii, tarixi, 
elmi, dini, fəlsəfi təfəkkür layları  şairin yaradıcılığının ikinci döv-
ründə ümumi və xüsusi şəkildə əks olunur. Onun geniş erudisiyası 
poeziyasının da intellektual xarakterini şərtləndirir. “Az qala iki 
kontinentlə (Asiya və Avropa) və ikidə bir yer kürəsi ilə (planetin 
şimal yarısı) bərabərləşən türk coğrafi məkan ideyasının təməl baş-
lanğıcı, ilkin özünüdərk impulsu klassik ifadəsini məhz “Ergene-
kon”da tapır. Eyni sürəkli mifik və etnik kod türklərin qlobal miq-
yasda uçmağı da Kosmosdan öyrənəcəyi günü əvvəlcədən xəbər ve-
rir”. (Qarayev, 1999: 16) Bəlkə də, O. Türkayın da XX əsrin elmi, 
xüsusilə kosmoloji nailiyyətlərindən qabaqcadan xəbər verməsi mi-
fologiya ilə bu qədər bağlı olmasında idi.  
O. Türkayın ikinci kitabı “Uyurgəzər” 1969-cu ildə  İstanbulda 
nəşr olunmuşdur. 18 əsərin toplusundan ibarət kitab şairin London-
da yaşadığı müddətdə yazdığı kainat haqqında yaradıcılıq nümunə-
lərinin davamıdır. Qitələrarası Poeziya Cəmiyyətinin prezidenti 
Krişna Srinivas bu kitab haqqında yazır: “Uyurgəzər” ilə o, böyük 
poeziya sferasına daxil olub… (Türkay, 1989: 4) O. Türkayın bu 
kitabında da modern ingilis şerinin və xüsusilə də T. S. Eliotun, elə-
cə də türkiyəli şair Məlih Cövdət Andayın, ikinci yenilərin təsiri du-
yulmaqdadır. Bəzi mənbələrdə modern şerin əsasında T. S. Eliotun 
1922-ci ildə nəşr olunmuş “Yararsız torpaq” (“Çorak Toprak”) adlı 
əsəri dayandığı qeyd olunur. (Bergonzi, 1961: 154) Qərb dünya-
sının mənəvi tənəzzülünü əks etdirən bu poemanı türkcəyə çevirən 
O. Türkay isə ikinci və daha sonrakı kitablarında həmin problemi 


Elmira Fikrətqızı 
 
87
Qərb kontekstindən çıxararaq dünya müstəvisinə keçirə bilmişdir. 
“T. S. Eliot, Ezra Pound və James Joyceu gibi yazarlar (burada da 
Joyceu da ozan sayabiliriz) eserlerini nasıl bir modern hayat görüşü 
üzeine kurmaktadırlar?.. Onların bağlandığı gelenek ölmüştür artık. 
Çünkü toplum içinde bu geleneği sürdürecek kilise, kiliseye 
inananlar və inandıklarını sananların inançları artık ya ölmüş, ya da 
birer gölge durumuna gelmiştir… Bu durumda, bir sanat eseri ya-
ratabilmek için sanatçının kendi ruhsal yaşantılarını, kendi iç dün-
yasını ele alması, kendi modern kargaşıklık ve karmakarışıklığın 
denizine atıp, bağlı olduğu uygarlığın son bireyi olarak, boğulma-
dan önce o uygarlığın geçmişi hakkında bir esin (ilham) beklemesi 
demektir. “Ulysses”, “The Waste Land”, “Hygh Selvyn Mauberli”, 
“The duinese elegies” gibi eserlerde “apres moi le deluge” (benden 
sonra tufan) der gibi bir tutum var”. (Stephen, 1961: 449) Məqa-
lənin müəllifi artıq bu əsərlərdən sonra poeziyada böyük əsər yaz-
mağın mənasız olduğunu, hətta həmin sənətkarların özlərinə belə 
yeni başlanğıc üçün yeni prinsiplər lazım gəldiyini vurğulayır. 
Onun sözlərini aksioma kimi qəbul etsək, modern poeziyanın da 
Qərbin müasir mədəniyyəti ilə birlikdə  tənəzzülə doğru getdiyinə 
şübhə etməməliyik. Lakin O. Türkay yeni əsərləri ilə sübut etdi ki, 
həmin mövzu ətrafında poeziyanın sözü hələ bitməmişdir.  
“Uyurgəzər” kitaba daxil olan şeirlərdən birinin adıdır. Onun nə-
yi ifadə etdiyi, nəyi rəmzləşdirdiyi  əsərdə o qədər də açıqlanmır. 
Sadəcə uzanan bir boşluqda yuxuya gedərək “Ölən dünya”nı saat 
zəngləri diksindirir və  şairin ruhu pəncərəyə doğru yüyürərək do-
nuq gözlər, sfinkslər, mumiyalar, heroqliflərlə qarşılaşır. Qızaran 
dan yerinin təsviri də maraqlı bənzətmə ilə verilir: 
 
Uzun sürmez, degişir görünü, horozler hep beni öter 
Uzanır hem nasıl yoğun, hem nasıl somut ve gergin 
Gök cizgisine korlaşmış demirden eller.  
(Türkay, 1969: 6) 


Osman Türkayın poetik irsi 
 
 
88
Bu “korlaşmış  dəmirdən  əllər”, bəlkə  də, göyün qapılarını aç-
maq istəyən kosmik raketləri simvollaşdırır. Bundan sonrakı misra-
da göy gurultusuna bənzər uğultuların eşidilməsi ehtimalımızı  təs-
diqləməkdədir. Daha sonra baş verənlər isə reallıqdan tamamilə kə-
nardır. Bir əl bayırdan onun qapısını döyür və bu çağırış böyük se-
vinc doğurur, daha doğrusu, ona xəyallarını, gəncliyini, uzaq dün-
yalarını xatırladır. O. Türkay yaradıcılığında “uzaq dünyalar” deyi-
lərkən, canlı həyatın mövcud olduğu ehtimal edilən digər planetlər 
nəzərdə tutulur. Onun qapısının toxmağını taqqıldadanlar da ehti-
mal ki, o planetlərin sakinləridir: 
 
O bir ateş sütunu ve aydınlıq ufuktan ufuğa 
Evreni dört döner büyür ışığı 
Bir boşlukta yürüyen bulut. 
 (Türkay, 1969: 7) 
 
 “Dalaram  gecə  şəhərin işıqlarına” (“Dalarım Gecekentin Işık-
larına”) adlı digər bir şeirdə  də  şair özünü “uzaq bir boşluqdan 
qopan ilk varlıq” adlandırır. Dostu Biq Benlə (Londonun mərkəzin-
dəki saat) kosmos nəğməsi oxuyan Türkay bu şərqidə göy üzünə 
uçan çağdaş insanları, cihazları  tərənnüm edir. Lakin bəşər məx-
luqunun fəzadakı yeni yaşayış  ərazilərində mövcud olacaq təhlü-
kələr, daha doğrusu, aclıq, yoxsulluq və s. problemlər onu narahat 
edir. 
“Britaniya muzeyindən təəssüratlar” (“Britanya Müzesinden İz-
lenimler”) adlı şeirdə Göydən Yerə köçün arxaik izləri araşdırılır: 
 
Göçtünüz sonsuzluktan öte sonsuzluklara  
Sınırsız boşluklarda kayan kuyruklu yıldızlar gibi. 
Kemikleriniz hiç çürümez miydi, bu mumya kim 
Söyleyin hanginiz Promete? 
 
 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə