Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə18/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   14   15   16   17   18   19   20   21   ...   71

Elmira Fikrətqızı 
 
59
qalırlar, ataları onları qovur. Dağa pənah aparan qızlar övladlarını 
burada dünyaya gətirirlər. (Uraz, 1967: 97) Adı  çəkilən  şeirdə  hə-
min əfsanə bu şəkildə xatırlanır: 
 
Oysa ki şimdi ben 
Bir mavi ışıkmışım 
Tanrısal göllerde serinleyen 
Kırk kızın hepsine birden aşıkmışım.  
(Türkay, 2002: 163) 
 
Yer üzündə sevginin get-gedə cılızlaşdığı bir zamanda şair təsəl-
lini lap uzaq keçmişin dillərdə dastan məhəbbət əfsanələrinə, bakir 
hisslərin qorunub-saxlanıldığı miflərə üz tutmaqla tapır: 
 
Şimdi binlerce yıl geride 
İlk sevilerimin doğduğu yerde 
Tenleri pembe, saçları uzun, belleri ince 
Toplanır çevremde her gün her gece 
Öz aydınlıklardan örülmüş Tanrı kızları.  
(Türkay, 2002: 164) 
 
Osman Türkay vətəninin hər bir qarışını, hər bir daşını, hər bir 
insanını son dərəcə sevirdi və yaradıcılığında da vətənpərvərlik 
mövzusunda yazılmış, doğulduğu cənnət adanın təbiətini, tarixi abi-
dələrini tərənnüm edən  şeirlər kifayət qədərdir. O, “Beynəlxalq 
Asiya xəbərləri”nə (“Asian News International”) verdiyi müsahibə-
də həm yaradıcılığının ilk mərhələsini, həm də vətənpərvərlik möv-
zusunu belə  səciyyələndirir: “Mən özümü baharda badam və nar 
çiçəkləri arasında doğulmuş şair kimi hiss edirdim. Yayda dalğalar 
günəş  şüası  və  mərmərlə bütünləşərək mənim dünyamı tamamilə 
bəyaz rəngə bürüyürdülər. Payızlarım havada quru yarpaqların düş-
düyü və hər yerdə çəmənlərin solduğu “qızıl” idi. Firuzə çiçəyi kimi 
Ağdəniz (Aralıq dənizi) maviliyi mənim qışlarım idi… Erkən gənc-


Osman Türkayın poetik irsi 
 
 
60
liyimdə ruhumun və varlığımın coğrafiyası adanın şərqində Karpaz 
yarımadasından Qərb sahillərində Paphosa (Bafa) kimi uzanırdı. Bu 
həqiqətdir ki, gəncliyimdəki şeirlərin çoxu Kıbrıs mənzərələrinə və 
insan gözəlliklərinə həsr olunub. Mən bacardığım qədər ölkəmin və 
xalqımın ictimai gerçəklərini göstərməyə cəhd etmişəm. Poeziyaya 
sevgi kiçik yaşlarımdan içimə atəş damlası kimi düşüb, lakin mən 
deyə bilərəm ki, ilk ciddi poemamı 18 yaşımda yazmışam. Mən 
düşünürdüm ki, beynimdə yanan yer var və bu, poeziyaya sevgi idi 
ki, həmin ehtiras böyük şairi doğurdu. Məktəbdə, işdə, yuxularımda 
mən poeziyadan başqa heç nə haqqında fikirləşmirdim. Təfəkkürlü 
gənc kimi mən təbiətin səsini və sirlərini kəşf etmək üçün ölkəmin 
dağlarına doğru uzun səyahətə çıxdım. “Badam çiçəkləri üçün sona-
ta” və “Ağdəniz işığı” kimi poemalar sülh və əmin-amanlıq dövrün-
də yazılıb”.
18
 (Toplumun Sesi, 1993: 34) 
 Tarixdən məlum olduğu kimi, Kıbrıs adası bir sıra dövlətlərin 
hakimiyyəti altında qalmışdı və hər dövlət özünün arxasınca müəy-
yən maddi-mənəvi abidələr qoymuşdu. 1192-1489-cu illərdə Luzin-
yan sarayının hakimiyyəti dövründə də adada bəzi mədəniyyət abi-
dələri tikilmişdi ki, bunlardan biri də qotik üslubunda tikilmiş Bala-
bayıs sarayı idi: 
 
Bir Luziyan sarayı Beşparmak kucağına, 
Bir sonsuzluk anıtı yükseliyor göklere. 
Bir sanatın timsali her köşe bucağında, 
Gösteriyor kendini işlenerek mermere. 
 (Türkay, 2002: 41) 
 
Dünyaya göz açdığı  kənd, keçibuynuzu toplama mövsümü, 
kəndlilərin bağlarda, tarlalarda işləməsi, sadə, zəhmətkeş insanların 
təsərrüfatda gördükləri işlər də onun qələmə aldığı  əsərlərin möv-
zularındandır. “Kazafanalı” adlı şeir də bir yay fəslində, isti avqust 
                                                           
18
 Sitatın ingilis dilindən tərcüməsi monoqrafiya müəllifinindir. 


Elmira Fikrətqızı 
 
61
ayında uşaqlı-qocalı, kişili-qadınlı, qızlı-oğlanlı – bir yerdə keçi-
buynuzu yığmağa gedən kəndlilərin  əmək prosesini təsvir edir və 
şeir əmək nəğmələri üçün xarakterik olan ritmdə yazılmışdır: 
 
Dağlar düz, günler yüz, gençler kız, arı vız, kollar hız 
Vurun uzun değneklerinizi yüklü dallara be gençler! 
Dökülü dökülü versin semiz ballı harnıplarınız 
Toplasın analarınız, bacılarınız, yavuklarınız!  
(Türkay, 2002: 97) 
 
Vətən torpağı heç də hər yerdə barlı-bəhərli bağçalardan, güllü-
çiçəkli dağlardan ibarət deyil, onun bərəkətsiz, susuz, axar-baxarsız 
səhraları da mövcuddur. Kıbrıs adasının Mesarya ovalığı da bu cür 
məkanlardandır. “Bu toprak anamdır, bu dağlar kardeşim, ruhum 
başlanğıcında bu yerdə doğuldu”, - deyən  şair Yerin geoloji də-
yişmələri nəticəsində gedən proseslərinin fonunda qitədən ya-
rımadaya, yarımadadan adaya çevrilən bu cənnət guşənin qoynunda 
yatan səhranı aşağıdakı şəkildə təsvir edir: 
 
Sallanır boşlukta yoksul köyler, bakımsız kentler 
Dört mevsim boyunca düşsel umutlarla 
Yeşil ağaç, altın başak sayıklar 
Doğal uykusunda ikiz iç ova. 
 (Türkay, 2002: 158) 
 
Bu quraq ovalara bəzən fabriklərdən, zavod və laboratoriyalar-
dan uzaqlığın həsrəti ilə ölüm sükutu çökməkdədir.  
Hansı cərəyanın nümayəndəsi olmasından, hansı əsrdə yaşama-
sından asılı olmayaraq, adətən, hər bir söz, sənət adamının yazdığı, 
yaratdığı əsərlərin az və ya çox bir qismi vətənpərvərlik duyğuları 
əsasında formalaşır. Osman Türkayın da yaradıcılığında vətənpər-
vərlik mövzusunda şeirlər xüsusi yer tutur. Türklərin adada yerrləş-
dikləri vaxtdan – XVI əsrdən müasir dövrə kimi qəhrəman,  şanlı 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə