Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə20/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   16   17   18   19   20   21   22   23   ...   71

Elmira Fikrətqızı 
 
65
baxırlar və bu hal uzun müddət davam etmir. On il kübarlar arasın-
da təmtəraqlı  həyat keçirdikdən sonra o, bir yük maşınının altına 
uzanaraq intihar edir. Şeir “o həm kommunist, həm də faşistdi” 
cümləsi ilə bitir. Şair hər iki rejimin sonunu bu şəkildə görür. 
“Qeysərmi, yoxsa Napoleon?” şerində də birdən-birə yüksələrək 
həyat tərzini dəyişən bir gəncdən bəhs olunur. Dünənə qədər hansı-
sa otelin mətbəxində “gündüzlər qab yuyan, gecələr isə qab yala-
yan” biri bəlli olmayan səbəblərdən ani bir sıçrayışla lüks maşın ki-
mi bir çox şeylər əldə edərək tamamilə dəyişir. Pul xidmətçini im-
peratora çevirir.  
Beləliklə, 14 yaşından lirik, 18 yaşından isə epik şeirlər yazan 
Osman Türkay Kıbrıs türk ədəbiyyatında imzasını qoymağa müvəf-
fəq olur, poetik imkanlarının genişliyi ilə özünü bu poeziyada təs-
diqləyir. Təbiidir ki, o da bütün böyük şairlər kimi yaradıcılığında 
ənənə və novatorluğu birləşdirir və poeziyasının ilk illərində əsasən 
türkiyəli simvolist şairlərdən bəhrələnir. 
Sələf və xələflik münasibətləri uzaq və yaxın zamanlarda yaşa-
mış yaradıcı insanların oxşar və ya eyni duyğu, düşüncə və hissləri-
nin təzahüründə meydana çıxaraq, onları  ədəbiyyat tarixindəki 
mövqelərinə görə müəyyən qruplarda birləşdirir. Bu nöqteyi-nə-
zərdən tədqiqatımızın predmeti olan şairin – Osman Türkayın da bu 
sistemdə ardıcılı olduğu və davamçıları olan söz-sənət sahibləri 
mövcuddur. Artıq yuxarıda qeyd etdiyimiz kimi, yaradıcılığının ilk 
dövründə klassik Şərq poeziyası ilə dərindən tanış olan Osman Tür-
kay daha çox simvolist şairlərdən təsirlənmişdi.  
Çarlz Bodlerin “Şər çiçəkləri” şerinin ədəbiyyat aləmində yarat-
dığı dönüş nöqtəsindən sonra Verlayn, Rembaud və Mallarmenin 
yaradıcılığında bərqərar olan simvolizm ədəbi cərəyanı Fransada 
meydana çıxsa da, tezliklə bütün Avropa, Amerika və Asiyaya ya-
yılaraq bir növ ümumdünya mədəniyyət hadisəsinə çevrilir. 1886-
1902-ci illərdə böyük vüsət kəsb edən və Şopenhauerin fəlsəfəsinin 
təsiri altında formalaşan, parnasizmə  və naturalizmə  əks reaksiya 
kimi yaranan simvolik şeir “terk edilmiş eski parklar, ölü şehirler, 


Osman Türkayın poetik irsi 
 
 
66
sararmış yapraklarla örtülü durgun sular, geceleyin kısılan bir lam-
ba ışığı, perdelerde gezinen gölgeler, sessizlik saltanatı ve içinde uf-
ku bekliyen gözler hakkındadır”. (Yetkin, 1967: 75 -76). Simvolist-
lərə görə, şeir reallıq ilə bütün bağların kəsildiyi nöqtədə başlayıb, 
sonsuzluğa doğru genişlənir.  
XIX  əsrin sonlarında Qərb mədəniyyəti ilə  sıx  əlaqədə inkişaf 
edən Türkiyə ədəbiyyatında simvolizm ədəbi cərəyanının da müəy-
yən təsirləri olmuşdur.  Əhməd Rasim, Cənab  Şəhabəddin, Xalid 
Ziya Uşaqlıgil, Mehmed Rauf kimi ədəbiyyatçılar bu cərəyan və 
onun nümayəndələri haqqında müxtəlif yazılarla çıxış etsələr də, 
türk  ədəbiyyatında simvolizmin ilk görkəmli nümayəndəsi  Əhməd 
Haşım sayılır. Hətta onun 1921-ci ildə “Dərgah” jurnalında nəşr 
etdirdiyi “Şeir haqqında bəzi mülahizələr” məqaləsi türk ədə-
biyyatında simvolizmin bəyannaməsi kimi qəbul edilir. I Dünya 
müharibəsi dövründə simvolizm cərəyanı Türkiyədə daha da inkişaf 
edir. Müharibənin gətirdiyi ümidsizlik zamanında ədiblər daha çox 
simvolik əsərlər yazmağa başlayırlar.  
Əhməd Haşım yaradıcılığı, əsasən, türkiyəli tədqiqatçılar tərəfin-
dən dönə-dönə araşdırılmış və simvolist şair kimi onun poeziyası hər-
tərəfli təhlil edilmişdir. Biz həmin tədqiqatlardan da istifadə edərək 
Ə. Haşımla O. Türkayı birləşdirən cəhətlər üzərində duracağıq
19
. Bu 
sənətkarların  ədəbi nümunələrinin müqayisəli təhlilinə keçməzdən 
öncə, onların həyat səhifələrindəki oxşar məqamlara toxunmaq istər-
dik. Çünki insanın ömür yolunun müəyyən bir anı, təəssüratları onun 
sənətində öz əksini tapmış olur. Bu fəslin müvafiq bölmələrində Os-
man Türkayın həyat və şəxsiyyətinin bəzi məqamlarından bəhs etdi-
                                                           
19
 Kitabın bu bölümü “Osman Türkay’ın  İlk Dönem Yaratıcılığında Ahmed Ha-
şim’in Etkisi” adı altında müstəqil məqalə şəklində 2007-ci ildə Osman Türkayla 
bağlı Kıbrısda çap olunacaq kitaba daxil edilmək üçün verilmişdir (tərtibçi: Şevket  
Ö
znur). Məqalə Osman Türkayın ölümünün 7-ci ildönümündə Yakın Doğu Univer-
sitetindəki mərasimdə Şevket Öznur tərəfindən nəşrə gedəcək kitabın tərkib hissəsi 
kimi ixtisarla məruzə edilmiş, lakin yanlışlıq nəticəsində bəzi internet saytlarında 
məqalə, çox təəssüf ki, Öznurun adına təqdim olunmuşdur.  
 


Elmira Fikrətqızı 
 
67
yimizdən burada Ə.Haşımın həyat və  şəxsiyyətinin analoji cəhət-
lərindən söz açacağıq. Mənbələrdən aldığımız məlumatlara görə, 
Haşım da “bədbəxt, qərib və müztərib olmuşdur.” (Bezirci, 1967: 66) 
Haşımın həyat gerçəkliklərindən aldığı ilk təəssüratı acı  və iztirab 
vericidir. Məlum olduğu kimi, söz sənətkarları uşaqlıq illərinin şirin 
və acı  təsir və  təəssüratlarını daima xatirələrində yaşadaraq  əsər-
lərində əks etdirərlər. Ə. Haşım da belədir. Daima xəstə olan və nəha-
yət, bu xəstəlikdən ölən anasının yoxluğu  şairin ruhunda dərin bir 
boşluq yaratmış və yetimliyi bütün həyatı boyunca könlündə qanayan 
bir yara olmuşdur. (Evrimer, 1959: 7) Bildiyimiz kimi, Osman Tür-
kay da körpə yaşlarında ikən atasını, sonradan isə anasını və bacısını 
itirmişdir. Əvvəldə nəzər saldığımız “Ömrümün dağlarında” adlı ki-
çik poeması da bu mövzuya həsr olunmuşdur.  Ə.Haşım isə ilk şeri 
“Xəyali-eşqim”dən başlayaraq, demək olar ki, bütün yaradıcılığı bo-
yunca anasının, Bağdadda keçirdiyi uşaqlıq illərinin xatirəsini poezi-
yasında əks etdirmişdir. Hər iki şair öz şəxsi faciəsinin, yaxınlarının 
ölümünün səbəbini və təqsirkarını təbiətdə axtarmışlar. Osman Tür-
kay quşları, çiçəkləri sorğu-suala çəkmiş, Əhməd Haşım isə bir xəzan 
yelini günahlandırmışdır: 
 
Ey eski kamer, sen bizi elbette bilirsin, 
Annemdi o nurunda gezen zilli-mehasin. 
Bendim o çocuk, bendim o simayi-tahayyür, 
Bir gün ki hazan ufka kızıl dalgalı bir nur. 
Bir kanlı ziya haşrediyorken, onu bir yed,  
Bir badı-haşin aldı o rüyayı müebbed.  
(Bezirci, 1967: 28)  
 
Ümumiyyətlə, həm Ə.Haşımda, həm də O. Türkayda təbiət bə-
zən vasitə olmaqdan çıxaraq ayrıca obraz kimi diqqəti cəlb edir. 
Daha doğrusu, bir çox hallarda şairin özü kölgədə qalaraq, təbiət bi-
rinci plana keçir və onun hisslərinin ifadəsində  əsas vasitəçi kimi 
çıxış edir. Türkiyəli tədqiqatçı Asim Bezircinin yazdığına görə, 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə